Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

44
Meliorasiya maşınlarının səyyar emalatxanası. 1933
Əkin sahəsində yeni texnika


45
Daşburun qəsəbəsi. 1933
Kanal üzərində şlüz. 1933


46
Miltikinti idarəsi. Daşburun 1933
Ağac konstruksiyalı körpü. 1933


47
texniki rəhbərliyi isə müavini – baş mühəndis vasitəsilə həyata keçirilir. İdarənin inzibati-
təsərrüfat aparatını əsasən aşağıdakılar təşkil edir:
1.  Ümumi dəftərxana, makinə bürosu ilə birlikdə 
2.  Mühasibatlıq
3.  Plan şöbəsi
4.  Xüsusi bölmə
5.  Təsərrüfat hissəsi
İstehsalat aparatı 2 şöbədən ibarət olub:
1.  Layihə-axtarış şöbəsi
1.1 Topoqrafiya
1.2 Hidrogeologiya
1.3 Hidrologiya
1.4 İstehsalat işi və smeta
1.5 Texniki layihəçilər qrupu
2. Aqroiqtisadi şöbə
2.1 Torpaq-meliorasiya
2.2 Mühəndis-meliorasiya
2.3 Su-torpaq laboratoriyası
2.4 Aqroiqtisadi layihəçilər qrupu 
Bu  şöbələrdə  xidmət  işlərini  həyata  keçirən  tərtibat  bürosu:  cizgiləri  hazırlayan  qrup, 
layihə cizgilərinin üzçıxarma üsulu ilə artırılması, torpaq və qruntun analizi üçün laboratoriya 
və cildləmə işlərini yerinə yetirən qruplar fəaliyyət göstərmişdir. Layihə idarəsinin texarxivi, 
kitabxanası, anbarı, çöl tədqiqat işlərini həyata keçirən axtarış bazası və qarajı olmuşdur. 
Bu illərdə Mingəçevir su anbarının və Kür çayı üzərində tikiləcək hidroqovşağın yerinin 
topoqrafiya işi görülmüşdür. Gürcüstanda Rioni çayı üzərində tikilən hidroqovşağın yerində 
Orconikidze (Xan qızı) kanalı. Beyləqan rayonu. 1933


48
və tikilməsi nəzərdə tutulan Samur-Dəvəçi kanalının trasında, Tərtər çayı sahillərində daşqın-
lara qarşı tikiləcək mühafizə bəndlərinin yerində, Respublika ərazisində axan çayların suyun-
dan  irriqasiya  sistemlərində  istifadə  etmək  məqsədilə  çay  hövzələrində  əlverişli  yerin 
seçilməsi üçün geniş topoqrafiya işləri aparılmışdır.
Layihə-axtarış idarəsi 1940-cı ildə əməkdaşları üçün normal iş şəraiti olan Kommunist 
küçəsi 5-dəki (indiki İstiqlaliyyət küçəsi, 5) binaya köçürülmüşdür.
Mingəçevir su anbarının tikintisi ilə bağlı geotexniki tədqiqatların aparılması üçün tələb 
olunan cihaz və avadanlıqlarla təmin olunmuş geniş laboratoriya, tədqiqat bazası və maşın 
mexanizmlər saxlanılan park yaradılmışdır.
Mingəçevir  bəndi  tikildikdən  sonra  su  altında  qalacaq  1248  km
2
  çala  sahənin  1:50000 
miqyasında geoloji xəritəsi tərtib olunmuşdur. Ərazidə çoxsaylı şurflar, qazılmaqla tikiləcək 
torpaq bənd üçün tələb olunan inşaat materialının yeri müəyyənləşdirilmişdir. Tikintisində 
inşaat materialı kimi istifadə olunacaq qruntun fiziki-mexaniki, kimyəvi və su xüsusiyyəti 
laboratoriya şəraitində yüksək dəqiqliklə öyrənilmişdir. Hidroqovşaqdakı bütün qurğuların 
ayrı-ayrı hissələri elmi baxımdan geniş tədqiq edilmişdir. Layihədə su enerjisindən istifadə və 
su  təsərrüfatı  hesabatları,  aparılmış  elmi-tədqiqat  işlərinə  əsaslanaraq  yüksək  dəqiqliklə 
yerinə yetirilmişdir. Mingəçevir su anbarının tikintisi ilə paralel, ilk növbədə tikiləcək yeni 
magistral kanalların, suvarma sistemlərinin layihə sənədlərinin işlənməsinə başlanılmışdır. 
Kür-Araz düzənliyində geniş meliorasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində 
işlər görülmüşdür. Bu dövrdə Şimali Muğan, Cənubi Muğan və Salyan düzlərində başlanmış 
layihə-axtarış işləri də davam etdirilmişdir. Salyan-Akuşin ərazisində 4 min hektar və 7 min 
hektar sahələrin, Bolqarçay ərazisindəki 12 min hektar sahənin suvarılması üçün layihələr 
hazırlanmışdır. 
Salyan və Muğan düzlərində, çənub-şərqi Şirvan ərazisində qrunt sularının səviyyəsinin 
dəyişmə dinamikasını öyrənmək məqsədilə müşahidələrin aparılmasına da başlanılmışdır. Bu 
“Azdövsutəslayihə” İnstitutu  1940-1963-cı illərdə 
 bu binada fəaliyyət göstərib


49
ərazilərdə  qazılmış  müşahidə  quyularının  ümumi  sayı  600-ə  qədər  idi.  Muğan  və  Salyan 
düzlərinin su balansı və görüləcək meliorasiya tədbirlərinin sxemi tərtib olunmuşdur. 
“Azdövsutəslayihə”  İnstitutunun  fəaliyyət  göstərdiyi  bu  dövrdə  aşağıda  adları  çəkilən 
layihə işləri görülmüşdür: 
1. Muğanda hidrogeoloji şəraiti öyrənmək məqsədilə Mürsəlli kəndində dərin quyu qazıl-
ması;
2.  Şirvan  düzünə  axan  çayların  aşağı  hissəsinin  düzəldilməsi  layihəsi  (layihə  müəllifi 
S.F.Koropkin); 
3. Muğan düzündə yığılan suyun kənarlaşdırılması layihəsi (layihə müəllifi M.A.Leşev); 
4. Mingəçevir hidroqovşağında layihə işləri (layihə müəllifləri Q.M.Lomidze və başqala-
rı);
5. Kür-Araz düzənliyində suvarma layihələri (layihə müəllifi B.A.Dobronravov);
6. Azərbaycan çaylarından və Araz çayından əkin sahələrinin suvarılmasında istifadənin 
öyrənilməsi layihələri
7. Mingəçevir düzənliyində suvarma sxemləri (layihə müəllifi N.A. Leşev);
8.  Xaçmaz  ərazisində  5300  hektar  sahədə  təsərrüfat  ərazisinin  təşkili  və  irriqasiya 
sistemlərinin yenidən qurulması; 
9.  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində  (DQMV)  Madaqiz  hidroelektrik  stansiyasının 
(HES) texniki layihəsi
10. Naxçıvanda Uzunoba su anbarının texniki layihəsi
11. Mövcud “Baş Akuşa” nasos stansiyasının yenidən qurulması; 
12. Abşeron yarımadasının Binə-Hövsan ərazisində yeraltı suların hidrogeoloji tədqiqi; 
13. Quba rayonundakı 12 saylı sovxozda suvarma sisteminin yenidən qurulmasının texni-
ki layihəsi; 
14. Naxçıvan hidroelektrik stansiyası (HES) layihəsi; 
15. Zaqatalada çayçılıq sovxozunun layihəsi
16. Lənkəran və Astara rayonlarnda Mortso-lyadj və Kaladagiya bataqlıqlarının qurudul-
ması və s. 
1938-ci ildə Samur çayından Ataçaya kimi Samur-Abşeron kanalının birinci növbəsi olan 
hissənin, Samur-Dəvəçi kanalının layihə-axtarış işlərinə başlandı. Uzunluğu 110 km, sərfi 26 
m
3
/san  olan  Samur-Dəvəçi  kanalının  layihəsinin  baş  mühəndisi  Səlimbəyov  Cəfər  Vahab 
oğlu idi. Layihənin hazırlanmasında və tikintisində N.A.Leşov, N.Dikov, İ.Voronin, B.Pılnik, 
V.Kələntərova, B.Silovtsev, B. Vorobyov, İ.Quluzadə, B.Tabasaranski, İ.Kuloşvili və başqa-
ları yaxından iştirak etmişlər.
Özbəkistanda Böyük Fərqanə kanalının tikintisində istifadə olunmuş “Xalq tikintisi” me-
todundan istifadə etməklə, 1939-cu ildə xalq tikintisi adlandırılan Samur-Dəvəçi kanalının 
tikintisinə başlandı. Bu tikintidə 30 min yerli əhali çalışmışdır.
Layihəçilər  demək  olar  ki,  iş  yerlərini  Quba  şəhərinə  dəyişmişdilər.  Kollektivin  əsas 
işçiləri Quba şəhərində yaşamış və kanalın layihə sənədlərini də orada işləmişlər. Layihəçilərin 
böyük bir qrupu C.V. Səlimbəyov və B.Q Vorobyovun rəhbərliyi ilə kanalın tikintisini aparan 
təşkilatın sərəncamında olmuşlar. Layihənin işçi cizgiləri birbaşa tikinti aparan inşaatçıların 
istifadəsinə verilirdi. Tikinti aparılan müddətdə yaranmış çoxsaylı mürəkkəb texniki məsələlər 
layihəçilərin gərgin əməyi nəticəsində vaxtında öz müsbət həllini tapırdı. 
“Su – hidrotexniki qurğulara təsir baxımından, sutkanın 86400 saniyəsində də, işləyir” 
məntiqini qəbul edən layihəçilər hamılılıqla çox böyük fədakarlıqla çalışmışlar. Elan olun-
muş xalq tikintisində topoqrafiya və geodeziya qrupunun işçiləri xüsusilə fərqlənmişlər. Ti-
kintisi başa çatmış Samur-Dəvəçi kanalı 28 aprel 1940-cı ildə istifadəyə qəbul edildi. Həyat 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə