Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   2   3   4   5   6   7   8   9   ...   30

9
Heyvandarlıqla məşğul olan insanların yaşadığı dəyə
*
. 1913
Ailənin dəyəsi. 1913
___________
* Dəyə – qarğıdan, ağac çubuqlarından düzəldilmiş komacır, alaçıq


10
Qışlaq yerindəki obada* məskunlaşmış ailələrdən biri. 1913
Obada məskunlaşmış ailələrdən biri. 1913
_________
* Oba - bir neçə dəyədən ibarət kiçik ibtidai yaşayış məntəqəsi, kiçik kənd


11
Qışlaq yerindəki obada məskunlaşmış ailələrdən biri. 1913


12
Obada keçirilən tədbirlər
dən biri. 1913


13
dövlətinin  ərazisinə  birləşdirildi.  əkinəyararlı  torpaq  sahələrində  pambıq  bitkisinin 
becərilməsinin  mümkünlüyünü  araşdırmaq  məqsədilə  Çar  hökumətinin  yer  quruluşu  və 
əkinçilik idarəsinin nümayəndəsi 1813-cü ildə Muğana gəldi. O, bölgə ilə tanış olduqdan son-
ra məlumat olaraq yazmışdır ki, Muğan çölü əhali yaşamayan səhradır, ərazi ilanlarla doludur. 
Ot bitkiləri əsasən yovşanlardan ibarətdir. qış aylarında heyvan saxlayan köçəri əhaliyə də rast 
gəlmək olar. 
Çar rusiyasında toxuculuq sənaye sahəsinin zəif olması pambıqçılıq sahəsini uzun illər 
hökumətin diqqətindən kənarda saxlayıb. bu illərdə Azərbaycan ərazisində su təsərrüfatının 
inkişaf etdirilməsi istiqamətində işlərin görülməsinə ehtiyac duyulmamışdır. Pambıq bitkisi 
becərilən bütün Zaqafqaziya ərazisində 1840-cı ildə istehsal olunmuş pambığın miqdarı 39 
min put (62,4 ton) olmuş ki, bunun da 30 min putu (48 ton) İrəvan əyalətində toplanmışdır. 
İstehsal olunmuş pambığın lifləri qısa, keyfiyyəti isə aşağı idi. 
Şimali Amerikada 1861-cı ildə başlayan vətəndaş müharibəsi Zaqafqaziya regionunda is-
tehsal olunmuş pambığın satış qiymətinin 1 ay ərzində 4-5 dəfə artırılmasına səbəb oldu. 
Yüksək qiymət artımını görən Azərbaycan ərazisində yaşayan əhali də mümkün bütün vari-
antlardan istifadə etməklə pambıq əkilən sahələri genişləndirməyə başlamışlar. bölgədə pam-
bıqçılığın inkişaf etdirilməsi üçün, su təsərrüfatı sahəsində müəyyən işlərin aparılmasına ma-
raq artdı. 
Çarın qafqaz canişini knyaz baradinski mərkəzi hakimiyyətdən aldığı göstərişə əsasən 
regionda su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə 1860-cı ildə bakı-Poti dəmir yo-
lunun çəkilişinə dəvət olunmuş ingilis mühəndisləri belli və qabbaya aşağıdakı məsələləri 
araşdırmağı tapşırmışdır:
- qafqazda suvarma aparılan sahələrdə su təsərrüfat sistemlərinin mövcud vəziyyəti;
- əhalinin istifadəsindən sonra çaylarda qalan artıq su həcminin müəyyən edilməsi;
Qışlaq yeri olan Mil və Muğan düzləri isti yay aylarında səhraya çevrilirdi.


14
- Çayların su ehtiyatlarından istifadə etməklə yeni əkin sahələrini suvarmaq üçün kanalla-
rın layihələndirilməsi.
belli və qabba 8 il müddətində regionda olan çayların və əsasən Kür və Araz çaylarının 
hövzələrində tədqiqat işləri apararaq su ehtiyatlarından suvarmada istifadə olunmasına aid 
çoxsaylı layihələrin sxemlərini hazırlamışlar. Azərbaycan ərazisində pambığın istehsalını ar-
tırmaq üçün belli və qabbanın su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə hazırladıq-
ları bu layihələr rusiya və xarici dövlətlərdən olan kapitalistlərdə böyük marağa səbəb oldu. 
rusiyada fəaliyyət göstərən ingilis suvarma kompaniyası Muğan düzünü 99 il müddətinə 
icarəyə götürmək istəyində olduğu haqda Çar hökumətinə rəsmi qaydada müraciət etdi. Ve-
rilmiş təklifdən aydın olurdu ki, suvarma kompaniyası icarə haqqını ödəyir, Muğanda aparı-
lacaq  su  təsərrüfatı  tikintilərinin  xərcini  özü  çəkir,  icarə  müddəti  bitdikdən  sonra  əkin 
sahələrinin suvarılmasını təmin etmiş bütün qurğuları işlək vəziyyətdə təmənnasız olaraq si-
farişçi tərəfə təhvil verir. Çar hökuməti ingilis suvarma kompaniyasının bu təklifini qəbul 
etmədi.
Çar hökumətini bu regionda təmsil edən qafqaz canişininə Mil düzünü bütövlükdə və 
ya  müəyyən  hissəsini,  ələtdən  Lənkəran  şəhərinə  kimi  Xəzər  dənizi  sahilindəki  düzən 
əraziləri icarəyə götürməsi haqqında 1880-ci ildə məmur İlimovun müraciəti olmuşdur. 
Tiflis quberniyasının sakinləri, Peterburq şəhərində ticarətlə məşğul olan Mahalov və Şa-
burov, Mil düzündə tədqiqat işləri gördürən alman bumqe 1882-ci ildə Mil düzünü müəyyən 
müddətə  icarəyə  götürmək  istəklərində  olduqlarını  bildirərək  Çar  hökumətinə  müraciətlər 
etmişlər. Göstərilən bu təşəbbüslər də nəticəsiz qalmışdır.
Şimali Amerikada vətəndaş müharibəsi sona yaxınlaşdıqca dünya bazarında pambığın sa-
tın alınma qiymətinin aşağı düşməsi, iş adamlarının bu sahəyə marağını tədricən azaltdı. Kür-
Araz  düzənliyində  suvarılan  sahələrdə  becərilən  pambıq  bitkisi  tədricən  taxıl  və  bostan 
bitkiləri ilə əvəzləndi. bununla da bölgədə su təsərrüfatı sahəsində nəzərdə tutulan işlər da-
yandırıldı. 
XIX əsrin sonlarına yaxın xarici ölkələrdən rusiyaya gətirilən pambığın kömrük haqqının 
ilbəil artması, ölkənin toxuculuq sənayesi sahəsində fəaliyyət göstərən fabrik sahibkarlarının 
diqqətini yenidən pambıq bitkisinin becərilməsi mümkün olan regionlara yönəltmişdir. 
Muğanda oba. 1913


15
Əkin sahələrini suvarmaq üçün Kür və Araz çaylarında geniş istifadə olunmuş su çarxı. 1913


16
Araz çayı sahilində quraşdırılmış şu çarxı
Kür çayından su çarxı ilə əkin sahəsinə su verilir. 1913


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə