Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə33/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   29   30   31   32   33   34   35   36   ...   146

88

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

təbii  sərvətləri,  təkcə  Xəzər  dənizindəki  yox,  ümumiyyətlə,  ölkəmizin  müxtəlif 

yerlərində mövcud olan zəngin sərvətlər əməkdaşlığımız üçün əsas yaradır. Lakin 

bu sərvətlərin birgə işlənilməsi üçün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən 

Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq edən Avropa Ittifaqı qarşısında mühüm bir 

məsələ durur. Bu da hərbi münaqişələrin ləğv olunması, bölgədə sülhün bərqərar 

edilməsi və Cənubi Qafqazda təhlükəsizlik paktı yaranmasıdır. Biz bunları öz qar-

şımıza məqsəd kimi qoyuruq və hesab edirik ki, Avropa Ittifaqının bu sahədə yar-

dımını ala bilərik. Buyurun.

Anna Lind: Cənab prezident, çox sağ olun. Sizin ölkənizi ziyarət etməkdən çox 

məmnunuq. Bildirmək istəyirəm ki, bizim üçün də bu səfər çox önəmlidir.

Cənubi  Qafqaz Avropa  Ittifaqı  üçün  çox  önəmli  bir  regiondur.  Çünki Avropa 

Ittifaqı genişləndikdən sonra Cənubi Qafqaz regionu artıq Avropa Ittifaqının qonşu 

regionu olacaqdır. Ona görə də Avropa Ittifaqının təmsilçiləri olaraq biz Cənubi 

Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasını, bu regionun iqtisadi 

inkişafı və regionda yaşayan xalqların maddi rifah halının yüksəlməsi üçün ən əsas 

amillərdən hesab edirik.

Biz Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığımızı genişləndirmək 

və beləliklə də bu regionda Avropa Ittifaqının mövcudluğunu artırmaq fikrindəyik. 

Şübhəsiz ki, belə bir əməkdaşlığın inkişafının asan olması, daha da genişlənməsi 

üçün  bu  regionda  mövcud  olan  hərbi  münaqişələrin  həll  olunması  vacibdir. 

Ona  görə  də  bizim  hamımız  belə  bir  fikrə  tərəfdarıq  ki,  regiondakı  əməkdaşlığı 

genişləndirmək üçün biz də münaqişələrin həll olunması üçün çalışmalıyıq, bu işə 

öz töhfəmizi verməliyik. Avropa Ittifaqı münaqişənin dinc yolla aradan qaldırıl-

ması üçün öz yardımını mümkün olan hər hansı çərçivədə etməyə hazırdır, amma 

şübhəsiz ki, bu münaqişənin həll olunması əsasən münaqişə edən tərəflər arasın-

da  axtarılmalıdır.  Münaqişənin  həlli  daha  çox  onlardan  asılı  olacaqdır.  Biz  eyni 

zamanda,  regional  əməkdaşlığın  genişləndirilməsinin  tərəfdarıyıq,  bunda  maraq-

lıyıq. Hesab edirik ki, münaqişələrin həlli ilə paralel olaraq regional əməkdaşlıq 

genişləndirilməlidir. Buna görə biz istəyərdik ki, regiondakı mövcud durumu necə 

qiymətləndirdiyinizi,  dəyərləndirdiyinizi,  Azərbaycan-Ermənistan  münaqişəsinin 

həlli yolunda hansı addımlar atıldığını Sizdən eşidək. Bu münaqişənin həll olnuma-

sı üçün Avropa Ittifaqı nə edə bilər - bu barədə tövsiyələrinizi də eşitmək istərdik.



Heydər Əliyev: Bu uzun bir mövzudur. Əgər bu barədə hər şeyi desəm, gərək 

məni iki saat dinləyəsiz.

Cənubi  Qafqazda  olan  münaqişələr  sizə  məlumdur.  Birincisi,  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsidir.  Ikincisi,  gürcü-abxaz  münaqişəsi, 

müəyyən  mənada  gürcü-osetin  münaqişəsidir.  Amma  onların  hamısından  çətini 

Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin artıq 12 yaşı vardır.

12  il  müddətində  bu  münaqişənin  həlli  üçün  çox  səylər  göstərilibdir. Ancaq 



89

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

nəticə əldə olunmayıbdır.

Hər şeyi dərk etmək üçün məsələnin kökünə baxmaq lazımdır. Münaqişə nə üçün 

başlayıbdır? Ermənistan Azərbaycanın ayrılmaz bir hissəsi, qədim Azərbaycanın 

torpağı olan Dağlıq Qarabağa ərazi iddiası ilə çıxış edibdir. Bu, hələ Azərbaycanın 

və  Ermənistanın  Sovet  Ittifaqına  mənsub  olduğu  vaxt  -  1988-ci  ildə  olubdur. 

Təəssüflər olsun ki, vaxtında bunun qarşısı alınmayıb, bu münaqişə həqiqətən hərbi 

münaqişəyə çevrilibdir. Illərlə müharibə gedib və bəzi səbəblərdən Ermənistanın 

silahlı qüvvələri həm Dağlıq Qarabağı, həm də sonra onun ətrafında Azərbaycanın 

7 rayonunu işğal ediblər. Beləliklə, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın 

silahlı  qüvvələrinin  işğalı  altındadır.  Bu  ərazidən  bir  milyona  qədər Azərbaycan 

vətəndaşı yerindən-yurdundan didərgin düşüb və çadırlarda yaşayır.

O rayonlardan köçmüş insanların əksəriyyəti çadırlarda yaşayır.

Mən bu gün səhər evdən çıxıb işə gələrkən gördüm ki, güclü küləklə qar yağır. 

Evimdən gəlib avtomobilə oturana qədər qar məni vurdu. Siz Bakıya təyyarə ilə 

enəndə burada həm qar, həm də külək vardır. Mən gəlib sizinlə görüşən zaman siz 

də, mən də bu qarın, yağışın altında idik. Amma hamımız çalışdıq ki, tez binaya 

daxil olaq. Indi təsəvvür edin, insanlar qışda da, yayda da bir il yox, iki il yox, 

yeddi-səkkiz il çadırlarda yaşayırlar, qızmar istiyə də dözürlər nə etməliyik? Onla-

rın başqa yaşayış yeri yoxdur. Onların evləri, bütün varidatı işğal olunub, dağılıbdır. 

Amma buna baxmayaraq, yenə də onlar arzu edirlər ki, öz torpaqlarına qayıtsınlar 

və ilk illərdə, əlbəttə, çadırlarda öz torpaqlarında yaşasınlar. Amma biz buna nail 

ola bilmirik. Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmır.

1994-cü  ilin  may  ayında  biz  Ermənistan-Azərbaycan  müharibəsini  dayandır-

dıq, yəni atəşkəs haqqında saziş imzaladıq. Məsələnin sülh yolu ilə həll olunması 

üçün danışıqlar aparırıq. 6 ildən çoxdur ki, bu danışıqlar gedir. Birləşmiş Millətlər 

Təşkilatının 4 qətnaməsi vardır ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın iş-

ğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxmalıdır. Amma Ermənistan buna riayət 

etmir. Ondan sonra bu məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qru-

punun  həmsədrləri  Rusiya,  Amerika  Birləşmiş  Ştatları  və  Fransadır.  Onlar  son 

illərdə bir neçə təklif veriblər. Amma Ermənistan həmin təklifləri qəbul etməyibdir. 

1998-ci ilin sonunda yeni bir təklif verilmişdir.

Bunu isə Azərbaycan qəbul edə bilmədi. Çünki o təklif Azərbaycan üçün heç cür 

qəbul oluna bilməz.

Bilirsiniz ki, son vaxtlar Ermənistan prezidenti və Azərbaycan prezidenti arasın-

da bilavasitə danışıqlar aparılır. Bu danışıqlar zamanı biz qarşılıqlı kompromislər 

axtarırıq. Amma burada da biz irəliləyə bilmirik. Əsas səbəb ondan ibarətdir ki, 

Ermənistan  Dağlıq  Qarabağın  ya  müstəqilliyini  tələb  edir,  yaxud  da  ki,  onun 

Ermənistanla  birləşməsini  tələb  edir.  Bu,  Azərbaycanın  ərazisidir.  Deməli, 

beləliklə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına biz gərək imza ataq. Bu, 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə