Patent haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 249,53 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix11.04.2018
ölçüsü249,53 Kb.
#37874
  1   2   3   4   5   6   7   8   9   ...   12


Patent haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu Qanun Azərbaycan Respublikası ərazisində ixtiraların, faydalı modellərin və sənaye 

nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak 

münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 

I fəsil 


Ümumİ müddəalar 

Maddə 1. 



Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 

sənaye mülkiyyəti obyekti –– insanın əqli fəaliyyətinin nəticəsi olan ixtira, faydalı model və  

sənaye nümunəsi;  

ixtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər; 

faydalı model - qurğuya aid olan texniki həllər; 

sənaye nümunəsi –– məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii­

konstruktiv həll; 

patent –– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı  

tərəfindən verilən mühafizə sənədi; 

üsul - bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində, maddi 

vasitələrin köməyi ilə yerinə yetirilməsi; 

məhsul - əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, 

mikroorqanizmlərin ştammı, maddə, qurğu; 

qurğu –– funksional-konstruktiv vəhdətdə olan konstruktiv elementlərdən və ya onların 

məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili; 

iddia sənədi –– ixtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş  

sənədlər toplusu. 

Maddə 2. 

Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının 

Konstitusiyasından, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilən digər qanunvericilik 

aktlarından və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən ibarətdir. 

Maddə 3. 

ixtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi 

ixtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə 

təsdiq edilir. 



Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və 

onlardan istifadə etmək üçün müstəsna hüquq verir. 

Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə 

zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf 

mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir 

və onun istifadəsi qadağandır. 

Maddə 4. 

Sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanı 

1.  Azərbaycan Respublikasının sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti 

orqanı (bundan sonra–– müvafiq icra hakimiyyəti orqanı) ixtira, faydalı model və sənaye 

nümunələrinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirir, bu Qanuna uyğun olaraq 

ixtira, faydalı model və sənaye nümunələri barəsində hüquqi və fiziki şəxslərdən iddia 

sənədlərini qəbul edir, onları ekspertizadan keçirir, ixtira, faydalı model və sənaye 

nümunələrini dövlət reyestrində qeydə alır, patent verir, rəsmi məlumatları nəşr edir, patent 

müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparır, bu Qanuna müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq digər funksiyaları həyata keçirir. 

2.  Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və 

həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində 

iddia sənədi verə bilməzlər. 

3.  (Çıxarılıb) 

Maddə 5. 



Apellyasiya şurası 

1.  ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin verilməsi, onun 

ekspertizası, patentin verilməsi, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və 

fəaliyyəti ilə bağlı mübahisələrə müvafiq icra hakimiyyəti orqanının apellyasiya şurasında 

baxılır. 

Apellyasiya şurasının qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə 

şikayət verilə bilər. 

2.  Müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası haqqında Əsasnamə müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

Maddə 6. 



Patent müvəkkili 

1.  Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan 

Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata 

alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər. 

Patent müvəkkili Azərbaycan Respublikasının ərazisində ixtira, faydalı model və sənaye 

nümunələrinə patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında vəkalət 

verən şəxsə köməklik göstərir, ixtira, faydalı model və sənaye nümunələri üzrə hüquqların 

reallaşdırılmasında, lisenziya müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq 

icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət verənin mənafelərini müdafiə edir və 

səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir. 

2.  Patent müvəkkillərinin fəaliyyəti bu Qanunla və müvafiq icra hakmiyyəti orqanı 

tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. 




3. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi 

fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli 

müəllif ola bilməz. 

II fəsil 

İxtİra, faydalı model və sənaye nümunələrİnİn patent qabİlİyyətİ şərtlərİ 

Maddə 7.


 İxtiranın patent qabiliyyəti şərtləri 

1. İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər ixtira obyektləri sayılır. 

2.  Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira 

obyektinə hüquqi mühafizə verilir. 

3.  Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. Mövcud 

bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin verildiyi günə kimi dünyada hamıya 

müyəssər olan məlumatlar aid edilir.İftira barəsində müvafiq icra hakimiyyəti orqanına daxil 

olan, rəsmi bülletendə dərc olunmuş iddia sənədləri də mövcud bilgilər məcmusuna daxil 

edilir. 

İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl 

ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil 

olan və geri götürülməyən ixtira və faydalı model barəsində iddia sənədləri, Azərbaycan 

Respublikasında patentlə mühafizə edilən ixtira və faydalı model də aid edilir. 

4.  Yeniliyi yalnız onların tətbiqində təzahür edən ixtiralara bu maddənin 3-cü bəndi tətbiq 

edilmir, ancaq bu şərtlə ki, tətbiq özü mövcud bilgilərdən irəli gəlməsin. 

5.  İxtira barəsində iddia sənədinin müvafiq icra hakmiyyəti orqanına verildiyi günə kimi 12 

ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı 

birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində 

göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi 

müəllif və ya iddiaçının üzərinə düşür. 

6.  İxtira, həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə, 

ixtira səviyyəsinə malik hesab edilir. 

7.  İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə 

edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır. 

8.  Aşağıdakı obyektlər ixtira sayılmır: 

kəşflər; 

elmi nəzəriyyələr; 

riyazi metodlar; 

bədii konstruktorluq işinin nəticəsi (dizayn); 

təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları; 

oyunların qaydaları və metodları; 



Yüklə 249,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə