Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
  1   2   3   4   5   6   7   8   9   ...   30


    
PAŞAYEV ELBRUS PAŞA OĞLU
HƏSƏNOV FƏRZƏLİ HƏSƏN OĞLU
 “AZDÖVSUTƏSLAYİHƏ” 
İNSTİTUTUNUN 
TARİXİ VƏ İNKİŞAF YOLU
“Şərq-qərb”
bAKI - 2010


Elmi redaktor:    
Əliyev Rahib Oruc oğlu
  
 
 
texnika elmləri doktoru 
redaktorlar:  
 
Qaziyev Yusif Cəbrayıl oğlu
  
 
 
Novruzov Lətif Qəmbər oğlu
 
Paşayev Elbrus Paşa oğlu. Həsənov Fərzəli Həsən oğlu.
“Azdövsutəslayihə” İnstitutunun tarixi və inkişaf yolu. bakı, “Şərq-qərb”, 2010, 192 səh. 
“Azdövsutəslayihə”  İnstitutunun  tarixi  və  inkişaf  yolu”  kitabında  1917-ci  ilə  kimi  çar  rusiyası 
hökumətinin Azərbaycanda pambıq bitkisinin yetişdirilməsi istiqamətində apardığı siyasət, Muğan düzünün 
təbii təsərrüfat şəraiti, Araz və Kür çaylarında su çarxlarından və digər üsullardan istifadə etməklə əkin 
sahələrinin  suvarılması,  Muğan  düzündə  pambıq  bitkisinin  becərilməsi  məqsədilə  magistral  kanalların 
tikintisi,  onların  texniki  göstəriciləri  və  istismar  dövründə  yaranmış  problemlər,  bu  layihələrin  həyata 
keçirildiyi müddətdə rusiya ərazisindən gətirilmiş köçkünlərin məskunlaşdırılması, Araz çayında görülmüş 
sahil bərkitmə işləri və o dövrün mənzərəsini əks etdirən çoxsaylı tarixi fotoşəkillər verilmişdir.
“Azdövsutəslayihə” İnstitutunun əsası qoyulduğu 1930-cu ildən hazırkı dövrə qədər Azərbaycanda 
meliorasiya  və  su  təsərrüfatı  sahəsində  həyata  keçirilən  layihələr,  meliorasiya  tikintilərinin  texniki 
göstəriciləri, iri suvarma və kollektor-drenaj sistemlərinin foto şəkilləri, sxematik planları, bu sahəyə dövlət 
rəhbərliyinin  ayırdığı  diqqət,  verilən  göstəriş  və  tapşırıqların  həyata  keçirilməsi  istiqamətində  aparılan 
işlər,    institutda  fəaliyyət  göstərmiş  və  hal-hazırda  çalışan  əməkdaşlar  haqqında  da  əhatəli  məlumatlar 
verilmişdir.
Kitab  meliorasiya  və  su  təsərrüfatı  sahəsində  çalışan  və  bu  sahə  ilə  maraqlanan  geniş  oxucu 
auditoriyası üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-448-98-6
© Paşayev Elbrus Paşa oğlu, 2010
© Həsənov Fərzəli Həsən oğlu, 2010


3
MÜNDƏRİCAT
G i r i ş  .............................................................................................................................4
Azərbaycanın Su Təsərrüfatı 1850-1930-cu illər  .............................................................6
“Azdövsutəslayihə” İnstitutu 1930-1950-cı illər  ...........................................................37
“Azdövsutəslayihə” İnstitutu 1950-1970-cı illər  ...........................................................53
“Azdövsutəslayihə” İnstitutu 1970-1991-cı illər  ...........................................................78
“Azdövsutəslayihə” İnstitutu Azərbaycan respublikasının müstəqillik dövründə ......109
“Azdövsutəslayihə” İnstitutunun fəaliyyət dövrünün qısa xronologiyası ....................177
“Azdövsutəslayihə” İnstitutunun direktorları:
Abbasov Mehdi əli oğlu  ....................................................................................179
Səlimbəyov Cəfər Vahab oğlu  ............................................................................181
Musayev Zülfüqar Fətulla oğlu ...........................................................................183
Paşayev Paşa Sirac oğlu  .....................................................................................184
əliyev rahib Oruc oğlu  ......................................................................................186
Paşayev Elbrus Paşa oğlu ....................................................................................188
İstifadə olunan ədəbiyyat  .............................................................................................189
 


4
GİRİŞ
İnsanların Azərbaycan ərazisində məskunlaşması və əkinçiliklə məşğul olmasının tarixi 
çox qədim dövrləri əhatə edir. Cənubi qafqazda aşkar edilmiş Eneolit dövrünə aid 150 erkən 
əkinçilik maddi-mədəniyyət nümunələrinin 70 faizdən çoxu Kür-Araz düzənliyindədir. 
Kür-Araz düzənliyində suvarma aparmadan əkin sahələrindən məhsul götürmək mümkün 
deyil. Yəni, bu bölgədə su axmayan yerdə əkin sahəsi olmur. Münbit torpaq sahələri əkinçilik 
üçün istifadəyə yararsızdır. respublikamızda kənd təsərrüfatı məhsulları bolluğunun yaradıl-
ması mövcud su ehtiyatlarından və torpaq sahələrindən səmərəli istifadə olunmasından asılı-
dır. 
Su insanın həyat və fəaliyyətində ən mühüm əhəmiyyət kəsb edən təbii sərvətlərdən biri-
dir. Su canlı aləmdə həyat prosesindəki vacibliyi nəzərə alınmaqla, planetimizin ən qiymətli 
sərvətidir. Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən bütün proseslər suyun iştirakı ilə 
həyata keçir. bütün varlıqların yaradıcısı sudur. Müdrik insanlar su haqqında çox qiymətli 
sözlər demiş və ya öz fikirlərini yazaraq gələcək nəsillərə çatdırmışlar. 
Suyun əhəmiyyəti haqqında deyilmiş fikirlərdən biri də fransız yazıçısı Antuan de Sent-
Ekzüperiyə  məxsusdur:  “Su!  Sənin  nə  dadın,  nə  rəngin,  nə  qoxun  var.  Səni  təsvir  etmək 
qeyri-mümkündür. Sənin nə olduğunu bilməyərəkdən səndən həzz alırlar. Sən həyat üçün 
lazımsan demək azdır. Çünki sən həyatın özüsən. Sən dünyanın ən böyük sərvətisən”. 
Dünyada  minerallığı  1  q/l-dən  az  yerüstü  təmiz  su  ehtiyatının  1  mln.  kub  km,  1  km 
dərinlikdəki yeraltı qatda isə 4 mln. kub km həcmində təmiz və ya az minerallaşmış olduğu 
proqnozlaşdırılmışdır.
Yer kürəsində olan təmiz su ehtiyatının ümumilikdə 5 mln. kub km həcmində olmasına 
baxmayaraq, onun dünyada paylanması qeyri-bərabərdir və antropogen təsirlərdən mövcud 
su ehtiyatları getdikcə azalır. Proqnozlara görə, enerji ehtiyatlarının XX əsrdə oynadığı rolu 
XXI əsrdə içməli su ehtiyatları oynayacaqdır. Azərbaycan respublikasında su ehtiyatlarının 
qorunması və səmərəli istifadəsi daha böyük əhəmiyyət kəsb edir. Ölkəmizin illik yerüstü su 
ehtiyatı  təxminən  32,3  kub  km  həcmindədir  və  70  faizi  qonşu  ölkələrdə  formalaşaraq 
transsərhəd çaylar vasitəsilə ərazimizə daxil olur. qonşu ölkələr tərəfindən mövcud su ehti-
yatlarımızın məhdudlaşdırılması və keyfiyyətcə dəyişdirilməsi imkanlarının olduğu şəraitdə 
əhalinin 70 faizdən çoxu transsərhəd sulardan müxtəlif məqsədlər üçün istifadə edir. 
Kənd təsərrüfatı məhsullarının 85 faizindən çoxu suvarılan torpaqlardan götürülür. Möv-
cud əkin sahələrini suvarmaq məqsədilə hər il 8-10 kub km həcmində su tələb olunduğundan 
şirin su ehtiyatlarımızı qorumaq və səmərəli istifadə etmək ölkəmiz qarşısında duran mühüm 
problemlərdən biridir. 
Torpaq  yüz  illər  ərzində  millimetrlərlə  mürəkkəb  proseslərdən  sonra  yaranan,  bitkilər, 
heyvanlar,  mikroorqanizmlər  və  başqa  canlılarla  yanaşı,  insanların  da  yaşayış  mənbəyi, 
bəşəriyyətin varlığında həlledici rol oynayan başlıca sərvətdir.
İnsanların  qida  mənbəyi  “torpaq-bitki-insan”  və  ya  “torpaq-bitki-heyvan-insan” 
sistemlərinin qarşılıqlı əlaqəsindən yaranır. “Məhsul bolluğunun atası əməkdirsə, torpaq onun 
anasıdır” deyimini insanlar mədəniyyət tarixləri ilə həmyaşıd olan meliorasiya tədbirlərini 
həyata keçirməklə gerçəkləşdiriblər. Tarixi mənbələrdən aydın olur ki, məhsul bolluğu yarat-
maq məqsədilə müxtəlif dövrlərdə bu bölgədə yaşayan insanlar Kür-Araz düzənliyində su-
varma sistemləri yaratmış, əkinəyararlı torpaq sahələrini davamlı olaraq genişləndirmək üçün 
müvafiq tədbirlər görmüşlər. 
Azərbaycan respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4,5 mln. 
hektardan 3,2 mln. hektarı əkinçilik üçün suvarmanın aparılmasını tələb edən torpaqlardır. 
Kifayət qədər su ehtiyatı olmadığına görə hazırda suvarma aparılan torpaqların ümumi sahəsi 


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə