Ümumi diaqnostika TQ -1-in periodikliyi ilə hərəkət tərkibinin bütövlükdə texniki vəziyyətini
yüksək təhlükəli istismar şəraitində işlədikdə (böyük şəhərlərdə, dağlıq yerlərdə,daim sərnişin
daşınmasmda və s.) ümumi diaqnostikanın aparılma periodikliyi 3-4 dəfə qısa götürülür və
deyilir ki, burada tormoz sisteminin, sükan idarəsinin, şinlərin, işıq-səs siqnallarının və
diaqnostika, adətən, avtomobil xəttə çıxmazdan qabaq texrıiki nəzarət postunda yerinə yetirilir.
Elementlər üzrə diaqnostika zamanı diaqnostika obyektinin gizli nasazlıqları təyin edilir. Bu
diaqnostikada məqsəd konkret olaraq hərəkət tərkibinin nasaz aqreqat yaxud mexanizmini
müəyyən etmək və nasazlıqların yaranma səbəblərini aydınlaşdırmaqdır. Xüsusi diaqnostika
(buna bəzən dərin diaqnostika da deyilir) TQ-2-nin periodikliyi ilə ondan 1-2 gün qabaq aparılır.
D-2-də nizamlama və təmir işlərinin həcmi müəyyənləşdirilir, nəqliyyatın TQ-2 və CT
zonalarından hansına keçəcəyi təyin edilir. Əgər hərəkət tərkibinin təmir işləri varsa və böyük
həcmə malikdirsə, onda hərəkət tərkibi əvvəlcə CT zonasına göndərilir. Xüsusi diaqnostikanın
nəticələrinə görə obyektin imtinasız işləmə resursu proqnoz edilir və onun növbəti D-2-yə qədər
66
Stasionar diaqnostikada nəqliyyat vasitəsinin (aqreqatın, mexanizmin və s.) işi laboratoriya
şəraitində xüsusi stendlər vasitəsilə imitasiya edilir. Səyyar diaqnostika isə (hərəkət vaxtı
aparılır) müxtəlif yerlərdə istifadə edilə bilən diaqnostik cihazlar işbdıilir. Bu diaqnostika
növlərinin hər ikisinin aparılmasında nıəqsəd mühərriki tələb olunan gücü yarada bilməyən və
yanacaq sərfı normadan çox olan nəqliyyat vasitələrini aşkara çıxarmaqdır.
3. Təyinatına görə -
ixtisaslaşdırılmış
(sərbəst postlarda) və TQ, CT-lə
birləşdirilmiş
diaqnostika
. Sərbəst postlarda təşkil edilmiş diaqnostika bir sıra yoxlama sınaqlarının və
diaqnostika əməliyyatlarının yerinə yetirilməsi üçündür. Bu diaqnostikanm əsas məqsədi
əvvəlcədən nəzərdə tutulmuş kompleks diaqnostika işlərini TQ-1, TQ-2 və CT-dən qabaq yerinə
yetirməklə nəqliyyatın profilaktik və təmir xarakterli texniki təsirlərə olan tələbatını və görüləcək
iş həcmini təyin etməkdir. İxtisaslaşdırılmış diaqnostikadan TQ və CT işlərinin yerinə yetirilmə
keyfiyyətini yoxlamaq üçün də nəzarət diaqnostikası kimi istifadə edilir. TQ və CT -lə
birləşdirilmiş diaqnostikada əməliyyatlar texniki qulluq və təmir zonalarında yerləşdirilmiş
postlarda görülür.
4. TQ və CT-in texnoloji prosesində avadanlığm tutduğu yerinə görə -
diaqnostika
postlarında
və
TQ və CT zonalarında
yerləşdirilmiş diaqnostik avadanlıqlarla yerinə yetirilən
diaqnostika.
Diaqnostika işlərinin yüksək keyfiyyətlə görülməsi baxımından birinci, əməliyyatların
operativ yerinə yetirilməsi nöqteyi-nəzərindən isə ikinci növ diaqnostikanın istifadə edilməsi
daha məqsədəuyğundur.
5. Aparılma rejiminə görə -
planlı surətdə
və
tələbata görə
yerinə yetirilən diaqnostika.
Planlı surətdə görülən diaqnostika ixtisaslaşdırılmış diaqnostika olub adətən TQ-1, TQ-2 və
CT-dən qabaq (texniki qulluqlar üçün onların periodikliyinə müvafiq olaraq) yerinə yetirilir.
Burada qabaqcadan nəzərdə tutulmuş kompleks diaqnostika işləri görülür. Tələbata görə
diaqnostika isə obyektin texniki vəziyyətində qeyri-müəyyənlik müşahidə olunduqda onun aşkar
edilib aradan qaldırılması üçün profılaktik və təmir xarakterli işləri yerinə yetirərkən aparılır.
6. Nəhayət, diaqnostika növlərindən biri də
nəzarət diaqnostikasıdır
ki, bunun də məqsədi
TQ və CT-də görülən işlərin keyfiyyətini yoxlamaqdır.
Dostları ilə paylaş: