Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

63
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı naziri Tağı Əbdülrəhimov  
Çin Xalq Respublikasından gəlmiş mütəxəssislərlə. 1956
(Tağı Əbdülrəhimov soldan birinci)


64
Soldan: Abbasov Mehdi Əli oğlu, İbadzadə Yusif Əliqulu oğlu,
Suçkov Viktor Nikolayeviç. 1956
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin müavini Yusif İbadzadə 
Çin Xalq Respublikasından gəlmiş mütəxəssislərlə görüşdə. 1956


65
ilə təmin edir. Yuxarı Şirvan kanalının üzərində nasos stansiyası tikməklə suvarma suyunun 
çatışmadığı Ağsu rayonunda əlavə 20 min hektar sahədə su təminatı yaxşılaşmışdır. Kanalın 
ümumi uzunluğu 123 km, sərfi saniyədə 78 kub m-dir. Hidravlik göstəriciləri aşağıdakı kimi-
dir: dibdən eni b=8÷3 m; suyun sürəti v=0,72÷0,5 m/san; kanalın inşaat dərinliyi h= 4,60÷ 
3,75 m; yamaclığı m=2,0; m=1,5.
Kanalın istismara verildiyi ilk illərdə faydalı iş əmsalı aşağı idi. Yuxarı Şirvan kanalından, 
onun su verdiyi suvarma sisteminin kanallarından sızmaya gedən suların və suvarma texnika-
sına və suvarılmanın aparılma mədəniyyətinə əməl olunmadığına görə, əkin sahələrinə veril-
miş artıq suvarma normalarından və digər səbəblərdən, suvarılan sahələrdə drenaj olmadığı 
üçün yeraltı qrunt sularının səviyyəsi az müddət ərzində yer səthinə yaxınlaşdığına görə, su-
varma aparılan sahələrdə torpaqlarda şorlaşma prosesi başladı. 
Məlum olduğu kimi, Şirvan düzündə 1950-ci ildə 96 min hektar suvarılırdısa, 1955-ci ildə 
132 min hektar, 1960-cı ildə 156 min hektar, 1965-cı ildə isə 167 min hektar suvarma aparılan 
sahə  olmuşdur.  Ərazilərdə  drenaj  sistemlərinin  geniş  miqyasda  tikilməsinə  başlanılmışdır. 
Kollektor-drenaj sistemləri tikilmiş sahələr 1960-cı ildə 20 min hektar, 1965-ci ildə isə 134 
min hektar idi. Şirvan düzündə tikilməsi nəzərdə tutulan drenlərin suyunu Xəzər dənizinə 
axıtmaq məqsədi ilə Baş Şirvan kollektorunun layihə sənədlərinin hazırlanmasına başlandı. 
Baş Şirvan kollektorunun tikintisinə 1960-cı ildə başlanmış və 1964-cü ildə istismara 
verilmişdir. Kollektorun uzunluğu 216 km, mənsəbdə normal sərfi Q = 36,9 kub m/san (mak-
simal  sərf  44  kub  m/san),  Baş  Şirvan  kollektorunun  başlanğıcı  ilə  mənsəbi  arasında 
yüksəkliklər fərqi 24,85 m, orta mailliyi i=0,00013, suyun orta sürəti v=0,5÷0,4 m/s (bəzi 
sahələrdə 0,85÷0,7 m/s), başlanğıcında suyun sərfi 2 kub m/san, orta dren modulu 0,12 l/san 
Yuxarı Şirvan kanalında baş suqəbuledici qurğu


66
Yuxarı Şirvan kanalının təsir zonasında ərazinin sxematik planı


67
ha,  dibdən  eni  b=1,5÷12,0  m,  mənsəbdə  2,3  km  uzunluqdakı  hissədə  b=33  m-ə,  qazma 
dərinliyi 3,5÷7,5 m (bəzi sahələrdə 12÷34 m), yamaclıq əmsalı m=1,25÷2,5 idi. 
Yuxarı Qarabağ kanalı 1958-ci ildə istismara verilmişdir. Su anbarındakı Yuxarı Portal 
baş qurğusundan qəbul edilən su, uzunluğu 1072 m, diametri 4,9 m olan tuneldən keçirilərək 
Aşağı Portal baş qurğusu vasitəsilə kanala verilir. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 
59 m-dir.
Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 km, normal su sərfi saniyədə 113 kub m, 
maksimal su sərfi isə saniyədə 138 kub m-dir.
Kanal  Qarabağ  zonasının,  Mil  düzünün  (az  da  olsa  Muğan  düzünün)  122  min  hektar 
sahəsini su ilə təmin edir. Araz çayında su az olan vaxtlarda bu kanala Bəhrəmtəpə hidroqov-
şağına saniyədə 45 kub m su vermək mümkündür. Eyni zamanda, AzDRES-in (Azərbaycan 
Dövlət Rayon Elektrik Stansiyası) istifadə etdiyi soyutma suyu da bu kanaldan götürülür. Qış 
aylarında əkin sahələrinə su lazım olmadıqda belə, AzDRES-ə görə kanala saniyədə 65 kub 
m su verilir. Soyutma sistemindən çıxan isti su yenidən kanala axıdılır. Bu isə suvarma apa-
rılmayan aylarda AzDRES-in fasiləsiz işi ilə bağlı kanalda təmir-bərpa işlərinin aparılmasına 
mane olur. Kanala daxil olan isti su torpaq məcrada müxtəlif bitkilərin inkişaf etməsinə şərait 
yaratdığından, kanalın en kəsik sahəsi azalır və hidravlik parametrlər dəyişir, kanalın su apar-
ma qabiliyyəti 20-30 % azalır.
Yuxarı Qarabağ kanalına su buraxılmamışdan əvvəl kanalın istiqaməti keçən ərazilərdə, 
kanalətrafı sahələrdə (1955) qrunt sularının orta yatım dərinliyi 10-15 m idi. Kanala su verilən 
ilin sonunda qrunt sularının orta yatım dərinliyi 5-6 m, təxminən 5-7 il keçəndən sonra isə 
3,0÷3,5 m olur. 1962-ci ildə Xaçınçayın yaxın ərazilərdəki kanal keçən sahələrdə qrunt sula-
rının orta yatım dərinliyi 1,0÷1,5 m idi.
Yuxarı Qarabağ kanalında baş suqəbuledici qurgu


68
Yuxarı Qarabağ kanalının təsir zonasında ərazinin sxematik planı


69
Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, torpaq məcrada tikilmiş kanala su 
verilən ilkin vaxtlarda sızmaya gedən itkilər təxminən 50 % olmuşdur. Sonrakı illərdə məcrada 
gedən təbii kipləşmədən kanalda su itkisi azalmış, məcranın en kəsik sahəsi artdığından, ka-
nalın su aparma qabiliyyəti də yüksəlmişdir.
Qarabağ kanalının təsir zonasında yerləşən əkin sahələrində qrunt sularının səviyyəsini 
böhran dərinliyində saxlamaq və torpaqların təkrar şorlaşmasının qarşısını almaq məqsədilə, 
təsərrüfatlardakı kollektor-drenaj sistemlərindən kənar olunan dren sularını ərazidən kənara 
axıtmaq üçün Mil-Qarabağ kollektoru tikilmişdir.
Mil-Qarabağ kollektorunun tikintisinə 1958-ci ildə başlanılmış, 1966-cı ildə isə tikinti 
işləri sona çatmışdır. Kollektorun uzunluğu 168 km, Qarabağ və Mil düzlərində xidmət etdiyi 
sahə 169 min hektardır. Kollektor Kürdəmir rayonu Mollakənd kəndi yaxınlığında, Kür çayı-
nın sağ sahilindən düker qurğusu ilə sol sahilə keçirilmişdir. Kollektorun maksimum sərf 
aparma qabiliyyəti Q=48 kub m/san idi. Kollektorun inşaat dərinliyi 6,0; 5; 3,5, yamaclıq 
əmsalı 1,5m, dibdən eni 1,8÷1,5 m-dir. 
Samur-Abşeron kanalının tikintisi, yuxarıda qeyd edildiyi kimi, iki növbədə həyata ke-
çirilmişdir.  1940-cı  ildə  istismara  verilmiş  birinci  növbəsinin  uzunluğu  108,7  km,  sərfi 
saniyədə 24÷16 kub m, su ilə təmin edilən əkin sahəsi 70 min hektar olmuşdur. Kanal torpaq 
məcrada inşa edilmişdir. 
Dəvəçidən-Abşerona qədər uzunluğu 86,3 km olan ikinci növbəsi 1955-ci ildə istismara 
verilmişdir. 
Samur-Abşeron kanalın sonunda Ceyranbatan su anbarı yaradılmışdır. 
Abşeron yarımadasında əkinəyararlı sahələri suvarma suyu ilə təmin etmək, Bakı və Sum-
qayıt şəhərlərində su təchizatı sahəsində yaranmış problemləri aradan qaldırmaq məqsədilə 
Samur-Abşeron kanalında baş suqəbuledici. Samur çayı. 1955


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə