FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ
SƏDRİ Ə.XASMƏMMƏDOVUN ƏDLİYYƏ NAZİRİNƏ
MƏRUZƏSİ
22 noyabr 1918-ci il
Şamaxı şəhərinin və Şamaxı qəzası müsəlman kəndlərinin dağıdıl-
ması və adı çəkilən şəhər və qəzanın müsəlman əhalisinə qarşı törədil-
miş zorakılıqlara dair iş üzrə
Fövqəladə Təhqiqat Komissiyasının apardığı istintaqla aşağıdakılar
müəyyən edilmişdir:
Şamaxı şəhəri iki hissədən ibarət idi: Yuxarı və ya Erməni, Aşağı və
ya Müsəlman hissələri. Birincidə, əsasən ermənilər, həmçinin ruslar və
molokanlar, eləcə də xeyli müsəlmanlar, ikincidə isə, yalnız müsəlmanlar
yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyətini müsəlmanlar təşkil
edir, ermənilər və molokanlar isə hərəsi 6 kənddə yaşayırlar. İstər şəhərli
müsəlmanlar, istərsə də kəndli müsəlmanlar keçmiş zamanlardan bəri
ermənilərlə və molokanlarla sülh və dostluq şəraitində yaşamış, onlara
heç bir ziyan yetirməmiş, onları incitməmiş və daim mehriban qonşuluq
əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Cənubi Qafqazın bir
çox şəhər və kəndlərində müsəlmanlar ermənilərə qarşı çıxış edəndə,
Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində
zorakılıq etməmiş, onlara qarşı qansız düşmənçilik çıxışları belə olma
-
mışdır. Buna baxmayaraq Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri,
129
müraciətlər edirdilər. Ermənilər müsəlmanları onlara qardaşlıq hissləri
bəslədiklərinə və onlara qarşı heç bir düşmənçilik hərəkətləri hazırla
-
madıqlarına inandırmağa çalışır, eyni zamanda isə silahlanmaqda da
-
vam edərək Şamaxı şəhərindən 6 verst aralı yerləşən Mədrəsə erməni
kəndində yalnız Şamaxı qəzasının sakinlərindən deyil, Cənubu Qafqazın
başqa yerlərindən də erməni əsgər kütlələrini toplayırdılar. Mart ayı
-
nın birinci yarısında Şamaxıda belə bir məlumat alınır ki, Bakıdan Şa
-
maxıya top, pulemyot və böyük miqdarda mərmi ehtiyatı ilə silahlanmış
üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qarşısına
müsəlman və erməni ictimai xadimlərindən ibarət nümayəndə heyəti
göndərilir. Heyət dəstəyə bütün silah-sursatı, top və pulemyotları Şa
-
maxı qarnizonuna təhvil verməyi təklif etməli və ümumiyyətlə, dəstənin
nə məqsədlə gəldiyini öyrənməli idi. Nümayəndə heyətinin dəstə ilə
görüşü molokan kəndi Qozlu-Çayda (Hilmilli) baş tutur. Dəstə silahı,
topları, pulemyotları qarnizona təhvil verməkdən qəti imtina edir və
bildirir ki, onların başlıca məqsədi və vəzifəsi Şamaxı qəzasını quldur
dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal hə
-
yatı bərpa etməkdir. Bu zaman dəstə Şamaxı şəhərindən yan keçərək
Mədrəsə kəndinə gedəcəklərinə söz verir. Martın 15-də, səhər erkən
həmin dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz ev
-
lərini qoruyan müsəlmanlar, onun şəhərə hücum etdiyini güman edib
bir neçə atəş açırlar. Dəstə onları atəşə tutur. Atışma başlayır və bütün
şəhəri bürüyür. Ancaq müsəlman könüllü dəstəsinin rəisinin sayəsində
anlaşılmazlıq aydınlaşdırılır və atışma dayandırılır. Bu atışma nəticəsin
-
də hər iki tərəf, həm müsəlmanlar, həm ermənilər tərəfdən tələfat olur.
Axşama doğru şəhərdə tam qayda və sakitlik bərpa olunur. Elə həmin
gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxının bütün xalqlarının
nümayəndələri və ruhaniləri bir yerə yığışaraq and içirlər ki, sülh şə
-
raitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bu münasibətlə
sına aparır, onların milli və dini hisslərini təhqir edirdilər. Ancaq hələ
açıq çıxış etmirdilər. Fevral çevrilişindən sonra ermənilər daha qətiy
-
yətlə hərəkət etməyə başladılar. Onlar müsəlman əhalisini milli şovi
-
nizmdə günahlandıran və onlara qarşı düşmən mövqe tutan yerli Əsgər
və Fəhlə Deputatları Şurası ilə əlaqəyə girdilər. Ermənilər üçüncü şəxs
-
lər vasitəsilə şura üzvlərinin müsəlmanlara qarşı fitnəkar hərəkətlərini
təqdir edirdilər. Yerli komanda çıxıb gedərkən ermənilər nə müsəlman
olan qəza komissarına, nə də yerli Müsəlman Milli Şurasına xəbər ver
-
məyərək gizli surətdə onlardan silah anbarını qəbul etdilər. Komanda
getdikdən sonra onlar ermənilərdən və molokanlardan ibarət qarnizon
təşkil edərək müsəlmanları oraya buraxmadılar. Sonuncular, nəhayət ki,
müsəlmanların da qarnizona daxil edilməsinə nail olduqda, erməni əs
-
gərləri onlara qarşı düşməncəsinə yanaşır, hətta onları təhqir edir və in
-
cidirdilər. Elə bu vaxt ermənilər öz kəndlərinə müxtəlif yollarla silah-sur
-
sat gətirərək, sürətlə silahlanırdılar. Silah, əsasən, cəbhədən qayıdan
erməni əsgərləri tərəfindən furqonlarda bir nəfərə üç silah olmaqla və
erməni əsgər dəstələri ilə birlikdə gətirilirdi. Ermənilərin bu hərəkətləri
istər şəhərli, istərsə də kəndli müsəlmanları çox narahat edirdi, belə
ki, onlar ermənilərin onlara qarşı silahlı hücuma hazırlaşdıqlarını aydın
görürdülər. Müsəlman ictimai xadimləri və ruhaniləri müsəlman əha
-
lisinin ermənilərə qarşı hər-hansı düşmənçilik hərəkətlərinə yol ver
-
məməyi üçün hər cür səy göstərirdilər. Bu şəraitdə yaranmış vəziyyəti
araşdırmaq üçün müsəlman ictimai xadimlərinin təşəbbüsü ilə müsəl
-
man, rus və ermənilərdən ibarət Birləşmiş Komitə yaradıldı. Komitədə
müsəlmanlar ermənilərin onlara qarşı yönəlmiş düşmənçilik hərəkət
-
lərinə işarə edir, onları qeyri-səmimilikdə və riyakarlıqda günahlandı
-
rır, qardaşlıq və əmin-amanlıq şəraitində yaşamağa çağırır və 1905-ci
ildə olduğu kimi, indi də qardaş qırğınının baş verməsini istəmədik
-
lərini bəyan edirdilər. Müsəlman ruhaniləri də ermənilərə eyni tərzdə
ŞAMAXI QƏZASININ KƏNDLƏRİ
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
130
ertəsi gün şəhərdə təntənəli yürüşlər təşkil olundu. Şamaxı hadisələri
haqqında xəbərlər Kürdəmirə yetişərkən bu kəndin sakinləri iki hörmətli
şəxsi seçərək vəziyyəti öyrənmək və ermənilərdən müsəlmanları incit
-
məməyi xahiş etmək üçün Şamaxıya yollayırlar. Nümayəndələr Mədrəsə
kəndindən Şamaxıya gələn erməni rəhbərlərinə erməni yepiskopunun
verdiyi andı xatırladaraq müsəlmanlarla sülh şəraitində yaşamağı təklif
edəndə ermənilərdən bu cür cavab alırlar: “Müsəlman ruhaniləri erməni
ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə
istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək”.
Erməni yepiskopunun ermənilərin müsəlmanlara qarşı çıxış etməyə
-
cəkləri haqqında verdiyi andı eşidən müsəlmanlar sakitləşərək fəlakətin
onlardan yan keçdiyinə düşünürdülər. Bu vaxta qədər Şamaxıda olan
kənd könüllüləri dağılışaraq öz evlərinə gedirlər. Martın 17-də erməni
yepiskopu öz rəhbərlərinə Şamaxı şəhərinin müsəlman və erməni əha
-
lisi arasında sülhün bağlanması haqqında məlumat vermək üçün Məd
-
rəsə kəndinə yola düşür. Qəflətən martın 18-də sübh çağı Şamaxı şəhə
-
rinin ətrafında top atəşləri eşidilməyə başladı. Aydın olur ki, gecə ikən
şəhər cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən
mühasirəyə alınıb və şəhərin müsəlman hissəsini bombalayırlar. Silahı
götürən Müsəlmanlar əvvəlcə müqavimət göstərmək istəyərək silaha
sarınırlar, lakin top və pulemyot atəşlərinə qarşı dayana bilməyib geri
çəkilirlər. Onların arasında dəhşətli vahimə və təlaş başlanır. Ermənilər
və molokanlar şəhəri atəşə tutmağa və hücum etməyə davam edirdilər.
Axşama doğru onlar artıq şəhərin ən zəngin müsəlman hissəsi olan “Pi
-
ran-Şirvan”a soxuldular. Evləri yandırır və yanan evlərdən qaçaraq ca
-
nını qurtarmaq istəyən kişi, qadın və uşaqları güllələyirdilər. Bundan
əlavə, ermənilər evlərə basqın edir, sakinləri öldürür və qarət edirdilər.
Şəhərin küçələrində qalaq-qalaq meyitlər yığılmışdı. Gecə müsəlmanlar
qalib gəlmiş ermənilərin yanına nümayəndələr göndərərək onlara təs
-
lim olduqlarını bildirdilər. Atəş dayandırılmırdı.
Ən zəngin müsəlmanların yaşadığı “Piran-Şirvan”ın bütün bölmələri
od içində idi. Ertəsi gün ermənilər və molokanlar müsəlmanların bütün
silahları əllərindən aldılar. Lakin buna baxmayaraq, müsəlmanları talan
etməkdə və öldürməkdə davam edir, kişi, qadın və uşaqları qətlə yetirir,
ölümlə və evlərini yandırmaqla hədələyərək onlardan pul tələb edir
-
dilər. Küçələrdə əzab verilərək öldürülmüş, döşləri kəsilmiş, qarınları
yırtılmış qadınların meyitləri atılıb qalmışdı. Qarət edilmiş əmlak araba
və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Şamaxı şəhərin
-
də bütün bu azğınlıqlar bir neçə gün, Gəncədən Şamaxı şəhəri və Şa
-
maxı qəzası əhalisinin köməyinə göndərilmiş müsəlman silahlı dəstələ
-
rinin Şamaxıya gəlməsinə qədər davam edir. Bu qoşunların gəlməsi ilə
ermənilər və molokanlar Şamaxıdan Qozlu-Çay molokan kəndinə çəki
-
lirlər. Müsəlman silahlı dəstələri onları təqib edir. Lakin məlum olur ki,
ermənilərin və molokanların qüvvələri sayca onlardan qat-qat üstündür
və onlar geri çəkilərək Şamaxı və Şamaxı qəzasını tərk etməyə məc
-
bur olurlar. Bu qoşunlarla Şamaxının, demək olar ki, bütün müsəlman
şəhər sakinləri də çıxıb gedir, yalnız şəhərin ən yoxsul əhalisi: xəstələr,
qocalar, qadınlar və uşaqlar qalır. Müsəlman qoşunu ilə getməklə xi
-
las olan müsəlmanlar özləri ilə hətta ən qiymətli əşyalarını belə götür
-
məyə macal və imkan tapmayaraq onları taleyin hökmünə buraxırdılar.
Müsəlman qoşunları getdikdən bir neçə gün sonra erməni və molokan
quldur dəstələri ikinci dəfə Şamaxını tutdular. Müəyyən edilmişdir ki,
onlar şəhərdə qalan və müsəlman qoşunları ilə getməyən bütün kişi,
qadın və uşaqları qətlə yetirmişlər. Hamının tanıdığı və hörmət etdiyi
Axund Cəfər Qulu da xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər onu
Axund olduğu məsciddə zülm verməklə qətlə yetirmişlər; əvvəlcə onun
saqqalını dəri qarışıq qoparmış, dişlərini sındırmış, gözlərini çıxarmış,
qulaqlarını və burnunu kəsmişlər. Ermənilər həmçinin xilas olmaq ümi
-
131
ancaq molokanlar, ya ancaq ermənilər, ya da hər ikisi birlikdə hücum et
-
miş, bəzi hallarda isə bu basqınlarda yəhudilər də iştirak etmişlər. Bun
-
dan əlavə, Şamaxıda olduğu kimi qəfil və xaincəsinə hücuma yalnız bir
neçə kənd məruz qalmışdır; bir neçə kəndlərin əhalisi düşmənin yaxın
-
laşdığını görərkən qaçmaqla və uzaq məsafədən açılan atəş altında geri
çəkilməklə xilas olmuşdur; qalan kəndlərin əhalisi isə ermənilər və ya
molokanlar, yaxud hər ikisi birlikdə gələnə qədər əvvəlcədən kəndi tərk
etmişdir.
Martın 18-də sübh çağı Şamaxıdan 3-4 verst aralı yerləşən Əngəxa
-
ran kəndi hücuma məruz qalmışdır. Əngəxaranın camaatı səhər erkən
top atəşini eşitmiş və onun harada atıldığını öyrənmək üçün evlərdən
çıxdıqda görmüşlər ki, onların kəndi Şamaxı qəzasının molokanları tərə
-
findən mühasirəyə alınıb; səngərlərdə oturan molokanlar müsəlmanlar
görünən kimi onlara atəş açırlar. Qarışıqlıq yaranır. Molokanlar kəndə
soxularaq kişiləri, qadınları və uşaqları öldürməyə başlayırlar. Yüzə qə
-
dər adamı öldürdükdən sonra, qalanlarını mühasirəyə alıb kənddən kə
-
nara çıxarırlar, molokanların bir hissəsi isə əngəxaranlıların əmlakını və
mal-qarasını oğurlamağa, kəndin ən yaxşı evlərini yandırmağa başlayır.
Talan edilmiş əmlakı və mal-qaranı öz kəndlərinə göndərirlər. Qazma
-
lar istisna olmaqla bütün kənd yandırılır. Məscidə də od vururlar. Əsir
götürülmüş qadın və uşaqları müsəlman kəndi Məlhəmə aparıb orada
saxlayırlar. 88 nəfər kişi isə molokan kəndi Çuxuryurda aparılır. Kəndə
çatmamış molokanlar əsirləri bağlarda saxlayıb bir neçəsini öldürürlər;
özü də bu bədbəxtləri bir-birinin ardınca sıraya düzür, sonra onlara atəş
açır və beləliklə, silahlarının gücünü yoxlayırlar. Qalan 76 nəfəri əsir kimi
Mədrəsə erməni kəndinə göndərirlər. Yolda iki nəfəri də öldürürlər və
belə ki, Mədrəsə kəndinə ancaq 74 nəfər gətirilir. Onlardan ikisi ermə
-
nilər tərəfindən müsəlmanlara hansı bir tapşırığısa çatdırmaq üçün Şa
-
maxı şəhərinə göndərilərkən qaçıb xilas olur. Qalanları əsirlikdə qalırlar.
di ilə onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqları
da öldürmüşlər. Axundun tamamilə yandırılmış evinin həyətində çoxlu
xırda insan sümükləri aşkar edilmişdir. Çürümüş meyitlərin iri sümüklə
-
ri isə türklər erməniləri Şamaxıdan qovandan sonra yığılmış və torpa
-
ğa tapşırılmışdır. Həyətdə hələ indi də çürümüş meyitlərin boğucu iyi
qalmaqdadır. Bundan başqa yandırılmış evlərin və məscidlərin həyət
-
lərində baxış zamanı çürümüş meyitlərin sümükləri aşkar olunmuşdur.
Məscidlərin həyətlərində şəhərin müxtəlif hissələrindən yığılmış insan
sümüklərinin basdırıldığı çoxlu sayda təzə qəbirlər vardır. Şəhərin bü
-
tün müsəlman hissəsinə od vurulmuşdur. Yanğın şəhəri tamamilə məhv
etmişdi. Müsəlman hissəsində bir dənə də olsun ev qalmamışdır, yalnız
şəhərin kasıb bölmələrində yaşayış üçün yararsız olan bir neçə qazma
qalıbdır. Şəhərin bütün müsəlman hissəsi indi yalnız xarabalıqdan, ya
-
nıb külə dönmüş böyük bir ərazidən ibarətdir. Məscidlərə və onların
nəzdində olan müqəddəs yerlərə də aman verməmişlər: on üç məhəllə
məscidi və böyük ziyarətgah olan “Cümə məscidi” yandırılmışdır. “Cümə
məscidi” müsəlmanlar üçün təkcə ziyarətgah, ibadət yeri kimi deyil,
həm də 800 il bundan əvvəl tikildiyi üçün qədimdən qalmış abidə kimi
əziz idi. . Baxış zamanı müəyyən olunmuşdur ki, həm məscidlər, həm
də evlər, mağazalar və digər tikililərin daş divarları naməlum maye ilə
isladılaraq yandırılmışdır. Bir neçə məscid, ev və mağazaların dağıntıla
-
rının, habelə insan sümüklərinin 45 ədəd fotoşəkli çəkilmişdir. Şəhərdən
qaçmış şamaxılıların qoyub getdikləri daşınan əmlakın bir hissəsi ta
-
lan edilmiş, digər hissəsi isə yandırılmışdır. Şamaxı şəhərinin müsəlman
əhalisi tamamilə müflis edilmişdir. Vurulmuş maddi ziyanın miqdarı he
-
saba gəlmir.
Eyni aqibətə Şamaxı qəzasının 72 müsəlman kəndi və onların əhalisi
düçar olmuşdur. Şamaxıya hücum edərkən ermənilər və molokanlar bir
-
gə hərəkət edirdilər. Kəndlərə edilən basqınlara gəldikdə isə, onlara ya
ŞAMAXI QƏZASININ KƏNDLƏRİ
1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
132
Şamaxıya müsəlman qoşunları daxil olduqdan və ermənilər Mədrəsə
kəndindən getdikdən sonra əngəxaranlı əsirlərin qohumları və həm
-
kəndliləri onların taleyini öyrənmək üçün Mədrəsə kəndinə gələndə,
kəndin arxasında onların hamısının meyitlərini tapırlar. Meyitlər dəh
-
şətli dərəcədə eybəcər hala salınmışdı: qulaqları və burunları, habelə
əlləri və ayaqları kəsilmiş, bəzi meyitlərin sinəsində yanıq izləri aşkar
edilmişdir ki, bu da onların sağ ikən sinələri üzərində ocaq qalandığını
sübut edir. Bundan başqa, çoxlu sayda əngəxaranlı aclıqdan, soyuqdan
və xəstəlikdən ölmüşdür. Hazırda Əngəxaranın əhalisinin sayı yarıdan
da artıq azalmışdır. Qalan əhali başdan-başa xəstədir və hər gün bir
neçə nəfər ölür. Əngəxaranlılara dəymiş ziyanının miqdarı çox böyük
-
dür. Onlar tamamilə müflis olmuşlar.
27 kəndin vəziyyətinin təhqiqatı göstərir ki, heç bir kənd Əngəxa
-
ran qədər dəhşətli talana məruz qalmamışdır, hərçənd onların çoxu,
məs., Sündi, Çarhan, Təklə, Çobanı-müsəlman və s. kimi kəndlər də elə
o dərəcədə talan edilmişlər. Keştiməz, Bicov və Kəşad kəndlərində sa
-
kinlərin çoxu, o cümlədən əsir götürülmüş və qadınların çoxu əsirlikdə
zorlanmışdır. Bu qadınların çoxu çəkdikləri əzaba və mənəvi iztirablara
dözməyərək ölmüşdür. Qəzanın bütün müsəlman əhalisi müflisləşmiş,
dilənçi kökünə düşmüşdür. Demək olar ki, hamısı xəstədir, hər gün bö
-
yük kəndlərdə 10-15 nəfər, kiçik kəndlərdə isə 4-6 nəfər ölür. Bunların
hamısı müsəlman kəndlərinin dağıdılması və talan edilməsi, eyni za
-
manda bir neçə ay ərzində dağlarda sərgərdan gəzmələrin nəticəsidir.
Bütün zərərçəkmiş müsəlmanların ifadələrindən aydın olur ki, ermə
-
nilər Şamaxını və Şamaxı qəzasının kəndlərini talan edərək, minlərlə
müsəlman kişi, qadın və uşağı əzabla öldürməklə, bütün məscidləri və
müqəddəs yerləri dağıtmaqla müsəlmanlara qarşı qisas və düşmənçilik
niyyəti ilə hərəkət etmiş və öz milli ideyaları güdmüşlər; lakin ifadələ
-
rin ziddiyyətliyi üzündən molokanları müsəlmanlara qarşı çıxış etməyə
hansı niyyətlərin sövq etdiyini aydınlaşdırmaq mümkün olmamışdır.
Zərərçəkənlərin bəzisi molokanların bolşevizm ideyalarını, digərləri öz
xeyirlərini güddüklərini, üçüncülər isə ermənilərin təsiri altında hərəkət
etdiklərini və ermənilər tərəfindən aldadıldıqlarını demişlər; molokan
-
ların özləri isə, zərərçəkənin birinin dediyinə görə, ona həyasızcasına
bildirmişdir ki, onlar daha güclünün tərəfində durmuşlar.
Şamaxı qəzasının talan edilmiş digər kəndlərinin təhqiqatı davam
edir və onun nəticələri əlavə təqdim ediləcək.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə.Xasməmmədov (imza).
Dostları ilə paylaş: |