Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   2   3   4   5   6   7   8   9   ...   30

23
Orta Muğan kanalının tikintisi. 1913


24
 Araz çayından kanala su qəbul edilir. 1913
Kanal kənarında salınmış binə. 1913


25
Orta Muğan kanalında şlüz. 1913
Kanal üzərində hidrotexniki qurgu.1913


26
Suqəbuledici qurğunun tikintisi. 1914


27
Suqəbuledici qurğu tikilir. 1914
Kanal tikintisində ekskovatordan istifadə olunur. 1915


28
bütün magistral kanalların tikintisi bel, külüng, xərək və s. alətlərdən istifadə olunmaqla 
yerli və qonşu bölgələrdən gətirilmiş insanların çox ağır şəraitdə işlədilməsi nəticəsində başa 
çatdırılmışdır. 
Muğanda tikilmiş kanalları istismara verildiyi ilk illərdən başlamaqla, çoxsaylı səbəblərə 
və əsasən də, layihə axtarış işlərində yol verilmiş qüsurlara görə layihədə nəzərdə tutulmuş 
göstəricilərə uyğun işlətmək mümkün olmamışdır. 
Araşdırmalardan aydın olur ki, insanların ağır əl əməyi nəticəsində ümumi uzunluğu 297,2 
km olan 4 magistral kanalın tikintisi başa çatdıqdan sonra layihədə nəzərdə tutulduğu kimi, 
162,3 hektar əkin sahəsini suvarma suyu ilə təmin etməli olan kanalların nəql etdirdikləri su 
ilə cəmi 25,1 min hektar əkin sahəsi suvarılmışdır. 
Lebedev N.A. 1918-ci ildə Tiflisdə nəşr etdirdiyi “Muğanın suvarma təsərrüfatı” əsərində 
Aşağı Muğan magistral kanalı haqqında yazmışdır: “Aşağı Muğan kanalının təsir zonasında-
kılar bədbəxt və xoşbəxt olmayandırlar…,su çatışmır, əkin sahəsinə istənilən həcmdə suvar-
ma suyunun vaxtında verilməməsi xroniki hala çevrilmiş, elə bir il olmamışdır ki, burada 
suvarmalar normaya uyğun aparılsın”. 
Yuxarı Muğan kanalı istismara verildiyi ilk ildə kanalın istiqaməti boyu sahələrdə torpaq-
ların şorlaşması baş verdi. Kanallara su qəbulunda fasilələr yarandı. Hər il Araz çayında gur-
sulu dövr başa çatdıqda məlum olurdu ki, çay məcrasının çox su aparan hissəsi suqəbuledicidən 
uzaqlaşmışdır. Suqəbuledici qurğuların qarşısı çay gətirmələri ilə dolmuşdur. Məcranın bu 
hissəsi lillərdən təmizləndikdən sonra tələb olunan suyu kanala vermək mümkün olurdu. bu-
nunla da əkin sahələrinə tələb olunan suvarma suyu vaxtında çatdırılmadığına görə bitkilər 
qismən və təmamilə məhv olurdu.
Muğanda torpaq məcrada yeni tikilmiş kanallardan sızmaya gedən suların, sahələrə suvar-
ma normalarından dəfələrlə artıq həcmlərdə verilmiş suvarma suyunun, Araz və Kür çayla-
rında gursulu dövrlərdə baş verən daşqın sularının və digər amillərin təsirindən bölgədəki 
münbit  torpaq  sahələri  bataqlaşmaya  və  şorlaşmaya  məruz  qalmışdır.  beləliklə  bu  illərdə 
Muğan düzündə müəyyən sahələrdə becərilən bitkilərin məhsuldarlığı kanallar çəkilməmişdən 
əvvəlki göstəricilərdən də aşağı olmuşdur.
bölgədə yaşayış səviyyəsi ağır olduğuna görə və rusiyada Çar hökumətinin devrilməsindən 
istifadə edən köçkünlər 1917-ci ildən sonra Muğanı tərk etməyə başladılar.
Muğanda  su  təsərrüfatı  sahəsində  aparılan  işlərin  gözlənilən  nəticə  verməməsinin 
səbəblərindən biri kimi, mühəndis-hidrotexnik ixtisası üzrə milli mütəxəssis kadrların olma-
dığını da göstərmək olar. 
qeyd etmək lazımdır ki, XIX əsrin ikinci yarısından başlamaqla Azərbaycan ərazisinin 
digər bölgələrində də, su təsərrüfatı sahəsində müvafiq işlər görülmüşdür.
qarayazı düzündə 31 min hektar sahəni suvarmaq məqsədilə, 1864-1868-ci illərdə Paşa 
qala qalası yaxınlığında Kür çayından suqəbuledən qarayazı magistral kanalı tikildi. Kanalın 
Gürcüstan ərazisində 20 min hektar, Azərbaycan ərazisində isə 11 min hektar əkin sahəni 
suvaracağı nəzərdə tutulmuşdur.
başlanğıcını indiki Ermənistan ərazisinin əliməmməd kəndi yaxınlığından, Araz çayın-
dan götürən, sahibkar Kaxanov tərəfindən tikdirilən Kaxanov magistral kanalı 1872-ci ildə 
istismara verildi. Kanalın uzunluğu 36 km, suvardığı sahə isə 12 min hektardan artıq olmuş-
dur. Məmur A.P.Şan-qreem 1870-ci illərdə Naxçıvan bölgəsinin Şərur düzənliyində 1500 
hektar ərazidə əkin sahələrinin suvarılmasını təşkil edir. Magistral kanal suyu Arpa çayından 
götürürdü. Çayda su qıtlığı yaranan müddətlərdə bazarçaydan tikilmiş tunellə Arpaçaya su-
varma suyu axıdılırdı.


29
Azərbaycan ərazisində 1913-cü ildə 550 min hektar sahədə suvarma aparılıb ki, bunun da 
ancaq 50,6 min hektarında mühəndis-hidrotexniki suvarma sistemləri olmuşdur. Suvarılan 
sahələrin 347 min hektarında taxıl bitkiləri, 103 min hektarında isə pambıq bitkisi becərilirdi. 
Pambıq əkilən sahənin 1 hektarından orta hesabla 8 sentner məhsul götürülməklə, Azərbaycan 
ərazisində 82,4 min ton pambıq istehsal olunmuşdur.
Hələ çox qədim dövrlərdən Azərbaycan ərazisində kəhrizlərdən (yeraltı su kanalı) əkin 
sahələrinin  suvarılmasında  geniş  istifadə  olunmuşdur.  1917-ci  ildə  Yelizavetpol  (Gəncə), 
Daşqına qarşı sahil bərkitmə tədbiri
Mürəkkəb hidrotexniki qurğu olan kəhrizin profili
1 - suvarilan sahə, 2 - dağətəyi düzənlik, 3 - havadəyişdirici gözlər, 4 - baş quyu,  
5 - üfiqi qalereya, 6 - atmosfer yağıntısı, 7 - sulu lay, 8 - su keçirməyən lay
4


30
Şuşa, Cəbrayıl və Naxçıvan bölgələrində mövcud olan 1500-dən çox kəhrizlərin suyu ilə 40 
min hektar sahə suvarılmışdır. 
1921-ci ildə Azərbaycan ərazisində 552,7 min hektar suvarılan sahələrdən 124 min hekta-
rında pambıq bitkisi becərilmişdir. Muğan düzündə 104 min hektar əkin sahəsinin 36 min 
hektarında, Şirvan düzündə 66 min hektar əkin sahəsinin 35 min hektarında, Mil-qarabağ 
düzlərində 38 min hektar əkin sahəsinin 23 min hektarında pambıq bitkisi becərilmişdir.
qeyd olunduğu kimi, Kür və Araz çaylarında baş verən daşqınlar müəyyən illərdə çay 
ətrafı ərazilərə fəlakət gətirirdi. Sahil dambalarını aşan daşqın suyu yaşayış məntəqələrinə, 
əkin sahələrinə, su təsərrüfatı sistemlərinə, kanallara, suötürən qurğulara və digər təsərrüfat 
sahələrinə ciddi ziyan vururdu. 1908-ci ildə Zərdab şəhəri sahəsində Kürün sol sahil damba-
sını yaran daşqın suları Şirvan düzündə 90 min hektar ərazini su altına almışdır. 
1915-1919-cu illərdə Kür və Araz çayları müxtəlif hissələrdə məcrasından çıxmış, qoru-
yucu dambaları da aşaraq əkin sahələrini basmış, su təsərrüfatı sistemlərini dağıtmışdır. 
Daşqınlara qarşı mübarizə məqsədilə 1900-cü ilə kimi Kür çayında Zərdabdan Salyana 
kimi, Araz çayında İran sərhəddindən başlamaqla Kürə kimi ümumi uzunluğu 270 km olan 
qoruyucu torpaq sahil bəndləri düzəldilmişdir. 
1912-ci  ildə  Kür  və  Araz  çaylarında  daşqına  qarşı  mübarizə  işləri  aparan  qafqaz  Su 
Müfəttişliyinin şöbəsi yaradılmışdır. 
başlanmış  I  Dünya  müharibəsi,  arxasınca  rusiyada  Çar  hökumətinin  devrilməsi  və 
V.İ.Lenin başda olmaqda bolşeviklərin hakimiyyətə gəlməsi, bu dövrdə Azərbaycanda gedən 
proseslərin mürəkkəbliyindən yaranmış qeyri-sabitlik, su təsərrüfatı sahəsinə baxımsızlıqla 
nəticələndi. 1915-1920-ci illərdə Muğan düzündə geniş əkin sahələrində torpaqlar şorlaşmış, 
suvarma sistemindəki kanallar yararsız hala düşmüşdür. 
Araz çayında daşqına qarşı sahil-mühafizə tədbirlərindən biri.


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə