Paşa yaqub



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix12.03.2018
ölçüsü2,8 Kb.
#31255
1   2   3   4   5   6   7   8   9   ...   21

Паша Йагуб  
                
14 
MƏMMƏDDURSUN SAZI 
 
Məmməddursun  sazı    Padarın  giriĢində,  yolun 
qırağında təqribən 6 hektar torpaq sahəsidir. Vaxtikən 
bu  sahə  bataqlıq,  qamıĢlıq  olduğundan,  belə  yerlərə 
kənd  arasında  Saz  deyirlər.  Məmməddursun  adlı  bir 
Ģəxsin  evinin  yanında  yerləĢdiyindən,  Məmməddur-
sun sazı adlanıb. 
 
ĠSGƏNDƏR ÇÖKƏKLƏRĠ 
 
Padar  kəndinin  cənubunda  təxminən  10  hektar 
ərazi  Ġsgəndər çökəkləri  adlanır. Bu sahə Ġsgəndər 
adlı kənd sakininin  evinin yanında yerləĢdiyindən və 
çökək olduğundan belə adlanmıĢdır. 
 
QARAQORALIQ 
 
Qaraqoralıq Padarın Yuxarıbaş  məhəlləsində yer 
adıdır. Bu sahə üstündə qara qoralar olan yabanı bitki 
ilə örtülü olduğundan, Qaraqoralıq adlanıb. Sovetdən 
qabaq  bu  torpaqlar  Ġbrahim  bəyin  atası  Əsəd  bəyə 
məxsus olub. Ġndi həyətyanı sahələrdir. 
 
XƏLĠFƏ YERĠ 
 
Xəlifə  yeri  Padar  kəndinin  cənubunda,  söyüdlü 
kəndinə  gedən  yolun  Ģərqində  təxminən  100  hektar 
sahədir.  KeçmiĢdə  hansısa  xəlifəyə  məxsus  oldu-
ğundan, bura Xəlifə yeri adlanıb. 


Падар кяндинин енсиклопедийасы 
 
15 
QUMLUQ ÇAYI 
 
Qumluq çayı Padarın aĢağı hissəsindən keçməklə, 
kəndin  bir  hissəsini  su  ilə  təmin  edir.  Öz  mənbəyini 
təbii bulaqlardan götürdüyündən, dadlı suya malikdir. 
Mənsəbdə Əlican çayına tökülür. 
 
PĠR QARAĞAC 
  
Pir qarağac Padarın Toxtəmir məhəlləsində yerlə-
Ģir.  Ġnsanlar  müxtəlif  niyyətlərlə  buranı  ziyarət  edib, 
ehsan verirlər. Pirdə bir neçə qarağac bitdiyindən, adı 
da  buradan  götürülüb.  Pir  sözü  “ata-baba”,  “qoca 
pirani”  mənasındadır.  Azərbaycanda  əsasən  övliyala-
rın,  Ģeyxlərin  qəbrləri  pir  hesab  edilir.  Piri  ziyarət 
etmək orada dəfn olunanın ruhuna ehtiram göstərmək, 
onun  xeyir-duasına  nail  olmaq  mənasını  daĢıyır.  Bəzi 
bölgələrdə belə yerlərə ocaq deyilir. 
Pir sözü ilə bağlı Azərbaycanda 39 kənd adı, eləcə 
də yüzlərlə toponim vardır. 
 
QƏRĠBLƏR QƏBĠRĠSTANLIĞI 
 
Qəriblər qəbiristanlığı kəndin Toxtəmir məhəllə-
sində  yerləĢir. 1918-ci ildə erməni-müsəlman mühari-
bəsində  Ģəhid  olan  türk  əsgərləri  burada  dəfn  olun-
duğundan,  Qəriblər  qəbiristanlığı  adlanıb.  Sonrakı 
dövrlərdə alıĢ-veriĢ və digər məqsədlərlə kəndə gəlib, 
burada  dünyasını  dəyiĢən  qərib  adamlar  da  bu 
qəbiristanlıqda dəfn olunublar. 


Паша Йагуб  
                
16 
ÇƏLƏBĠ BULAĞI 
 
Çələbi  bulağı  kəndin  orta  məhəlləsində  yerləĢ-
məklə,  bu  məhəlləni  içməli  su  ilə  təmin  edir.  Çələbi 
adlı bir Ģəxs tikdirdiyindən, bulaq onun adına adlandı-
rılıb.  Sonralar  Səfər  adlı  kənd  sakini  bulağa  qulluq 
edib. 
 
NEHRƏ BULAĞI 
 
Nehrə  bulağı  kəndin  Taxtəmir  məhəlləsində 
yerləĢir.  Suyu  buz  kimi  soyuq  olduğundan,  hələ  ta 
qədimdən  bu  günədək  evdar  qadınlar  səhər  tezdən 
nehrə  çalxayanda,  bu  sudan  gətirib  nehrəyə  tökürlər 
ki,  yağ  ayrandan  asanlıqla  ayrılsın.  Ona  görə  də  adı 
Nehrə  bulağı  qalıb.  Bulağı  XIX  əsrdə  yaĢamıĢ  Zakir 
adlı  kənd  sakini  tikdirdiyindən,  ona  elarasında  Zakir 
bulağı da deyirlər. 
 
SONA BULAĞI 
 
  Sona  bulağı  kəndin  Kosalı  məhləsində  olub 
(indi axmır). Sona adlı qzın xatirəsinə atası tərəfindən 
tikdirildiyindən, Sona bulağı adlanıb. 
 
MƏMMƏDDURSUN BULAĞI 
 
Məmməddursun  sazından  qaynayan  bulaq  el 
arasında Məmməddursun bulağı adlanır. Suyu təmiz 
və içməlidir. 


Падар кяндинин енсиклопедийасы 
 
17 
QALA YERĠ 
 
Padar  kəndi  qədim  yaĢayıĢ  məskəni  olduğundan, 
burada  qədim  insanlara  məxsus  tikililərin  qalıqları 
mövcuddur.  Belə  bir  qalanın  qalıqları  bu  gün  də 
qaldığından,  həmin  yerə  Qala  yeri  deyilir.  Burada 
orta  əsrlərdə  xanlıqlar  dövründə  qala  olmuĢdur.  Yeri 
gəlmiĢkən  qeyd  edim  ki,  1501-ci  ildə  ġah  Ġsmayıl 
Xətainin  yürüĢü  nəticəsində  Padar  mahalı    səfəvilər 
dövlətinin ərazisinə daxil  edildi.  
1736-cı ildə səfəvilər dövləti süqut etdikdən sonra, 
1743-ci ildə Hacı Çələbi xan özünü ġəki xanı elan etdi 
və  müstəqil  xanlıq  yaratdı.  Xanlığın  tərkibinə  səkkiz 
mahal  -  ġəki,  Xaçmaz,  Qəbələ,  ƏrəĢ,  Padar,  AğdaĢ, 
Alpout, Göynük, daxil idi.   
1805-ci  ilin  21  mayında  Rusiya  ilə  kürəkçay  
müqaviləsi  bağlandı  və  bununla  da  ġəki  xanlığı 
Rusiyanın  tabeliyinə  keçdi  1819-cu  ildə  Rusiya 
tərəfindən  ġəki  xanlığı  ləğv  edildi  və  buradakı 
əyalətlər  (o  cümlədən  Padar  mahalı)  komendatlar 
tərəfindən idarə olundu. 
1918-ci  ilin  28  mayında  Azərbaycan  xalq  cümu-
riyyəti  yarandı  və  bütün  Ģimali  Azərbaycan,  o  cüm-
lədən  Padar  mahalı    müstəqil  Azərbaycan  dövlətinin 
tərkibinə daxil oldu.  
1920-ci ildə isə bolĢeviklərin iĢğalı nəticəsində bu 
dövlət yenidən Rusiyanın əsarətinə düĢdü. 
XX  əsrin  sonlarında  Azərbaycanda  baĢlanan  xalq 
hərakatı  1991-ci  ildə  müstəqil  Azərbaycan  dövlətinin 
yaranması ilə nəticələndi.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə