Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
25 
ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu 
silsil
ə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta 
hündürlüyü t
əqribən 3200 m.-dir.  Ən hündür zirvələri  (Qapıçıq 
dağı  -3906 m.  ,  Qazangöldağ  -  3814 m.  və  s.  ) silsilənin cənub 
hiss
əsindədir.  Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində 
çoxlu könd
ələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş 
ekstruzivl
ər və lakkolitlər (İspandağ - 2410 m. , Xanağa - 1910 m. 
, Əlincə - 1810 m. və s. ) səciyyəvidir.  
 
 
Filiz faydalı qazıntılar: 
Bu  qazıntılar  (dəmir,  alüminium,  xromit,  qızıl,  gümüş,  mis, 
qurğuşun,  sink  kobalt,  molibden  filizləri  və  s.  ) Respublikanın 
əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.  
D
əmir filizləri 
(maqnetit, hematit) Az
ərbaycan 
Respublikasında  dörd  mənşədə  rast gəlir: seqrasion-maqmatik
skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik 
v
ə çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi 
Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu 
yataqlar  Kellovey,  Oksford,  Kimeric  yaşlı  vulkanogen, 
piroklaastik v
ə çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. 
Daşkəsən  sinklinalını  ox  boyu  yaran  eyni  adlı qranitoid  intruziv 
il
ə  təmasda yerləşir  və  mənşəcə  bu intruzivlə  əlaqədardır. 
Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. 
tondur.  
Kobalt filizl
ərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz 
rayonunda m
əlumdur.  Burada kobalt filizləri həm müstəqil 
(Yuxarı  Daşkəsən  yatağı),  həm də  skarn-maqnetit filizləri ilə 
birg
ə əmələ gəlmişdir.  
Qızıl  yataqları  və  təzahürləri  əsasən  Kiçik  Qafqazın 
ərazisində:  Söyüdü,  Qızılbulaq,  Dağ  Kəsəmən, Veynəli,  Qoşa, 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
26 
G
ədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, 
Bask
ənd  yataqları  yayılmışlar.  Bu yataqlarda həmçinin sənaye 
əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda 
qızılın  çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay, 
K
ələki, Unus və  s)  aşkar  edilmişdir.  Əlincəçay və  Kürəkçay 
hövz
əsində  aşkar  edilmiş  səpinti  qızıl  yataqlarında 
qiym
ətləndirmə  işləri  aparılmış,  ilkin  ehtiyatları  hesablanmış  və 
s
ənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.  
Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək, 
Xat
əvəng və  s.  ),  əsasən Kəlbəcər və  Laçın  rayonları 
ərazisindədir.  
Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın 
Somxet-
Ağdam (Mollacəlilli, Daş Salahlı və s. ), Böyk Qafqazın 
V
əndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-
formasiya zonalarında məlumdur.  
Mis filizl
əri Azərbaycan Respublikasında mis-kolçedan və mis-
porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral 
t
ərkibi,  əsasən, pirit və  xalkopiritdən ibarətdir.  Çox vaxt filizin 
t
ərkibində sfalerit və qalenit də rast gəlinir. Mis-porfir formasiyalı 
filizl
ərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli 
metallar olur.  H
ər  iki  formasiyanın  filizləri Gədəbəy filiz 
rayonunda tör
əmə  kvarsitlərdə  yerləşir.  Mis-porfir filizləşməsi 
daha  geniş  yayılmışdır.  Qaradağ  və  Xarxar  yataqlarından 
(G
ədəbəy  filiz  rayonu)  başqa  bu  rayonda  mis-porfir 
filizl
əşməsinin bir çox təzahürləri də  var.  Gədəbəy rayonunda 
ştok  formalı  ehtiyatı  tükənmiş  eyni  adlı  mis-kolçedan  yatağı  da 
m
əlumdur.  Mehmana filiz rayonunda mis-porfir təzahürləri 
(D
əmirli və Xançınçay) mövcuddur.  
Alüminium  filizinin (alunit) 
ən  böyük  yatağı  Daşkəsən 
rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
27 
Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı 
ild
ən istismar edilir.  Bu yataq Avropada ən  böyük  yataqdır. 
G
əncə  alüminium zavodunda bu filizdən alüminium-oksidlə 
b
ərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.  
Civ
ə  filizi  yataqları  və  təzahürləri  Kiçik  Qafqazın  mərkəzi 
hiss
əsində  (Kəlbəcər-Laçın  zonası)  geniş  yayılmışdır.  Ən böyük 
yataqlarının  -  Ağyataq,  Şorbulaq,  Levçay  (Kəlbəcər rayonu), 
Çilg
əzçay və  Narzanlı  (Laçın  rayonu)  ehtiyatı  hesablanmışdır. 
Civ
ə  filizləşməsi (kinovar) hiperbazitlərin və  Miosen-Pliosen 
yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı 
v
ə tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və 
vulkanogen süxurlarda rast g
əlinir.  Kinovar filizlərdə  pirit, 
xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit v
ə s. minerallarla 
assosiasiya t
əşkil edir.  
M
ərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları 
G
ədəbəy  (Bitibulağ  enargit  yatağı)  və  Culfa  (Darıdağ 
auripiqment-
realqar  yatağı)  rayonlarında  məlumdur.  Bu yataq 
1941-ci il
ədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır. 
Filizin t
ərkibi  auripiqment, realqar, antimonit, arsenopiritdən 
ibar
ətdir.  
Volframın  şeyelit  mineralı  şəklində  kiçik təzahürləri Ordubad 
v
ə  Kəlbəcər  rayonlarında  Mehri-Ordubad, Dəlidağ  qranitoid 
plutonlarının təmasında müşahidə edilmişdir.  
Qeyri-
filiz faydalı qazıntılar 
Az
ərbaycan  Respublikasının  mineral  xammal  ehtiyatlarının 
ümumi  balansında  mühüm  rol  oynayır.  Bu  qrupa  daşduz,  gips, 
anhidrit, g
əc, bentonit gilləri,  tikinti  materialları,  pirit,  barit, 
yarımqiymətli və  rəngli  daşlar,  dolomit,  İslandiya  şpatı  və  s. 
daxildir.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə