1
AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
1.
ÜMUMİ MÜDDƏALAR
(1-2)
2
. NİKAHIN BAĞLANMASI VƏ NİKAHA XİTAM VERİLMƏSİ
(3-5)
3.
ƏR-ARVADIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
(6-9)
4.
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
(10-12)
5.
AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
(13-17)
6.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI
(18-20)
7.
AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN
ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ
8.
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI
(21-26)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
2
FƏSİLLƏR (Maddələr)
I.
ÜMUMİ MÜDDƏALAR
1.
AİLƏ QANUNVERİCİLİYİ
(1-5)
2.
AİLƏ HÜQUQLARININ HƏYATA KEÇİRİLMƏSİ VƏ MÜDAFİƏSİ
(6-8)
II.
NİKAHIN BAĞLANMASI VƏ NİKAHA XİTAM VERİLMƏSİ
3.
NİKAHIN BAĞLANMA QAYDASI VƏ ŞƏRTLƏRİ
(9-3)
4.
NİKAHA XİTAM VERİLMƏSİ (
14-24)
5.
NİKAHIN ETİBARSIZLIĞI
(25-28)
III.
ƏR-ARVADIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.
ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
(29-30)
7.
ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ
(31-37)
8.
ƏR-ARVADIN MÜLKİYYƏTİNİN MÜQAVİLƏ REJİMİ
(38-40)
9.
ƏR-ARVADIN ÖHDƏLİKLƏRİ ÜZRƏ MƏSULİYYƏT
(41-42)
IV.
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
10.
UŞAQLARIN MƏNŞƏYİNİN MÜƏYYƏN OLUNMASI
(43-48)
11.
AİLƏDƏ UŞAQLARIN HÜQUQLARI
(49-55)
12.
VALİDEYNLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
(56-73)
V.
AİLƏ ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
13.
VALİDEYNLƏRİN VƏ UŞAQLARIN ALİMENT ÖHDƏLİKLƏRİ
(75-83)
14.
ƏR-ARVADIN VƏ KEÇMİŞ ƏR-ARVADIN ALİMENT ÖHDƏLİKLƏRİ
(84-87)
15.
AİLƏNİN BAŞQA ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
(88-93)
16.
ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ
(94-98)
17.
ALİMENTİN ÖDƏNİLMƏSİ VƏ TUTULMASI QAYDASI
(99-113)
VI.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARI TƏRBİYƏ FORMALARI
18.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN AŞKAR OLUNMASI VƏ
YERLƏŞDİRİLMƏSİ
(114-116)
19.
ÖVLADLIĞA GÖTÜRMƏ
(117-135)
20.
UŞAQLAR ÜZƏRİNDƏ QƏYYUMLUQ VƏ HİMAYƏ
(136-145)
VII.
AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN
ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ
(146-157)
VIII.
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI
21.
ÜMUMİ QAYDALAR
(158-165)
22.
DOĞUMUN QEYDƏ ALINMASI
(166-170)
23.
NİKAHIN QEYDƏ ALINMASI
(171-175)
24.
ÖVLADLIĞA GÖTÜRMƏNİN QEYDƏ ALINMASI
(176-178)
25.
NİKAHIN POZULMASININ QEYDƏ ALINMASI
(179-185)
26.
ATALIĞIN MÜƏYYƏN EDİLMƏSİNİN QEYDƏ ALINMASI
(186-188)
27.
ADIN, ATA ADININ VƏ SOYADIN DƏYİŞDİRİLMƏSİNİN QEYDƏ ALINMASI
(189-192)
28.
ÖLÜMÜN QEYDƏ ALINMASI
(193-195)
3
AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ MƏCƏLLƏSİ
i[1]
Bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və
vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və
möhkəmlənməsinin,
onlara
xitam
verilməsinin
prinsiplərini,
ailə
münasibətlərinin
iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə
vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən
edir.
BİRİNCİ BÖLMƏ
ÜMUMİ MÜDDƏALAR
1-ci fəsil
AİLƏ QANUNVERİCİLİYİ
Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları
1.1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq
qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq
qanunla mühafizə edilir.
1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin
qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin
qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və
məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və
bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan
tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında
bağlanmış nikah tanınır.
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq
icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair
sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid
deyildir.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər
2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın
bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən
edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə
tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi
qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan
uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın
hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə
tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan