Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   22   23   24   25   26   27   28   29   30

191
Səlimbəyov  Səfər  Vahab  oğlunun  əmək  fəaliyyəti  dövlət  tərəfindən  ardıcıl  olaraq 
qiymətləndirilmişdir. 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə (1940; 1958), “Şərəf nişanı” 
ordeni (1966), “Rəşadətli əməyə görə” medalı (1967), “Qafqazın müdafiəsi” medalı, “1941-
1945 illərdə Böyük Vətən müharibəsində əməkdə fərqlənməyə görə” medalı ilə təltif olun-
muşdur. Azərbaycan SSR Ali Sovetinin 3 dəfə (1943, 1956, 1960) Fəxri Fərmanını almışdır. 
“Azərbaycan SSR Əməkdar İrriqatoru” fəxri adına layiq görülmüşdür. 
Səlimbəyov Cəfər Vahab oğlu 1979-cu ilin mart ayında, 73 yaşında vəfat etmişdir. Bakı 
şəhərindəki 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. 
Allah ona rəhmət eləsin!


192
MUSAYEV ZÜLFÜQAR FƏTULLA OĞLU
Zülfüqar Fətulla oğlu Musayev 20 iyun 1932-ci ildə Sa-
birabad  şəhərində  anadan  olmuşdur.  1941-ci  ildə  orta 
məktəbin 1-ci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi 
bitirmişdir.  1951-1956-cı  illərdə  Azərbaycan  Politexnik 
İnstitutunun  (indiki  AzTU)  inşaat  fakültəsində  “Su 
təsərrüfatı  və  kanalizasiya”  ixtisası  üzrə  təhsil  almışdır. 
Mühəndis-hidrotexnik  ixtisasına  yiyələnmişdir.  1956-cı 
ildə  Azərbaycan  Kənd  Tikintisi  Layihə  İnstitutunda 
mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamış və şöbə 
rəisi  vəzifəsinədək  yüksəlmişdir.  1967-1970-ci  illərdə 
Ümumittifaq Su- Kanal Layihə İnstitutunun Bakı filialında 
şöbə  rəisi  işləmişdir.  1970-1972-ci  illərdə  “İmumittifaq-
sukanallayihə” İnstitutunun Bakı filialının direktoru olmuş-
dur. Bu illərdə Kür çayından Bakı şəhərinə su kəmərinin 
çəkilməsində yaxından iştirak etmişdir və Azərbaycan SSR 
Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1972-ci  il  aprelin  15-də  Azərbaycan  Dövlət  Su 
Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi İnstitutuna direktor təyin edilmiş və bu vəzifədə 
24 oktyabr 1975-cı ilə kimi işləmişdir. “Azdövsutəslayihə” İnstitutuna rəhbərlik etdiyi dövrdə 
Arpaçay su anbarının, Baş Mil kanalının, Tərtər çayından sugötürən magistral kanalın və 
digər obyektlərin layihələrinin hazırlanmasında xüsusi əməyi olmuşdur. 
Zülfüqar Musayev 1976-cı ildən 1988-ci ilə kimi Azərbaycan KP MK-da Su təsərrüfatı 
şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu illərdə Azərbaycan ərazisində meliorasiya və su 
təsərrüfatı sahəsində aparılan bütün tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmiş, 
görülməsi  nəzərdə  tutulan  işlərin  təşkilatçılarından  biri  olmuşdur.  1988-1992-ci  illərdə 
Azərbaycan  Hidrometeoloji  Xidmət  İdarəsində  rəis  müavini,  1992-ci  ildən  müstəqil 
Azərbaycan Respublikasında Dövlət Hidrometeorologiya Komitəsində sədr vəzifəsinə təyin 
edilmişdir. 1994-cü ildə Ümumdünya Meteorologiya Təşkilatında (ÜMT) ölkəmizin daimi 
nümayəndəsi seçilmişdir. ÜMT-nin Xəzər dənizinin Hidrometeorologiya və Çirklənməsinin 
Monitorinqi üzrə 1994-cü ildə Tehranda, 1997-ci ildə Bakıda keçirdiyi müşavirələrdə Koor-
dinasiya Komitəsinin sədri seçilmişdir. 
Musayev Zülfüqar Fətulla oğlu 2004-ci ildə, 72 yaşında vəfat etmiş və Bakı şəhərində 
dəfn olunmuşdur.
Allah ona rəhmət eləsin!


193
PAŞAYEV PAŞA SİRAC OĞLU
Paşa Sirac oğlu Paşayev 1924-cü ildə Ağdaş rayo-
nunun Ərəbocaq kəndində anadan olmuşdur. 1942-ci 
ildə Ağdaş  şəhərində  orta  məktəbdə  buraxılış  imta-
hanlarını  verdikdən  sonra  alman  faşistləri  ilə 
döyüşmək  üçün  könüllü  olaraq  müharibəyə  yollan-
mışdır. Azərbaycanlılardan təşkil olunmuş 416-cı Ta-
qanroq atıcı diviziyasının tərkibində Mozdok, Meli-
topol, Kerç şəhərləri uğrunda gedən döyüşlərdə fəal 
iştirak  etmişdir.  1944-cü  ildə  Mariupol  şəhərində  6 
aylıq hərbi məktəbi bitirmişdir. Berlin şəhəri uğrunda 
gedən döyüşlərdə iştirak etmiş və 1946-cı ildə ordu-
dan tərxis olunmuşdur. 
P.Paşayev  1947-ci  ildə  Gəncə  şəhərində 
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeli-
orasiya fakültəsinə qəbul olmuş və 1952-ci ildə insti-
tutu  bitirərək  “mühəndis-hidrotexnik”  ixtisasına 
yiyələnmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə təhsil 
aldığı institutda assistent vəzifəsindən başlamışdır. 1953-1956-cı illərdə Azərbaycan Kənd 
Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani şöbəsinin aspirantı olmuşdur. 
1956-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutu-
nun Şirvan zonası üzrə Ucardakı təcrübə stansiyasının direktoru vəzifəsində işləmişdir. 1958-
ci ildə dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini al-
mışdır.  1962-1963-cü  illərdə  Göyçay,  1963-1965-ci  illərdə  Ucar  rayonlarında  İstehsalat 
İdarəsinin rəisi, 1965-1967-ci illərdə isə Azərbaycan KP Zərdab Rayon Partiya Komitəsində 
birinci  katib  vəzifəsində  çalışmışdır.  1967-1976-cı  illərdə Azərbaycan  Meliorasiya  və  Su 
Təsərrüfatı nazirinin birinci müavini, 1976-1983-cü illərdə Azərbaycan Dövlət Su Təsərrüfatı 
Obyektlərinin Layihələndirilməsi “Azdövsutəslayihə” İnstitutunun direktoru, 1983-1988-ci 
illərdə, yenidən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin müavini vəzifəsində ça-
lışmışdır. 
Paşa Sirac oğlu Paşayevin 1967-1988-ci illərdə meliorasiya və su təsərrüfatı sistemində 
rəhbər  vəzifədə  işlədiyi  22  il  müddətində  yüzlərlə  su  təsərrüfatı  obyektlərinin  layihə 
sənədlərinin  hazırlanmasında  və  tikilməsində,  ərazilərdəki  suvarma  və  kollektor-  drenaj 
sistemlərinin yenidən qurulmasında, Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan 
təmizlənməsi üçün meliorasiya tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətləri olmuş-
dur.
Azərbaycan Respublikasında meliorasiya elminin inkişafında, elmi nəticələrin istehsalat-
da tətbiq edilməsində, 1976-1983-cü illərdə AzMİU-da Dövlət Attestasiya Komissiyasının 
sədri olmaqla “meliorasiya mühəndis sistemlərinin tikintisi” ixtisası üzrə gənc mütəxəssislərin 
hazırlanmasında da yaxından iştirak etmişdir. “İrriqasiya və drenaj” sahəsində 1972-ci ildə 
Bolqarıstanda, 1974-cü ildə isə İspaniyada keçirilmiş Ümumdünya Konqresinin iştirakçısı 
olmuşdur.
“Azdövsutəslayihə” İnstitutunun direktoru işlədiyi illərdə (1976-1983), onun rəhbərliyi ilə 
yüzlərlə obyektlərin layihə sənədləri vaxtında hazırlanmış və tikintisinə nəzarət həyata keçi-
rilmişdir. Bunlardan: Fizuli rayonunda Aşağı Köndələnçay su anbarının, Tovuz rayonunda 


194
üçpilləli  nasos  stansiyasının,  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  suvarma  sistemlərinin 
yenidən qurulmasının, Zəngilan rayonunda ikipilləli Yazı düzü nasos stansiyasının, Baş Şir-
van  kollektorunun  yenidən  qurulmasının,  Lənkəran  və  Astara  rayonlarında  suvarma 
sistemlərinin, Baş Mil kanalının və digərlərinin layihələrini göstərmək olar. 
Paşa Sirac oğlu Paşayevin Vətənə xidmətləri və səmərəli əmək fəaliyyəti dövlət tərəfindən 
mütəmadi  olaraq  qiymətləndirilmişdir.  1942-1946-cı  illərdə  hərbi  hissələrdə  göstərdiyi 
fədakarlığa, meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə 5 orden və 7 
medala layiq görülmüşdür.
 Paşayev Paşa Sirac oğlu 6 fevral 2000-ci ildə Bakı şəhərində, 76 yaşında vəfat etmiş və 
Goradil kənd qəbiristanlığında dəfn olunmuşdur. 
Allah ona rəhmət eləsin!


195
ƏLİYEV RAHİB ORUC OĞLU
Rahib  Oruc  oğlu  Əliyev  20  fevral  1937-ci  ildə 
Lənkəran  şəhərində  anadan  olmuşdur.  1955-ci  ildə 
Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-
ci  ildə  Azərbaycan  Politexnik  İnstitutunun  (indiki 
AzTU)  hidromeliorasiya  fakültəsinin  “Su  elektrik 
stansiyaları və çay qurğularının hidrotexniki tikintisi” 
ixtisasına  qəbul  olunmuş  və  1960-cı  ildə  institutu 
bitirərək 
mühəndis-hidrotexnik 
ixtisasına 
yiyələnmişdir. Gənc mütəxəssis kimi göndəriş əsasında 
1960-cı il iyul ayının 8-də Bəhrəmtəpədəki 10 saylı in-
şaat  idarəsində  tikintidə  usta  vəzifəsində  əmək 
fəaliyyətinə  başlamışdır.  1963-cü  ilə  kimi  iş  icraçısı, 
tikintiyə  nəzarətçi  vəzifələrində  çalışmışdır.  1963-
1965-ci  illərdə  Lənkəran  rayonundakı  8  saylı  inşaat 
idarəsində baş iş icraçısı, 1965-1966-cı illərdə idarənin 
baş  mühəndisi,  1966-1969-cu  illərdə  idarənin  rəisi 
vəzifələrində  işləmişdir.  1969-1970-ci  illərdə Yəmən 
Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet 
mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970-1973-cü illərdə “Azərsutikinti” Baş İdarəsinin 
Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973-1975-ci illərdə Bakı şəhərində 
“Azərsutikinti” Baş İdarəsində qrup rəhbəri, “Su tikintisinin təşkili və texnologiyası” trestində 
1975-ci ildə şöbə müdiri, 1976-1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır.
Rahib  Oruc  oğlu  Əliyev  1983-cü  ildən  21.04.2008-ci  ilə  kimi  “Şərəf  nişanı”  ordenli 
Azərbaycan  Dövlət  Su  Təsərrüfatı  Obyektlərinin  Layihələndirilməsi  İnstitutunun, 
“Azdövsutəslayihə”nin direktoru vəzifəsində işləmişdir.
Lənkəran rayonunda inşaat işlərini aparan idarənin baş mühəndisi, rəisi və trest müdiri 
olaraq Rahib Əliyevin Masallı rayonunda “Babasər”, “Viləşçay, I növbə”, Astara rayonunda 
“Ləvain”, Biləsuvar rayonunda “Bolqarçay”, Lənkəran rayonunda “Yuxarı Xanbulançay” su 
anbarlarının  tikintisində  və  bölgədəki  10  min  hektardan  artıq  əkin  sahələrində  suvarma 
sistemlərinin tikilib istifadəyə verilməsində böyük əməyi olmuşdur.
1983-cü  ildən  2008-ci  ilə  kimi  respublikamızın  ərazisində  tikilmiş  meliorasiya  və  su 
təsərrüfatı obyektlərinin layihələri R.O.Əliyevin rəhbərliyi ilə işlənmişdir.
Bu layihələrdən aşağıdakıları göstərmək olar:
Baş Şirvan kollektorunun yenidən qurulması layihəsi; Şəki rayonunda Əyriçay su anbarı-
nın  layihəsi;  Lənkəran  rayonunda  Təngərüd-Lənkəran  çayları  arasındakı  ərazidə  suvarma 
sistemlərinin layihəsi; Baş Mil-Muğan kollektorunun layihəsi; Naxçıvan Muxtar Respublika-
sında “Vayxır” su anbarının layihəsi; Şəmkir maşın kanalının layihəsi; Samur-Abşeron suvar-
ma sisteminin yenidən qurulması layihəsi və s.
İstehsalatda apardığı tikinti işlərində qazandığı zəngin təcrübə Rahib Əliyevi hazırlanmış 
layihə hesabatlarını nəzəri əsaslarla təhlil etməyə, yeni, səmərəli həll variantlarını tapmaq 
istiqamətində elmi-tədqiqat işləri aparmağa yönəltmişdir. 1975-ci ildə “Hidrotexniki qurğu-
ların  hesabatında  hissəçiklərin  hidravlik  böyüklüyünün  yayılmasının  qanunauyğunluğu” 
mövzusunda yazdığı namizədlik dissertasiya işini Tbilisi şəhərində müdafiə edərək texnika 
elmləri namizədi alimlik dərəcəsini almışdır.


196
1991-ci ildə isə “Dağ və dağətəyi regionlarda meliorasiya sistemlərinin və hidrotexniki 
qurğuların yaradılması və tikilməsi problemləri mövzusunda” yazdığı doktorluq dissertasiya 
işini Tbilisi və Moskva şəhərlərində müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini 
almışdır.
Respublika və beynəlxalq səviyyələrdə keçirilən elmi konfranslarda R.Əliyev müntəzəm 
olaraq iştirak etmişdir. 1991-ci və 1997-ci illərdə Türkiyə Cümhuriyyətinin İstanbul və Anka-
ra şəhərlərində, 1995-ci ildə Hollandiyanın Haaqa şəhərində keçirilən beynəlxalq elmi konf-
ranslarda məruzələrlə çıxış etmişdir.
Respublikamızda  mütəxəssis  kadrların  hazırlanması  sahəsində  də  R.Əliyevin  böyük 
xidmətləri var. 1983-2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Hidro-
texniki tikinti” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur. 1995-ci ildə 
müsabiqə yolu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Bünövrələr, özüllər və 
yeraltı qurğular” kafedrasında professor vəzifəsinə seçilmişdir. O, nəşr olunmuş 100-ə yaxın 
elmi əsərin, 12 ixtiranın, 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, mərkəzi qəzetlərdə çap olun-
muş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir. 
R.O.Əliyevin  rəhbərliyi  altında  6  aspirant  və  dissertant  dissertasiya  işlərini  yazaraq, 
müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini 
almışdır. O, 2000-ci ildə Altunin adına Rusiya Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə 
Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycan MEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorluq dissertasiya 
işlərinin müdafiəsi üzrə fəaliyyət göstərən Elmi Şuranın, 2005-ci ildən nəşr olunan “Ekologi-
ya və su təsərrüfatı” elmi-texniki və istehsalat jurnalının redaksiya heyətinin üzvüdür.
R.O.Əliyevin  məhsuldar  əməyi  müxtəlif  dövrlərdə  müntəzəm  olaraq  dövlət  tərəfindən 
qiymətləndirilmişdir. Azərbaycan  Prezidentinin  fərmanı  ilə  2007-ci  ildə  ona  “Azərbaycan 
Respublikasının  Əməkdar  Mühəndisi”  fəxri  adı  verilmişdir.  “Şərəf  nişanı”  ordeni  (1971), 
“SSRİ  Xalq  Təsərrüfatı  Naliyyətləri  sərgisinin”  bürünc  medalı  (1977).  “Su  təsərrüfatı 
obyektlərinin tikintisinin əlaçısı” (1975), “SSRİ ixtiraçısı” döş nişanları ilə təltif olunmuşdur. 
1987-ci ildə SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Fəxri Fərmanı”nı almışdır.
Azərbaycan KP-nin XXVIII qurultayının iştirakçısı olmuşdur. Lənkəran rayon sovetinin 
1983-1984, 1984-1987-ci illərdə deputatı seçilmişdir. Hal-hazırda fəxri təqaüdçüdür.


197
PAŞAYEV ELBRUS PAŞA OĞLU
Elbrus  Paşa  oğlu  Paşayev  4  fevral  1957-ci  ildə 
Gəncə  şəhərində,  dövrünün  tanınmış  ziyalılarından 
biri,  Azərbaycanda  meliorasiya  və  su  təsərrüfatı 
sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin 
ailəsində anaban olmuşdur. Bakı şəhərindəki 20 saylı 
orta  məktəbi  1974-cü  ildə  bitirmişdir.  1974-1979-cu 
illərdə  Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutunun 
(indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidro-
texniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-
cu  ildə  “Azərkəndtikintisuçəkiliş”  Tikinti  Birliyində 
gənc 
mütəxəssis 
kimi 
mühəndis-hidrotexnik 
vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
Paşayev  E.P.  19.11.1979-30.04.1981-ci  illərdə 
hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan son-
ra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikinti-
suçəkiliş”  Tikinti  Birliyində  mühəndis-hidrotexnik 
vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 
E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu-
nun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı ol-
muşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hid-
rotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə baş-
lamışdır.
1986-1991-ci  illərdə  assistent,  1991-1995-ci  illərdə  baş  müəllim,  1995-ci  ildən  dosent 
vəzifəsində çalışır. 1988-ci ildə dünyaşöhrətli alim, professor Abbas Əli oğlu Mustafayevin 
rəhbərliyi  altında  “Qrunt  suyunun  səviyyəsinin  qalxması  nəticəsində  lyosvari  qruntlarda 
əlavə  çökmənin  proqnozlaşdırılması”  mövzusunda  tamamladığı  dissertasiya  işini  müdafiə 
edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
Tədqiq etdiyi elmi işlərin yekunları haqqında keçmiş SSRİ və müstəqil Azərbaycan Res-
publikasında keçirilmiş çoxsaylı elmi konfranslarda və beynəlxalq simpoziumlarda məruzələr 
edərək çox saylı məqalələr çap etdirmişdir. Ümumilikdə 70 adda çap olunmuş elmi əsərlərin 
müəllifidir. 
Azərbaycan  Memarlıq  və  İnşaat  Universitinin  nəzdində  16.05.2005-ci  ildən  fəaliyyətə 
başlayan “İnşaat” kollecinin ilk direktoru olaraq, yeni təhsil müəssisəsinin maddi-texniki ba-
zasını yaratmış və tədrisi təşkil etmişdir. 
Elbrus Paşa oğlu Paşayev 01.03.2007-21.04.2008-ci illərdə “Azdövsutəslayihə” İnstitutu-
nun baş mühəndisi vəzifəsində işləmişdir. 
Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin  nümayəndə 
heyətinin tərkibində, 2007-ci ilin dekabr ayında Nyu-York şəhərində keçirilən “Birlikdə dün-
yanı daha məhsuldar məkana çevirmək uğrunda” I Qlobal İnfrastruktur Forumunda iştirak 
etmişdir. Forum iştirakçıları olan sərmayəçilərə “Yuxarı Şirvan kanalının yenidən qurulması” 
və “Ağsuçay su anbarının tikintisi” layihələrini təqdim etmişdir. 
Paşayev Elbrus Paşa oğlu 21.04.2008-ci ildən “Azdövsutəslayihə” İnstitutunun direktoru 
vəzifəsində çalışır.


198
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.  Əhmədzadə Ə.C. Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı. Bakı, 2003.
2.  Əhmədzadə Ə.C., Həşimov A.C. Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastrı. Bakı, 
2006.
3.  Аббасов  М.А.  Краткий  обзор  35-летней  деятельности  проектного  института 
“Азгипроводхоз” (за период 1930-1964 гг.). Москва, Гипроводхоз, 1964.
4.  Абдулрагимов Т.И. Водное хозяйство Азербайджана. Баку, 1969.
5.  Алиев Р.О. Гидротехническое и мелиоративное строительство в условиях предгорных 
равнин. Москва, 1991.
6.  Бехбудов  А.К.  Экспериментальные  основы  проведения  мелиорации  засоленных 
земель Кура-Араксинской низменности. Баку, 1977.
7.  Бехбудов А.К., Джафаров Х.Ф. Мелиорация засоленных земель, Москва, 1980.
8.  Bünyadov Teymur və başqaları. Azərbaycan etnoqrafiyası. 2-ci cild. Bakı, 2007
9.  Əzizov Q., Həsənəliyev Ə. Azərbaycanda suvarmanın tarixi. Bakı, 2001.
10.  Məmmədov R.P., Həşimov A.C. Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya 
İnstitutunun 50 illik elmi fəaliyyəti. Bakı, 1994.
11.  Talıbzadə İ.A. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə. 
Bakı, 1980.
12.  Azərbaycan Sovet Ensklopediyası (ASE), IX cild. Bakı, 1986.
13.  Авдеев  М.  Мугань  и  Сальянская  степь.  Население-землепользование-водное 
хозяйство (обследование, 1925 г). 
14.  Маевский И.А. Орошение переселенческих участков на Мугани. Тифлис, 1902 г.
15.  Рума Л. Очерки и исследование из жизни и колонизации Муганьской степи. Выпуск 
I. Петербург, 1913 г.
16.  Саваренский  Ф.П.  Гидрологический  очерк  Муганьской  степи.  ЗОИИВХ.  Тифлис, 
1931 г. 
17.  Сумбат-заде А.С. Сельское хозяйство Азербайджана в XIX веке. Баку, 1958 г.
18.  Paşayev E.P. Ümummilli lider Heydər Əliyevin göstərdiyi yol. “Kredo” qəzeti, 26 aprel 
2008-ci il.
19.  Paşayev  E.P.,  Həsənov  F.H.  Çar  Rusiyası  dövründə  Azərbaycanda  meliorasiya  və  su 
təsərrüfatı  sahəsində  həyata  keçirilmiş  layihələr.  “Ekologiya  və  su  təsərrüfatı”  jurnalı. 
Bakı, 2009, № 3, səh. 23-29.
20.  Paşayev E.P. Meliorasiya və su təsərrüfatı sahəsində uğurlu dövlət siyasəti bəhrəsini verir. 
“Xalq qəzeti”, 5 iyun 2009-cu il.
21.  Həsənov  F.H.  Kür-Araz  düzənliyində  irriqasiya,  kollektor-drenaj  sistemləri  və  ekoloji 
vəziyyət. “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin elmi əsərləri 
toplusu”. №7. Bakı, 2003, səh. 145-151.
22.  Həsənov F.H. Mingəçevir su anbarı, suvarma sistemləri və ətraf mühit. “Ruzgar” ekoloji 
cəmiyyəti. Kür hövzəsinin su anbarları, 2-ci kitab.Bakı, 2003, səh.49-58.
23.  Həsənov F.H. Kür-Araz düzənliyində meliorasiya tikintiləri və ekoloji vəziyyət. EKO-İN-
TER. İctimai - siyasi beynəlxalq jurnal. Bakı, 2005, yanvar-fevral və mart nömrələri.


199
24.  Həsənov F.H. Araz çayının aşağı hissəsində su qəbul edən irriqasiya sistemləri və ekoloji 
vəziyyət.  “Ruzgar”  ekoloji  cəmiyyəti.  Araz  çayı,  hidrologiya,  irriqasiya.  Bakı,  2006, 
səh.58-69.
25.  Həsənov F.H., Mahmudov T.M. Kür və Araz çaylarının su ehtiyatlarından səmərəli istifadə 
olunurmu? “Ekologiya və Su Təsərrüfatı” elmi-texniki və istehsalat jurnalı. Bakı, 2008, 
№3, səh.85-86.
26.  Paşayev E.P. Həsənov F.H. “Azdövsutəslayihə” institunun tarixi və inkişaf yolu. Bakı, 
2010.
27.  AzərTAc Fotoxronika
28.  Paşayev E.P. Meliorasiya və Su Təsərrüfatı sahəsində yeni inkişaf mərhələsi “Respublika 
qəzeti”, 11 oktyabr 2011-ci il.


Kompüter səhifələyici: 
Allahverdi Kərimov
Üz qabığının dizaynı: 
Elçin Cəfərov
Korrektor:   
 
Gülnar Mustafazadə
Operator:    
 
Rəşad Abdullayev
 
İnstitutun ünvanı:  AZ1125, Bakı şəhəri,İ. Dadaşov 70a.
 
e-mail:  az_dstl@mail.ru
 
Əlaqə telefonları:  (99412) 563 60 54
Çapa imzalanmışdır 01.03.2013.
Formatı 54x84 
1
/
8
. Fiziki çap vərəqi 25.
Ofset çap üsulu. Tiraj 500. Sifariş  
Kitab “Şərq-Qərb” mətbəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi 17.

Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə