Падар кяндинин енсиклопедийасы
39
HACI ABDULLA PADARLI
Rəhman və Rəhim olan Allahın adı ilə
adar kəndində ziyarət edilən qəbirlərdən biri
də Ģair Abdulla Padarlının Ģərif məzarıdır. O,
Padar kəndində Çayqıraq məhəlləsində doğulub. Ġlk
təhsilini atası Məhəmməd Dursun oğlundan aldıqdan
sonra, AğdaĢ mədrəsəsinə daxil olmuĢdur. Daha sonra
elmi biliklərini artırmaq üçün DəməĢq Ģəhərinə üz
tutmuĢdur. Burada Ali Ruhani məktəbini bitirdikdən
sonra Həcc ziyarətinə getmiĢdir. Ərəbistana səfəri
vaxtı Ġranı, Türkiyəni və digər ölkələri də səyahət
etmiĢdir. O, DəməĢqdə tarix, fəlsəfə, məntiq, tibb,
poettika və nücum elmlərinə yiyələnmiĢdir. Hacı
Abdulla Padarlı doğma ana dilindən baĢqa ərəb, fars,
türk və avar dillərini də bilmiĢdir. Onun Pəri adlı bir
qızı olmuĢ, sonrakı nəsli də, bu qızın vasitəsilə davam
etmiĢdir. ġair Abdulla alagöz, sarıĢın, uca boylu
qıvraq adam olmuĢdur. Gözəl nitq qabiliyyəti varmıĢ,
adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiĢ.
O, ġeyx olaraq, irĢad fəaliyyəti göstərmiĢ və tələbələr
yetiĢdirmiĢdir.
Müasirlərindən Mücrüm Kərim Vardani, ġeyx
Səməd (bəzi mənbələrdə ġah Səməd də deyirlər),
Məlikballı Qurban və AğdaĢlı Molla ġabanla ĢerləĢ-
diyi məlumdur. Təbiəti çox sevirmiĢ. Təmiz əxlaqlı,
gülərüz, səxavətli, pak, vətənsevər insan olmuĢ, baĢ-
qalarını da belə görmək istəmiĢdir. Abdulla Padarlının
gözəl sənət nümunəsi olan Ģeirlərindən bəziləri
Salman Müttazın «El Ģairləri» kitabında çap olun-
P