Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
18 
Bunların  sırasında  E.  S.  Fedorovun (1902), N.  S.  Uspenskinin 
(1910),  P.  N.  Çervinskinin (1914), K.  N.  Paffenholsun (1922-
1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə
Kiçik  Qafqazda  apardıqları  tədqiqatlar nəzərə  çarpır.  Filiz 
yataqlarının  tədqiqatında  böyük  irəliləmə  əsrin 30-cu illərində 
Az
ərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki, 
geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov, 
A.  N. 
Solovkin,  İ.  A.  Şirvanzadə, N.  M.  Səlimxanov, M.  A. 
Mustafab
əyli, H.  İ.  Kərimov,  İ.  N.  Sitkovski və  b.  apardıqları 
t
ədqiqatlar nəticəsində  Respublikamızda  əlvan, qara metal 
yataqları,  mineral  su  mənbələri və  b.  aşkar  olunur.  Qafqaz 
əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi 
v
ə  zənginliyinə  görə  ən dövlətli ölkələrdən biridir.  Bunlardan 
Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar 
barit v
ə  b.  yataqları  göstərmək olar.  Respublikamız  qeyri-filiz 
yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz, 
dolomit, fosforit v
ə s. yataqları qeyd etmək olar.  
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, Qazax-
Tovuz  vulkan  külü,  pemza,  Yuxarı  Ağcakənd gips, Kəlbəcər 
Şaxtaqı  travertin,  Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian 
yataqları və bir çoxları qeyd olunmalıdır.  
 Az
ərbaycan eyni zamanda müalicəvi  mineral su  mənbəyidir. 
Respublikanın  Kiçik Qafqaz hissəsində  İstisu,  Turşsu,  Şirlan, 
Qızılca,  Naxçıvanda  Badamlı,  Sirab,  Vayxır  və  b.  mənbələri 
göst
ərmək olar.  Respublikanın  cənub  rayonlarında,  Masallı, 
L
ənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su 
m
ənbələrindən məişətdə geniş istifadə olunur.  
Az
ərbaycan  ərazisinin cox hissəsi tektono-maqmatik  inkişafın 
alp tsiklinin maqmatik kompleksl
əri və çökmə süxurları ilə təmsil 
olunmuşdur  və  alp  qırışıqlıq  sisteminin  Aralıq  dənizi vilayətinə 
daxildir. 
Baykal  tsiklinin  kristallik  şistlərdən, fillitlərdən, 
m
ərmərlərdən və  digər metomorfik süxurlardan, həmçinin 
qranitoidl
ərdən ibarət olan, kristallik fundamenti təşkil  edən  ən 
q
ədim  yaşlı  süxurları  Kiçik  Qafqazın  müxtəlif  strukturlarında 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
19 
kiçik “p
əncərələr” kimi təzahül edir.  Çıxışlarının  məhdudluğu 
onların 
metallogenik 
əhəmiyyətinin düzgün 
proqnozlaşdırılmasına  imkan  vermir.  Hersin tsikli üçün bütün 
struktur m
ərtəbələrdə  və  yaş  intervallarında  çökmə  süxurların 
üstünlüyü s
əciyyəvidir.  Maqmatik  süxurlar  qalınlığı  0,5-3,0 m. 
olan  layvarı  diabaz  intruziyaları  ilə  təmsil  olunmuşlar.  Bu 
çöküntül
ər içərisində  stratiform  tipli  qurğuşun-sink  yatağı 
yerl
əşir,  lakin  hersin tsikli çöküntülərinin məhdud miqyasda 
yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün 
potensial ehtiyatları tam qiymətləndirilməmişdir. Metal və qeyri-
metal  yataqlarının  genetik  tiplərinin  ən çox təzahür edən 
müxt
əlifliyi tektono-maqmatik  inkişafın  alp  tsikli  üçün 
s
əciyyəvidir.  Azərbaycanın  ərazisi Böyük və  Kiçik Qafqaz 
regionlarına  və  onları  bir-birindən  ayıran  dağarası  Kür 
çök
əkliyinə,  Talış  qırışıqlıq  strukturuna,  Naxçıvan  zonasına  və 
Qusar-D
əvəçi kənar çökəyinə  bölünür.  Böyük Qafqaz 
Az
ərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə 
keç
ən cənub  yamacı  ilə  təmsil olunur.  Böyük  Qafqazın  cənub 
yamacında  ümumi  qalınlığı  müxtəlif müəlliflərə  görə  6-10 km. 
olan çökm
ə  süxurlar üstünlük təşkil  edir.  Maqmatik süxurlar 
Böyük  Qafqazın  dayka  qurşağını  əmələ  gətirən qabbro-
diabazların, 
qabbro-dioritlərin, dioritlərin 
layvarı 
intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta 
v
ə az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik 
baxımdan  bu  region  mis-pirrotin və  kolçedan-polimetal 
yataqlarının  geniş  yayılması  ilə  xarakterizə  olunur.  Filizçay, 
Katsdağ,  Katex,  Cicix-Saqator və  b.  yataqlar kompleks tərkibli 
filiz cisiml
əri ilə  təmsil olunaraq, filizlərin  texnoloji  emalı 
prosesind
ə  əsas filiz əmələ  gətirən elementlərlə  birlikdə 
çıxarılmasının  mümkünlüyü  baxımından  diqqəti cəlb edən 
miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və 
b. 
) saxlayırlar.  
 
 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
20 
 
 
 
 
 
II FƏSİL 
 
KIÇIK QAFQAZ VİLAYƏTİNİN 
GEOLOGİYASI 
 
 
 
 
 
 
 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
21 
Kiçik Qafqaz vilay
əti  Kür və  Araz  çayları  arasında  suayrıcı 
olub,  şərqdən qərbə  doğru  yüksəlir.  Azərbaycanın  qərbində 
yerl
əşir.  Vilayətin  əsas  dağ  silsilələri  Şahdağ,  Şərqi Göyçə, 
Murovdağ  (Gamışdağ  3724  m.) və  Qarabağdır.  Qarabağ 
silsil
əsindən qərbdə  Vulkanik yayla yerləşir.  Ən fəal seysmiklik 
G
əncəbasar zonasında (8-9 bal) müşahidə olunur.  
 
Geomorfoloji vahidl
əri  -  Murovdağ,  Şahdağ,  Şərqi Göyçə, 
Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası və s.  
 
Zirv
ələri - Gamışdağ, Hinaldağ, Böyük Işıqlı və s.  
 
Böyük Qafqazdan f
ərqli olaraq vilayətdə  Mezozoy  erasının 
effuziv süxurları üstünlük təşkil edir. Xüsusilə Qarabağ vulkanik 
yaylası  sönmüş  vulkanlarla  zəngindir.  Bu vulkanlardan  ən 
hündürl
əri  Böyük  Işıqlı  və  Qızılboğazdır.  Vulkan və  effuziv 
süxurların  geniş  yayılması  ilə  əlaqədar  rayon  filiz  faydalı 
qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı 
v
ə mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə 
z
əngindir. . Vilayətdə  mezozoy, kaynozoy, qismən də  paleozoy 
(Əsrikçay  hövzəsi)  erasının  süxurları  yayılmışdır.  Azərbaycanda 
ən qədim  süxurlardan  biri  Tovuz  rayonunun  Əsrikçay 
hövz
əsindədir.  Paleozoya  aid  bu  süxurların  yaşı  400-450 mln. 
ildir.  
 
Iqlimi  -  Vilay
ətdə  yarımsəhra və  quru çöl iqlimindən  başqa 
bütün iqlim tipl
əri mülayim-isti,  dağ  soyuq  və  dağ  tundra  iqlim 
tipl
əri mövcuddur.  Kiçik  Qafqazın  dağətəyi və  alçaq  dağlığında 
qışı  quraq  keçən mülayim-isti (cənub-şərq hissədə  yayı  quraq 
keç
ən mülayim-isti),  orta  dağlığında  qışı  quraq  keçən soyuq, 
yüks
ək dağlığında isə dağ-tundra iqlimi hakimdir.  
Çayları sıxdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay 
–  Kür 
çayına; Həkəri, Bərgüşad,  Köndələn, Oxçuçay isə  Araz 
çay
ına tökülürlər.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə