Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 

 
 
 
 
I FƏSİL 
 
AZƏRBAYCANIN  
GEOLOJI QURULUŞU 
 
 
 
 
 
 
 
 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 

Az
ərbaycan  Respublikası  yerüstü  və  yeraltı  sərvətlərinin 
z
ənginliyinə,  əlverişli  coğrafi  mövqeyinə  görə  qədimdən 
s
əyyahların,  tarixçilərin nəzərini özünə  cəlb edib.  Belə  ki, A. 
M
əsudi, İstəhri, Marko Polo və  b. əsərlərində Abşeronda, Qərbi 
Az
ərbaycanda  neft  yataqlarının  mövcudluğu  barədə  məlumatlar 
verilmişdir.  
Az
ərbaycan geologiyasının öyrənilməsi demək olar ki, “Qafqaz 
geologiyasının  atası”  hesab  edilən H.  V.  Abixin tədqiqatları  ilə 
bağlıdır. Onun ilk tədqiqatları təbii hadisələrin baş verməsi, Xəzər 
d
ənizi səviyyəsinin dəyişməsi, palçıq vulkanlarının püskürməsi və 
s.  geoloji prosesl
ərin öyrənilməsi ilə  başlanır.  H.  V.  Abix 
Qafqazda, o cüml
ədən Azərbaycanda dərin tədqiqatları  ilə 
paleontologiya v
ə  stratiqrafiya elmlərinin öyrənilməsinin  əsasını 
qoymu
şdur.  Topladığı  fauna  kolleksiyası  şəxsən və  paleontoloq 
h
əmkarları ilə birgə təyin edilirdi. Alınan qiymətli nəticələr XIX 
əsrin  ikinci  yarısı,  XX  əsrdə  aparılan  tədqiqatların  əsasını  təşkil 
edirdi.  XX 
əsrin  birinci  yarısında  Azərbaycan  geologiyasının 
öyr
ənilməsində  M.  V.  Abramoviç, K.  İ.  Boqdanoviç, N.  İ. 
Andrusov v
ə  bir  çoxlarının  böyük  xidmətləri  olmuşdur. 
T
ədqiqatçılar  diqqətlərini,  əsas etibarilə, Azərbaycanın  neftli-
qazlı  regionlarının  tektonika,  stratiqrafiya,  litologiya  və  b. 
sah
ələrinə yönəltmişlər.  
30-cu ill
ərdə  Respublikada neft və  dağmədən sənayelərinin 
inkişafı  ilə  əlaqədar olaraq geoloji tədqiqatlar  genişlənir. 
Az
ərbaycanda  geologiya  elminin  inkişafında  yerli  geoloqların 
n
əzərə  çarpan surətdə  fəaliyyəti məhz 50-ci illərə  təsadüf edir. 
T
ədqiqatlar Azərbaycanın  əksər  regionlarında:  Abşeron 
yarımadası,  Qobustan,  Naxçıvan,  Dağlıq  Qarabağ,  Talış  və  b. 
sah
ələrində aparılırdı. Bu dövrdə Ş. Ə. Əzizbəyov, M. Ə. Qaşqay, 
Ə. Ş. Şıxəlibəyli, H. İ. Kərimov, R. N. Abdullayev və b. çoxillik 
z
əhmətləri nəticəsində  geoloji, tektonik, metallogenik və  b. 
x
əritələr tərtib edilmiş və istifadəyə verilmişdi.  
Az
ərbaycanın  geoloji  quruluşundakı  əsas dəyişikliklər 
Kaynozoy  erasında  Qafqaz  və  Qafqaz  ətrafı  ərazidə  gedən Alp 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 

qırışıqlığıyla  əlaqədar proseslərin məhsuludur.  Tektonik 
h
ərəkətlər nəticəsində  Böyük və  Kiçik  Qafqazın  dağ  silsilələri, 
Kür  dağarası  çökəklik  yaranmışdır.  Süxurların  aşınması 
n
əticəsində  bir  çox  filiz  yataqları  yer  səthinə  çıxmış,  onların 
axtarış və kəşf olunmasına şərait yaranmışdır.  
Az
ərbaycanda makropaleontoloji tədqiqatlar 20-ci illərdə 
Az
ərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft 
Akademiyası)  V.  V.  Boqaçovun, Azərbaycan Neft Tədqiqatı 
İnstitutunda  (indiki  Neft  Sənayesinin Azərbaycan Dövlət Elmi-
T
ədqiqat və Layihə İnstitutu) mikropaleontoloji tədqiqatlar V. E. 
Livental, Q.  F. 
Şneyder,  C.  İ.  Cəfərovun rəhbərlikləri  altında 
aparılırdı.  1929-cu ildə  Babazənən kəsilişində  Ağcaqıl  və 
Abşeron  mərtəbələri çöküntülərində  aşkar  olunmuş  ostropod 
faunasının  təsvirinə  həsr  olunmuş  ilk  mikropaleontoloji elmi 
m
əqalə V. E. Livental tərəfindən dərc olunmuşdur.  
Respublikamızda biostratiqrafik tədqiqatların əsl mənada geniş 
inkişafı  1950-ci ildə  Azərbaycan  EA  Geologiya  İnstitutunda  ak. 
M.  M. 
Əliyevin təşəbbüsü və rəhbərliyi altında müvafiq şöbənin 
y
aranması  ilə  bağlıdır.  Paleontologiya və  stratiqrafiya  şöbəsində 
«Mikrofauna», «Mezozoy v
ə  Kaynozoy»  laboratoriyaları 
f
əaliyyət göstərirdi.  Yaranan istiqamətlərə  zəmanənin görkəmli 
aliml
əri M.  M.  Əliyev, Q.  Ə.  Əlizadə, C.  M.  Xəlilov rəhbərlik 
edirdil
ər.  Makro və  mikrofauna ilə  yanaşı,  H.  Zərdabi  adına 
T
əbiət tarixi muzeyində bioloq R. C. Cəfərovun rəhbərliyi altında 
Az
ərbaycanın  bir  çox  rayonlarından  (Binəqədi  Qır  gölü,  Eldar, 
Bozdaq,  Duzdağ  və  s.  )  toplanan  onurğalı  heyvan  qalıqları 
öyr
ənilir.  Belə  ki, 50-60  -ci illərdə  Respublikada  onurğasız  və 
onurğalı fauna və floranın ayrı-ayrı tip, sinif, dəstələrini öyrənən 
t
əcrübəli kadrlar - B. G. Vəkilov, D. V. Hacıyev, Ə. Y. Xəlilov, 
Q.  M.  Sultanov, T. 
Ə.  Məmmədov, R.  Ə.  Xələfova və  b. 
ixtisaslaşırlar.  Sonrakı  illərdə  tədqiqatları  ilə  Respublikamızdan 
k
ənarda  tanınan  görkəmli paleontoloqlar nəsli  yetişir:  N.  Ə. 
Ələkbərova, Q. K. Qasımova, S. M. Aslanova, X. Əliyulla, F. M. 
Axundov v
ə b. Hazırda Azərbaycan MEA Geologiya İnstitutunda 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 

Respublikanın ali tədris ocaqlarında, elmi-tədqiqat institutlarında, 
istehsalat mü
əssisələrində  Fanerozoyun bütün bölmələri üzrə 
yüks
ək hazırlıqlı paleontoloqlar, stratiqraflar fəaliyyət göstərirlər: 
ak. A. 
Əlizadə, T. A. Həsənov, R. Q. Babayev, M. Ə. Bağmanov, 
A. B. M
əmmədov, Ş. Ə. Babayev, Q. A. Əliyev, A. D. Babazadə 
v
ə b.  
 
Geomorfologiya. 
Qafqazarxasının  şərq hissəsində  yerləşən 
Az
ərbaycanın  relyefi  28  m.-dən (Xəzəryanı  düzənlik), 4480 m. 
yüks
əklik (Böyük Qafqaz sıra dağları) arasında kəsgin dəyişir. Bu 
da öz növb
əsində  iqlim və  landşaft  qurşaqlarının  müxtəlifliyinə 
g
ətirib  çıxarır.  Oroqrafik  baxımdan  dağlıq  (Böyük  və  Kiçik 
Qafqaz,  Talış)  və  düzənlik (Gəncə-Qazax,  Qarabağ-Mil) 
relyefl
ərə malikdir. Böyük Qafqazın ən yüksək zirvəsi Məlkamud 
v
ə  Tfan  dağları  arasında  yerləşən Bazardüzüdür  ki, hündürlüyü 
4466  m.-dir.   
Böyük  Qafqaz  dağları  cənub-şərqə  doğru  tədricən 
alçalaraq,  Beşbarmaq  dağında  hündürlüyü  500  m.-ə  enir.    Kiçik 
Qafqazın  relyefində  üstün yüksəkliklərə  Şahdağ,  Murovdağ, 
Qarabağ və Daralagöz sıra dağları malikdirlər. Yüksək dağlardan 
Qaraarxaç (3062 m.
),  Nialdağ  (3337  m.), Gəmiş  (3724  m.), 
Murov (3341 m.), K
əpəz (3065 m.) və b. göstərmək olar. Kiçik 
Qafqazda  Qarabağ  sıra  dağları  mürəkkəb oroqrafik vahid təşkil 
edir. 
Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Zəngəzur 
sıra  dağları  Naxçıvandan  şimal-şərq istiqamətində  uzanır. 
Z
əngəzur və  Daralagöz  sıra  dağlarının  Biçənək  aşırımında 
birl
əşdiyi  rayonda  yüksək zirvə  Gəlinqaya  dağıdır  (2773  m.). 
Az
ərbaycanın  düzənlik  relyefi  Kür  çayı  boyunca  şimal-qərbdən 
c
ənub-şərq istiqamətində  uzanaraq, Gəncə-Qazax,  Qarabağ  və 
Mil sah
ələrini  əhatə  edir.  Samur-Dəvəçi çökəkliyi Cənub-Şərqi 
Qafqazdan X
əzər dənizi istiqamətində  uzanır.  Azərbaycanın 
ərazisi müxtəlif  iqlim  şəraiti ilə  səciyyələnir.  Kür-Araz və 
X
əzəryanı  düzənlik, Ceyrançöl və  Şərqi Qobustan  yarımsəhra, 
mülayim  isti,  qışda  quru  iqlimə  malikdir.  Soyuq  yarımsəhra və 
quru s
əhra iqlimi Naxçıvanın düzəngah-alçaqdağlıq qurşağında və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə