II FƏSİL. AZƏRBAYCANDA BİZNES İNFRASTRUKTURUNUN MÖVCUD
VƏZİYYƏTİ VƏ SOSİAL İNKİŞAF MEYİLLƏRİ
2.1. Biznesin maliyyə-kredit infrastrukturunun
mövcud vəziyyəti və inkişaf dinamikası
Respublikamızda həyata keçirilən bir sıra islahatların nəticəsi olaraq iqtisadiyyat
öz inkişaf yolunda müəyyən mərhələyə gəlib çatmışdır. Xarici iqtisadi əlaqələrin daha
da genişlənməsi və ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi üçün maliyyə
bazarının formalaşması vacib bir məsələyə çevrilmişdir. Qeyd etdiyimiz kimi,
respublikamızda maliyyə bazarının formalaşması ölkəmizdə siyasi sabitlik
yarandıqdan sonrakı dövürə təsadüf edir. Artıq 1995-ci ildə ölkəmizdə maliyyə bazarı
tam formalaşmışdır. 1998-ci ildə ölkəmizdə 79 kommersiya bankı, çoxlu sayda sığorta
şirkətləri, kredit təşkilatları, 547 səhimdar cəmiyyət həmçinin 4 birja fəaliyyət
göstərirdi. 1998-ci ildən sonra respublikamızda maliyyə alıcısı olaraq müəssisə və
təşkilatlar dövləti üstələməyə başlamışdır.Buda inkişafın sürətlənməsini göstərən
əyani misal idi.
Maliyyə bazarının əsas tərkib hissəsi olan Qiymətli Kagizlar üzrə Dövlət
Komitəsi 1998-ci il 30 dekabr tarixində prezidentin verdiyi fərman əsasında
yaradılmışdır. Azərbaycan Respublikasında banklar Qiymətli Kağızlar Bazarının
mühüm bir iştirakçısı hesab olunur.Banklar əsas fəaliyyət olaraq qiymətli kağızlar
buraxmaq, almaq, satmaq, qiymətli kağızlar üzərində əməliyyatlara vasitəçilik etmək
eyni zamanda bazara qiymətli kağızlara investisiya qoymaq prosesini həyata keçirirlər.
Onu da qeyd edək ki, banklar fond əməliyyatlarını müəyyən olunmuş qaydalar
əsasında həyata keçirirlər.Bu zaman aşağıdakı göstəricilər nəzərə alınmalıdır.
-
Aparılan əməliyyatları həyata keçirən mütəxəssislər xüsusi sertifikat və lisenziya
almış şəxslər olmalıdır.
-
Banklar bir qayda olaraq Milli Depozit Mərkəzinin nümayəndələrinin iştirakı ilə
depazitor fəaliyyət ilə məşqul ola bilərlər.
-
Aparılan fond əməliyyatları qanunvericilikdə göstərilən qaydalara ziddiyətlilik
təşkil etməməlidir.
25
Azərbaycan Respublikasında maliyyə bazarı subyektləri sırasına Bakı Fond
Birjasıda aid edilir. Bakı Fond Birjası 2000-ci ildə qapalı səhimdar cəmiyyət
formasında yaradılmış kommersiya təşkilatıdır.Bakı Fond Birjasının əsas məqsədi
Respublikada mütəşəkkil bir fond bazarının formalaşmasından ibarətdir və hal-hazırda
tərkibinə 20 səhmdar daxildir.
V.İ.Koesnikovun fikrincə “bazar iqtisadiyyatı maliyyə bazarının fəaliyyət və
inkişafını özü tələb edir”.Məlumdur ki, maliyyə bazarı iqtisadiyyatın inkişaf və
stimullaşdırılmasına təkan verən ən mühüm amillərdən biri hesab olunur.Maliyyə
bazarı bir sıra funksiyaları yerinə yetirir ki, bu amil də onun iqtisadi rolunu daha aydın
şəkildə təzahür etməyə imkan verir.Bu funksiyalara aşağıda qeyd edilən amilləri misal
göstərmək olar.
1. Bazar iştirakçıları tərəfindən təqdim olunan maliyyə alətlərinin hər hansı bir
real satış və alış qiyməti məhz maliyyə bazarı vastəsi ilə müəyyən edilir.Bu funksiya
maliyyə bazarının əsas funkisyalrından biri hesab olunur.
2. Bazar vastəsi ilə iki tərəfin,yəni hər hansı bir maliyyə vəsaitlərinə ehtiyacı olan
tərəf ilə, artiq pul vəsaitləri olan tərəfin bir birləri ilə əlaqələndirilməsini həyata keçirir.
3. Maliyyə bazarı vastəsi ilə investorlar öz sərmayələrini yatırmaq üçün ən
optimal variant seçmək hüququ əldə edirlər ki, bu istər ölkə daxilində istərsədə xarici
ölkələrdə ola bilər.Bu amil investorlara daha çox gəlirli sahələrə yatırım etmə imkanını
verir.
4. Məlum olduğu kimi maliyyə bazarının əsas funksiyalarından biri də bazar
iştirakçıları tərəfindən maliyyə vəsaitlərinin əldə olunması və eyni zamanda da
yerləşdirilməsində bir sıra xərclərin azaldılmasından ibarətdir. Bu xərclərə misal
olaraq informasiya xərclərini, əlavə araşdırmanın tələb etdiyi xərclərin minumuma
endirilməsini göstərə bilərik.
Maliyyə bazarının inkişaf etməsinə səbəblərdən biri də müxtəlif təşkilati-hüquqi
qarşılıqlı fəaliyyəti təşkil edir. Maliyyə bazarı mənbələrin aid olmasına görə iki qrupa
bölünür:
26
-
Milli (Daxili) maliyyə bazarı
-
Dünya maliyyə bazarı
Milli (Daxili) maliyyə bazarının əsas vəsaitləri ölkənin daxili maliyyə
vəsaitlərinə əsaslanan bir bazardır.Dünya maliyyə bazarı isə milli bazarların bir birləri
ilə sıx əlaqəsinin məcmusudur.Yəni dünya maliyyə bazarı konkret vahid bazar deyil.
Maliyyə bazarının tərkibinə: kapital bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar
bazarı, lizinq bazarı və s. daxildir.
Kapital bazarı uzunmüddətli maliyyə və investisya mənbələrinə çıxış imkanı
verən bazar növüdür. Kapital bazarının aşağıda qeyd edilən 3 əsas iştirakçısı
mövcuddur.
-
Emitentlər
-
Maliyyə vasitəçiliyi
-
İnvestorlar
Qeyd edək ki, emmitentlər özlərinin həyata keçiriləcək olan əməliyyatlarını
maliyyələşdirmək üçün qiymətli kağızlar üzərində bir sıra əməliyyatları həyata
keçirən, o cümlədən hazırlayıb, qeydə alıb və satan şəxslərdir.
Maliyyə vasitəçiləri – investorlar və emmitentlərin görüşünü təşkil edən vasitəçi
təşkilatlardır.İnvestorlar bir növ emmitentlərin təminatçısı rolunu oynayan
şəxslərdir. Belə ki, emmitentlərin buraxmış olduğu qiymətli kağızlara yatırım edərək
emmitentləri lazım olan kapitalla təmin edən şəxslərdir.
Bildiyimiz kimi maliyyə bazarının pul və kapital bazarına bölgüsünün əsasını
maliyyə alətlərinin tədavül müddəti təşkil edir. Qabaqcıl iqtisadi inkişafa malik olan
ölkələrin təcrübəsində göstərilir ki, maliyyə alətlərinin tədavül müddəti bir ildən az
olarsa bu pul bazarının aləti kimi qiymətləndirilməlidir.Kapital bazarının alətlərinə isə
uzunmüddətli alətlər aid edilir ki, burada adətən 5 ildən artıq müddət nəzərdə tutulur.
Pul bazarı alətləri adətən bir sıra biznes sahələrini və dövlət təşkilatlarını likvid
vəsaitlə təmin edir. Bu bazardan fərqli olaraq kapital bazarı investisiyalaşma ilə
əlaqədardır. Sözügedən pul bazarı alətlərinə aşağıda qeyd edilənlər aiddir.
27
-
Bank aspektləri,
-
Bankların depozit sertifikatları,
-
Xəzinə vekselləri
Azərbaycanda pul bazarı alətlərinə:
-
Mərkəzi Bankın notları
-
Qisamüddətli dövlət isteqrazları
-
REPO aid edilir.
“REPO əməliyyatı” – Mərkəzi Bank tərəfindən Milli Bankdan qiymətli kağızların
alınması və Milli Bankın müvəkkil bankdan isteqrazları almaq, Milli Bankın isə
nəzərdə tutulan isteqrazları əməliyyatda iştirak edən müvəkkil bankdan geri satın
almaq öhdəliyini (REPO-nun bağlanmasını) rəsmləşdirilməsi prosesidir.
“Əks REPO əməliyyatı” – Milli Bankın müvəkkil bankdan qiymətli kağızların alışı
və eyni zamanda müvəkkil bank tərəfindən qiymətli kağızların alınması, müvəkkil
bankın isə qiymətli kağızları Milli Bankdan satın almaq öhdəliyini rəsmiləşdirən
maliyyə əməliyatıdır. Burada sözügedən müvəkkil bank Milli Bank ilə REPO sazişini
bağlayan bankdır.
REPO/əks REPO-nun bağlanma qiymətlərini hesablamaq üçün aşağıdakı
düsturdan istifadə edilir.
Dostları ilə paylaş: |