Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   2   3   4   5   6   7   8   9   ...   21

Падар кяндинин енсиклопедийасы 
 

nəticəsi  kimi  yüksək  qiymətləndirilməlidir.  Müəllif 
Padarın tarixindən, onun təbii sərvətlərindən, görkəmli 
Ģəxsiyyətlərindən,  torpaqlarımızın  bütövlüyü  uğrunda 
canlarını  qurban  vermiĢ  Ģəhidlərindən  həvəslə  söhbət 
açır.  Müəllifin  müasiri  olduğu  bəzi  padarlı  ziyalıları, 
müəllimləri,  həkimləri,  Ģairləri,  əməkçiləri,  döyüĢ-
çüləri  tanıması  kitabın  daha  da  oxunaqlı  olmasına 
dəlalət edir. 
Özünəməxsus  bir  formada  –  xatirə-memuar  jan-
rına yaxın olan səpkidə kitab yazmağa cəhd göstərmiĢ 
PaĢa  Yaqub  gördüyü  iĢə  böyük  məsuliyyətlə  yanaĢ-
mıĢ,  nəyisə,  kimisə  diqqətdən  qaçırmamağa  çalıĢmıĢ 
və  beləliklə  orijinal  faktlar  toplusu  olan  bu  kitabı 
araya-ərsəyə  gətirməklə  qarĢısına  qoyduğu  ali  məq-
sədin  öhdəsindən  bacarıqla,  uğurla  gəlmiĢdir.  Hesab 
edirəm ki, məhz bu xidmətlərinə görə o, hər cür təĢək-
kürə  layiqdir.  Mən  PaĢa  Yaquba  bundan  sonra  da 
həyatda və  yaradıcılığında böyük uğurlar, nailiyyətlər 
arzulayıram.     
   
 Nazim  Tapdıqoğlu   (Vəlişov) 
Tədqiqatçı-tarixçi, “Qızıl Qələm”   
mükafatı laureatı  
 


Паша Йагуб  
                

 
 
 
 
 
 
 
 


Падар кяндинин енсиклопедийасы 
 

PADAR KƏNDĠ 
 
Köynəyim dardı mənim, 
İşim ahu-zardı mənim, 
Abudllah yalan deməz: 
Kəbəm Padardı mənim. 
     Abdulla Padarlı 
 
zərbaycanın  qədim  və  zəngin  tarixə  malik 
kəndlərindən  biri  də  Padar  kəndidir.  Oğuz 
rayonunda  yerləĢən  bu  kənd,  Oğuz-Bakı  Ģosse  yolu-
nun  18-ci  km-də  olmaqla,  2330  hektar  əraziyə,  2300 
nəfər (01 yanvar 2011-ci il tarixə olan məlumata görə) 
əhaliyə malikdir. 
Kəndin  adından  göründüyü  kimi,  burada  məĢhur 
Padar  tayfası  yaĢamıĢdır.  Azərbaycanın  ensiklopedi-
yasında göstərildiyinə və bir çox tarixçilərin yazdığına 
görə  Padar  tayfası  Azərbaycana  Elxanilərin  hakimiy-
yəti dövründə (XIII-XIV əsrlər) gəlmiĢlər. 
XVI-XVII  əsrlərdə  isə  bu  tayfa  Azərbaycanın 
Ģımal  bölgələrinə  köçürülmüĢlər.  Bu  köçürülmədə 
məqsəd  Azərbaycanı  Ģimaldan  gələn  təhlükələrdən 
qorumaq idi. Çünki Padar tayfası çox cəsur, qorxmaz, 
döyüĢkən  tayfa  idi.  (Padar  sözünün  türkcədən  tərcü-
məsi:  Pad-cəsur,  igid,  döyüĢçü;  ər-igid  kiĢi  demək-
dir.) 
Beləliklə,  bu  tayfa  Ģimal  bölgəsində  yerləĢdi  ki, 
bugün də onların adını daĢıyan kəndlər Oğuz, ġamaxı, 
Quba,  Qusar,  Xaçmaz,  Dəvəçi,  Ağsu,  Kürdəmir, 
Hacıqabul, Ağdam rayonlarında mövcuddur. 



Паша Йагуб  
                

u kitabda biz Oğuz rayonunda yerləĢən Padar 
kəndidndən danıĢacağıq. 
Dağətəyi  zonada  yerləĢən  bu  kəndin  çox  məhsul-
dar və bərəkətli torpağı var. Burada taxılçılıq, meyvə-
çilik, üzümçülük, tütünçülük (sovet dönəmində), hey-
vandarlıq  xüsüsilə  inkiĢaf  etmiĢdir.Burada  tərəvəz-
bostan  bitkiləri,  dənli  bitkilər,  texniki  bitkilər  və  s. 
əkilir.  
Kənddə  Bəkir  uĢagı,  
Daqqa  uĢagı,  Alqocalar, 
Danqarlar,  Garazlılar,  Ġs-
gəndər uĢagı  və s.nəsil və 
tirələr məskunlaĢmıĢlar. 
Kənddə  orta  məktəb, 
uĢaq  baxçası,  mədəniyyət 
evi,  kitabxana,  xəstəxana,  dəyirman,  rabitə  Ģöbəsi, 
məscid  və  digər  ictimai  iaĢə  obyektləri  fəaliyyət 
göstərir. 
Bu  kitabda  qədim  tarixə  malik  Padar  kəndinin 
məhəllələrindən,  nəsillərindən,  toponimlərindən,tarixi 
Ģəxsiyyətlərindən  bəhs  edəcəyik.  Kəndin  qocaman 
sakinləri,  taninmıĢ  ziyalıları    ilə  söhbətlərimdə  əldə 
etdiyim  müxtəlif  səpkili  informasiyalar,  həmçinin 
arxivlərdən  götürdüyüm  məlumatlar  əsasinda  belə  bir 
ensiklopedik məlumat kitabı  yaranmıĢdır.  
adar  kəndi  ölkəmizə  onlarla  tanınmıĢ  ziyalı-
alim,  mühəndis,  həkim,  siyasətci,  neftçi,  jur-
nalist,  mədəniyyət  iĢçisi,  hərbiçi,  idmançı  və  s.bəxĢ 
etmiĢdir.  Bu  torpaq  indiyədək  elim,  mədəniyyət  və  
incəsənətin  müxtəlif sahələrində onlarla tanınmıĢ mü-




Падар кяндинин енсиклопедийасы 
 

təxəssislər  yetirmiĢdir.  Bu  kitabda  Padarın  bəzi  ta-
nınmıĢ  Ģəxsiyyətləri,  ziyalıları  haqqında  qısa  məlu-
matlar da vardır. 
Əziz  oxucu!  Bil-
dirmək  istəyirəm  ki, 
bu  kitabı  xoĢ  məram-
la,  böyük  həvəslə  qə-
ləmə aldım. Ola bilsin 
ki,  kitabda  müəyyən 
fikirlər,  faktlar  səthi  tədqiq  olunmuĢ,  bəzi  tanınmıĢ 
Ģəxsiyyətlərin  adları  kənarda  qalmıĢdır.  Yəqin  ki,  bu 
və  ya  digər  toponimin,  faktın  izahında    müəyyən 
mübahisəli,  nöqsanlı  fikirlər  də  var.  Odur  ki,  bu 
mövzuda sizin dəyərli fikirlərinizi və mülahizələrinizi 
dinləmək  istərdim.  Əvvəlcədən  sizə  öz  təĢəkkürümü 
bildirirəm. 
Hörmətlə: müəllif- PaĢa Yaqub  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə