Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
  1   2   3   4   5   6   7   8   9   ...   21


PAġA YAQUB 
 
 
 
 
 
 
 
 
 
 
 
PADAR KƏNDĠNĠN  
ENSĠKLOPEDĠYASI 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2012 
 


Паша Йагуб  
                

 
 
Redaktoru:  Nazim Tapdıqoğlu (VəliĢov) 
tədqiqatçı-tarixçi, “Qızıl Qələm”  
mükafatı laureatı 
 
 
 
 
PaĢa Yaqub «Padar kəndinin ensiklopediyası»,  
«Zərdabi LTD» MMC, Bakı, 2012, 112 səh 
 
 
 
 
Oğuz rayonunun Padar kəndinin tarıxı, etnoqrafiyası, arxeo-
logiyası, coğrafiyası ilə bağlı olan bu ensklopedik məlumat kita-
bında  kənddə  olan  coğrafi  adların  mənĢəyi,  mənsubiyyəti  haq-
qında  qısa  izahlı  Ģərhlər,  eləcədə  Padarın  müqəddəs  yerlərinin, 
tanınmıĢ  ziyalılarının,  görkəmli  Ģəxsiyyətlərinin,  Qarabağ 
müharibəsində  Ģəhid  olanların,  Böyük  Vətən  Müharibəsi  və 
Əfqanıstan müharibəsi veteranlarının adları da verilmiĢdir. 
Padar kəndi haqqında ilk dəfədir ki, bu cür sistemli Ģəkildə 
tədqiqat  aparılaraq,  çap  olunur.  GeniĢ  oxucu  kütləsi  üçün 
nəzərdə  tutulan  bu  kitab  gələcəkdə  tədqiqatçılar  üçün  zəngin 
məlumat mənbəyi olacaqdır. 
 
 
 
Y
 
2012
0103
470512050

  
 
 
 
© PaĢa Yaqub, 2012 


Падар кяндинин енсиклопедийасы 
 

REDAKTORDAN 
 
ətənpərvər  ziyalı  olan  PaĢa  Yaqub  bu  kita-
bında  Oğuz  rayonunun  Padar  kəndi  haq-
qında məlumat xarakterli qısa bilgilərlə bərabər, kən-
din tanınmıĢ Ģəxsiyyətləri, Sovet dönəminin repressiya 
qurbanları,  Qarabağ  müharibəsində  Ģəhid  olmuĢ 
övladları,  habelə  kəndin  Böyük  Vətən  və  Əfqanıstan 
müharibələrinin  iĢtirakçıları  haqqında  oxucusuna  mə-
lumat  verir.  Kəndin  tarixi,  arxeologiyası,  coğrafiyası, 
etnoqrafiyası,  toponimiyası  ilə  bağlı  olan  bu  kitabda 
qısa  ensiklopedik  bilgilər,  izahlı  Ģərhlər  özünə  yer 
almıĢdır. 
“Ömür  beşikdən  başlanır”-  deyənlər  haqlıdırlar. 
“Geniş yolların kökü xırda cığırlardır” – deyə düĢü-
nənlər  yanılmırlar.  Əslində  bizim  hər  birimiz  Böyük 
Vətən  dünyasına  kiçik  evlərin  astanasından  düĢürük. 
Yollar  bizi  Böyük  Vətən  dünyasına  apardıqca  balaca 
Vətən  dünyası  yadımızdan  çıxmır.  Bəli,  bizə  doğma 
olan  kiçik  ocaqları  yaxĢı  öyrənib-bilməsək,  Böyük 
Vətənimizi öyrənib-bilə bilmərik. Vətəninin, xalqının, 
yurdunun tarixi keçmiĢini bilmək hər bir vətən övladı 
üçün böyük borc və Ģərəfdir. 
Alazan-Əyriçay  vadisində,  Padar  kənd  inzibati 
ərazi  vahidində  yerləĢən  Padar  kəndi  Oğuz  rayo-
nunun  qədim  tarixi  keçmiĢə  malik  olan  kəndlərindən 
biridir. Adından da göründüyü kimi burada ilk əvvəl-
lər  Hülakülər  (Elxanilər)  dövründə  Azərbaycana  gəl-
miĢ  oğuz-səlcuq  əsilli  türk  tayfaları  yaĢamıĢlar.  Hələ 
Ġran səltənəti moğolların əlində olan zaman Hülakilər 



Паша Йагуб  
                

hakimiyyətlərini  qoruyub  saxlamaq  üçün  Türkistan-
dan  200 000  ailəni  (o  cümlədən,  Ağ  hun  ailəsinə 
mənsub  olan  qayı  türklərini)  Azərbaycana  və  Ġrana 
köçürmüĢlər.  Həmin  qayı  türklərinin  tərkibində 
Qacar,  Əfşar,  Çobanı  və  baĢqa  qəbilələrlə  birlikdə 
padar ailələri də olmuĢdur.  
Əvvəllər əsasən Azərbaycanın cənubunda yaĢamıĢ 
padarlar  (padar  sözü  türkcə  pad  –  “cəsur”,  döyüş-
kən”;  ər  –  “igid”,  “kişi”  deməkdir)  Səfəvilər  dönə-
mində  (XV-XVI  əsrlərdə)  dağlı  tayfalarının  basqın-
larından qorunmaq məqsədilə Azərbaycanın Ģimal zo-
nasına  köçürülmüĢlər.  ġahsevən  tayfa  ittifaqında 
mühüm rol oynayan padarlar sonralar ictimai-iqtisadi, 
tarixi  hadisələrlə  əlaqədar  olaraq  müxtəlif  yerlərə 
səpələnmiĢlər.  XIX  əsrdə  Cavad  qəzasında  yaĢayan 
padarların  ilxıçı,  qaraçörüklü,  pölüklü,  axtaçı,  kü-
yülçü  və  digər  tirələrdən,  218  ailədən  ibarət  olması 
haqqında  müxtəlif  məlumatlar,  mənbələr  vardır. 
Hazırda respublikamızda 7 Padar kəndi mövcuddur. 
Müəllifin  “Padar  kəndinin  ensiklopediyası”  ad-
landırdığı bu kitabda Oğuz rayonunun Padar kəndinin 
nəsilləri  (bəkiruşağı,  daqqauşağı,  isgəndəruşağı, 
danqarlar,  garazlılar,  alqocalar  və  s.),  məhəllələri, 
bulaqları (Çələbi, Nehrə, Sona, Məmməddursun, Çır-
Çır,  Ağbulaq),  qəbiristanlığı  (Qəriblər),  çayları 
(Qumluq,  Sarısu),  körpüləri  (Kirəc,  Fatma,  Atası) 
haqqında  da  maraqlı  informasiyalar  öz  əksini  tap-
mıĢdır. 
Məncə kitabın müəllifi PaĢa Yaqubun əməyi onun 
Padar  və  padarlılara  olan  sönməz  məhəbbətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə