“PAŞa bank” AÇiq səhmdar cəMİYYƏTİNİn riskləRİN İdarəEDİLMƏSİ ÜZRƏ SİyasəT



Yüklə 282,95 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü282,95 Kb.
#68222


 

 

“PAŞA Bank”  ASC - nin 

Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir 

Protokol № 34  Qərar № 1 

Tarix: “26” dekabr 2011-ci il



 

 

 



 

“PAŞA BANK” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN  

 

RİSKLƏRİN İDARƏEDİLMƏSİ ÜZRƏ SİYASƏT 

 

 

1.



 

ÜMUMİ MÜDDƏALAR 

 

1.1. 



Bu Siyasət  Azərbaycan  Respublikasının qanunvericiliyi,  Azərbaycan Respublikasının 

Mərkəzi  Bankının  normativ-hüquqi  aktları,  “PAŞA  Bank”  ASC-nin  (bundan  sonra  “Bank” 

adlanacaq) Nizamnaməsinə uyğun olaraq hazırlanmışdır. 

1.2. 


Hazırkı Siyasət bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi zamanı 

maliyyə-təsərrüfat  fəaliyyətinin  səmərəliliyini  və  tamlığını,  aktiv  və  passivlərlə  idarə  edilmənin,  o 

cümlədən  aktivlərin  qorunmasının  təmin  edilməsinin  səmərəliliyini  təmin  etmək,  həmçinin  bank 

risklərinin idarəedilməsini təmin etmək məqsədilə hazırlanmışdır və buraya aşağıdakılar daxildir: 

-bankın maliyyə bazarlarında və, ümumiyyətlə, iqtisadiyyatda qeyri-müəyyənlik, qeyri-stabillik 

inkişaf  şəraitində  fəaliyyət  göstərməsi  zamanı  yarana  biləcək  itkilərin  qarşısının  alınmasına, 

minimuma  endirilməsinə,  kompensasiyasına  yönəldilmiş  qarşılıqlı  əlaqəli  prosedur  və  siyasətlər 

kompleksi; 

-bank risklərinə daimi nəzarət edilməsi; 

-bank  risklərinin  Bankın  maliyyə  stabilliyinə  və  onun  kreditor  və  əmanətçilərinin  marağına 

təhlükə yaratmayacaq səviyyədə saxlanması üçün tədbirlərin görülməsi.  

1.3. Hazırkı Siyasət aşağıdakıları müəyyən edir:  

-bankın risklərin idarəedilməsi ilə bağlı siyasətini;  

-bankın  xassəsinə,  miqyasına  və  fəaliyyət  şərtlərinə  uyğun  gələn  risklərin  idarəedilməsi 

sisteminin təşkili və fəaliyyət göstərməsinin əsas prinsipləri; 

-bankın risklərin idarəedilməsi üzrə idarəetmə orqanlarının, bölmələrinin və vəzifəli şəxslərinin 

cavabdehliklərinin bölüşdürülməsi

-bank  risklərinin  idarəedilməsi  prosesini  tənzimləyən  daxili  sənədlər  sisteminin  təşkili 

prinsipləri;  

-risklərin ayrı-ayrı növlərinin idarə edilməsi prinsipləri.  

1.4. 

Bankda  risklərin  idarəedilməsi  sistemi  bank  nəzarəti  üzrə  Bazel  komitəsinin 



tövsiyələrini  nəzərə  almaqla,  bank  risklərinin  idarə  edilməsinə  ümumi  qəbul  edilmiş  yanaşma 

üsulları əsasında hazırlanır.  

 

2.

 

TERMİNLƏR VƏ ANLAYIŞLAR 

 

Bank  riski  –  daxili  amillər  (təşkilatı  strukturun  çətinliyi,  əməkdaşların  ixtisas  səviyyəsi, 

təşkilatı  dəyişikliklər,  kadr  axını  və  s.)  və  (yaxud)  xarici  amillərlə  (kredit  təşkilatının  iqtisadi 

fəaliyyət  şərtlərinin  dəyişməsi,  tətbiq  edilən  texnologiyalar  və  s.)  bağlı  olaraq  əlverişsiz  şəraitin 

yaranması nəticəsində kredit təşkilatının itkilərə məruz qalması və (yaxud) likvidliyinin pisləşməsi 

mümkünlüyü kimi bank fəaliyyətin ə xas olan hallar.  



Risklərin  idarəedilməsi  sistemi  —  bank  risklərinin  idarəedilməsi  üsullarının  (vasitə  və 

metodlarının),  o  cümlədən  bank  risklərinin  idarəedilməsi  vasitələri  olan  və  fəaliyyət  şəraitində 

yaranmış  qeyri-müəyyənliklər  zamanı  müsbət  maliyyə  nəticələri  əldə  etməyə,  risk  hallarını 

proqnozlaşdırmağa  və  onun  mənfi  təsirlərini  aradan  qaldırmaq  və  ya  aşağı  salmaq  üçün  tədbirlər 

görməyə imkan verən təşkilatı strukturların, strategiyaların, siyasət, üsul və prosedurların toplusu. 



   



 



İtkilər – Bankda risk hadisələri nəticəsində  yaranmış itkilər, o cümlədən aktivlərin dəyərinin 

aşağı  düşməsi,  aktivlərin  vaxtından  əvvəl  silinməsi,  məhkəmə  qərarlarına  (fərmanlarına), 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun səlahiyyət almış orqanların qərarlarına əsasən 

pul  ödənişləri,  səhvlərin,  qəzaların  və  digər  analoji  şəraitlərin  aradan  qaldırılmasına  xərclər 

nəticəsində itkilər. 

 

3.



 

RİSKLƏRİN TİPİK NÖVLƏRİ 

 

3.1. 


Risklərin 

tipik 


növlərinin 

siyahısı  Bankın  daxili  sənədlərində,  risklərin 

qiymətləndirilməsinə  beynəlxalq  yanaşma  üsulu  əsasında  verilir.  Digər  risklərin  idarəedilməsinın 

məqsədəuyğunluğu Bankda qəbul edilmiş risk meyarlarını nəzərə almaqla, Bankın Strateji planında 

əks etdirilir.  

Bu Siyasət ilə tipik risklərə aşağıdakılar aiddir:  



Daxili  nəzarət  və  korporativ  idarəetmə  sisteminin  riskləri  –  Bankın  fəaliyyət  və  inkişaf 

strategiyasını  müəyyən  edən  qərarların  qəbulu  zamanı  yol  verilmiş  səhvlər  (çatışmazlıqlar) 

nəticəsində Bankda itkilərin baş verməsi riski 

Kredit riski – borclunun müqavilə şərtlərinə əsasən Bank qarşısında olan maliyyə öhdəliklərini 

yerinə  yetirməməsi  və  ya  vaxtında,  yaxud  tam  olaraq  yerinə  yetirməməsi  nəticəsində  Bankda 

itkilərin yaranma riski. 

Bazar riski - ticarət portfelinin maliyyə alətlərinin və Bankın törəmə maliyyə alətlərinin bazar 

qiymətlərinin,  o  cümlədən  xarici  valyutaların  və  (yaxud)  qiymətli  metalların  kursunun  əlverişsiz 

istiqamətdə dəyişməsi nəticəsində Bankda itkilərin yaranması riski.  

Bazar riskinə fond riski, valyuta və faiz riskləri daxildir.  



Fond riski – həm fond qiymətli vasitələrinin və törəmə maliyyə alətlərinin emitenti ilə, həm də 

maliyyə qiymətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü ilə bağlı olan amillərin təsiri ilə ticarət 

portfelinin  qiymətli  vasitələrinin  (qiymətli  kağızlar,  o  cümlədən  idarəetmədə  istifadə  hüququnu 

təmin  edən  qiymətli  kağızların)  və  törəmə  maliyyə  alətlərinin  bazar  qiymətlərinin  əlverişsiz 

dəyişməsi nəticəsində itkilər.  

Valyuta  riski  –  Bankın  xarici  valyutalar və (yaxud) qiymətli  metallar üzrə  açıq  mövqelərində 

xarici  valyutaların  və  (yaxud)  qiymətli  metalların  kursunun  əlverişsiz  dəyişməsi  nəticəsində  itki 

riski. 

Faiz  riski  –  Bankın  aktivləri,  passivləri  və  balansdankənar  alətləri  üzrə  faiz  dərəcəsinin 

əlverişsiz istiqamətdə dəyişməsi nəticəsində maliyyə itkilərinin (zərərlərin) yaranması riski 



Likvidlik riski – Bankın öz öhdəliklərini tam həcmdə yerinə yetirə bilməməsi ilə bağlı yaranan 

itki  riski.  Likvidlik  riski  Bankın  maliyyə  aktivləri  ilə  maliyyə  öhdəlikləri  arasında  tarazlığın 

pozulması nəticəsində (o cümlədən Bankın bir və ya bir neçə kontragentinin maliyyə öhdəliklərini 

vaxtında yerinə yetirməməsi nəticəsində) və (yaxud) Bankın öz maliyyə öhdəliklərini dərhal və eyni 

zamanda yerinə yetirməsi üçün gözlənilməz zərurətin yaranması nəticəsində baş verir. 

Əməliyyat  riski  –  daxili  qaydaların  və  bank  əməliyyatları  və  digər  sövdələrin  aparılması 

prosedurunun  Bankın  xassəsinə  və  fəaliyyət  miqyasına  və  (yaxud)  qüvvədə  olan  qanunvericiliyin 

tələblərinə  uyğun  gəlməməsi,  kredit  təşkilatının  əməkdaşlarının  və  (yaxud)  digər  şəxslərin  onları 

pozması  (bacarıqsızlıq,  bilmədən  və  ya  qəsdən  görülən  tədbirlər  və  ya  tədbirsizlik  nəticəsində), 

Bankın  tətbiq  etdiyi  informasiya,  texnoloji  və  digər  sistemlərin  funksional  imkanlarının 

(xassələrinin)  uyğunsuzluğu  (kifayət  olmaması)  və  onların  xarab  olması  (işinin  pozulması), 

həmçinin xarici hadisələrin təsiri nəticəsində birbaşa və ya dolayı itkilərin yaranma riski.  

3.2. 


Risk faktorları: 

Bankın fəaliyyətinə xas olan əsas risk faktorları aşağıdakılardır: 



Daxili nəzarət və korporativ idarəetmə sisteminin risk faktorları: 

Bankın öz rəqibləri qarşısında üstünlük qazana biləcəyi fəaliyyətin perspektiv istiqamətlərinin 

səhv və ya kifayət qədər əsaslandırılmamış təyini; 

-  Bankın  fəaliyyətinin  strateji  məqsədlərinə  çatmasını  təmin  edəcək  ehtiyatların  (maliyyə, 

maddi-texniki,  insan)  və  təşkilatı  tədbirlərin  (idarəetmə  qərarlarının)  olmaması  və  ya  tam  həcmdə 

təmin edilməməsi;  

-  Bank  (Bankın  filialları,  tabe  və  törəmə  təşkilatları,  Bankın  real  sahibləri)  tərəfindən 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə,  Bankın  təsis  və  daxili  sənədlərinə,  işgüzar 



   



 

dövriyyənin adətlərinə, peşəkar etika prinsiplərinə əməl etməməsi, kreditorlar, əmanətçilər və digər 

müştəri  və  kontragentlər  qarşısında  müqavilə  öhdəliklərini  yerinə  yetirməməsi,  daxili  sənədlərdə 

müştərilərin  və  kontragentlərin,  səhmdarların,  idarəetmə  orqanlarının  və  (yaxud)  əməkdaşların 

maraqlarının  toqquşmasını  təsirli  şəkildə  tənzimləməyə,  o  cümlədən  maraqların  toqquşmasının 

mənfi  nəticələrini  minimuma  endirməyə,  həmçinin  müştərilər  və  kontragentlər  tərəfindən 

şikayətlərin,  məhkəmə  iddialarının  qaldırılmasının  və  (yaxud)  nəzarət  və  tənzimləyici  orqanlar 

tərəfindən təsir edilməsinin qarşısını almağa imkan verən mexanizmlərin olmaması; 

-  Bankın,  onun  filiallarının,  o  cümlədən  real  sahiblərinin  cinayət  yolu  ilə  alınmış  gəlirlərin 

leqallaşdırılması (yuyulması) və terrorizmin maliyyələşdirilməsi halları, həmçinin Bankın vicdansız 

müştəriləri və kontragentləri və (yaxud) əməkdaşlarının həyata keçirdiyi digər qanunsuz fəaliyyətlər 

ilə səmərəli mübarizə aparmaq qabiliyyətinin olmaması; 

-  işçilərin  toplanması  və  vəzifəyə  təyin  edilməsi  zamanı  kadrlar  siyasətinin  çatışmazlığı,  “Öz 

işçini tanı” prinsipinə əməl edilməməsi;  

-  Bankla  səhmdarların,  müştərilərin  və  kontragentlərin,  həmçinin  digər  maraqlı  şəxslərin 

maraqlarının toqquşması; 

-  kütləvi  informasiya  vasitələrində  Bank,  yaxud  onun  əməkdaşları,  səhmdarları,  idarə 

orqanlarının üzvləri, filialları, tabe və törəmə təşkilatları haqqında mənfi məlumatın dərc edilməsi.  

Kredit riskinin faktorları:  

a) fərdi kredit risklərinin faktorları: 

- ölkədə və regionda iqtisadi və siyasi şəraitin qeyri-stabilliyi (maliyyə böhranı, inflyasiya, ayrı-

ayrı bazarlarda əlverişsiz dəyişikliklər və s.); 

-  borcalan  fiziki  şəxsin  maddi  vəziyyətinin  və  sosial  vəziyyətinin  (əmək  haqqının  dəyişməsi, 

təqaüdə  çıxması,  ailə  qurması,  uşaqların  olması  və  s.)  və  ya  borcalan  hüquqi  şəxsin  maliyyə 

vəziyyətinin  (maliyyə  stabilliyinin,  dövriyyə  qabiliyyətinin,  rentabelliyinin,  likvidliyinin  və  s. 

göstəriciləri) dəyişməsi;  

- borcalanın kredit tarixçəsi (yoxdur, müsbət, mənfi);  

-  girov  kimi  çətin  realizə  edilən  və  ya  tez  qiymətdən  düşən  qiymətli  əşyaların  qoyulması, 

girovun itirilməsi; 

- şəxsi faktor (borcalanın intizamsızlığı, qəsdən yalan məlumatın verilməsi, fırıldaq və s.);   

b) Bankın toplam kredit risk faktorları: 

- Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə-kredit siyasətinin dəyişməsi (məcburi 

ehtiyat normalarının, uçot dərəcəsinin, risk normativlərinin və s.);  

-  Bankın  kredit  siyasətinin  dəyişməsi  (kredit  portfelinin  diversifikasiyası  və  konsentrasiyası 

dərəcəsi, kredit portfelinin strukturu, ehtiyatların fəaliyyətin digər istiqamətlərinə yönəldilməsi, yeni 

kredit alətlərinin tətbiq edilməsi, kredit məhsulları ilə iş texnologiyasının keyfiyyəti, girov siyasəti 

və s.); 

-  şəxsi  faktor  (Bankın  əməkdaşlarının  bacarıq  və  təcrübəsi,  kollektivdə  mikromühit,  sui-

istifadələr və s.). 

Bazar riski faktorlarına aşağıdakılar daxildir:  

Fond riskinin faktorları: 

- maliyyə alətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü; 

- Bankın yerinə yetirdiyi fond əməliyyatları həcminin dəyişməsi

- fond qiymətli kağızlarının və törəmə maliyyə alətlərinin emitenti ilə bağlı amillərin təsiri ilə 

ticarət  portfelinin  fond  qiymətli  kağızlarının  və  törəmə  maliyyə  alətlərinin  bazar  qiymətinin 

əlverişsiz istiqamətdə dəyişməsi;  

- maliyyə alətlərinin bazar qiymətlərinin ümumi tərəddüdü. 

Valyuta riskinin faktorları: 

- milli valyuta kursunun dəyişməsi; 

- Bankın həyata keçirdiyi valyuta əməliyyatlarının həcminin dəyişməsi; 

- xarici valyutada verilmiş aktiv və passivlərin dəyəri arasında tarazlığın olmaması. 

Faiz riskinin faktorları: 

- bazarda faiz dərəcələrinin səviyyəsinin dəyişməsi; 

- vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi dərəcələri arasında fərqin (spread) dəyişməsi 

-  faiz  riskinə  həssas  olan  və  ya  həssas  olmayan  aktiv  və  passiv  portfellərinin  strukturunda 

dəyişiklik; 



   



 

-  Bankın  həyata  keçirdiyi  faiz  riskinə  həssas  olan  və  ya  həssas  olmayan  əməliyyatların 

həcminin dəyişməsi;  

- bank əməliyyatlarının idarə edilməsində yol verilmiş və risk mövqelərinin yaranmasına səbəb 

olan səhvlər; 

- faiz risklərinin səmərəsiz hedcinq proqramı. 

 

Likvidlik riskinin faktorları: 

- Bankın maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin müddətlər, məbləğlər üzrə və ayrı-ayrı 

valyutalar nöqteyi-nəzərindən (o cümlədən Bankın bir və ya bir neçə kontragentlərinin öz maliyyə 

öhdəliklərinin vaxtında yerinə yetirməməsi nəticəsində) tarazlaşdırılmaması;  

-  Bankın  öz  maliyyə  öhdəliklərini  dərhal  və  hamısını  birdən  yerinə  yetirməsi  zərurətinin 

yaranması. 



Əməliyyat riski faktorları:  

-  Fiziki  və  (yaxud)  hüquqi  şəxslərin  Bankın  maraqlarına  qarşı  yönəlmiş  təsadüfi  və  ya  qəsdli 

hərəkətləri; 

-  Bankın  bölmələrin  və  əməkdaşların  səlahiyyətlərini  bölüşdürmək  sahəsində,  bank 

əməliyyatlarını və digər sövdələri yerinə yetirmək, onları sənədləşdirmək və hesabatda əks etdirmə 

sahəsində  təşkilati  quruluşunun  kamil  olmaması,  bankdaxili  qayda  və  prosedurların  olmaması  və 

əməkdaşların təyin edilmiş qayda və prosedurlara əməl etməməsi, daxili nəzarətin səmərəsizliyi;  

- sistem və avadanlığın işində nasazlıqlar; 

- Bankın nəzarətindən kənar əlverişsiz xarici şəraitlər. 

 

3.3. 



Qəbul edilmiş risklərin həyata keçirilməsi halında mümkün itki növləri: 

- aktivlərin dəyərinin azalması; 

- maddi aktivlərin oğurlanması; 

-  məhkəmələrin  qətnamələri  (qərarları),  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

səlahiyyət almış orqanların qərarları əsasında edilən ödənişlər

- müştərilər və kontragentlərə, o cümlədən kredit təşkilatının əməkdaşlarına kredit təşkilatının 

günahı  ucbatından  məhkəmədən  kənar  dəymiş  zədələrin  əvəzinin  ödənməsi  məqsədilə  edilən  pul 

ödənişləri; 

-  təsərrüfat  fəaliyyətinin  bərpasına  və  səhvlərin,  qəzaların,  təbii  fəlakətlərin  və  digər  analoji 

hadisələrin nəticələrini aradan qaldırmaq üçün çəkilən xərclər; 

- digər itkilər.  

 

4.



 

RİSKLƏRİN İDARƏEDİLMƏSİ SİSTEMİNİN TƏŞKİLİ  

VƏ FƏALİYYƏT PRİNSİPLƏRİ 

 

4.1. 



Risklərin idarəedilməsi sisteminin təşkilinin əsas prinsipləri 

4.1.1. 


Bankın risklərin idarəedilməsi sistemi aşağıdakı prinsiplərə əməl etməlidir: 

-  Bankın  xassəsinə,  miqyasına  və  fəaliyyət  şərtlərinə  uyğun  olmalıdır  (o  cümlədən  risklərin 

idarəedilməsina çəkilən xərclərin minimuma endirilməsini təmin etməlidir); 

-  Bankın  məruz  qaldığı  risklərin  çeşidlərində  əsaslı  dəyişiklərə  səbəb  olacaq  biznesin 

genişlənməsi  hallarında  (aparılan  əməliyyatların  sayının  artması,  bazarın  yeni  seqmentlərinin 

tutulması,  fəaliyyət  miqyaslarının  artması),  o  cümlədən  tənzimləyicilərin  tələblərinin  dəyişməsi 

hallarında inkişaf etməlidir (risklərin idarəedilməsina yaxınlaşma üsullarını dəyişmək) 

-  risk  hallarının  baş  verməsi  hallarına,  daha  doğrusu  faktiki  olaraq  baş  vermiş  itkilərə  cavab 

verməlidir; 

- risklərin səbəblərini aradan qaldırmaqla, onların qarşısını almaq, daha doğrusu, risk hallarının 

və  onların  nəticələrinin  ağırlığını  azaltmaq  məqsədilə  mövcud  biznes  proseslərin  dəyişdirilməsinə 

yardım etmək.  

4.1.2. 

Risklərin  idarəedilməsi  sisteminin  Bankın  xassəsinə,  miqyaslarına  və  fəaliyyət 



şəraitlərinə  uyğunluğunu  təmin  etmək  üçün,  həmçinin  müxtəlif  növlü  risklərin  Bankın  işgüzar 

fəaliyyətinə  eyni  dərəcədə  təsir  etmədiyini  nəzərə  almaqla,  risklərin  idarəedilməsi  sisteminin  ilk 

növbədə  Bankın  əsas risk növlərindən müdafiəsinə  yönəlməlidir. Bu  risklər Bankda qəbul  edilmiş 



   



 

risk meyarlarını nəzərə almaqla, Bankın müxtəlif risklərə məruz qalma mümkünlüyünün müntəzəm 

(ən azı ildə 1 dəfə) qiymətləndirilməsi yolu ilə müəyyən edilir.  

Bankın  İdarə  Heyəti  Bankın  qəbul  etdiyi  risklərin  faktiki  strukturunu  tənzimləyən  və  onun 

dəyişməsini proqnozlaşdıran daxili sənədləri təsdiq edir.    

4.1.3. 

Risklərin  idarəedilməsi  sisteminin  inkişafı  prinsipinin  həyata  keçirilməsini  təmin 



etmək məqsədilə Bank risklərin idarəedilməsina cavabdeh olan bölmələrin işçilərinin peşəkarlığının 

daimi  yüksəldilməsini,  faktiki  olaraq  yaranan  risk  növlərinin  müntəzəm  təhlilini  və  qısa  və  orta 

müddətə proqnozlaşdırılmasını təmin edir.  

4.1.4. 


Risk  hadisəsinə  cavab  reaksiyası  prinsipini  təmin  etmək  üçün  Riskin  İdarəedilməsi 

Departamenti Bankın üzləşdiyi itkilərin həcminə, onların baş verməsinə və kompensasiya üsullarına 

dair məlumatları əks etdirən analitik məlumatlar bazasını yaradır.  

İtkilər üzrə məlumatlar bazası aşağıdakı prinsipləri nəzərə almaqla təşkil olunur:  

а)  məlumat  bazasında  qeydə  alınan  risk  hadisələri  Bankın  faktiki  olaraq  üzləşdiyi  aşağıdakı 

kimi itkilər şəklində mühasibatlıq uçotunda əks etdirilməlidir: 

- aktivlərin dəyərinin azalması hesabına; 

- aktivlərin vaxtından əvvəl silinməsi; 

-  məhkəmələrin  qətnamələri  (qərarları),  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

səlahiyyət almış orqanların qərarları əsasında edilən ödənişlər; 

-  işçilərin  səhvlərinin,  oğurluq  hallarının,  informasiya  sistemlərinin  nasazlığının,  qəzaların, 

təbii fəlakətlərin və digər analoji şəraitlərin nəticələrinin aradan qaldırılması üçün pul vəsaitlərinin 

xərclənməsi; 

- digər itkilər. 

b)  məlumatlar  bazasının  ayrıca  götürülmüş  bölməsində  xarici  məlumat,  daha  doğrusu,  digər 

kredit  təşkilatlarında  baş  vermiş  risk  hadisələrinə  dair  müxtəlif  etibarlı  mənbələrdən  alınmış 

məlumatlar qeyd edilə bilər.  

4.1.5. 


Risk  hadisələrinin  qarşısının  alınması  prinsipinin  həyata  keçirilməsi  üçün  Risklərin 

İdarəedilməsi Departamenti risk göstəriciləri üzrə məlumatlar bazasını təşkil edir:  

Risk göstəriciləri üzrə məlumatlar bazası aşağıdakı məqsədlərlə yaradılır:  

- risk hallarının qarşısını almaq işləri üçün lazım olan analitik məlumatın toplanması; 

- sonrakı limitləşmə üçün əsas risk göstəricilərinin seçilməsi.  

4.1.6. 


Risk  hadisələrinin  qarşısının  alınması  üçün  işin  ayrıca  istiqaməti  –  Bank  üçün  yeni 

bank məhsulları, bank və qeyri-bank əməliyyatlarının növləri üzrə risk xəritəsinin hazırlanması. 

4.1.7. 

Risklərin  İdarəedilməsi  Departamentinin  riskləri  idarəetmə  sisteminin  keyfiyyətinin 



yoxlanması üçün:  

-  hər  ay  Bankın  ssudaların  keyfiyyət  göstəricilərinin,  itki  risklərinin,  vaxtı  keçmiş  ssudaların 

payının,  ssudalar  və  digər  aktivlər  üzrə  itkilər  üçün  nəzərdə  tutulmuş  ehtiyatların  ölçüsünün,  iri 

kredit 


risklərinin 

konsentrasiyasının,  səhmdarlar  (iştirakçılar)  üçün  kredit  risklərinin 

konsentrasiyasının  və  insayderlər  üçün  kredit  risklərinin  konsentrasiyasının  qiymətləndirilməsi 

nəticələri üzrə müəyyən edilən aktivlərin qiymətləndirilməsi həyata keçirilir;  

- hər ay ümumi qısamüddətli likvidliyin, ani likvidliyin, cari likvidliyin, cəlb edilmiş vəsaitləri 

strukturunun,  banklararası  bazardan  asılılığın  və  iri  kreditorların  və  əmanətçilərin  riskindən 

asılılığın  göstəricilərinin  qiymətləndirilməsi  nəticələri  ilə  müəyyən  edilən  likvidliyin 

qiymətləndirilməsi aparılır; 

- hər rüb Bankın gəlirliliyinin qiymətləndirilməsi aparılır (bank fəaliyyətinin əsas istiqamətləri 

üzrə təfərrüatlar). 

Risklərin  idarəedilməsi  departamenti  hər  rüb  risklərin  idarəedilməsi  sisteminin  keyfiyyətinin 

qiymətləndirilməsinə dair hesabat hazırlayır və Müşahidə Şurasına və İdarə Heyətinə təqdim edir 

 

4.2. 

Risk faktorlarının aşkar edilməsi 

4.2.1. 


Bank  hazırki  inkişaf  mərhələsində  Bank  üçün  ən  əhəmiyyətli  olan  risk  faktorlarının 

aşkar edilməsi üzrə müntəzəm işlər aparır. Çoxsaylı risk faktorları arasından iki şərtin – hər hansı 

əlverişsiz hadisənin baş vermə mümkünlüyü (ehtimalı) və onun Banka təsir dərəcəsinin,  uzlaşması 

əlamətinə görə ən vacib risklər seçilir.   

4.2.2. 

Bank üçün ən vacib risk faktorlarının ayırd edilməsində Bankın istifadə etdiyi üsullar 



Bankda  risklərin  idarəedilməsi  sisteminin  inkişaf  səviyyəsindən,  hər  hansı  risk  növünün  təsirinə 


   



 

məruz qalmış əməliyyatların həcmindən asılı olaraq və müxtəlif risklərin idarəedilməsi siyasətinin 

dəyişməsi zamanı dəyişə bilər.  

4.2.3. 

Risklərin  idarəedilməsi  sisteminin  cari  inkişaf  mərhələsində  riskin  əhəmiyyətli 



faktorlarının  aşkar  (müəyyən)  edilməsi  üçün  Bankda  müxtəlif  risk  növlərinin  həyata  keçməsindən 

yaranmış  itkilərə  dair  əldə  olan  statistik  məlumatların  kəmiyyət  təhlili  ilə  tamamlanmış  ekspert 

üsulundan istifadə edilir. 

4.2.4. 


Risklərin  konkret  növləri  üzrə  əhəmiyyətli  amillərin  aşkar  edilməsinin  təfərrüatlı 

qaydası  İdarə  Heyətinin  təsdiq  etdiyi  riskin  konkret  növlərinin  idarəedilməsi  üzrə  Əsasnamələrdə 

müəyyən edilir.  

 

4.3. 

Risk faktorlarının qiymətləndirilməsi 

4.3.1. 


Bankın  risk  faktorlarının  qiymətləndirilməsi  üçün  istifadə  etdiyi  üsullar  Bankda 

risklərin  idarəedilməsi  sisteminin  inkişaf  səviyyəsindən  asılı  olaraq  və  müxtəlif  risklərin 

idarəedilməsi siyasətinin dəyişməsi zamanı dəyişə bilər. 

4.3.2. 


Risklərin  konkret  növləri  üzrə  risk  faktorlarının  qiymətləndirilməsinin  təfərrüatlı 

qaydası İdarə Heyətinin təsdiq etdiyi risklərin konkret növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə 

müəyyən edilir.  

 

4.4. 



Toplam məqbul risk səviyyəsinin müəyyən edilməsi qaydası 

4.4.1. 


Riskin  məqbul  toplam  səviyyəsi  itkilərin  hesabat  dövrü  ərzində  Bankın  maliyyə 

stabilliyi  və  onun  kreditorlarının  və  əmanətçilərinin  maraqları  üçün  təhlükə  yaratmayacaq 

maksimum kəmiyyətidir.  

4.4.2. 


Riskin  məqbul  toplam  səviyyəsinin  kəmiyyəti  Müşahidə  Şurası  tərəfindən  risklərin 

idarəedilməsi  üzrə  seçilmiş  strategiyanı  nəzərə  almaqla  və  formalaşmış  ehtiyatların  və  gəlirin 

hesablaşma kəmiyyətinin cəmindən artıq olmamaq şərtilə müəyyən edilir.  

4.4.3. 


Məqbul toplam risk səviyyəsinin kəmiyyəti siyahısı və təyin  edilmə qaydası risklərin 

ayrı-ayrı  növlərinin  idarəedilməsi  üzrə  Əsasnamələrdə  təsvir  edilən  limitlər  sistemi  və  normativ 

göstəricilər vasitəsilə müəyyən edilir.  

 

4.5. 



Riskin monitorinqi və riskə nəzarət 

4.5.1. 


Risklərin  monitorinqi  riskin  səviyyəsinin  artması  ehtimalının  qarşısını  almaq  üçün 

aparılır.  

4.5.2. 

Riskin  monitorinqi  Bankın  fəaliyyət  göstəriciləri  sisteminin  (o  cümlədən  statistik, 



maliyyə)  müntəzəm  təhlili  vasitəsilə,  məsələn:  riskin  səviyyəsinin  əsas  göstəriciləri  sistemindən, 

yəni nəzəri və ya empirik baxımdan Bankın qəbul etdiyi risk səviyyəsi ilə bağlı olan göstəricilər və 

ya parametrlərdən istifadə etməklə aparılır.  

Əsas  göstəricilər  üçün  limitlər  (hədd  kəmiyyətləri)  təyin  edilə  bilər  ki,  bu  da  Bank  üçün 

əhəmiyyətli olan risklərin aşkar edilməsinə və onlara vaxtında müvafiq təsir göstərilməsinə imkan 

verəcək.  

4.5.3. 

Risklərin  müxtəlif  növlərinin  monitorinqinin  aparılma  dövriliyi  və  qaydası  risklərin 



ayrı-ayrı növlərinin idarəedilməsi üzrə Əsasnamələrdə təsvir edilmişdir.  

4.5.4. 


Toplam  risk  səviyyəsinə,  risklərin  idarəedilməsi  üzrə  təyin  edilmiş  qayda  və 

prosedurların  yerinə  yetirilməsinə  nəzarət  Bankın  risklərin  idarəedilməsi  sistemi  çərçivəsində 

həyata keçirilir.  

Toplam  risk  səviyyəsinə  strateji  nəzarəti  Müşahidə  Şurasının  nümayəndələrinin  iştirakı  ilə 

Bankın İdarə Heyəti aparır. 

Toplam  riskin  səviyyəsinə  taktiki  nəzarət  Bankın  icraedici  orqanları,  Risklər  üzrə  Komitə 

tərəfindən həyata keçirilir.  

Toplam  riskin  səviyyəsinə  operativ  nəzarət  Risklərin  İdarəedilməsi  Departamenti  və 

nəzarətedici bölmələr tərəfindən həyata keçirilir.  

4.5.5. 


Bankın risklərin idarəedilməsi sahəsində aşağıdakılara nəzarət edilir:  

- təyin edilmiş limitlərə və normativ göstəricilərə əməl etmə

-  tənzimləyici  orqanların  normativ  aktlarının  və  Bankın  risklərin  idarəedilməsi  üzrə  daxili 

sənədlərinin tələblərinə əməl etmə;  




   



 

-  risklərin  idarəedilməsi  sisteminin  təkmilləşdirilməsinə  yönəlmiş  tədbirlər  planlarının  yerinə 

yetirilməsi;  

- riskin əsas göstəriciləri əsasında risklərin idarəedilməsi sisteminin səmərəliliyi 

 

4.6. 



Riskin minimallaşdırılması 

4.6.1. 


Bank riskin minimallaşdırılması üçün aşağıdakı əsas üsullardan istifadə edir: 

Daxili  nəzarət  və  korporativ  idarə  sisteminin  riskləri:  qərarların  qəbuletmə  çərçivəsində 

idarəetmə  orqanlarının  səlahiyyətlərinin  bölüşdürülməsi,  Bankın  fəaliyyətinin  mümkün  yeni 

istiqamətlərini  müəyyən  etmək  və  yeni  strateji  məqsədləri  qarşıya  qoymaq  üçün  bank  xidmətləri 

bazarının  monitorinqi,  Bankın  əməkdaşlarının  ixtisasının  artırılması,  xarici  auditin,  daxili  nəzarət 

sisteminin səmərəli təşkili.  

Kredit  riski: borcalanın krediti ödəmə bacarığının təhlili, kredit portfelinin diversifikasiyası , 

kreditin təminatı, girovların sığorta edilməsi, ssudalar, ssuda və ona bərabər borclar üzrə mümkün 

itkiləri  ödəmək  üçün  ehtiyatların  yaradılması,  yüksək  kredit  riskinə  malik  sövdələrin  həyata 

keçirilməsi  üçün  xüsusi  qərar  qəbuletmə  ardıcıllığın  tətbiqi,  borcun  vaxtından  əvvəl  ödənməsi  və 

öhdəliklərə xitam verilməsi şərtlərinin hazırlanması üzrə tələblərə əməl edilməsi.  

Bazar riski: 

Fond riski - əməliyyat limitlərinin qoyulması (stop-loss, emitentlər üzrə fərdi limitlər). 

Valyuta  riski  –  açıq  valyuta  mövqelərinə  limitlər  (Bankın  toplam  valyuta  mövqeyinə  limit, 

ayrı-ayrı valyutalar üzrə sub-limitlər).  

Faiz  riski  –  maliyyə  sənədlərinin  əsas  kateqoriyaları  üçün  müddətli  qrup  nöqteyi-nəzərindən 

müxtəlif valyutalarla ifadə edilmiş faiz ehtiyatlarının təhlili (GAP – təhlil), cəlb edilən və yatırılan 

faiz  ehtiyatları  arasında  fərqin  müəyyən  edilməsi,  müxtəlif  müddət  və  valyuta  qrupları  üzrə  faiz 

marjasının hesablanması.  



Likvidlik  riski:  pul  vəsaitlərinin  axınının  proqnozlaşdırılması,  xəbərdaredici  göstəricilərin 

hesablanması,  limitlər  (likvidliyin  maksimum  fərq  kəmiyyəti  və  Bankın  daxili  sənədləri  ilə  təyin 

edilən digər limitlər), hadisələrin gözlənilməz istiqamətdə inkişafı zamanı likvidliyin bərpa edilməsi 

üzrə  tədbirlərin  planlaşdırılması,  likvidlik  vəziyyətinin  stress-sınağı.  Likvidlik  riskinin 

idarəedilməsi məqsədilə likvidlik ehtiyatları formalaşdırılır (likvidlik “yastığı”) 

Əməliyyat riski: səlahiyyətlərin bölünməsi, fəaliyyətin tənzimlənməsi, bank texnologiyalarının 

avtomatlaşdırılması,  itkilərin  uçotu,  risk  xəritələrinin  yaradılması,  risk  və  nəzarətlərin  özünü 

qiymətləndirilməsinin  həyata  keçirilməsi,  riskin  əsas  göstəricilərinin  monitorinqi,  daxili  nəzarət 

sisteminin təkmilləşdirilməsi.  

4.6.2. 

Hər  hansı  səbəbdən  riskin  səviyyəsini  aşağı  salmaq  mümkün  olmursa,  İdarə  Heyəti 



onun  qəbul  edilməsinə  dair  qərar  qəbul  edə  bilər.  Riskin  məqbul  səviyyəyə  endirilməsi  riskin 

yaranması ilə əlaqədar olan əməliyyatların həcminin məhdudlaşdırılması ilə əldə edilir.  

Müstəsna  hallarda  Müşahidə  Şurası  məhdud  dövr  ərzində  müəyyən  maliyyə  əməliyyatlarının 

aparılmasından, yeni xidmət və məhsulların və yüksək risk ilə müşayiət olunan digər fəaliyyətlərin 

tətbiq edilməsindən imtina etməklə riskdən çəkinmə yaxud riskin ötürülməsi taktikasından istifadə 

etmək qərarı qəbul edə bilər.  

 

5.

 

RİSKLƏRİN İDARƏEDİLMƏSİNİN TƏŞKİLATİ STRUKTURU 

 

5.1. 



Risklərin idarəedilməsinin əlaqələndirilməsi və mərkəzləşdirilməsi məqsədilə Bankda 

Risklərin İdarəedilməsi Departamenti – Bankın əməliyyatlar (sazişlər) aparan, itki risklərinə məruz 

bölmələrindən asılı olmayan bölmə fəaliyyət göstərir.  

5.2. 


Bankda risklərin idarəedilməsinın üç səviyyəli strukturu formalaşır: 

-  idarəetmənin  birinci  səviyyəsi:  Müşahidə  Şurası,  İdarə  Heyətinin  Sədri,  İdarə  Heyəti, 

Risklərin İdarəedilməsi Komitəsi, Kredit Komitəsi;   

- idarə etmənin ikinci səviyyəsi: Risklərin idarəedilməsi departamenti

- idarə etmənin üçüncü səviyyəsi: Bankın nəzarətedici bölmələri  

5.3. 


Müşahidə Şurasının səlahiyyəti: 

- iri sazişlərin və yerinə yetirilməsində maraq olan sazişlərin təsdiq edilməsi (qanunla, Bankın 

Nizamnaməsi, nəzarət və idarə orqanlarının normativ sənədləri və belə sazişlərin təsdiqi qaydalarına 

dair daxili sənədlərlə müəyyən edilmiş hüdudlarda).  




   



 

-  risklərin  səviyyəsinə  dair  hesabatların  məzmununun  və  müntəzəmliyinin,  həmçinin  Bankın 

qəbul etdiyi risklərə dair səhmdarlara operativ məlumat verilməsinin müəyyən edilməsi;  

- itki limitinin (daha doğrusu  risk iştahasının) müəyyən edilməsi (planlaşdırılması); 

-  iri  sövdələşmələrin,  Bankla  əlaqədar  şəxslərlə  sövdələşmələrin  və  yerinə  yetirilməsində 

marağı olan sövdələşmələrin təsdiq edilməsi (qanunla, Bankın Nizamnaməsi, nəzarət və idarəetmə 

orqanlarının  normativ  sənədləri  və  belə  sövdələşmələrin  təsdiqi  qaydalarına  dair  daxili  sənədlərlə 

müəyyən edilmiş hüdudlarda).  

5.4. 


İdarə Heyətinin səlahiyyətləri: 

- daxili sənədlərin, tədbir planlarının və təsdiq olunması Müşahidə Şurasının səlahiyyətinə daxil 

olan  risklərin  idarə  edilməsini  tənzimləyən  digər  daxili  sənədlərin  layihələrini  Müşahidə  Şurasına 

təqdimatı;  

- bank risklərinin idarəedilməsi sisteminin işinə və bank risklərinin qiymətləndirilməsinə daimi 

nəzarətin təşkili;  

- bank risklərini müvafiq şəkildə əks etdirən inzibati hesabat sisteminin  təsdiqi; 

- risklərin idarəedilməsinı tənzimləyən daxili sənədlərin: risklərin idarəedilməsi sisteminə dair 

Əsasnamənin  (risklərin  idarəedilməsi  üzrə  siyasət),  Risklərin  İdarəedilməsi  Komitəsinə  dair 

Əsasnamənin təsdiqi

-  Risklərin  İdarəedilməsi  Departamentinin  əməliyyatları  (sövdələşmələri)  həyata  keçirən,  itki 

risklərinə məruz bölmələrdən müstəqilliyinin təmini; 

- Risklərin İdarəedilməsi Departamentinə dair Əsasnamənin təsdiqi;  

-  Müşahidə  Şurasına  bankın  qəbul  etdiyi  risklərə,  təyin  edilmiş  risk  limitlərinə  əməl 

edilməməsinə dair operativ məlumatlandırılması; 

- Risklərin İdarəedilməsi Departamentinin işçilərinin vəzifə təlimatlarının təsdiqi;  

-  Daxili  audit  Departamentinin  nəzarət  üsullarının  məqsədəuyğunluğunu  və  limit  və 

prosedurlara əməl edilməsini təhlil etməsinin və qiymətləndirməsinin təmin edilməsi; 

-  risklərin  idarəedilməsinı  tənzimləyən  daxili  sənədlərin  təsdiqi  (Müşahidə  Şurasının  və  İdarə 

Heyətinin Sədrinin təsdiq etdiyi sənədlərdən başqa); 

-  risklərin  ayrı-ayrı  növlərinin  idarəedilməsi  üzrə  daxili  sənədlərdə  siyahısı  verilmiş  limitlərin 

təsdiqi (digər idarəetmə orqanlarının təsdiq etdiyi limitlərdən başqa);  

-  Bankın  uzun  müddət  riskin  təsiri  altında  qaldığı  hallarda  böhran  şəraitləri  üçün  tədbirlər 

kompleksinin  (planını),  o  cümlədən  gözlənilməz  hallarda  tədbirlər  planının  (Bankın  maliyyə-

təsərrüfat fəaliyyətinin aramsızlığını və/yaxud bərpasını təmin etmə planları) təsdiqi;  

- Ümidsiz borcların formalaşdırılmış müvafiq ehtiyatlar hesabına Bankın balansından silinməsi 

 

5.6. 


Risklərin İdarəedilməsi Komitəsinin səlahiyyətləri: 

- risklərin idarəedilməsi üzrə fəaliyyətin təşkili və əlaqələndirilməsi; 

-  Bankın  risklərin  idarəedilməsina  dair  ümumi  siyasətinin  hazırlanmasında  iştirak  və  onun 

həyata keçirilməsinə nəzarət; 

- risklərin idarəedilməsina dair daxili sənədlərin layihə formasının razılaşdırılması; 

- bank risklərinin kompleks qiymətləndirilməsi; 

- risklərin ayrı-ayrı növlərinin idarəedilməsina dair daxili əsasnamələrlə onun səlahiyyətinə aid 

edilmiş səlahiyyətlərin yerinə yetirilməsi. 

 

5.7. 


Kredit komitəsinin səlahiyyətləri: 

- kreditlərlə işə dair qərar qəbulu

-  kredit  risklərini  tənzimləyən  daxili  sənədlərin  layihə  variantlarının  nəzərdən  keçirilməsində 

iştirak; 

-  yüksək  riskli  kreditlər  və  eyni  tipli  tələblər  (ssudalar)  portfelləri  üzrə  hesablanan  və  faktiki 

ehtiyatların həcminin təyin edilməsi. 

 

5.8. 


Aktiv və passivlərin idarəedilməsi üzrə Komitənin səlahiyyətləri: 

-  bazar  riskinin  Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq  edilmiş  maksimum    məqbul  səviyyə 

hüdudlarında tənzimlənməsi; 

- Bankın aktivlərinə və passivlərinə, onun maliyyə nəticələrinə aid olan idarəetmə məlumatının 

monitorinqi və təhlili; 



   



 

-  Bank  tərəfindən  vəsaitlərin  cəlb  edilməsinə  nəzarət,  vəsaitlərin  daxil  olma  stabilliyini  təmin 

etmək məqsədilə ən səmərəli maliyyələşdirmə forması və strukturunun təyin edilməsi; 

-  kifayət  həcmdə  likvidliyi  və  likvidliyin  faktiki  səviyyəsinin  təsdiq  edilmiş  Siyasətə 

uyğunluğunu daimi olaraq təmin etmək məqsədilə Bankın likvidlik vəziyyətinin monitorinqi;  

-  aktivlərin  Komitə  tərəfindən  idarə  edilə  bilən  investisiya  və  ticarət  portfelinin  idarəedilməsi 

üzrə təhlili və İdarə Heyətinə təkliflərin  hazırlanması; 

-  xarici  auditorların  yoxlanışı  əsasında  müəyyən  edilmiş  Bankın  daxili  nəzarət  sisteminin 

vəziyyətinə dair məlumatın (Komitənin səlahiyyətinə daxil olan məsələlər üzrə) təhlili. 

 

5.9. 


Risklərin İdarəedilməsi Departamentinin səlahiyyətləri: 

- Bankın fəaliyyətinin bütün şərtlərini risk faktorlarının mövcud olması və ya yaranma ehtimalı 

baxımından təhlil etməklə risklərin aşkar edilməsi; 

-  bank  risklərinin  idarəedilməsi  sisteminin  fəaliyyətinin  səmərəliliyinin  artırılmasına  dair 

tövsiyələrin işlənib hazırlanması; 

- Bank üzrə ümumi risklərin müntəzəm qiymətləndirilməsi və onun bu fəaliyyət istiqamətlərini 

təşkil edən fəaliyyət istiqamətlərinə, daxili proseslərə, informasiya-texnologiya sistemlərinə və bank 

məhsullarına görə bölünməsi; 

-  Bankın  fəaliyyət  göstəriciləri  sistemini  müntəzəm  tədqiq  etməklə  risklərin  monitorinqinin 

həyata  keçirilməsi.  Bankın  struktur  bölmələri  tərəfindən  risklərin  monitorinqinin  aparılmasına 

nəzarət  və  Bankın  rəhbərliyinə  aparılan  monitorinqin  nəticələrinə  dair  vaxtında  məlumatın 

verilməsi; 

-  risklərin  həcminin  təyin  edilmiş  normativ  və  limitlərdən  yayınmasının  aradan  qaldırılması 

üzrə operativ tədbirlərin görülməsi; 

- bank risklərinin idarəedilməsi məqsədilə təyin edilmiş qayda və prosedurlara əməl edilməsinə 

nəzarət; 

-  Bank  əməkdaşlarında  risklərin  idarəedilməsi  növlərinə  və  üsullarına  dair  biliyin 

formalaşdırılması. 

 

5.10. 


Daxili audit departamentinin səlahiyyətləri: 

–  risklərin  idarəedilməsi  üzrə  daxili  sənədlərə,  limitlərə  və  prosedurlara  əməl  edilməsinin 

yoxlanması; 

- limit və prosedurlara nəzarət üsullarının və əməl edilməsinin məqsədəuyğunluğunun təhlili və 

qiymətləndirilməsi. 

5.11. 


Bankın struktur bölmələrinin səlahiyyətləri: 

-  kredit  risklərinin  idarəedilməsi  siyasətinin  həyata  keçirilməsinə  cavabdehlik:  müştərilərə 

xidmət  göstərən  Bankın  struktur  bölməsi,  xəzinədarlıq  və  maliyyə  bazarında  əməliyyatların 

aparılması və onlara nəzarət edilməsi üzrə məsuliyyət daşıyan struktur bölmələri, kreditlərə nəzarət 

funksiyasını daşıyan struktur bölməsi; 

- bazar riskinin və likvidlik riskinin idarəedilməsi siyasətinin həyata keçirilməsinə cavabdehlik 

– xəzinədarlıq və maliyyə bazarında əməliyyatların aparılması və onlara nəzarət edilməsi üzrə 

məsuliyyət daşıyan struktur bölmələri; 

-  korporativ  idarəetmə  risklərinin,  digər  risk  növlərinin  və  ümumiyyətlə  Bank  risklərinin 

idarəedilməsi siyasətinin həyata keçirilməsinə cavabdehlik – Risklərin İdarəedilməsi Departamenti 

və Bankın İdarə Heyəti. 

 

5.12. 



Banka xas risklərə daxili nəzarət aşağıdakılardan ibarət olur:  

-  inzibati  nəzarət,  daha  doğrusu  əməliyyatların  ancaq  buna  səlahiyyəti  olan  şəxslər  tərəfindən 

və müəyyən prosedurlara ciddi əməl etməklə, həmçinin Bankın təyin etdiyi limit və məhdudiyyətlər 

hüdudlarında aparılması; 

-  maliyyə  nəzarəti,  daha  doğrusu  əməliyyatların  müxtəlif  maliyyə  xidmət  və  əməliyyatlarına 

tətbiq  edilən  bank  risklərinə  dair  qəbul  edilərək  daxili  sənədlər  vasitəsilə  möhkəmləndirilmiş 

siyasətlərə uyğun aparılması və onların uçot və hesabatlarda lazımi qaydada əks etdirilməsi. 

 İnzibati və maliyyə nəzarəti ilkin, cari və növbəti nəzarətlərə bölünür. Təsdiq edilmiş limit və 

məhdudiyyətlərin,  qayda  və  prosedurların  pozuntusu  aşkar  edildikdə  risklərin  ayrı-ayrı  növlərinin 

idarəedilməsi üzrə Əsasnamələrlə tənzimlənən prosedurlar həyata keçirilir.  




   

10 


 

 

İlkin nəzarət qarşısını alma xarakteri daşıyır və Bankın bu və ya digər əməliyyatlarında əvvəlki 



dövrü əhatə edir. İlkin nəzarəti kontragentlərlə sövdələşmələrin bağlanmasına cavabdeh olan işçilər, 

həmçinin onların birbaşa rəhbərləri yerinə yetirir.  

 

Cari  nəzarət  hər  gün  yerinə  yetirilir  və  bank  əməliyyatlarını  və  digər  sövdələşmələri  yerinə 



yetirmə proseslərində Bankın və onun xidmətlərinin fəaliyyətini tənzimləyir.  

Cari nəzarətin əsas faktorları:  

-

 

Bank  əməliyyatları  və  digər  sövdələşmələrin  həyata  keçirilməsi  prosesində  nəzarət  və 



icraedici funksiyaların Bankın əməkdaşları arasında bölüşdürülməsi; 

-

 



Bank  tərəfindən  maliyyə  göstəricilərinə,  digər  təsdiq  edilmiş  parametrlərə,  təsdiq  edilmiş 

plan və proqramlara, uçot siyasətinə əməl etməsinin monitorinqi sisteminin olması; 

-

 

Bankın  İdarə  Heyətinin,  Kredit  komitəsinin  və  Risklərin  İdarəedilməsi  Komitəsinin  bank 



riskləri  göstəricilərinin  cari  vəziyyətinə  dair  operativ  və  düzgün  məlumatlandırılması  sisteminin 

olması. 


 

Növbəti  nəzarət  sövdələşmələrin  yerinə  yetirilməsi  və  əməliyyatların  aparılmasından  sonra 

Bank  portfellərinin  keyfiyyətini  təhlil  etməklə,  risk  hadisələrinin  baş  verdiyi  hallarda  Bankın 

maliyyə  itkilərinin  ümumi  həcmini  qiymətləndirməklə  həyata  keçirilir.  Növbəti  nəzarəti  Risklərin 

İdarəedilməsi Departamenti müntəzəm əsasla yerinə yetirir.  

 

5.13. 



Risklərin  ayrı-ayrı  növlərinin  idarəedilməsi  üzrə  daxili  sənədlər  aşağıdakıları  təyin 

edir: 


-  Müşahidə  Şurası,  icraedici  orqanlar,  Bankın  risklərinin  idarəedilməsi  üzrə  bölmələri  və 

əməkdaşları arasında səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi; 

- risklərin monitorinqi (daimi müşahidəsi) qaydası; 

- idarəetmə orqanlarına bank risklərinin artmasına təsir edən faktorlar haqqında məlumat vermə 

qaydası; 

- risklərə nəzarət (qarşısının alınması, qəbulu, azaldılması, ötürülməsi) üsulları; 

- qəbul edilən risklərə cavabdehlik daşıyan bölmələrə risklərin idarəedilməsi məsələlərinə dair 

məlumatın təmin edilməsi; 

- risklərin səmərəli  idarəedilməsina nəzarət edilməsi qaydaları; 

- risklərin ən son kəmiyyətinin (limitlərinin) təşkil edilməsi üsulları və prosedurları. 

 

5.14. 


Bank ona xas olan risklərə dair məlumatları səhmdarların, kreditorların, əmanətçilərin 

və  digər  müştərilərin,  xarici  auditorların,  reytinq  agentliklərinin  və  marağı  olan  digər  tərəflərin 

diqqətinə çatdırır, həmçinin risklərin idarəedilməsi üsullarına dair məlumatı açıqlayır. 

 

6.



 

RİSKLƏRİN İDARƏEDİLMƏSİ DEPARTAMENTİNİN FƏALİYYƏT 

ÜSULLARI 

 

6.1. 


Bank beynəlxalq bankçılıq təcrübəsində qəbul edilmiş üsulları nəzərə almaqla risklərin 

qiymətləndirilməsi  və  idarə  olunması  üsullarını  müstəqil  müəyyən  etmək  hüququnu  özündə 

saxlayır.  

6.2. 


Risklərin  İdarəedilməsi  Departamenti  bank  risklərinin  idarə  olunması  və 

qiymətləndirilməsinin optimal üsullarını müstəqil olaraq müəyyən edir/hazırlayır.  

6.3. 

Maliyyə analitikləri tərəfindən istifadə olunan risklərin qiymətləndirilməsi üsullarının 



yüksək mobilliyi  ilə  əlaqədar Risklərin  İdarəedilməsi Departamenti  istifadə  etdiyi  bank risklərinin 

təhlili  və  idarə  olunması  üsullarını  müntəzəm  olaraq  dəyişə  bilər.  Risklərin  İdarəedilməsi 

Departamenti  tərəfindən  hazırlanan/istifadə  olunan  üsullar  Bankın  cari  fəaliyyətini  yerinə  yetirən 

zaman  yaranan  bank  risklərinin  optimal  idarə  olunmasını  təmin  etməli,  beynəlxalq  təcrübədə 

istifadə olunan risklərin qiymətləndirilməsi və idarə olunması üsullarını nəzərə almalıdır.  

6.4. 


Risklərin 

İdarəedilməsi  Departamenti  tərəfindən  istifadə  olunan  risklərin 

qiymətləndirilməsi və idarə olunması metodikasını Bankın İdarə Heyəti təsdiq etməlidir.  



   

11 


 

Risklərin  İdarəedilməsi  Departamenti  Bankın  İdarə  Heyəti  tərəfindən  təsdiq  edilmiş 

Metodikanı  Bankın  əməkdaşlarının  bank  risklərinin  idarə  olunması  üsulları  ilə  tanış  olması/təlimi 

çərçivəsində Bank əməkdaşlarının diqqətinə çatdırır. 

6.5. 

Bankın  fəaliyyəti  zamanı  yaranan  risklərin  qiymətləndirilməsi  üzrə  istifadə  olunan 



üsulların  aktuallığına  və  onların  yerinə  yetirilməsinə  nəzarətə  Risklərin  İdarə  olunması 

Departamenti cavabdehlik daşıyır. 

 

7. RİSKLƏRİN İDARƏEDİLMƏSİ DEPARTAMENTİNİN BANKIN BÖLMƏLƏRİ 

İLƏ QARŞILIQLI ƏLAQƏSİ 

 

7.1.



 

Bankın  Risklərin  İdarəedilməsi  Departamenti  öz  fəaliyyətində  Bankın  İdarə 

Heyətinin  Sədrinə  tabedir.  Həmçinin  Risklərin  İdarəedilməsi  Departamenti  ildə  iki  dəfədən  az 

olmayaraq, Bankın Müşahidə Şurasına hesabat verir.   

7.2.

 

Risklərin  İdarəedilməsi  Departamentinin  Rəhbəri  risklərin  səviyyəsinə  təsir  edə 



biləcək  amillərin  aşkar  edilməsinin  bütün  hallarına  dair  məlumatı  Bankın  rəhbərliyinə  və  Daxili 

audit Departamentinə bildirməlidir.  

7.3.

 

Risklərin  İdarəedilməsi  Departamentinin  rəhbəri  və  əməkdaşları  Risklərin 



İdarəedilməsi  Departamentinin  fəaliyyətinə  mane  olan  bütün  hallar  barədə  Bankın  idarəetmə 

orqanlarına, Bankın rəhbərliyinə məlumat verməlidirlər.  

7.4.

 

Bankın  nəzarət  şöbələrinin  (Kreditlərə  Nəzarət  Departamentini,  Xəzinədarlıq  üzrə 



Nəzarət  Şöbəsi)  əməkdaşları  və  rəhbərləri  bank  əməliyyatlarının  yerinə  yetirilməsində  aşkar 

etdikləri bütün pozuntulara dair dərhal Risklərin İdarəedilməsi Departamentinin rəhbərinə məlumat 

verməlidirlər.   

7.5.


 

Bankın  bütün  bölmələrinin  əməkdaşları  Risklərin  İdarəedilməsi  Departamentinin 

əməkdaşlarına öz funksiyalarını yerinə yetirməkdə yardım etməlidirlər.  

7.6.


 

Bankın 


əməkdaşları 

aşkar 


etdikləri 

bank 


risklərinin 

səviyyəsinin 

artmasına/dəyişməsinə  təsir  edə  biləcək  faktları,  həmçinin  Banka,  əmanətçilərə,  müştərilərə  zərər 

verilməsi  faktlarını  öz  birbaşa  rəhbərlərinin,  daxili  audit  Departamentinin  və  Risklərin 

İdarəedilməsi Departamentinin diqqətinə çatdırmalıdırlar.  

7.7.


 

Bankın  əməkdaşlarının  risklərin  idarə  olunması  ilə  əlaqədar  tədbirlər  kompleksinin 

yerinə  yetirilməsi  zamanı  hər  hansı  sualı  yaranarsa,  onlar  məsləhət  üçün  Risklərin  İdarəedilməsi 

Departamentinin rəhbərinə müraciət edirlər.  

7.8.

 

Risklərin  İdarəedilməsi  Departamentinin  rəhbəri  məsələlərin  operativ  şəkildə  həlli 



üçün Bankın müvafiq rəhbərləri ilə əlaqə saxlamaq hüququna malikdir.  

7.9.


 

Risklərin İdarəedilməsi Departamentinin rəhbəri risklərin səviyyəsinə dair müntəzəm 

birləşdirilmiş hesabat hazırlamaqla hər ay Risklərin İdarəedilməsi Komitənin yığıncağında risklərin 

səviyyəsinə dair məlumatı Bankın rəhbərliyinə çatdırır.   

7.10.

 

Risklərin  İdarəedilməsi  Departamentinin  rəhbəri  kredit  portfelinin  müntəzəm 



monitorinqini  həyata  keçirir,  həmçinin  kredit  ərizələrini  Bankın  Kredit  Komitəsinin  müzakirəsinə 

təqdim  etməzdən  əvvəl  onların  müstəqil  ixtiyari  seçimlə  təhlilini  həyata  keçirir.  Bununla  belə, 

Risklərin  İdarəedilməsi  Departamentinin  rəhbəri  Kredit  Komitəsinin  üzvü  deyil  və  Bankın  Kredit 

Komitəsinin qəbul etdiyi qərarlarda səsvermə hüququna malik deyildir.   

7.11.

 

Risklərin  İdarəedilməsi  Departamentinin  fəaliyyəti  müstəsna  deyildir  və  ümumi 



əsasla  Daxili  Audit  Departamenti  tərəfindən  yoxlanıla  bilər.  Risklərin  İdarəedilməsi 

Departamentinin  rəhbəri  Daxili  Audit  Departamentinə  öz  funksiyalarını  yerinə  yetirməyə  imkan 

vermək  üçün  lazım  olan  bütün  məlumatları  (hazırkı  hissənin  7.2  bəndində  göstərilənlərdən  əlavə) 

Daxili Audit Departamentinə təqdim edir.  



 

8.

 

 Yekun müddəalar 

 

8.1.



 

Bu Siyasət Müşahidə Şurası tərəfindən təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. 



8.2.

 

Bu  Siyasətə  edilən  əlavə  və  dəyişikliklər  Müşahidə  Şurasının  qərarı  ilə  qüvvəyə 



minir. 

Yüklə 282,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə