Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə54/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
1   ...   50   51   52   53   54   55   56   57   ...   111

 
98 
Birinci şümarədə 
Etimad 
Doğma Azərbaycan 
Ey dağ-daşı, gül bağçası, torpağı mərcan, 
Ey ay kimi ulduzlar içində üzü tapan.. 
Ey xalqımızın şövkəti sənsən bizə zinət, 
Sənsən verən övladuva dünya boyu nemət. 
Yurdum-yuvam, ellər gülü, doğma vətənimsən, 
Dünya hamısı bir tərəfə, sən də mənimsən. 
Azadlığı çox sərv ağacı səndən alıbdır, 
Dan ulduzu tək baş çəkib yerdə ucalıbdır. 
Səndən alır ilhamı o dağ-daşdakı tufan, 
Sən tərbiyə versən daş olur ləli-bədxəşan, 
Bu qəlblərin coşğun olan pak qanı sənsən, 
Oğlanlarıvın izzəti sənsən, canı sənsən. 
Tarix o uzun keçmişüvü yaxşı yazıbdır, 
Ş
anlı aduvu parlaq ölkələrdə qazıbdır. 
Heç qüvvə cahanda ayırmaz səni məndən, 
Mümkündür ayırmaq o bir ruhu bədəndən? 
Eşq olsun o aşıqlara ki, bağladı peyman, 
Öz canlarını elədilər eşqüvə qurban. 
Oğlanlarıvın fikri, məramı budur ancaq. 
Daim yaşa ey izzətim, ey ana torpaq. 
 
“Azərbaycan” 4-cü şumarəsi 
Əli Fitrə
Yurdumuz şanlı Azərsatandır 
Bizə bu ölkə bağ rizvandır 
Dilimi hifz edərəm hər an 
Qoymaram bu dilə edə nöqsan. 
Qoymaram millətim zəlil olsun 
Ə
cnəbilər bizə dəlil olsun 
 
275 
Azərbaycanın Milli Heyətinin rəisi Hacı Mirzə Əli Şəbüstəri 
Bu  vəsiqələr  arasında  Milli  Məclis  intixabatı  barəsində 
verilən elamiyyə artıq dərəcədə əhəmiyyətlidir. Çünki bu vasitə 
ilə  biz  çürümüş  ran  seçki  qanunu  pozub,  şahın  xüsusi  haqqı 
olan  intixabat  elanını  xalq  tərəfindən  intixab  olunmuş  Milli 
Heyət  rəisinə  mühəvvəl  etmişdik  (tapşırmışdıq).  Beləliklə  biz 
xalqa  müstəbid  və  mürtəcelər  tərəfindən  düzəlmiş  qanunların 
pozulması  imkanını  göstərib,  anlatmağa  müvəffəq  olmuşduq. 
Azuqə  və  yeyinti  şeylərinin  Azərbaycandan  çıxarılmaması 
baxmayaraq  ki,  təzə  bir  məsələ  deyildir,  bunun  nəziri 
Azərbaycanda  və 
ranın  başqa  şəhərərində  çox  ittifaq 
düşmüşdür  (üz  vermişdir).  Amma  o  gün  Azərbaycan  üçün  bu 
işin həyatı əhəmiyyəti var idi. Sözün doğrusu bu hökuməti ələ 
götürməyə çalışan bir firqə və cəmiyyət üçün böyük siyasi bir 
tədbir  idi.  Biz  əgər  möhtəkirlərin  qarşısını  almasaydıq,  onlar 
çox  asan  bir  surətdə  azuqəni  aparmaqla  daxildə  süni  aclıq  və 
bahalıq yaradıb, xalqı bizə nisbət bədbin edə bilərdilər. Biz çox 
gözəl bilirdik, siyasi məfkurə sahibi olmayan şəhərin törtöküntü 
və  sinifi  xasiyyəsini  itirmiş  xırda  burjua  qrupu  fəqət  çörək  və 
yeyinti  üzərində  hərəkət  edərək,  sabahı  heçdə  nəzərə  ala 
bilməyəcəkdir.  Onun  nəzərini  cəlb  etmək  üçün  birinci  çörəyi 
bol və ucuz olaraq onun dəstrəsində (əl altında) qoymaq lazım 
idi.  Ona  görə  də  Milli  Heyət  təsis  olan  kimi  onun  ikinci 
cələsəsində ərzaq məsələsini müzakirə edib, Miyana, Zəncan və 
sair  şəhərlərdə  çalışan  azadixahlar  və  fədai  dəstələrinin 
başçılarına  Azərbaycanda  ğəllə,  ət,  yağ,  pendir  kimi 
yeyintilərin  çıxmasının  qabağını  alamağ  tapşırdı.  Bu  tədbir 
Milli  Hokumət  qurulduğu  zaman  çox  xeyrli  oldu.  Xalq 
azuqənin  ucuzlaşmasını  hökumətin  layiqli  işi  hesab  etdi. 
Müxaliflərin  intişar  verdikləri  qorxulu  şayiələrə  inanmamaq 
üçün  artıq  dəlil  sübut  qalmadı.  Mill  Heyət  milli  məclis 
intixabatının  işində  da  artıq  dərəcədə  ləyaqət  biruzə  verdi.  Bu 
seçki  barəsində  ayrı  bölmədə  geniş  məlumat  verildiyi  üçün 
burada  o  xüsusda  heç  də  uzun-uzadı  bəhs  etməyə  ehtiyac 


 
274 
mücahidətdən  diriğ  etməyib  (boyun  qaçırtmayıb).  Milli  Məclis 
nümayənədələrin  intixabında  çox  diqqət  edərək,  azadixah 
millət və vətənpərəst əşxas intixab etsinlər. 
Azərbaycanın Milli Heyəti rəisi Əli Şəbüstə
 
11 Azər 1324-cü il (1 dekabr 1945) 
Elan 
Əziz  həmvətənlər!  Bildiyimiz  kimi  Azərbaycan  xalqı  öz 
ehtiyacatının  təmini  üçün  Azərbaycandan  ərzaq,  əğziyyə 
(buğda,  yağ  və  sair  xarbar)  və  məişət  ehtiyacları  südurinə 
mümaniət  edir  (məişət  avadanlıqının  ixracının  qarşısını  alır). 
Milli  Heyətə  verilən  raportlara  görə  bəzi  əşxas  hətta 
malülticarə  (ticarət  malı)  və  xoşgibar  (meyvə  qurusu)  və  sair 
sadiratın, əcnasın südurunda da mümaneət edib  (ixrac olunan 
malların qarşısını alıb), malül-ticarə sahiblərini zəhmətə salar. 
Buna görə Azərbaycan Milli Heyəti elan edir ki, Felən (hələlik) 
Azərbaycanda  aşağıda  yazılan  ərzaqdan  savay  hər  cins  və 
malül-ticarənin  göndərilməsi  azaddır  və  heç  kəs  onların 
getməsinə  mane  olmağa  haqlı  deyildir.  Göndərilməsi  məmnu 
(qadağan) olan ərzaq və əcnas felən bunlardır: 
1. Ğəllə (buğda, arpa, un), yağ, kərə, pəndir, yumurta, toyuq, 
ə
t, qaramal. 
2. Azərbaycanın daxilində ərzaq və xarbar və malülticarənin 
həml və nəqli küllən azaddır və həmlində (daşınmasında) mane 
olanlar təqib olunancaqlar. 
 
3.  Şəhərlərdə  və  kəndlərdə  xalqın  moridi  ehtiyacı  olan 
xarbar və əğziyə və əcnası ehtikar edənlər Azərbaycan xalqının 
qəddar  düşməni  sayılıb,  şədidən  təqib  və  mücazad 
olunancaqlar. Hər kəs hər ünvan ilə bu dəsturun xilafına iqdam 
edə, Milli Heyət tərəifndən təqib və şədidən tənbeh və mücazat 
olunacaqdır.” 
 
99 
Hədəf əslini edək mənzur 
Qoymayaq güclü güc edə sizə zor, 
Toprağın müzkün vermərəm hərgiz 
Bu məram üstündə mərd-mərdanə 
Bataram şövq ilə qızıl qana 
Çalışın olmaya nifaq bu gün 
Cəhd edək biz məramə nail olaq, 
Üç qəzetdə bədr kamil olaq. 
“Azərbaycan” 7-ci şümarəsi 
Seyid Həsən Müsəvi 
haqq və azadlıq 
 
Sevgili vətənim xoş iqbal ana 
Qəlbdən diləyim istiqbal sana 
Məhəllin, mərkəzin tamam insana 
Ruh verir, mən də qailəm ona 
***** 
Qəhrəman yurdumun mərd oğulları 
Qəhrəman doğmuşdu ana onları 
Azadlığ uğrunda axan qanları 
Qurbanlar vermişik Azərbaycana 
***** 
Azəri mülkünün qızıldır daşı 
Çiçəkli tarlası, aldır qumaşı 
Uca dağları var, qarlıdır başı 
Bac verməz çiskinə, çənə, dumana. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə