Onun əvvəllər Çikaqoya gəldiyi vaxtlarda biz, adətən, birlikdə səhər yeməyi
yeyirdik, buna görə mən bu dəfə də onu özümlə lençə dəvət elədim. O, dəvəti bir
qədər sıxıntılı halda qəbul etdi, lakin biz kontora qayıdanda o, bizə indiyə qədər
etdiklərindən də çox sifariş verdi. O, evinə yüngülləşmiş ürəklə və bizimlə
münasibətlərdə eyni cür düzgün olmaq istəyi ilə qayıdaraq öz hesablarını
yenidən gözdən keçirdi, it-bat olmuş 15 dollarlıq qəbzi tapıb, bizə həmin
məbləğdə çeklə birlikdə öz üzrxahlıqlarını da göndərdi.
Sonralar, həyat yoldaşı ona oğul bəxş edəndə o, oğlunun ikinci adını Detmer
qoydu və iyirmi iki il sonra öldüyü günə qədər bizim şirkətin dostu və müştərisi
olaraq qaldı”.
Çox illər bundan əvvəl alman emiqrantlarının bir yoxsul ailəsində
məktəbdən sonra həftədə on beş sent müqabilində çörəkçinin dükanında
pəncərələri yumalı olan oğlan yaşayırdı.
Bu adamlar o qədər yoxsul idilər ki, oğlan axşamlar zənbillə yanacaq
anbarlarına aparan yola getmək, kömür daşıyan vaqonlardan tökülən kömür
qırıntılarını yığmaq məcburiyyətində qalırdı. Edvard Bok adlı bu oğlanın
məktəbdə altı sinifdən çox oxumaq imkanı olmadı. Lakin o, öz səyləri nəticəsində
Amerika jurnalistikası tarixində ən uğurlu naşirlərdən birinə çevrildi. O, buna
necə nail oldu? Bu, uzun əhvalatdır, lakin onun nədən başladığını qısaca nəql
etmək olar. O, müdafiəsinə kitabda təsvir olunan prinsiplərin istifadə
edilməsindən başladı.
O, on üç yaşında məktəbi bitirdi və Vestern-Yunion kontorunda altı dollar
beş sent maaşla sifarişləri paylayan işlədi. Lakin o, təhsil haqqında fikirlərini bir
an belə kənara qoymurdu. Əksinə, o, qəti şəkildə özünütəhsildən yapışdı. Gediş
haqqı və yeməkdə qənaət edərək Amerika bioqrafik ensiklopediyasını almaq
üçün pul yığa bildi. Kitabı aldıqdan sonra indiyə qədər eşidilməyən iş gördü. O,
Amerikada ən məşhur adamların həyatını oxuyaraq, həmin adamlara öz uşaqlıq
həyatı haqqında əlavə məlumat vermək xahişiylə məktub yazmağa özündə
cəsarət tapdı. O, “yaxşı dinləyici” idi. O, öz sualları ilə çox məşhur olan adamları
özləri haqqında danışmağa sövq edə bildi. O, həmin vaxt prezidentliyə namizəd
olan general Ceyms A.Qarfildə məktub yazdı və doğrudanmı, onun bir vaxtlar
kanalda barjaları dartdığını soruşdu, Qarfild ona cavab verdi. O, bir döyüşün
tarixçəsi ilə bağlı suallarla general Qranta yazdı və Qrant döyüşün xəritəsini öz
əliylə çəkib ona göndərdi və on dörd yaşlı oğlanı özü ilə nahara dəvət etdi,
onunla bütün axşamı söhbət elədi.
O, Emersona yazdı və onda uşağa özü haqqında danışmaq istəyini oyatdı.
Beləliklə, Vestern-Yuniondan sifariş paylayan oğlan tezliklə millətin ən şöhrətli
adamlarının çoxu ilə dostlaşdı. Emerson, Filipp Bruks, Oliver Uendel Holms,
Lonqfello və başqaları onun korrespondetləri oldu.
O, bu məşhur insanlarla yalnız məktublaşmadı, həm də məzuniyyətə çıxdığı
vaxtda onların çoxunun yanına getdi və onların evində səmimi qonaqpərvərliklə
qarşılandı.
Bu iş onda öz qüvvəsinə inam hissini artırdı və bu, öz-özlüyündə öl-
çüyəgəlməz nailiyyət idi. Həmin insanlarla tanışlıq isə onda bütün həyatını qəti
şəkildə dəyişən cizgilər və şöhrətpərəst niyyətlər meydana çıxartdı. Və bütün
downloaded from KitabYurdu.org
bunlar, izin verin bunu bir daha təkrar edim, bizim bu səhifələrdə müzakirə
etdiyimiz prinsiplərin tətbiq olunması sayəsində mümkün oldu.
Məşhurlardan alınan müsahibələrin sayına görə, çox güman, dünya çem-
pionu olan Ayzek F.Markosson bir dəfə demişdi ki, bir çox adamlar özləri
haqqında yalnız buna görə əlverişli təəssürat yarada bilmirlər ki, diqqətlə qulaq
asmağı bacarmırlar. “Onların başı özlərinin nə deyəcəklərinə hazırlaşmağa o
qədər qarışır ki, kar olurlar... Görkəmli adamlar mənə deyirdilər ki, yaxşı
dinləyiciyə yaxşı danışandan çox üstünlük verirlər. Ancaq dinləmək qabiliyyəti,
görünür, insan təbiətinin başqa dəyərli keyfiyyəti ilə müqayisədə daha nadir rast
gəlinəndir”.
Yaxşı dinləyici yalnız görkəmli adamlara yox, adilərə də lazımdır. “Rider
Daycest”də bir dəfə deyildiyi kimi: “Həkimi bir çox adamlar çağırır, halbuki
onlara lazım olan bir şey varsa, o da diqqətdir”.
Vətəndaş müharibəsinin ən qorxulu günlərində Linkoln Sprinqfilddə
(İllinoys ştatı) yaşayan bir köhnə dostuna məktub yazaraq ondan Vaşinqtona,
onun yanına gəlməsini xahiş etmişdi. Linkoln yazırdı ki, onunla bəzi problemləri
müzakirə etmək istəyir. Köhnə dost Ağ Evə gəldi və Linkoln quldarlığın ləğv
edilməsi haqqında dekretin verilməsinin məqsədəmüvafiqliyi ilə bağlı onun
qarşısında bir neçə saat mülahizə yürütdü. O, belə bir addımın lehinə və əleyhinə
olan arqumentləri götür-qoy edirdi, sonra dostuna məktubları və qəzet
məqalələrini oxudu – bunların bir qismində onu qulları azad etmədiyi üçün,
digərlərində isə – onları azad etməyə hazırlaşdığına görə mühakimə edirdilər. Bu
ruhda bir neçə saat mülahizə yürüdərək, Linkoln köhnə dostunun əlini ürəkdən
sıxdı, ona xoş arzular dilədi və heç bu barədə nə fikirləşdiyini belə soruşmadan
onu geri, İllinoysa yola saldı. “Belə görünürdü ki, söhbətini qurtarandan sonra o,
nə isə bir yüngüllük hiss elədi”, – deyə onun dostu xatırlayır. Linkoln heç kimin
məsləhətinə möhtac deyildi. Ona, sadəcə olaraq, onun vəziyyətini başa düşə bilə-
cək, dostcasına köklənmiş dinləyici lazım idi ki, onun qarşısında biz çətin
vəziyyətə düşəndə möhtac olduğumuz kimi ürəyini boşalda bilsin. Hara baxırsan
bax, başını hara çevirirsən çevir, hər yerdə – əsəbiləşmiş alıcıya, narazı işçiyə və
ya incimiş dosta lazım olan budur.
Əgər adamların sizinlə ünsiyyətdən qaçmasına, sizin arxanızda gülüşmək-
lərinə və hətta sizə nifrət etmələrinə necə nail olmağı bilmək istəyirsinizsə,
budur sizin üçün əla resept: heç vaxt heç kəsi çox dinləməyin. Həmişə yalnız
özünüz haqqında danışın. Başqa adamın danışdığı vaxt sizin başınıza hansısa bir
fikir gəldisə, onun sözünü tamamlamasını gözləməyin. Axı o, kara gələ biləcək nə
deyə bilər? Onun boş-boş çərənlədiklərini dinləmək sizin nəyinizə gərəkdir axı?!
Onu yerinə oturdun – sözünü yarımçıq kəsin.
Bu növ adamlar sizə tanışdırmı? Mənə, əfsus ki, hə. Ən qəribəsi isə budur ki,
onlardan bəzilərini adı Sosial Registrdə
19
çəkilir.
Onların hamısı istisnasız olaraq fövqəladə dərəcədə bezikdirici adamlardır.
Onların özlərindən başı açılmayan sərxoşluğu, özlərinin istisnasız əhəmiyyət
kəsb etmələri fikri dəhşətli dərəcədə təngə gətirir.
Yalnız özü haqqında danışan adam yalnız özü haqqında da düşünür. “Özü
haqqında danışan adam isə, – deyə Kolumbiya Universitetinin professoru Nikolas
downloaded from KitabYurdu.org