Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   2   3   4   5   6   7   8   9   ...   30

17
Car  hökuməti  və  rus  burjuaziyası  Mil  və  Muğan  düzlərində  pambıqçılığa  və  rus 
müstəmləkəçilik işinə təkan vermək məqsədilə ilk növbədə bu bölgədə su təsərrüfatı sistemləri 
yaratmağa çalışdı.
1870-ci  ildə  Peterburqda  keçirilən  sənaye  qurultayında  Moskva  manufakturalarında 
işlədilən Amerika pambığını Azərbaycanın Mil və Muğan düzlərində əkiləcək pambıqla əvəz 
etmək haqqında məsələ müzakirə edilmişdir. qurultayda məhşur fabrikant Morozov tərəfindən 
Mil düzündə aparılmış sınaq təcrübəsinə əsaslanaraq Mil və Muğan düzlərini pambıqçılığın 
vətəninə  çevirmək  qərarı  qəbul  edilmişdir.  qərarı  həyata  keçirmək  üçün  Mil  və  Muğan 
düzlərində aparılan axtarış-tədqiqat işlərinin miqyası daha da genişləndirilmişdir. 
qafqaz canişinin əmri ilə 1879-cu ildə Mil və Muğan düzlərində təbii şəraiti öyrənmək 
məqsədilə rus mühəndisləri Psariyev və İvanov Azərbaycana göndərildi. Aparılan axtarış-
tədqiqat işləri nəticəsində aydın olmuşdur ki, ərazidəki torpaqlardan demək olar ki, əkinçilik 
üçün istifadə olunmur. əlverişli iqlim nəzərə alınmaqla qış aylarında ərazidə xırda və iri-
buynuzlu  heyvanlar  saxlanılır. Təd qiqatçıların  fikrincə  heyvandarlıqla  məşğul  olan  yerli 
əhalini əkinçiliklə məşğul olmağa vadar etmək və bu bölgəyə rus kəndlilərini köçürməklə 
qəbul  olunmuş  qərarı  həyata  keçirmək  olar.  Mühəndislər  tərfindən  Mil  düzündə  qədim 
dövrlərdən  qalmış  Daşçayarx,  Xanarx,  Sultanbutarx  və  Govurarx  kanallarının  bərpa 
layihələri də tərtib olunmuşdur.
Mil  və  Muğan  düzlərində  1880-ci  ildə  S.N.Veysenqofun,  1888-ci  ildə  İ.Jilinkskinin 
rəhbərdlik etdiyi ekspedisiyalar tərəfindən də geniş tədqiqat işləri aparılmışdır.
qeyd  etmək  lazımdır  ki,  aparılmış  bu  tədqiqat  işlərinin  nəticəsi  də  təklif  olaraq  kagız 
üzərində qaldı. Zaqafqaziyadakı hakimiyyət orqanları başa düşürdülər ki, 10-larla arxın təmiri 
və bərpa olunması bu bölqədə nəzərədə tutulan işlərin həyata keçirilməsi üçün kifayət deyil. 
Odur ki, milli müstəmləkə siyasətinə uyğun olaraq rus kəndlərinin kütləvi şəkildə bölgəyə 
köçürülməsi istiqamətində hazırlıq işlərinə başlandı. 
Zaqafqaziyada su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə hökumət yenidən tədqiqat 
işlərinin aparılmasına göstəriş verdi. Hökumətdə əmlak və əkinçilik naziri vəzifəsini tutan 
general-leytenant  Jilinskinin  rəhbərliyi  altında  regionlarda  işləyəcək  komissiya  yaradıldı. 
Muğan düzündə Kür və Araz çayları boyunca suvarma layihələrini tərtib etmək məqsədilə 
1895-1896-cı illərdə mühəndis Navrotskinin başçılığı altında tədqiqat-axtarış işləri aparıldı. 
Muğan düzünün iqlimi, relyefi və torpaq örtüyü haqqında geniş məlumatlar toplanıldı. 
Ekspedisiyanın Muğan düzündə işlədiyi 1896-ci ildə Araz çayında tarixdə qeydə alınma-
mış və bölgəyə fəlakət gətirən güclü daşqın sərfi baş verdi. Çay, indiki Saatlı rayonu ərazisində 
sağsahil dambasını yararaq öz məcrasından çıxdı və bütün Muğan düzünü su altında qoyaraq 
Xəzər  dənizinə  töküldü.  bölgədəki  yaşayış  məntəqələrinə,  əkin  sahələrindəki  mövcud  su 
təsərrüfatı  və  meliorasiya  sistemlərinə  ciddi  ziyan  vurdu.  Muğan  düzündə  Ağ-çala  və 
Mahmud-çala gölləri yarandı. Tədqiqat işini aparan mütəxəssislər baş vermiş təbii fəlakətlə 
bağlı nəzərdə tutulmuş işləri dayandırmalı oldular. Daşqından sonra məlum olmuşdur ki, Araz 
çayı məcrasını dəyişmiş, “Yeni Araz” adlanan məcra yaranmışdır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Araz  çayında  baş  vermiş  daşqın  nəticəsində  Muğan 
düzündə  yerin  üst  hissəsi  su  ilə  birlikdə  münbit  bərk  hissəciklər  -  asılı  gətirmələrlə  də 
örtüldüyündən,  müəyyən  müddətdən  sonra  əkin  sahələrində  torpağın  münbitliyinin  xeyli 
dərəcədə artdığı da müşahidə olunmuşdur. 
XX əsrin əvvəllərində Muğanda axtarış işləri aparmış tədqiqatçılardan biri baş verənlərə 
münasibətini bildirərək yazmışdır: “Araz çayı 800 km-ə bərabər uzunluğu boyu hövzəsində 
olan  dağ  süxurlarını  axımında  toplamış,  xırdalamış  və  üyüdərək  ən  narın  və  qiymətli 
hissəciklərini Muğan düzünə gətirmişdir”. Mütəxəssislərin hesablamalarına görə, Araz çayı 


18
ilə Kürə  gətirilən bərk  hissəciklərin tərkibindəki qida maddələrinin miqdarına gübrə  kimi 
baxılsa, qiyməti sabit valyuta ilə milyonlarla hesablanar. Daşqından sonra Muğan düzündə 
əkilmiş  pambıq  bitkisinin  məhsuldarılığı  qonşu  ərazilərlə  müqayisədə  ciddi  artımı  ilə 
fərqlənmişdir. Yaranmış əlverişli şəraiti nəzərə alan dövlət və iş adamları Muğan düzündəki 
əkinəyararlı torpaq sahələrindən istifadə etməyə çalışmışlar. 
İ.A.Moyevskinin  rəhbərliyi  ilə  1899-1900-cü  illərdə  Muğana  gələn  mütə xəs sislərdən 
təşkil  olunmuş  ekspedisiya  geniş  miqyasda  tədqiqat  və  axtarış  işləri  apardı.  Toplanmış 
məlumatlar Muğan düzündə yeni suvarma layihələrinin aparılmasına təkan verdi. bu illərdə 
başlanğıcını Novonikolayevka kəndinin 3 km-də “Yeni Araz”ın sol sahilindən götürən 5,25 
km uzunluğunda mühəndis-hidrotexniki tipli Sarıcalar kanalı tikildi. Sarıcalar kanalı “Yeni 
Araz”dan su götürərək 19 qışlaq yerində 22 min hektar sahəyə su verilməsini təmin etməli 
olan Molday və Minbaşılı kanallarının tikilməsinə şərait yaratdı. bununla da “Yeni Araz”dan 
su götürən kanalların ümumi uzunluğu 70 km-ə çatdırıldı. 
Çar  hökuməti  Azərbaycanda  su  təsərrüfatı  sahəsini  inkişaf  etdirməklə  yanaşı, 
müstəmləkəçilik siyasətinə tam uyğun olaraq tikinti işləri apardıqları ərazilərdə rusların sayı-
nı artırmaqla, məhsuldar torpağı olan əraziləri bütövlükdə özünün küləşdirməyi nəzərdə tutur-
du. XIX əsrin sonu və XX əsrin əvvələrində Muğan, Mil və Şirvan düzlərinə rus köçkünlərini 
yerləşdirməklə nəzərdə tutulmuş genişmiqyaslı işlərin bünövrəsi qoyuldu. Kür çayı ilə Arazın 
qovuşduğu yerdə 1881-ci ildə Petropavlovka (indiki Sabirabad şəhəri) qəsəbəsi salınmışdır.
Hökumət Muğan düzündə suvarma şəbəkələrinin tikilməsi məqsədilə 1900-cü ildə layihə-
axtarış işlərinə dövlət vəsaiti ayırmağa başlamışdır. Geniş miqyasda tədbirlər planını hazırla-
maq və nəzərdə tutulan işləri yerinə yetirmək üçün qafqazda “Su müfəttişliyi” yaradıldı. 
Kür çayının sahilində quraşdırılmış nasos. 1913


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə