Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 

Dibrar çök
əkliyində,  Talış  dağlarında  mövcuddur.  Hacınovur 
dağətəyi,  Kiçik  Qafqazın  dağətəyi və  orta  dağlıq  hissələri 
mülayim iqlim, soyuq qış şəraiti ilə fərqlənirlər.  
Atmosfer çöküntül
ərinin  miqdarı  hidroqrafik  şəbəkənin 
paylanmasına  təsir göstərir.  Azərbaycanın  baş  çay  arteriyaları 
(qolları  ilə  birlikdə) Kür və  Arazdır.  Bunlardan  başqa,  Alazan, 
Əyriçay,  Tərtər, Türyançay və  bir  çox  başqa  çaylar  da 
mövcuddur. 
Böyük  Qafqazın  cənub  yamacındakı  Balakən, 
Qaraçay,  Şinçay,  Göyçay,  Girdıman  və  b.  çayların  vadiləri 
dağıdıcı  qüvvələr nəticəsində  genişlənmişdir.  Şimal  yamacda 
D
əvəçi,  Şabran,  Çağacuq  çaylar  formalaşırlar.  Kiçik  Qafqazın 
çayları,  əsas etibarilə,  dağ  silsiləsinin  suayrıcında  formalaşaraq, 
şimal,  şərq və  cənub istiqamətlərdə  axır.  Şahdağ  və  Murovdağ 
dağ  silsiləsinin  şimal-şərqindən mənbəyini götürən Tovuz, 
Z
əyəm,  Şəmkir,  Qoşqar,  Gəncə  və  bir  çox  çaylar  Kür  çayına 
tökülür.  Az
ərbaycanda  bitki  örtüyünün  paylanmasında  relyef 
qurşağına  uyğun  olaraq  səhra,  yarımsəhra,  çöl,  meşə,  dağ-
ç
əmənlik və s. bitki tiplərinə rast gəlinir. Samur-Dəvəçi çöllüyü, 
Abşeron  yarımadasının  mərkəzindən  Muğan  düzənliyinə  qədər 
sah
ə səhra, yarımsəhra xarakteri daşıyaraq yovşan, şoranlıq otu və 
s.  bitkil
ərlə  örtülüdür.  Kiçik  Qafqazın  şimal-şərq hissəsinin 
dağətəyi  zonasında,  yəni  Qazax,  Xanlar,  Ağdərə, Ceyrançöl və 
Şamaxının  bəzi  sahələri çöl, qismən  yarımsəhra tipli bitkilərlə 
örtülüdür.  Respu
blikanın  orta  və  yüksək  dağlıq  yerləri (o 
cüml
ədən  Naxçıvan)  çəmənlik, çəmən-çöl bitkilərlə  örtülüdür. 
Orta  dağlıq,  qismən yüksək  dağlıq  qurşaqda  iriyarpaqlı 
ağaclardan palıd, fıstıq, vələs geniş yayılmışdır. Talış dağlarında 
relikt olan d
əmir  ağacı,  ipək  akasiyası  kimi  nadir  ağaclar 
mövcuddur. 
Qarışıq  yarpaqlı  meşələr rütubətli Lənkəran və 
Qarabağ düzənliklərinin örtüyüdür. İqlim, oroqrafik, torpaq-bitki 
örtüyünün mür
əkkəb vəhdəti Azərbaycanda müxtəlif tipli 
landşaftın  formalaşmasına  şərait  yaradır  (yarımsəhra,  çöl,  meşə, 
ç
əmənlik).  
Az
ərbaycanda aşağıdakı landşaft tipləri mövcuddur:  


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
10 
a) 
yarımsəhra (Kür-Araz çökəkliyi);  
b) quru çöl (450-500 m. -d
ən 1200 m. -ə qədər hündürlük);  
c) 
dağ-meşə  (600 m.  -dən 2000 m.  -ə  qədər olan hündürlüklü 
dağlıq hissələr); 
ç) alp ç
əmənlik (2000-3000 m. hündürlüklü sahə).  
 
Stratiqrafiya:  Az
ərbaycanın  geoloji  quruluşunda  Fanerozoy 
eonotemin Paleozoy, Mezozoy v
ə  Kaynozoy eratemlərinin 
çöküntü, püskürm
ə  və  metamorfik  süxurları  iştirak  edirlər. 
Qafqazın  Böyük  Qafqaz  dağları  hissəsi  miogeosinklinal  inkişaf 
m
ərhələsi  keçmişdir.  Böyük  Qafqazın  geoloji  quruluşunda,  əsas 
etibaril
ə, normal dəniz çöküntüləri  iştirak  edirlər.  Kiçik Qafqaz 
evgeosinklinal  inkişaf  mərhələsi  keçmiş  və  geoloji  quruluşunda 
püskürm
ə, püskürmə-çökmə  (piroklastik),  qismən isə  çökmə 
süxurlar iştirak edirlər.  
 
Paleozoy eratemi çöküntül
əri 
Naxçıvan 
Muxtar 
Respublikasında  yer  səthinə  çıxır.  Devon, Karbon və  Perm 
sisteml
əri çöküntüləri  əsas etibarilə  dəniz  fasiyalı  karbonat 
süxurlardan t
əşkil olunub.  
 
Devon sistemi  H.  V.  Abix (1873), P. 
Bonne  (1947),  Ş.  Ə. 
Əzizbəyov (1961), A.  B.  Məmmədov (1999) və  b.  tərəfindən 
öyr
ənilmişdir.  Şərur-Culfa  antiklinoriumun  geoloji  quruluşunda 
orta-
üst  şöbələrinin çöküntüləri  iştirak  edərək,  karbonatlı 
süxurlardan ibar
ətdir.  Orta Devondan Eyfel və  Jivet, Üst 
Devondan Frans v
ə Famen mərtəbələri çöküntüləri məlumdur.  
 
Karbon  sistemi
nin  alt  şöbəsinin Turne, Vize, Serpuxov 
m
ərtəbələrinin çöküntüləri müəyyən  edilmişdir.  Onlar dəniz 
fasiyalı karbonat süxurlardan təşkil olunub. İlk dolğun məlumat F. 
Frex, sonralar P. Bonne, N. N. 
Yakovlev, Ş. Ə. Əzizbəyov, A. M. 
Sadıkov və b. tərəfindən verilmişdir.  
 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
11 
Perm sistemi  Q.  Q. 
Artqaber,  Ş.  Ə.  Əzizbəyov, K.  O. 
Rostovtsev, A.  B.  M
əmmədov və  b.  tərəfindən öyrənilmişdir. 
Şərur-Culfa antiklinoriumu geoloji quruluşunda  iştirak  edərək, 
bitumlu v
ə  foraminiferli  əhəngdaşlarından  təşkil  olunub. 
K
əsilişdə  Alt Permdən  yalnız  Üst  Bolor  mərtəbəsi çöküntüləri 
m
əlumdur.  Üst Permdən Kuberqanda, Murqab, Midiy, Culfa və 
D
ərəşəm mərtəbələrinin süxurları kəsilişdə iştirak edirlər.  
 
Mezozoy eratemi çöküntül
əri  Kiçik və  Böyük Qafqaz 
meqantiklinoriumlarının  iri  tektonik  strukturlarının  quruluşunda 
iştirak  edirlər.  Eyni zamanda Xəzəryanı  düzənliyində, Kür 
dağarası  çökəkliyində  qazılan  dərin quyularda Üst Mezozoy 
çöküntül
əri (Yura, Təbaşir)  aşkar  olmuşdur.  Mezozoy eratemi 
sisteml
əri çökmə, püskürmə və metamorfik süxurlardan ibarətdir.  
 
Trias sistemi çöküntül
əri H. V.  Abix, A. M. Sadikov, K. O. 
Rostovtsev, T.  A.  H
əsənov və  b.  tərəfindən öyrənilmişdir.  Bu 
çöküntül
ər  Naxçıvanda  yer  üzərinə  çıxırlar.  Sistem alt və  orta 
şöbələrlə  təmsil olunur.  Şərur-Culfa antiklinoriumunun 
quruluşunda  Alt  Triasın  İnd  və  Olenik,  Üst  Triasın  Aniziy  və 
Ladin m
ərtəbələrinin çöküntüləri  əhəngdaşı,  dolomit, 
dolomitl
əşmiş əhəngdaşıları ilə təmsil olunur.  
 
Yura sistemi  H.  V. 
Abix, Ş. Ə. Əzizbəyov, M. Ə. Qaşqay, V. 
Y. 
Xain,  Ə.  Ş.  Şıxəlibəyli, T.  A.  Həsənov, M.  R. 
Əbdülqasımzadə, V. B. Ağayev, R. Q. Babayev və b. tərəfindən 
öyr
ənilmişdir.  Yura çöküntüləri Kiçik və  Böyük  Qafqazın  iri, 
gömülmüş  quruluşlarında  iştirak edir.  Alt Yura -  Hettanq, 
Sinemyur, Plinsbax v
ə  Toar mərtəbələri terrigen, Orta Yura - 
Aalen, Bayos, Bat, Kellovey m
ərtəbələri püskürmə və piroklastik 
süxurlardan, Üst Yura -  Oksford, Kimeric, Titon m
ərtəbələri isə 
karbonat, çökm
ə-terrigen süxurlardan ibarətdir.  
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə