Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
22 
 
Göll
əri - uçqun və vulkanik mənşəlidir. Böyük və Kiçik Alagöl
Qaragöl, Göygöl, Maralgöl v
ə s. Vilayətdə şorsulu göl yoxdur.  
 
Landşaft  -  600 m.-ə  qədər  dağ  çölləri, 600-2000 m.  arasında 
dağ  meşələri, 2000-3000 m.  arasında  dağ  çəmənləri,  uca  dağ 
zirv
ələrində  isə  nival  landşaft  hakimdir.  Vilayətdə  yarımsəhra 
landşaftı yoxdur.  
 
Qoruqları - Göygöl, Qaragöl, Bəsitçay və s.  
 
 Vilay
ət 4 fiziki-coğrafi rayona bölünür: 
 1. 
Qarabağ vulkanik yaylası rayonu; 
 2. 
Qarabağ dağları rayonu; 
 3. G
əncə rayonu; 
 4. H
əkəri rayonu.  
 
Kiç
ik  Qafqaz  geodinamik  şəraitlərin müxtəlifliyi ilə 
s
əciyyələnir.  Onun  şimal-şərq hissəsi mezozoyda təməli 
Zaqafqaziya  aralıq  massivinin  Baykal  bünövrəsi üzərinə 
qoyulmuş adalar qövsünün inkişaf rejimi ilə səciyyələnir. Burada, 
Böyük Qafqazdan f
ərqli olaraq, maqmatik süxurlar üstünlük təşkil 
edir. 
İntensiv  maqmatizm  Kiçik  Qafqazın  hüdudları  daxilində 
dördüncü dövr
ədək təzahür etmişdir. Maqmatik süxurlar müxtəlif 
petrokimy
əvi və  petroqrafik tiplərə  bölünür.  Buna  uyğun  olaraq 
maqmatizml
ə  əlaqədar  formalaşan  yataqların  genetik  tipləri də 
daha çox müxt
əlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacında 
kolçedan  formasiyasının  qurğuşun,  sink  və  mis  yataqları  əmələ 
g
əlmiş,  Kiçik  Qafqazda  isə  bunlardan  əlavə  həm də  başqa 
kolçedan, skarn, hidrotermal, vulkanogen-çökm
ə və digər genetik 
tipli d
əmir,  qızıl,  molibden,  kobalt,  alunit  yataqları,  həmçinin 
seolit, bentonit v
ə  b.  qeyri-filiz  faydalı  qazıntıların  yataqları  da 
formalaşmışdır.  


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
23 
Böyük v
ə  Kiçik  Qafqazı  bir-birindən  ayıran  dağarası  Kür 
çök
əkliyinin  əsasən  şərq hissəsi Xəzərin  şelf  zonasının  lap 

ərilərinə  qədər izlənilən iri neft və  qaz  yataqlarının  olması  ilə 
xarakteriz
ə  edilir.  Lakin çökəkliyin  qalın  çökmə  çexolu metal 
yataqlarının  axtarışı  baxımından  hələ  ki tədqiq  olunmamışdır. 
Kiçik Qafqaz adalar qövsünd
ən cənub-qərbdə  ofiolit  zonası 
uzanır.  Metallogenik  baxımdan  bu  zona  dunitlərlə  əlaqədar olan 
çoxsaylı  xromit  filizi  təzahürlərinin, həmçinin civə  və  qızıl 
yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl 
filizi  yataqlarında,  metalların  mənbəyi haqqındakı  fikirləri bir-
birind
ən kəskin sürətdə  fərqlənir.  Kiçik  Qafqazın  ofiolit 
kompleksinin  inkişaf  tapdığı  riftogen  zonası  cənub-qərbdə 
Önqafqaz  aralıq  massivi  ilə  cənubdan onun üzərinə  sürüşərək 
g
ələn  İran  plitəsinin  kolliziya  zonası  ilə  əvəz olunur.  Paleozoy 
fundamenti üz
ərində  paleogen-neogen çöküntülərindən təşkil 
olunmuş,  ehtiyatı  milyard  tonlarla  olan  nəhəng  daş  duz 
yataqlarının  mövcudluğu  ilə  seçilən  Naxçıvan  çökəkliyi  yatır. 
T
əbaşir-paleogen  yaşlı  çökmə, vulkanogen-çökmə  süxurların  və 
nadir hallarda rast g
ələn maqmatitlərin  yayıldığı  Talış 
strukturunda  yataqlar  aşkar  olunmamışdır.  Azərbaycanda  ən iri 
faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə 
alunit  yatağı  –  Zəylik  Daşkəsən rayonunda yerləşir.  Alunitdən 
alüminium oksidi al
maq  üçün  Leninqradın  (hazırkı  Sankt-
Peterburqun)  keçmiş  Ümumittifaq  alüminium-maqnezium 
institutunda alunit filizl
ərin kompleks emalı üçün texnoloji sxem 
işlənib-hazırlanmış,  Kirovabad  (hazırkı  Gəncə),  Sumqayıt 
alüminium zavodları tikilmişdir.  
 
Daşkəsən yatağının  dəmir filizi cisimləri 50 ilə  yaxındır  ki, 
istismar olunur v
ə  qalıq  ehtiyatlar  təxminən 90 ilə  çatır 
(Zamanov, 1998). 
Böyük  Qafqazın  Balakən-Zaqatala 
rayonlarındakı  əlvan  metalların  (qurğuşun,  sink,  mis)  mövcud 
xammal  bazası  əsasında  Respublikada  daha bir metallurgiya 
m
ərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır. 
Az
ərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
24 
firmalar  il
ə  uzunmüddətli  kontrakt  bağlanmışdır.  Respublikada 
dünya bazarına çıxarıla bilən yüksək keyfiyyətli seolit və bentonit 
yataqları da vardır.  
Kiçik  Qafqaz  dağ  sisteminin  Azərbaycan  Respublikasındakı 
hiss
əsi,  əsasən,  ümumi  baş  suayrıcısı  olmayan  və  müxtəlif 
istiqam
ətlərdə  uzanan bir neçə  silsilədən ibarətdir.  Bunlar 
Murovdağ,  Qarabağ,  Mıxtökən silsilələri,  Şahdağ,  Şərqi-Göyçə 
(Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi
vulkanik  Qarabağ  yaylasının  çox  hissəsi,  Başkənd-Dəstəfur 
çök
əkliyi və s. ibarətdir. Bəzi mənbələrdə Zəngəzur və Dərələyəz 
silsil
ələri,  Qarabağ  yaylası  Kiçik  Qafqaza aid edilmir.  Şahdağ 
silsil
əsi  şimal-qərbdə  eyni  adlı  Şahdağ  zirvəsindən (2901 m.  ) 
başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m. ) davam 
edir. 
Hinaldağdan  şərqə  Murovdağ  silsiləsi  Gamış  dağınədək 
(3724 m. 
)  uzanır.  Bu silsilələrdən  şimalda  Başkənd-Dəstəfur 
çök
əkliyi,  daha  şimalda  isə  Şəmkir günbəzvarı  yüksəkliyi 
yerl
əşir.  Həmin yüksəklik  Şahdağ  və  Murovdağ  silsiləsidir 
(hündürlüyü 3000 m. -d
ək). Pant silsiləsi və təcrid olunmuş halda 
yüks
ələn Kəpəz  dağı  (3030  m.  )  Başkənd-Dəstəfur çökəkliyini 
şərqdə Ağcakənd çökəkliyindən ayırır.  
Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta 
Kür çök
əkliyində  dik yamacla Gəncə-Qazax düzənliyinə  keçir. 
Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) 
gölü hövz
ələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti 
dağıdır  (3437  m.  ).  Kiçik  Qafqazın  cənub-şərq  qurtaracağı  olan 
Qarabağ  silsiləsi  Araz  çayına  tərəf  alçalaraq  dağətəyi maili 
düz
ənliklərə  keçir.  Ən yüksək zirvələri  Qızqala  (2843  m.  ), 
Qırxqız  (2830  m.  ), Böyük Kirs (2725 m.  ) və  s.  silsilələrinin 
geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil 
edir.  Silsil
ənin  şimal  yamacında  köndələn qollar və  çökəkliklər 
var. 
Qarabağ  silsiləsi  şimal-qərbdə  enlik istiqamətində  uzanan 
Mıxtökən silsiləsi (Dəlidağ  3613 m.  ) ilə  birləşir.  Zəngəzur və 
D
ərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və  cənub 
yamacları 
Azərbaycan 
Respublikası 
(Naxçıvan 
MR) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə