Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   2   3   4   5   6   7   8   9   10   ...   30

31
Daşqın suları nəticəsində dəmir yolunun bir hissəsi qəza vəziyyətinə düşüb


32
Kür-Araz çaylarının qovuşduğu yerdə sahil mühafizə qurğuları. 1913


33
Əkin sahələri daşqın sularından mühafizə edilir. 1915
Araz çayında daşqına qarşı sahil bərkitmə işləri


34
Araz çayı sahilində daşqınlara qarşı mühafizə qurğuları. 1913
Ağac konstruksiyasından mühafizə  bəndi


35
Qeyd  olunmalıdır  ki,  1921-ci  ildə  Azərbaycan  SSR  XKS-nin  sədri  N.Nərimanovun 
təşəbbüsü  ilə  RK(b)P  MK-nın  Qafqaz  bürosunda  Muğan  düzündə  suvarma  sistemlərinin 
bərpası, torpaqların meliorasiya olunması müzakirə edilmiş və mühüm qərarlar qəbul edil-
mişdir.  Muğanda  Rusiya  Əmək  və  Müdafiə  Şurasının  tabeçiliyində  Meliorasiya  Tikintisi 
İdarəsi (“Muğanmeltikinti”) yaradıldı. Moskvadan verilmiş sərəncamla “Muğanmeltikinti” 
idarəsinin  rəisi  S.Boqdatiyev  təyin  olundu.  Qısa  vaxt  ərzində  Muğan  düzü  ümumxalq 
tikintisinə çevrildi. Kür və Araz çaylarının sahillərində mühafizə bəndlərinin tikintisi dövlət 
əhəmiyyətli obyektə çevrildi. Ətraf bölgələrdən 18-45 yaşlarında olan əməkqabiliyyətli əhali, 
Rusiyadan və başqa respublikalardan gətirilmiş işçi qüvvələri, hərbi hissələrin əsgərləri də 
Muğanda aparılan tikinti işlərinə cəlb olunmuşdurlar.
Suvarılan  torpaqlarda  traktorlardan  istifadə  edilməsinin  əsası  Muğanda  qoyulmuşdur. 
1923-1925-ci illərdə Amerikadan, Almaniyadan, Çexoslovakiyadan gətirilmiş traktorlardan 
istifadə olunmaqla 18 min hektar sahə şumlanmışdır. Sovetlər ölkəsində ilk traktor bazası 
Muğanda  yaradılmışdır.  1926-ci  ildə  “Muğanmeltikinti”  idarəsi,  1923-ci  ildən  fəaliyyət 
göstərən Azərbaycan Su Təsərrüfatı Baş İdarəsinin tabeçiliyinə verildi. 1925-1930-cu illərdə 
Muğanda suvarma sistemlərində yararsız vəziyyətə düşmüş kanallar bərpa olunmuşdur. Sabir 
adına kanal yenidən qurulmuş, suqəbuledicilər bərpa olunmuş, kanalların suaparma qabiliyyəti 
artırılmış, torpaqların duzlardan təmizlənməsi və şorlaşmaya qarşı mübarizə tədbirləri həyata 
keçirilmişdir. 
XX əsrin əvvəlindən Muğan düzündə əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə 
olunduğu bir vaxtda, becərilən bitkilərin məhsuldarlığının ilbəil azalması müşahidə olundu. 
Bu  məsələni  araşdırmaq,  torpaqlarda  münbitliyi  müəyyən  etmək  məqsədilə  1901-1904-cü 
illərdə  İ.A.Mayevski,  M.F.Kalinin,  E.A.Kamenetse,  Kossoviç,  Tulaykov,  S.A.Zaxarov  və 
digər mütəxəssislərin daxil olduğu xüsusi komissiyalar yerlərdə tədqiqat-axtarış işləri apara-
raq müəyyən etdilər ki, əkin sahələrində torpaqlar şorlaşmışdır. Şorlaşmanın səbəbi isə əkin 
sahələrinin suvarılması ilə əlaqəlidir. Torpaqlarda şorluq dərəcəsi yüksəldikcə bitkilərin də 
məhsuldarlığı aşağı düşmüşdür. Şorlaşmanı doğuran səbəb kimi qrunt suyunun səviyyəsinin 
yer səthinə yaxın dərinlikdə olması göstərilmişdir. Beləliklə, Muğan düzündə şorlaşmış tor-
paqların meliorasiya olunması kimi, yeni, daha mürəkkəb və həlli çətin olan problem yarandı. 
Şorlaşmış  torpaqların  meliorasiya  olunması  üçün  hazırlanmış  tədbirlər  planını  həyata 
keçirmək  məqsədilə  1914-cü  ildə  Şimali  Muğanda  sınaq-təcrübə  sahəsinin  yaradılması 
nəzərdə tutulsa da, I Dünya müharibəsinin başlanması bu layihənin həyata keçirilməsini da-
yandırdı. Kollektor drenaj sistemi tikməklə qrunt sularının səviyyəsini nizamlamaq, torpaq-
ların meliorasiya olunma vəziyyətini öyrənmək məqsədilə Şimali Muğanda “Cəfərxan drenaj 
sistemi” adlı, elmi ədəbiyyatlarda ilkin məlumatlar kimi daima istifadə olunmuş layihə 1928-
1931-ci illərdə həyata keçirildi. Cəfərxan kəndinin 700 hektar ərazisində orta dərinliyi 2,44-
4,0 m, ara məsafələri 328-814 m, ümumi uzunluğu 5,620 m olan 6 ədəd örtülü dren, orta 
dərinliyi 2,15 m, uzunluğu 3077 m olan açıq dren və dren sularını ərazidən kənarldaşıran orta 
dərinliyi 4,0 m, uzunluğu 7800 m olan kollektor tikildi. 
Aparılmış elmi-tədqiqat işlərinin nəticəsində məlum oldu ki, qrunt sularının səviyyəsini 
tələb  olunan  səviyyələrdə  saxlamaq  və  şorlaşmış  torpaqlarda  duzların  yuyulmasını  təmin 
etmək üçün Muğanda irriqasiya sistemləri ilə birgə, kollektor drenaj sistemləri də tikilməlidir. 
Beləliklə,  Kür-Araz  düzənliyində  və  bütövlükdə  Azərbaycan  ərazisində  su  təsərrüfatı 
sahəsində layihə-axtarış işlərini həyata keçirəcək bir təşkilatın yaranmasına tarixi şərait ya-
randı. 
Muğan düzündə torpaqların öyrənilməsi məqsədilə 1926-cı ildə Moskvada, SSRİ Xalq 
Komissarlar Sovetinin əmək və müdafiə komissarı yanında xüsusi komissiya yaradıldı. Ko-


36
missiya sonralar “Zaqafqaziya regionunda pambıqçılığı öyrənən komissiya” adlandırıldı. Ko-
missiyanın rəhbəri, tanınmış irriqator, professor V.A.Vasilyev oldu. Əsas tədqiqat işləri Mu-
ğan, Mil və Şirvan düzlərində aparıldı. Bölgədə fəaliyyət göstərən komissiya Tiflis şəhərində 
1928-ci  ildə  yaradılan  Zaqafqaziya  Sovet  Federativ  Sosialist  Respublikasının  Kür-Araz 
hövzəsində su eytiyatlarının sxemini hazırlayan xüsusi idarənin tabeçiliyinə verildi. Bu idarə 
1932-ci ildə Zaqafqaziya Su Təsərrüfatı Layihə-Axtarış Tresti adlandırıldı.


37
 “AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTUNUN TARİXİ VƏ İNKİŞAF YOLU. 
“AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTU 
1930-1950-Cİ İLLƏR
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət 
göstərən Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu 
“Azdövsutəslayihə”, 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində 
“Su təsərrüfatı obyektlərinin layihələndirilməsi və axtarışı” üzrə xüsusi “Layihə şöbəsi” kimi 
yaradılmışdır. Azərbaycan Su Təsərrüfatı İdarəsinin yerləşdiyi binanın 2 otağında 5 nəfərlik 
layihə qrupunun şöbədə işə başlaması ilə “Azdövsutəslayihə” İnstitutunun əsası qoyulmuş-
dur. Layihə qrupunun ilk işçiləri: şöbə rəhbəri E.İ. Zdobnov, mühəndislər Z.Litinski, M.Vo-
ronin, qrafiki cizgiləri çəkənlər N.Əzizova və başqaları olmuşdurlar.
Fəaliyyətinin  ilk  aylarında  “Layihə  şöbəsində”  SSRİ  Xalq  Əkinçilik  Komissarlığından 
verilən göstərişlərə və Azərbaycan Su Təsərrüfatı İdarəsi ilə bağlanmış müqavilələrə əsasən 
kanalların, kanallar üzərindəki qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. 
Meliorasiya və Su Təsərrüfatı sahələrində görülən tikinti işlərinin həcmi 1930-cu ilin ilk 
illərindən başlamaqla sürətlə artmışdır. 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitir-
miş Tağı Əbdülrəhimov, Moskva Su Təsərrüfatı Mühəndisləri İnstitutunun məzunu Mehdi 
Abbasov və digər gənc mütəxəssislər İ.Rudman, M.Qdovin, D.Muradov, Q.Kadagidze, Jiri-
nov, Riko layihə şöbəsinə işə qəbul edilmişlər. Şöbədə görülən işlərin həcmlərinin artması ilə 
yanaşı layihələrin məzmunu da mürəkkəbləşmişdir. Yeni əkin sahələrində suvarma sistemləri 
layihələrinin, yararsız vəziyyətə düşmüş köhnə kanalların bərpası layihələrinin, çaylarda daş-
qın sularına qarşı tikilməsi tələb olunan mühafizə bəndlərinin layihələrinin, müxtəlif təyinatlı 
hidrotexniki qurğuların layihələrinin və digər layihə-axtarış işlərinin hazırlanmasına başlan-
mışdır.  Layihə-axtarış  işləri,  əsasən  Muğan-Mil  düzlərində,  Kür  çayı  ətrafında  və  digər 
bölgələrdə aparılırdı. 
Meliorasiya və Su Təsərrüfatı sahəsində görüləcək işlərin həcmlərinin artacağını nəzərə 
alaraq, üç layihə-axtarış bürosu əsasında 15 yanvar 1933-cü ildə «Su Təsərrüfatı Obyektlərinin 
Layihələndirilməsi  və  Axtarışı»  üzrə  müstəqil  idarə  yaradıldı.  İlkin  mərhələdə  rəhbərlik 
Nəzirova tapşırıldı. Abbasov M. Ə. 08.04.1933-cü ildə layihə idarəsinin müdiri, Zdobnov E.İ. 
isə Baş Mühəndis vəzifəsinə təyin olundular.
Yeni təşkil olunmuş layihə-axtarış idarəsində ilkin olaraq Mil düzündəki qədim suvarma 
sistemlərinin  bərpası  layihəsi,  Şimali  Muğan  ərazisində  suvarma  və  kollektor-drenaj 
sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü və s. 
Qısa  vaxt  ərzində  “Salyan  düzündə  suvarma  sisteminin  sxematik  layihəsi  və  kollektor 
suyığıcı  sisteminin  texniki  iqtisadi  layihəsi”,  “Qaraçala  sovxozunda  suvarmanın  əsaslı 
yenidən qurulmasının texniki-iqtisadi layihəsi”, “Lənkəran və Yevlax düzənliyində bataqlı-
ğın qurudulması layihələri”, “Ağçala və Mahmudçalada şorlaşmış bataqlıqların qurudulması 
layihəsi”, “Kür çayı sahillərində daşqınlara qarşı mühafizə bəndlərinin layihələri” və digər 
layihələr işlənildi. 
Araz çayından su qəbul etməklə Mil düzündə və Qarabağın düzən hissəsində əkin sahələrini 
suvarmaq məqsədilə Köhnə Xanqızı kanalın yenidən qurulması, dağılmış suvarma sisteminin 
bərpa layihəsi E.İ.Zdobnov tərəfindən işlənmiş və tikintisi 1933-cü ildə başa çatdırılmışdır. 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə