Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   2   3   4   5   6   7   8   9   ...   30

5
1,433  mln.  hektardır  ki,  bunun  da  75  faizi  Kür-Araz  düzənliyindədir.  Hazırda  suvarma 
sistemlərində ümumi uzunluğu 51755 km olan kanallardan, ümumi uzunluğu 29640 km olan 
kollektor, su toplayanlar və drenlərdən, bu sistemlərdəki 118 min müxtəlif təyinatlı hidrotex-
niki qurğulardan, istismarda olan 910 ədəd nasos stansiyalarından, 7119 ədəd subartezian 
quyularından, ümumi su tutumu 21,5 kub km həcmində olan 135 su anbarından, çayların su 
ehtiyatından səmərəli istifadə etmək üçün müxtəlif konstruksiyalarda tikilmiş 14 hidroqov-
şaqlardan, Kür, Araz və digər daşqın törədən çayların sahillərində tikilmiş 1700 km uzunlu-
ğunda olan mühafizə bəndlərindən və digər qurğulardan səmərəli istifadə edilir. 
Xalqımızın gərgin əməyi nəticəsində yaradılmış milli sərvətimiz olan su təsərrüfatı komp-
leksinin  tikintisini  və  idarə  olunmasını  Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq 
Səhmdar Cəmiyyəti həyata keçirir. 
Azərbaycan Respublikasında su ehtiyatları dövlətin mülkiyyətindədir. Onların mühafizəsi, 
istifadəsi və idarə olunması Azərbaycan Respublikasının qəbul olunmuş Qanunlarına və hü-
quqi normativ sənədlərə əsasən həyata keçirilir. 
“AZDÖVSUTƏSLAYİHƏ”  İNSTİTUTU  –  80”  institutunun  tarixinə  həsr  olunmuş 
“Azdövsutəslayihə” İnstitutunun tarixi və inkişаf yolu, Bakı 2010, kitabının əsasında yenidən 
işlənib.


6
AZƏRBAYCANIN SU TƏSƏRRÜFATI
1850-1930-CU İLLƏR
Məlumdur ki, kənd təsərrüfatı bitkilərinin normal inkişafı üçün torpağın üst bitki qatında 
4 amil qida maddələri, istilik, hava və su eyni vaxtda tələb olunan miqdardadırsa, bu halda 
əkin sahələrində becərilən bitkilərdən nəzərdə tutulan məhsuldarlığa nail olmaq olar. Kür-
Araz düzənliyində əkinçilik ilə məşğul olan insanların kənd təsərrüfatı bitkilərindən yüksək 
məhsuldarlıq götürməsi üçün torpaqlarda kifayət miqdarda qida maddələri, əlverişli hava və 
istiliyi olan təbii şərait mövcuddur. Ancaq bölgədə havalar istiləşdikcə torpağın üst qatında su 
çatışmadığına görə bitkilərin kök sistemlərinin normal inkişafı dayanır və bitkilər tədricən 
məhv olur. Yəni, bu bölgədə əkinəyararlı “torpaqlar” yalnız suvarılması mümkün olanda çox 
qiymət lidir. 
Dünyanın quru iqlimə malik arid regi-
onlarında  olduğu  kimi  Kür-Araz  düzən-
liyində  də,  su  mənbələrindən  kanallar 
çəkməklə  əkin  sahələrində  suvarmanın 
aparılma  tarixi  çox  qədim  dövrlərdən 
mövcuddur.  Ümumiyyətlə,  Azərbaycan 
ərazisində  suvarmanın  tarixi  insanların 
əkinçiliklə  məşğul  olduğu  vaxtdan  baş-
lanmışdır. Yəni  bu  regionda  meliorasiya 
tədbirlərinin həyata keçirilməsi insanların 
mədəniyyət tarixi ilə həmyaşıddır.
Tarixi mənbələrdən aydın olur ki, əkin 
sahələrini suvarma suyu ilə təmin etmək 
üçün Azərbaycan  ərazisində  məskunlaş-
mış  insanlar  ağır  yaşayış  və  çətin  iş 
şəraitinə baxmayaraq davamlı olaraq çalı-
şıblar.  Bəzi  dövr lərdə  qısamüddətli  olsa 
da, öz istəklərinə yetərincə nail olduqları 
illər də olmuşdur.
Kür-Araz düzənliyində yaşayan əhali, 
suvarma suyunun mənbəyi olaraq Kür və 
Araz çayları ilə yanaşı, başlanğıcını Kiçik Qafqaz dağlarından götürən İncəçayın, Tərtərçayın, 
Xaçınçayın, Qarqarçayın, Köndələnçayın və digərlərinin suyundan istifadə etməklə Qarabağ 
və Mil düzlərində, mənbəyini Böyük Qafqaz dağlarından götürən Əlicançayın, Türyançayın, 
Göyçayın,  Girdimançayın  və Ağsuçayın  suyundan  istifadə  edərək  Şirvan  düzündə  qədim 
dövrlərdən başlamaqla əkin sahələrini suvarmışlar. 
Azərbaycanın Muğan, Mil və Qarabağ düzlərində, Naxçıvanda əkinçilik e.ə. II minilliyin 
sonları, I minilliyin əvvəllərində süni suvarmaya əsaslanmışdır.
Mil düzündə V əsrdə inşa edilmiş Gavurarx magistral kanalı Araz çayından qəbul etdiyi 
suyu 66 km məsafədə Qarqarçaya qədər axıtmışdır. Bu kanalın yerlərdə qalmış izlərini hazır-
Kür-Araz düzənliyində  
suvarma suyu əkinçılıyın əsasıdır


7
kı vaxtda da görmək mümkündür. Mil düzündə 60 km uzunluğunda tikilmiş Daşçayarx kana-
lının çəkiliş dövrünün VI–VII əsrlərə aid olduğu bildirilir.
Qarabağ xanlığının tarixini yazan Mirzə Camal Cavanşir göstrərmişdir ki, Mil-Qarabağ 
düzündə Gavurarx, Xanarx və Daşçayarx kanallarından başqa Araz çayından su qəbul edən 
14 iri kanal olmuşdur.
Muğan düzündə Araz çayından və Bolqarçaydan su qəbul edən, biri digərini kəsən “Ye-
yin-Gavurarx” kanalları olub.
 Tarixçilər XIII əsrin sonlarında payız və əsasən yazın ilk aylarında Muğan düzünü yaşıl 
otlu çöl və seyrək əhalisi olan bölgə kimi təsvir etmişlər. Verilmiş xəritələrdə Bolqarçaydan 
başlamaqla bu bölgə köçəri həyat sürən əhalinin qışlaq yeri kimi göstərilmişdir. Muğan və 
Mil düzlərində yay aylarında olmuş səlnaməçilər bu bölgələri səhra adlandırmışlar. 
İran hökmdarı Nadir şahın salnaməçisi XVIII əsrin ortalarında yazmışdır: “Muğan çölü 
səthi düz, geniş bir ərazidir. Bütün düzdə xırda daş parçası tapmaq mümkün deyil. Düzün 
səthi o dərəcədə hamardır ki, yay aylarında yerə düşmüş alma uzaq məsafədən görünür. Su-
Muğan və Mil düzlərində 1869-cu ildə 
mühəndis suvarma sistemi olmayıb


8
varma işləri demək olar ki, yox səviyyəsindədir. Aprel və may aylarında Araz çayında baş 
verən daşqınlardan sonra geniş ərazilər su altında qalır”.
M.Avdeyev 1927-ci ildə Bakıda nəşr etdirdiyi “Muğan və Salyan düzü” əsərində yazmış-
dır: “1860-1870-ci illərdə Muğanın orta hissələrində əhalinin daimi yaşadığı bir kənd də ol-
mayıb”. Digər mənbələrdən aydın olur ki, bu ərazilər heyvandarlıqla məşğul olan əhalinin qış 
aylarında müvəqqəti yaşayış yeri olmuşdur.
Kür və Araz çaylarının sahilləri boyunca ensiz zolaq şəklində uzanan ərazilərdə yaşayan 
yerli əhali, çayların suyundan suvarmada istifadə etmək məqsədilə daşqın müddətində əraziyə 
tökülən suları əvvəlcədən çəkdikləri kanallarla nəzərdə tutulan sahələrə və ya çala sahələrdə 
yaranmış gölməçələrə axıtmışlar. İlin qalan vaxtlarında susuz qalan bu kanallar “quru-arx” 
adlandırılıb. İstifadə olunan hər bir “quru-arxın” öz sahibi də olmuşdur. Çalalara toplanmış 
sulardan və “quru arxlardan” istifadə olunmaqla əkin sahələrini 1 və ya 2 dəfə suvarmaq 
mümkün idi. Çaylarda güclü daşqınlar olmayan illərdə çalalardan əkin sahəsi kimi də, istifadə 
olunmuşdur. Tərkibində zəngin qida maddələri olan çay gətirmələri çalalara toplandığından, 
bu sahələrdə torpaqlar çox münbit olmuşdur. Əlverişli iqlim şəraitində bitkilərin (buğda, arpa, 
küncüt  və  digərləri)  məhsuldarlığı  da  yaxşı  idi.  Qaraçala  su  tutumunun  həcminə  və  əkin 
sahəsi kimi istifadəsinə görə çalaların ən böyüyü olub. Muğanda süni yaradılan çalalardan 
uzun illər geniş istifadə olunmuşdur.
Uzun illər Kür və Araz çaylarının sahillərində quraşdırılmış su çarxlarından və təkərlərdən 
istifadə etməklə əkin sahələrinə su verilmişdir. Quraşdırılmış çarxlar yerli şəraitdən asılı ola-
raq, dəvə, at, öküz və ya digər qoşqu heyvanlardan istifadə etməklə və ya suyun axma sürətilə 
hərəkətə gətirilmişdir. Bir çarxın qaldırdığı su ilə 4 hektar əkin sahəsini suvarmaq mümkün 
olmuşdur. XIX əsrin ikinci yarısında Cavad qəzasında (İmişli, Saatlı, Sabirabad, Hacıqabul 
rayonlarının yerləşdiyi ərazilər) təxminən 4 min çarxdan istifadə olunmuşdur. 
Çar Rusiyası ilə İran dövləti arasında 1813-cü ildə bağlanmış Gülüstan muqaviləsinə əsasən 
Şirvan  və  Qarabağ  xanlıqlarının  tərkibində  olan  Muğan  və  Mil  düzlərinin  əraziləri  Rus 
Muğan düzü Araz çayında baş verən daşqın sularının altında qalıb.


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə