Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
  1   2   3   4   5   6   7   8   9   10


Patent haqqında 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

  

Bu  Qanun Azərbaycan  Respublikası ərazisində ixtiraların,  faydalı modellərin 



və sənaye  nümunələrinin  yaradılması,  hüquqi  mühafizəsi  və istifadəsi  ilə əlaqədar 

yaranan əmlak  münasibətlərini  vəonlarla  bağlı şəxsi  qeyri-əmlak  münasibətlərini 

tənzimləyir.  

I   f ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 

sənaye  mülkiyyəti  obyekti  ––  insanın əqli  fəaliyyətinin  nəticəsi  olan  ixtira, 

faydalı model və sənaye nümunəsi;

 

  



ixtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər;  

faydalı model - qurğuya aid olan texniki həllər;  

sənaye nümunəsi –– məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya 

bədii-konstruktiv həll; 

patent –– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən verilən mühafizə sənədi; 

üsul  -  bir-biri  ilə  bağlı  proseslərin  müəyyən  ardıcıllıqla  maddi  obyekt  üzərində, 

maddi vasitələrin köməyi ilə yerinə yetirilməsi;  

məhsul  - əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin 

kulturaları, mikroorqanizmlərin ştammı, maddə, qurğu;  

qurğu  ––  funksional-konstruktiv  vəhdətdə olan  konstruktiv  elementlərdən  və ya 

onların məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili; 

iddia  sənədi  –– ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə patent  almaq üçün 

tərtib edilmiş sənədlər toplusu. 




M a d d ə   2 . Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Patent  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  Azərbaycan 

Respublikasının  Konstitusiyasından,  bu  Qanundan  və bu  Qanuna  müvafiq  qəbul 

edilən  digər  qanunvericilik  aktlarından  vəAzərbaycan  Respublikasının  iştirak  etdiyi 

beynəlxalq müqavilələrdən ibarətdir. 

M a d d ə   3 .      ixtira, faydalı model və sənaye nümunələrinin hüquqi 



mühafizəsi 

ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur 

və patentlə təsdiq edilir. 

Patent, ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə müəllifliyi  və ilkinliyi  təsdiq 

edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir. 

Kommersiya  məqsədləri  üçün  istifadəsi  ictimai  mənafeyə,  humanizm  və  əxlaqi 

prinsiplərə  zidd  olan,  insanların,  heyvanların  həyat  və  sağlamlıqlarına,  bitkilərin 

mühafizəsinə,  ətraf  mühitə  ciddi  ziyan  vuran  ixtira,  faydalı  model  və  sənaye 

nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır.  

M a d d ə   4 . Sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanı 

4.  İxtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə sahəsində dövlətin vəzifələri 

4.1.  İxtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir: 

4.1.1.  ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi

4.1.2.  ixtira,  faydalı  model  və  sənaye  nümunələrinə  hüquqların  dövlət 

tərəfindən qorunması; 

4.1.3. ixtira, faydalı model və sənaye nümunələri üçün patentin verilməsi; 

4.1.4.  ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  dövlət  reyestrinin 

aparılması; 



4.1.5. ixtira, faydalı model və sənaye nümunələrindən istifadə sahəsində dövlət 

nəzarətinin təşkili və həyata keçirilməsi; 

4.1.6.  ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə  sahəsində  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi  və  təcrübə 

mübadiləsinə şərait yaradılması; 

4.1.7.  ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə sahəsində digər tədbirlərin həyata keçirilməsi. 

     4.2.  İxtira,  faydalı  model  və  sənaye  nümunələrinin  mühafizəsi  və  onlardan 

istifadə  sahəsində  dövlətin  vəzifələrini  müvafiq  icra  hakimiyyəti  orqanı  həyata 

keçirir.  

M a d d ə   5 .  Apellyasiya şurası 

1.   ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin verilməsi, 

onun  ekspertizası,  patentin  verilməsi,  həmçinin  patent  müvəkkillərinin  attestasiyası, 

qeydiyyatı və fəaliyyəti 

ilə bağlımübahisələrə müvafiq 

icra 


hakimiyyəti 

orqanının apellyasiya şurasında baxılır. 

Apellyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual 

Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.  

2. Müvafiq  icra  hakimiyyəti  orqanının  Apellyasiya  şurası  haqqında  Əsasnamə 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

M a d d ə   6 .  Patent müvəkkili 

1. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan 

Respublikasının 

dövlət 


dilini 

bilən, 


patent 

müvəkkillərinin 

Dövlət 

reyestrində qeydiyyata  alınan  Azərbaycan  Respublikasının  vətəndaşı patent 



müvəkkili ola bilər. 

Patent  müvəkkili  Azərbaycan  Respublikasının ərazisində ixtira,  faydalı  model  və 

sənaye  nümunələrinə patentin  alınması və onun  qüvvədə saxlanılması işlərinin 

aparılmasında  vəkalət  verən şəxsəköməklik  göstərir, ixtira,  faydalı  model  və  sənaye 




Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə