Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

38
Köhnə Xanqızı suvarma sistemi şimaldan Qarqarçay, cənubdan Araz çayı ilə həmsərhəd 
olan Mil düzünün orta hissəsində yerləşirdi. Köhnə Xanqızı kanalının IV-VI əsrlərdə tikildiyi 
güman olunur. Tarixi mənbələrdə bu kanalın adı Borlos kimi də çəkilirdi. Sonrakı illərdə Ga-
vurarx adlandırılmışdır. Araz çayından təxminən eyni hissədə su götürməklə, çayın sağ sahili 
boyunca İranın Muğan düzündə əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kana-
lın adı da Gavurarx olmuşdur. Yararsız hala düşmüş kanal XIV əsrdə Teymurləng tərəfindən 
bərpa olunmuş, qarabağlı Əhməd bəy Cavanşir tərəfindən 1866-cı ildə Araz çayından 8 km 
uzunluğunda olan dağılmış hissə tikinti-bərpa işlərindən sonra Gavurarx adıyla kanal yenidən 
istifadəyə verilmişdir. Sonrakı illərdə suvarma sistemini bərpa etmək üçün təşəbbüslər olsada 
da, tikinti-bərpa işləri 1927-1933-cü illərdə görülmüşdür. Kanal istifadəyə veriləndə dövrü-
nün tanınmış bolşeviklərindən biri, gürcü millətindən olan Qriqori Konstantinoviç Orconi-
kidzenin şərəfinə Orconikidze kanalı adlandırılmışdır. Torpaq məcrada tikilmiş kanalın uzun-
luğu 64,5 km, su nəqletdirmə qabiliyyəti 33 m
3
/san idi. Əmirzeyitli kəndi yaxınlığında Araz 
çayında tənzimləmə işləri görməklə kanala su qəbul edilmişdir.
 Sovetlər ölkəsində Q.K.Orconikidze adına kanalın istifadəyə verilməsi irriqasiya tikintisi 
sahəsində  böyük  nailiyyət  kimi  qeyd  edildi.  Suvarma  sistemindəki  33  min  hektar  əkin 
sahəsində pambıq bitkisinin becərilməsi üçün əlverişli şərait yaradıldı. İşçi qüvvəsi olaraq bu 
əraziyə digər bölgələrdən köçkünlərin məskunlaşdırılmasına, yeni kənd və qəsəbələrin salın-
masına başlanıldı. 
Layihə-axtarış  idarəsində  1934-cü  ildən Azərdaycanda  torpaqların  şorlaşma  xəritəsinin 
tərtib olunmasına başlandı. 
Yevlax şəhərinin ərazisindəki bataqlığın qurudulmasında ilk dəfə hidromexanizasiya üsu-
lundan istifadə olundu.
Orconikidze (Xan qızı) kanalı. Füzuli rayony. 1933


39


40


41
Layihə-axtarış idarəsində Qız qalasından Daşburuna kimi Araz çayı sahilində olan düzən 
ərazilərdə əkin sahələrini suvarmaq üçün texniki-iqtisadi layihələr və Sabirabad şəhərindən 
başlamaqla, Xəzər dənizinə kimi Kür çayı ətrafı sahələrdə mexaniki üsulla suvarmanın texni-
ki-iqtisadi layihələri hazırlandı. 
1934-cü ildə Azərbaycan Su Təsərrüfatı Layihə-Axtarış İdarəsində 273 nəfər işçi çalışırdı 
ki, bunun da 120 nəfəri mühəndis-texniki heyət, 56 nəfəri qulluqçu, 97 nəfəri isə müxtəlif 
işləri yerinə yetirən fəhlələr idi. 
Layihə-axtarış  işlərini  yerinə  yetirərkən  idarənin  əməkdaşları  nəqliyyat  vasitəsi  olaraq 
əsasən, icarəyə götürülmüş atlardan istifadə edirdi. Layihəçilər ilk dəfə 1936-cı ildə maşınlar-
dan istifadə etməyə başlamışlar. 
Hazırlanan irriqasiya-meliorasiya layihələrində yeni texnikaların tətbiq edilməsinə xüsusi 
diqqət  ayrılmışdır.  İlk  dəfə,  1935-ci  ildə  layihə  şöbəsinin  əməkdaşı  mühəndis  M.S.Yaşin 
tərəfindən  hazırlanmış  DDA-100  yağışyağdıran  maşından  Qaraçala  sovxozunda  əkin 
sahəsinin suvarılmasında istifadə olunmuşdur.
1930-1937-ci  illərdə  layihə-axtarış  işlərinin  yerinə  yetirilməsində  mühəndislərdən 
Nəzirov, Abbasov M.Ə, Zdobnov E. İ., Qovord A.R., Siromyatnikov S.İ., Səlimbəyov C.V., 
Rudman İ.A., Voronin İ.M., Leşev N.A., Kələntərova E.F., Quluzadə S.İ., Muradov D.M., 
Kadagidze Q.S. və digərlərinin, texniki işçilərdən Əzizova N.A., Bakunin R.İ., Allahverdiye-
va R.S., Valyayeva Z.V., Kuzanova T.Q., Dolqova A.N. və başqalarının xüsusi əməyi olmuş-
dur.
Layihə-Axtarış İdarəsi keçmiş Hüsü Hacıyev küçəsi 11-də yerləşən binanın, əsasən I, az 
hissəsi isə II mərtəbəsində yerləşmiş, bir masa ətrafına 2-3 əməkdaş yığılmaqla çətin şəraitdə 
işləməli olmuşlar. 
Layihə idarəsi (Azdövsutəslayihə İnstitutu) 1930-1940-cı illərdə 
 bu binada fəaliyyət göstərib


42
1936-cı ilin sonunda SSRİ Əkinçilik Xalq Komissarlığının əmri ilə Zaqafqaziya Su Layihə 
İdarəsi  “(Закгипровод)”  rəhbər  texniki  işçilər  də  daxil  olmaqla,  Tiflis  şəhərindən  Bakı 
şəhərinə köcürülmüşdür. Azərbaycan Su Təsərrüfatı Layihə-Axtarış İdarəsinə birləşdirilməklə, 
yeni adla, Zaqafqaziya Su Layihə “(Закгипровод)” idarəsi yaradıldı və SSRİ ƏXK-nın Baş 
Pambıqçılıq  İdarəsinin  tabeçiliyinə  verilmişdir.  Zaqafqaziya  Su  Layihə  Trestinin  Tiflis 
şəhərindən Bakıya köçürülməsi 1937-ci ilin fevral ayında tam başa çatdırılmışdır. 
Layihə-axtarış  işləri  aparılacaq  obyektlərin  rəhbərləri  və  layihələrin  baş  mühəndisləri 
təyin edilmişdir. Birləşmədən sonra fəaliyyət göstərən idarənin tərkibi əsasən aşağıdakılardan 
ibarət idi:
1.  Rəis
2.  Baş mühəndis
3.  Mühasibat
4.  Mingəçevir hidroqovşağı şöbəsi
5.  Aran şöbəsi
6.  Aqroiqtisadi büro
7.  Müqavilə işləri şöbəsi
8.  Arxiv
9.  Texniki kitabxana
10. Mərkəzi anbar
11. Mingəçevirdəki mərkəz
1938-ci ilin may ayından idarə Zaqafqaziya Su Layihə-Axtarış “(Закводпроиз)” adlandı-
rıldı  və  Azərbaycan,  Gürcüstan,  Ermənistan  Respublikalarında  su  təsərrüfatı  sahəsində 
layihə-axtarış  işlərini  həyata  keçirirdi.  İdarə  “Zaksulayihəaxtarış”  adlandırıldıqdan  sonra 
tərkibində bəzi dəyişiklik edilmişdir: rəhbərlik ümumilikdə əsasən idarənin işini təşkil edir, 
Paylayıcı kanalda şülüz. Beyləqan rayonu. 1933


43
Çınqıl karxanası. 1933
Paylayıcı kanalda şlüz tikilir. 1933


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə