10
Qışlaq yerindəki obada* məskunlaşmış ailələrdən biri. 1913
Obada məskunlaşmış ailələrdən biri. 1913
_________
* Oba - Bir neçə dəyədən ibarət kiçik ibtidai yaşayış
məntəqəsi,
kiçik kənd
13
dövlətinin ərazisinə birləşdirildi. Əkinəyararlı torpaq sahələrində pambıq bitkisinin
becərilməsinin mümkünlüyünü araşdırmaq məqsədilə Çar hökumətinin yer quruluşu və
əkinçilik idarəsinin nümayəndəsi 1813-cü ildə Muğana gəldi. O, bölgə ilə tanış olduqdan son-
ra məlumat olaraq yazmışdır ki, Muğan çölü əhali yaşamayan səhradır, ərazi ilanlarla doludur.
Ot bitkiləri əsasən yovşanlardan ibarətdir. Qış aylarında heyvan saxlayan köçəri əhaliyə də rast
gəlmək olar.
Çar Rusiyasında toxuculuq sənaye sahəsinin zəif olması pambıqçılıq sahəsini uzun illər
hökumətin diqqətindən kənarda saxlayıb. Bu illərdə Azərbaycan ərazisində su təsərrüfatının
inkişaf etdirilməsi istiqamətində işlərin görülməsinə ehtiyac duyulmamışdır. Pambıq bitkisi
becərilən bütün Zaqafqaziya ərazisində 1840-cı ildə istehsal olunmuş pambığın miqdarı 39
min put (62,4 ton) olmuş ki, bunun da 30 min putu (48 ton) İrəvan əyalətində toplanmışdır.
İstehsal olunmuş pambığın lifləri qısa, keyfiyyəti isə aşağı idi.
Şimali Amerikada 1861-cı ildə başlayan vətəndaş müharibəsi Zaqafqaziya regionunda is-
tehsal olunmuş pambığın satış qiymətinin 1 ay ərzində 4-5 dəfə artırılmasına səbəb oldu.
Yüksək qiymət artımını görən Azərbaycan ərazisində yaşayan əhali də mümkün bütün vari-
antlardan istifadə etməklə pambıq əkilən sahələri genişləndirməyə başlamışlar. Bölgədə pam-
bıqçılığın inkişaf etdirilməsi üçün, su təsərrüfatı sahəsində müəyyən işlərin aparılmasına ma-
raq artdı.
Çarın Qafqaz canişini knyaz Baradinski mərkəzi hakimiyyətdən aldığı göstərişə əsasən
regionda su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə 1860-cı ildə Bakı-Poti dəmir yo-
lunun çəkilişinə dəvət olunmuş ingilis mühəndisləri Belli və Qabbaya aşağıdakı məsələləri
araşdırmağı tapşırmışdır:
- Qafqazda suvarma aparılan sahələrdə su təsərrüfat
sistemlərinin mövcud vəziyyəti;
- Əhalinin istifadəsindən sonra çaylarda qalan artıq
su həcminin müəyyən edilməsi;
Qışlaq yeri olan Mil və Muğan düzləri isti yay aylarında səhraya çevrilirdi.