Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   28   29   30   31   32   33   34   35   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

Valyuta  siyasəti 

ölkənin  cari  və  strateji 

məqsədlərindən asılı olaraq həyata keçirilən beynəlxalq valyuta münasibətləri sferasında tədbirlər 

kompleksidir.  Hüquqi  cəhətdən  valyuta  siyasəti  valyuta  qanunvericiliyi  ilə  və  ölkələr  arasənda 

valyuta sazişləri ilə rəsmiləşdirilir. 

 

Valyuta məzənnəsinin səviyyəsinə təsir göstərmək üçün istifadə edilən dövlət tədbirlərinə 



aşağıdakılar aiddir: 

1)

 



valyuta müdaxilələri; 

2)

 



diskont siyasət; 

3)

 



proteksionist tədbirlər. 

Valyuta  siyasətinin  vacib  aləti  kimi  valyuta  müdaxilələri  çıxış  edir. 



Valyuta  müdaxiləsi

 

mərkəzi  bankın valyuta  bazarında  aparıcı xarici valyutalara  qarşı  milli pul vahidinin alqı-satqısı 



üzrə həyata keçirdiyi əməliyyatlardır. 

Valyuta müdaxilələrinin məqsədi müvafiq valyuta məzənnəsinin, müxtəlif valyutalar üzrə 

aktiv  və  passivlərin  balansının  və  ya  valyuta  bazarı  iştirakçılarının  gözləntilərinin  səviyyəsinin 

dəyişdirilməsindən  ibarətdir.  Valyuta  müdaxilələri  mexanizminin  təsiri  ticarət  müdaxilələrinin 

təsirinin analoqunu təşkil edir. Milli valyutanın məzənnəsini yüksəltmək üçün mərkəzi bank milli 

valyutanı  alaraq  xarici  valyutanə  satmalıdır.  Bununla  da  xarici  valyutaya  tələb  aşağı  düşür  və 

nəticədə milli valyutanın məzənnəsi yüksəlir. Milli valyutanın məzənnəsini aşağı salmaq üçün isə 

mərkəzi  bank  milli  valyutanı  satmalı  və  xarici  valyutanı  almalıdır.  Bu  xarici  valyutanın 

məzənnəsinin artmasına, milli valyutanın məzənnəsinin isə aşağı düşməsinə səbəb olacaqdır. 

Müdaxilələr  üçün  bir  qayda  olaraq  rəsmi  valyuta  ehtiyatlarından  istifadə  edilir.  Valyuta 

ehtiyatlarının  səviyyəsinin  dəyişməsi  valyuta  məzənnələrinin  formalaşması  prosesinə  dövlət 

müdaxiləsinin masştabı göstəricisi kimi çıxış edə bilər. Mərkəzi bankların müdaxilələrinin həcmi 

bir  qayda  olaraq  gizli  informasiya  sayılır  ki,  bu  da  həyata  keçirilən  tədbirlərin  səmərəliliyinin 

təmin  edilməsi  üçün  hakimiyyətin  öz  hərəkətlərini  gizli  saxlamaq  istiqamətində  səylərini  əks 

etdirir. 



Rəsmi  müdaxilələr  müxtəlif  metodlarla  həyata  keçirilə  bilər.  Bu  zaman  birjalardan  (açıq 

metod) və ya banklararası bazardan (qapalı metod) istifadə edilə bilər. Əməliyyatlar brokerlər və 

ya  bilavasitə  banklar  vasitəsilə  reallaşdırıla  bilərlər.  Rəsmi  ehtiyatlardan  əlavə  müdaxilə  üçün 

vəsait  mənbəyi  kimi  qısamüddətli  borclanma  və  svop  əməliyyatları  da  çıxış  edə  bilər.  Konkret 

müdaxilə strategiyası hökumətin ümumi iqtisadi strategiyası ilə, həmçinin mərkəzi bankın valyuta 

bazarında vəziyyətinin xüsusiyyətləri ilə müəyyən edilir. 

Bundan  əlavə,  rəsmi  valyuta  müdaxilələri  “sterilizə  edilmiş”  və  “sterilizə  edilməmiş” 

müdaxilələrə bölünürlər. “Sterilizə edilmiş” müdaxilə o müdaxilələrə deyilir ki, bu zaman rəsmi 

xarici netto-aktivlərin dəyişməsi daxili aktivlərdə baş verən müvafiq dəyişikliklərlə kompensasiya 

edilir,  yəni  rəsmi  “pul  bazası”nın  həcminə  təsir  praktik  olaraq  mövcud  olmur.  əgər  müdaxilə 

prosesində rəsmi valyuta ehtiyatlarının dəyişməsi pul bazasının dəyişməsi ilə nəticələnirsə, onda 

müdaxilə “sterilizə edilməmiş” adlanır. 

Valyuta  müdaxilələrinin  uzunmüddətli  perspektivdə  milli  valyutanın  məzənnəsinin 

dəyişilməsi üzrə arzuolunan nəticələrə gətirib çıxarması üçün aşağıdakıların olması vacibdir: 

1)

 

valyuta müdaxilələrinin həyata keçirilməsi üçün mərkəzi bankda kifayət qədər ehtiyatların 



mövcudluğu; 

2)

 



bazar iştirakçılarının mərkəzi bankın uzunmüddətli siyasətinə inamı; 

3)

 



iqtisadi  artım,  inflyasiya  tempi, pul  kütləsinin  dəyişməsi tempi  kimi fundamental  iqtisadi 

göstəricilərin dəyişməsi və s. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə