Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
12 
T
əbaşir sistemi V. P. Renharten, M. M. Əliyev, Ə. Y. Xəlilov, 
A. 
Əlizadə, R.  Ə.  Xələfova, X.  Əliyulla və  b.  tərəfindən tədqiq 
edilmişdir.  Təbaşir  çöküntüləri Böyük və  Kiçik  Qafqazın  əsas 
tektonik strukturların quruluşunda iştirak edir.  
Alt T
əbaşir  Ə.  Y.  Xəlilov, X.  Əliyulla, R.  Ə.  Əliyev, Q.  Ə. 
Əliyev, Ç.  Ə.  Tahirov, O.  A.  Zeyniyev və  b.  tərəfindən 
öyr
ənilmişdir.  Berrias, Valanjin, Hoteriv, Barrem, Apt və  Alb 
m
ərtəbələri çöküntülərlə  təmsil olaraq, əsas etibarilə,  əhəngdaşı, 
mergel, gil, qumda
şı və onların növbələşməsindən ibarətdir.  
Üst T
əbaşir  M.  M.  Əliyev, A.  Əlizadə, X.  Əliyulla, Q.  A. 
Əliyev, O. B. Əliyev, R. N. Məmmədzadə və b. tərəfindən tədqiq 
olunmuşdur.  Senoman, Turon, Konyak, Santon, Kampan, 
Maastrixt m
ərtəbələri karbonat, terrigen,  püskürmə  süxurları  ilə 
s
əciyyələnir.  
 
Kaynozoy eratemi Böyük v
ə Kiçik Qafqazın, Kür çökəkliyinin 
əsas tektonik strukturlarının quruluşunda iştirak edir. Litologiyası 
çökm
ə, püskürmə  və  piroklastik süxurlardan ibarətdir. 
Kaynozoyun  biostratiqrafiyasının  öyrənilməsində  Q.  Ə.  Əlizadə, 
V.  V.  Boqaçov, C.  M.  X
əlilov, D.  Ə.  Ağalarova  və  b.  böyük 
xidm
ətləri olmuşdur.  
 
Paleogen sistemi  Paleosen, Eosen v
ə  Oliqosen  şöbələrinə 
bölünür. 
Biostratiqrafiyasının öyrənilməsi ilə Q. Ə. Əlizadə, Ə. Ə. 
Əlizadə, T. Ə. Məmmədov, C. M. Xəlilov, D. Ə. Ağalarova və b. 
m
əşğul  olmuşlar.  Kiçik və  Böyük  Qafqazın,  Kür  çökəkliyinin 
əsas  strukturlarının  quruluşunda  iştirak  edirlər.  Litoloji cəhətdən 
gil,  qumdaşı,  əhəngdaşı,  konqlomerat  və  s.  süxurlarla təmsil 
olunmuşlar.  Paleosen  -  Danimarka, Mont, Tanet, Eosen-İpr, 
Lyutet, Barton, Priabon v
ə  Oliqosen-Ryupel, Stampi və  Hat 
m
ərtəbələrindən ibarətdir.  
 
Neogen sistemi  Miosen v
ə  Pliosen  şöbələrinə  bölünür. 
Biostratiqrafiyasının  öyrənilməsində  Q.  Ə.  Əlizadə,  Ə.  Ə. 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
13 
Əlizadə, L. İ. Əliyeva, Ə. V. Məmmədov, S. Q. Qaryağdı, E. M. 
Əsədullayev, A.  D.  Babazadə, E.  Z.  Atayeva və  b.  xidmətləri 
olmuşdur.  Miosen  şöbəsinin  alt  yarımşöbəsi  –  Maykop, Tarxan, 
orta  –  Çokrak, Karaqan, Konk v
ə  üst  –  Sarmat, Meotis 
m
ərtəbələrinin çöküntülərilə  təmsil olunur.  Pliosen  şöbəsinin alt 
yarımşöbəsi  Pont,  Balaxanı  (Məhsuldar qat) və  üst isə  Ağcagil 
m
ərtəbələrinə  bölünürlər.  Çöküntülər orqanogen əhəngdaşı, 
qumdaşı, gil, qum, qravelit və s. süxurlardan ibarətdir.  
 
Dördüncü dövr (Antropogen) sistemi  Pleystosen v
ə Holosen 
şöbələrinə  bölünür.  Pleystosen  şöbəsi  -  Abşeron,  Bakı 
m
ərtəbələri, Türkan, Xəzər, Alt Xvalın horizontlarından; Holosen 
– 
Üst  Xvalın  və  Yeni Xəzər  horizontları  çöküntülərindən təşkil 
edilib.  Dördüncü dövr çöküntül
əri  Abşeron  yarımadasında, 
Qobustanda, X
əzəryanı  sahədə, Lənkəran düzənliklərində, Orta 
v
ə  Aşağı  Kür  ovalıqlarında,  Bakı  arxipelaqında  və  b.  sahələrdə 
geniş  yayılmışdır.  Biostratiqrafiya tədqiqatlar B.  G.  Vəkilov, S. 
Q. 
Qaryağdı, T. S. Qarayev, E. M. Əsədullayev və b. tərəfindən 
aparılmışdır.  Litoloji  cəhətdən dəniz və  kontinental  fasiyalı 
çöküntül
ərdən, gil, qum, konqlomerat, əhəngdaşı  süxurlarından 
ibar
ətdir.  
 
Tektonika. 
Qafqazın  tektonik  quruluşunun  tədqiqilə  A.  E. 
Arxengelski, V.  V.  Belousov, P.  D. 
Qamkrelidze,  Ş.  Ə. 
Əzizbəyov, V. Y. Xain, Ə. Ş. Şıxəlibəyli və b. məşğul olmuşlar. 
Az
ərbaycanın  geoloji  quruluşunda  iştirak  edən  əsas tektonik 
strukturlardan Böyük v
ə  Kiçik  Qafqaz  meqantiklinoriumları  və 
onları ayıran Kür dağarası çökəkliyidir.  
Böyük  Qafqaz  meqantiklinoriumun  tektonikası,  əsas etibarilə, 
V. Y. Xain, K. N. 
Paffenhols, Ə. Ş. Şıxəlibəyli, F. S. Əhmədbəyli, 
Ə. Ə. Bayramov və b. tərəfindən tədqiq edilmişdir. O, mürəkkəb 
quruluşa  malik  olub,  mərkəzi hissəsi  Yura  yaşlı  aspid,  gilli, 
qumdaşılı  şistlərdən ibarətdir.  Qanadlarını  təşkil  edən tektonik 
strukturlar nisb
ətən cavan süxurlardan ibarətdir. Burada və yaxud 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
14 
örtülü hiss
ələrdə cavan, hətta basdırılmış strukturlar yerləşir. Belə 
strukturlardan  şimalda  Qusar-Dəvəçi törəmə  çökəkliyi, cənub-
q
ərbdə  müasir Alazan-Əyriçay  əyilməsidir.  Böyük Qafqaz 
meqantiklinoriumunda T
əngi-Beşbarmaq antiklinoriumu, Şahdağ, 
Xızı,  Şamaxı-Qobustan  sinklinoriumları,  Abşeron  periklinal 
əyilmə və bir neçə başqa strukturlar mövcuddur.  
Kiçik 
Qafqaz  meqantiklinoriumun  tektonik  quruluşu  V.  Y. 
Xain,  Ş.  Ə.  Əzizbəyov, M.  Ə.  Qaşqay,  Ə.  Ş.  Şıxəlibəyli,  Ə.  İ. 
M
əmmədov və 
b. 
t
ərəfindən tədqiq 
edilmişdir. 
Meqantiklinoriumun  geoloji  quruluşunda,  əsas etibarilə, 
püskürm
ə, tuflu-çökmə, karbonat süxurlardan ibarət  aşağıdakı 
tektonik zonalar mövcuddur:  
a)  Lök-
Ağdam  tektonik  zonası  (tərkibində  Şəmkir,  Murovdağ, 
Ağdam  antiklinoriumları  və  onları  ayıran  Qazax,  Daşkəsən, 
Ağdərə sinklinoriumlarıdır);  
b)  Göyç
ə-Qarabağ  tektonik  zonası  (Lök-Ağdam  zonasından 
c
ənub və  cənub-qərbdə  yerləşir.  Onun tərkibində  Turaqaçay
Xocav
ənd,  Sarıbaba,  Azıx  sinklinoriumları  və  onları  ayıran 
Qarabağ və Zəmzur antiklinoriumları məlumdur); 
c)  Misxan-
Qafan  zonası  (Sarıbaba  sinklinoriumunun  cənub-
q
ərbində  yerləşir.  Zona Tərtər  çayının  mənbəyindən  şərq 
istiqam
ətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni 
əhatə  edir.  Tərkibi  -  Laçın,  Starotaq,  Qafan  antiklinoriumları  və 
onları  ayıran  Kəlbəcər törəmə  muldasından,  Xuzabirt  və  Qoçaz 
sinklinoriumlarından ibarətdir); 
ç) 
Araz  tektonik  zonası  (Naxçıvan  ərazisində  yerləşərək 
t
ərkibində  Şərur-Culfa, Zəngəzur antiklinoriumları  və  Ordubad 
sinklinoriumu mövcuddur. 
Strukturlar Fanerozoy eratemi 
çöküntül
ərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s. 
süxurlardan ibar
ətdir);  
d) 
Talış tektonik zonası (Talış dağlıq ərazisinin böyük hissəsini 
əhatə  edir.  Litofasial cəhətdən püskürmə  və  çökmə  mənşəli 
kompleks süxurlardan t
əşkil  edilmişdir.  Tərkibində  Astara 
antiklinoriumu v
ə Lerik sinklinoriumu ayrılır).  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə