Patoloji anatomiya



Yüklə 1,11 Mb.
səhifə1/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
  1   2   3   4   5   6   7   8   9   ...   16

Patoloji anatomiya ixtisası üzrə test suallarının nümunələri

Ümumi hissə

1) Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?

A) Seksiya

B) Təsvir

C) Təşrih

D) Tanatologiya

E) Autopsiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
2) Patoloji anatomiyanın müayinə obyektlərinə nə aiddir?

A) Punksion biopsiya

B) Eksperiment

C) Xəstə şəxslərdən götürülmüş toxuma hissəcikləri

D) Autopsiya

E) Hadisə yerindən tapılmış maddi sübutlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
3) Aşağıda patoloji anatomiyanın hansı müayinə üsulu göstərilmişdir?

A) İnsan meyiti

B) Biopsiya

C) Qanın bakterioloji müayinəsi

D) Eksperimental dovşan

E) Xəstə şəxslərə baxış


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
4) Hansı bənd meyitin patoloji-anatomik müayinə edilməsi deməkdir?

A) Eksperiment

B) Biopsiya

C) Tanatologiya

D) Nekrotizasiya

E) Autopsiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
5) Aşağıda göstərilən hansı patoloji proses nozoloji (sərbəst) xəstəlikdir?

A) Kəskin ürək-damar çatışmazlığı

B) Hialinoz

C) Uremiya

D) İntoksikasiya

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
6) Meyitlərin müayinə edilməsi başqa adla necə adlanır?

A) Biopsiya

B) Autopsiya

C) Evisserasiya

D) Heteropsiya

E) Homopsiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
7) Göstərilən hansı patoloji proses xəstəlik deyil, ağırlaşmadır?

A) Aortanın aterosklerozu

B) Nazik bağırsağın ilkin vərəmi

C) Arterial hipertenziya

D) Xroniki böyrək çatışmazlığı

E) Difteriyanın əsnək forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
8) Bu göstərilənlərdən hansı biopsiyaların növlərinə aiddir?

A) Meyit biopsiyası

B) Punksion biopsiya

C) Uşaq biopsiyası

D) Hemotransfuzion biopsiya

E) İntravaskulyar biopsiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
9) Autopsiya zamanı daxili üzvlərin çıxarılaraq müayinə edilməsi üçün aşağıdakı hansı üsuldan istifadə edilə bilər?

A) Biopsiya üsulu

B) Perls üsulu

C) Autopsiya üsulu

D) Şor üsulu və ya total evisserasiya

E) Kəsmiyəbənzər və ya kazeoz üsul


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
10) Toxumaların təsbit (fiksasiya) edilməsi üçün neçə faizli neytral formalin məhlulundan istifadə edilir?

A) 40 %


B) 96 %

C) 70 %


D) 3 %

E) 10 %
Ədəbiyyat: Под ред. Д.С.Саркисова и Ю.Л.Перова. Микроскопическая техника: Руководство. Москва, 1996.


11) Patomorfoz nədir?

A) Xəstəliklərin stabil nozoloji formalarının klassik gedişlərinin müasir dövrdə müxtəlif xarakterli dəyişilmələrə uğraması

B) Patoloji proseslərin orqanizmdə inkişaf mexanizmi

C) Məhv olmuş bir toxumanın yerində həmin toxumanın başqa bir növünün meydana çıxması

D) Bədxassəli şişin cərrahi yolla çıxarıldıqdan sonra həmin yerdə yenidən baş verməsi

E) Məhv olmuş bir toxumanın yerində başqa bir toxumanın əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
12) Aşağıda biopsiyaların hansı növü göstərilmişdir?

A) Endoskopik biopsiya

B) Patoloji biopsiya

C) Patanatomik biopsiya

D) Parenteral biopsiya

E) Canlı şəxslərdən biopsiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
13) Autopsiya zamanı daxili üzvlərin çıxarılaraq müayinə edilməsi üçün aşağıdakı hansı üsuldan istifadə edilə bilər?

A) Abrikosov üsulu

B) Piroqov üsulu

C) Müasir üsul

D) Biopsiya üsulu

E) Klassik üsul


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
14) Aşağıda göstərilən hansı patoloji proses nozoloji (sərbəst) xəstəlikdir?

A) Appendisit

B) Mədə qanaxması

C) Hematuriya

D) Pnevmoskleroz

E) Kəskin ürək çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
15) Meyit müayinəsi zamanı aşağıdakı hansı bədən boşluğunun da açılması mütləqdir?

A) Bazu oynağı

B) Kəllə

C) Bud sümüyünün diafizi

D) Onurğa kanalı

E) Haymor boşluğu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
16) Meyit müayinəsi zamanı şəxsin ölümünə səbəb olmuş əsas xəstəlikdən başqa, həm də, ölümlə heç bir əlaqəsi olmayan digər bir xəstəlik də aşkar edilmişdir. Bu xəstəlik necə adlanır?

A) Birləşmiş xəstəlik

B) Yanaşı xəstəlik

C) Rəqabətedici xəstəlik

D) Əhəmiyyətsiz xəstəlik

E) Əlavə xəstəlik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
17) Autopsiya zamanı daxili üzvlərin çıxarılaraq müayinə edilməsi üçün aşağıdakı hansı üsuldan istifadə edilə bilər?

A) Perls üsulu

B) Hippokrat üsulu

C) Sanitar üsulu

D) Eksperimental üsul

E) Virxov üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
18) Meyit müayinə edildikdən sonra onun əsasında tərtib edilən sənəd necə adlanır?

A) Təşrih aktı

B) Meyitin dəfn kağızı

C) Meyitə baxış protokolu

D) Təşrih protokolu

E) Meyitin müayinəsi barədə arayış


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

19) Xəstəliklərin stabil nozoloji formalarının klassik gedişlərinin müasir dövrdə müxtəlif xarakterli dəyişilmələrə uğramasına nə deyilir?

A) Metastaz

B) Metamorfoz

C) Patogenez

D) Metaplaziya

E) Patomorfoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
20) Ölümə səbəb olmuş, yaxud da xəstənin stasionara daxil olmasına səbəb olmuş xəstəlik necə adlanır?

A) Əsas xəstəlik

B) Yanaşı xəstəlik

C) Fon xəstəliyi

D) Rəqabətediсi xəstəlik

E) Ölümə səbəb olmuş ağırlaşma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
21) Patoloji anatomiyanın müayinə obyektlərindən biri aşağıda göstərilmişdir. O, hansıdır?

A) Xəstə şəxslər barəsində anamnestik məlumatlar

B) Eksperiment materialları

C) Ekspress biopsiya

D) Meyitin aşkar olunduğu yerdən götürülmüş maddi sübut

E) Patoloji anatomiya haqqında ədəbiyyatlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
22) Eyni bir meyitdə hər biri ayrı-ayrılıqda ölümə səbəb ola biləсək 2 xəstəlik aşkar olunmuşdur. Belə halda bu xəstəliklər necə adlanır?

A) Əkiz xəstəliklər

B) Rəqabətediсi xəstəliklər

C) Düşmən (antaqonist) xəstəliklər

D) Qoşa xəstəliklər

E) Yanaşı xəstəliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
23) Əsas xəstəliyin inkişafına səbəb olmuş, onun inkişafı üçün fon yaratmış digər xəstəlik və ya patoloji proses necə adlanır?

A) Fon xəstəliyi

B) Əvvəlki xəstəlik

C) Əlavə xəstəlik

D) Erkən xəstəlik

E) Birincili xəstəlik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
24) Meyit müayinəsi zamanı aşağıdakı hansı bədən boşluğunun açılması mütləqdir?

A) Kiçik çanaq boşluğu

B) Virxov boşluğu

C) Qarın boşluğu

D) Duqlas boşluğu

E) Mədə boşluğu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
25) Seliyin təyin edilməsi üçün hansı reaktivdən istifadə edilir?

A) Hematoksilin və eozin

B) Mutsikarmin

C) Pikrofuksin

D) Selikon

E) Konqo üsulu ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
26) Biopsiya materiallarının müayinə üçün patoloji-anatomik şöbələrə hansı məhlulda göndərilməsi daha məqsədəuyğun hesab edilir?

A) Dondurulmuş vəziyyətdə

B) Adi suda

C) 40%-li spirtdə

D) Formalində

E) Fizioloji məhlulda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
27) Pikrofuksinlə (Van Gizon üsulu ilə) hansı toxuma elementləri aşkar edilir?

A) Piy toxuması

B) Sinir lifləri

C) Birləşdirici toxuma (kollagen lifləri)

D) Birləşdirici toxumanın makrofaqları

E) Selik
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


28) Aşağıda biopsiyaların hansı növü göstərilmişdir?

A) Rentgenoloji biopsiya

B) Terapevtik biopsiya

C) Cərrahi biopsiya

D) Anestezioloji biopsiya

E) Meyit biopsiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
29) Kollagen liflərinin təyin edilməsi üçün hansı reaktivdən istifadə edilir?

A) Konqo üsulu ilə

B) Alsian göyü

C) Pikrofuksin

D) Sudan-3

E) Hematoksilin və eozin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

30) Göstərilən hansı patoloji proses xəstəlik deyil, ağırlaşmadır?

A) Xroniki qlomerulonefrit

B) Kəskin böyrək çatışmazlığı

C) Krupoz pnevmoniya

D) Destruktiv appendisit

E) Qara ciyərin portal sirrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
31) Autopsiya zamanı meyitdə aşkar edilən və aşağıda göstərilən bu patologiyalardan hansı biri patoloji-anatomik diaqnozda əsas xəstəlik kimi yox, yanaşı xəstəlik kimi göstərilməlidir?

A) Hemorragik insult

B) Miokardın infarktı

C) Kəskin mieloblast leykoz

D) Xroniki bronxit

E) Mədə xərçəngi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
32) Aşağıdakı hansı halda meyiti müayinə etməmək olar?

A) 83 yaşında, hemorragik insult keçirmiş və 10 gün xəstəxanada müalicədən sonra vəfat etmiş xəstənin yaxın adamları meyitin müayinəsinə qəti etiraz edirlər (xəstənin alın-təpə nahiyəsində qançır da vardır)

B) 83 yaşında, hemorragik insult keçirmiş və 10 gün xəstəxanada müalicədən sonra vəfat etmiş xəstənin yaxın adamları meyitin müayinəsinə qəti etiraz edirlər

C) Xəstə tibb müəssisəsində 22 sutka qalmışdır, klinik diaqnoz tam aydın deyildir, lakin xəstənin yaxın adamları meyitin müayinəsinə qəti etiraz edirlər

D) Xəstə tibb müəssisəsində 13 saat qalmışdır, xəstənin yaxın adamları meyitin müayinəsinə qəti etiraz edirlər

E) Xəstənin xəstəxanada qaldığı müddətdə onun diaqnozu aydın olmarsa (xəstəxanada qalma müddətindən asılı olmayaraq)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
33) Aşağıdakı hansı halda patoloji anatomiya şöbəsinə müayinə üçün daxil olmuş meyit məhkəmə-tibbi eksperizaya göndərilir?

A) Xəstəyə venadaxili inyeksiya edilərkən ölüm baş vermişdir

B) Meyit müayinə edilərkən qarın boşluğunda 800 ml qanlı maye aşkar edilmişdir

C) Xəstə doğuş şöbəsində süni abort edilərkən ölmüşdür

D) Xəstə xəstəxananın yanıq şöbəsində yüksək hərarətin təsirindən ölmüşdür

E) Xəstənin ölümündə İİV-infeksiyaya şübhə vardır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
34) Aşağıdakı hansı halda patoloji-anatomik müayinə dayandırılır, məhkəmə-tibb eksperti dəvət edilir və müayinə məhkəmə-tibbi ekspertizaya keçirilir?

A) “Hipertoniya xəstəliyi, baş beynin hemorragik insultu” klinik diaqnozu ilə xəstəxanada 10 sutka müalicə olunmuş meyitin müayinəsi zamanı kəllə qapaqlarının daxili səfhəsində çat aşkar edilmişdir

B) Müayinə zamanı aşkar edilmişdir ki, qarın aortasının anevrizması ilə əlaqədar aorta cırılmışdır

C) Krupoz pnevmoniyadan ölmüş qadının meyitinin müayinəsi zamanı onda təxminən 5 həftəlik hamiləlik də aşkar edilmişdir

D) Meyit müayinə edilərkən sağ beyin yarımkürəsində yumşaq qişa altında beyin maddəsinə də sirayət etməklə laxta qan aşkar edilmişdir

E) Meyit müayinə edilərkən onun sol döş boşluğunda 500 ml duru qan aşkar edilmişdir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
35) Patoloji-anatomik müayinə protokolunda hansı hissə olmur?

A) Pasport hissə

B) Xəstəlik tarixindən çıxarış

C) Ölümün baş verdiyi yerin müayinə protokolu

D) Xarici müayinə hissəsi

E) Klinik-anatomik epikriz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
36) Aşağıda göstərilən hansı bənd klinik-patanatomik epikrizin tərkib hissəsidir?

A) Laborator məlumatlar

B) Klinik məlumatlar

C) Anamnestik məlumatlar

D) Xəstədən götürülmüş biopsiya materiallarının müayinə cavabı

E) Bütün göstərilənlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
37) Qazax rayonunda patoloji-anatomik xidmət harada həyata keçirilir?

A) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Qazax rayon “Patoloji anatomiya” şöbəsində

B) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Qazax rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsində

C) Qazax rayon prokurorluğunun nəzdində fəaliyyət göstərən “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsində

D) Rayonun hər bir tibb müəssisəsinin nəzdində olan patanatomik şöbələrdə

E) Yalnız rayon mərkəzi xəstəxanasının tərkibində bütün rayon üçün fəaliyyət göstərən patoloji-anatomik şöbədə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
38) Azərbaycan Respublikasında patoloji-anatomik xidmət göstərən hansı belə bir qurum yoxdur?

A) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Zaqatala rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi

B) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin “I Patoloji anatomiya” şöbəsi

C) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Nəsimi rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi

D) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Sumqayıt şəhər “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi

E) Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasının patoloji anatomiya şöbəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
39) Meyitin patoloji-anatomik müayinə protokolunda hansı hissə olmur?

A) Anamnez hissəsi

B) Pasport hissə

C) Xəstəlik tarixindən qısa çıxarış

D) Daxili müayinə hissəsi

E) Klinik-anatomik epikriz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
40) Göstərilən patologiyalardan 4-ü ağırlaşma, biri isə sərbəst nozoloji xəstəlikdir. O, hansıdır?

A) Xroniki ağ ciyər çatışmazlığı

B) Orqanizmin ümumi intoksikasiyası

C) Miokardın kəskin işemik distrofiyası

D) Mədə qanaxması

E) Kəskin ürək-damar çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
41) Göstərilən hansı bənd patoloji-anatomik xidmətin əsas vəzifələrinə aid deyildir?

A) Kimsəsiz (sahibsiz) uşaq meyitlərinin müayinəsi zamanı atalığın təyini

B) Klinik diaqnostitka və müalijə işlərinin aparılmasının keyfiyyətinə nəzarət

C) Xəstəliklərin ölümdən sonrakı diaqnostikası

D) Xəstənin ölümünün səbəbinin və mexanizminin təyin edilməsi, xəstəliyin mənşəyinin və məzmununun aşkarlanması

E) Xəstəliklərin həyati diaqnostikası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
42) Patoloq-anatomun vəzifə borcu hansılardır?

A) Klinik və patoloji-anatomik diaqnozlar arasındakı uyğunsuzluqların konstatasiyası

B) Meyitlərin müayinə edilməsi və seksion materialın mikroskopik müayinəsi

C) Patoloji-anatomik və patohistoloji diaqnozların tərtib edilməsi

D) Klinik-anatomik epikrizin tərtib edilməsi

E) Bütün göstərilənlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
43) Göstərilən hansı bənd patoloq-anatomun vəzifə borclarına aid deyildir?

A) Diaqnostika və müalicə işlərində yol verilmiş nöqsanların aşkar edilməsi

B) “Xəstəliklərin Beynəlxalq Təsnifatı”nın tələblərinə uyğun şəkildə ölüm barədə həkim şəhadətnaməsinin doldurulması

C) Etika və deontologiya qaydalarına riayət etməklə mərhumun yaxın adamları ilə söhbət

D) Laborantlarla birlikdə cərrahi və biopsiya materiallarının kəsilməsi, onlara materialların laborator işlənilməsi üsulları və tikələrin hansı boyaqlarla boyadılması barədə göstərişlərin verilməsi

E) Rəhbərlik tərəfindən verilmiş qeyri-xidməti tapşırıqların yerinə yetirilməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
44) Aşağıda göstərilənlərdən hansı klinik və patanatomik diaqnozlar arasındakı uyğunsuzluqların kateqoriyalarından biri hesab edilir?

A) Qeyri-subyektiv kateqoriya

B) III kateqoriya

C) V kateqoriya

D) İnzibati kateqoriya

E) Subyektiv kateqoriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
45) Patoloji-anatomik diaqnozda aşağıda göstərilənlərdən hansı ola bilməz?

A) Rəqabətedici xəstəliklər

B) Ölümün baş verdiyi xəstəxananın adı

C) Ölümün bilavasitə səbəbi

D) Fon xəstəliyi

E) Ağırlaşma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
46) Klinik və patoloji-anatomik diaqnozların uyğunsuzluğu zamanı aşağıdakı hansı bənd uyğunsuzluğun səbəbi kimi nəzərə alına bilməz?

A) Klinik və laborator məlumatların həddən artıq qiymətləndirilməsi

B) Xəstənin yaşının çox olması

C) Xəstənin xəstəxanaya çox ağır vəziyyətdə daxil olması və xəstəxanada qısa müddət qalması

D) Laborator müayinələrin cavablarının tam şəkildə qiymətləndirilməməsi

E) Klinik məlumatların tam şəkildə qiymətləndirilməməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
47) Hansı bənd patoloji-anatomik diaqnoza daxil deyil?

A) Əsas xəstəliyin ağırlaşmaları

B) Fon xəstəliyi

C) Yanaşı xəstəlik

D) Əsas xəstəlik

E) Mərhumun soyadı, adı və atasının adı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
48) Aşağıdakı hansı patoloji proses ağırlaşma deyil, xəstəlikdir?

A) Parenximatoz sarılıq

B) Perifokal qastrit

C) Viruslu hepatit

D) Kaxeksiya

E) Nəcis peritoniti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
49) Xəstə xəstəxanaya rayondan göndəriş vərəqəsi ilə daxil olmuşdur. Göndəriş vərəqəsində göstərilən diaqnoz səhv qoyulmuşdur. Xəstəxanada tam müayinədən hələ keçə bilməyən xəstə bir saatdan sonra ölmüşdür. Meyitin müayinəsi zamanı klinik və patanatomik diaqnozlar arasında uyğunsuzluq aşkar edilmişdir. Bu, hansı kateqoriya uyğunsuzluqdur?

A) V kateqoriya

B) II kateqoriya

C) III kateqoriya

D) IV kateqoriya

E) I kateqoriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
50) Retikulin lifləri hansı üsulla boyadılır?

A) Gümüş duzları ilə impreqnasiya etməklə

B) Eozin

C) Metilen göyü

D) Fukselinlə

E) Pikrofuksinlə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
51) Azərbaycan dilində patoloji anatomiya üzrə ilk dərslik nə vaxt çıxmışdır?

A) C.Hüseynovun müəllifliyi ilə 1935-ci ildə

B) Ş.Musayevin müəllifli ilə 2001-ci ildə

C) Ş.Səlimxanovun müəllifliyi ilə 1978-ci ildə

D) Ə.Həsənovun müəllifliyi ilə 2003-cü ildə

E) Ə.Həsənovun müəllifliyi ilə 2006-cı ildə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003

Distrofiyalar. Parenximatoz distrofiyalar

52) Hansı patologiya parenximatoz zülal distrofiyalarına misal ola bilər?

A) Dənəvər (danəli) zülal distrofiyası

B) Vilson xəstəliyi

C) Tey-Saks xəstəliyi (III tip)

D) Heç biri

E) Selik distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
53) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) Qoşe xəstəliyi

B) İrsi piylənmə

C) Hers xəstəliyi

D) İrsi kalsinoz

E) İrsi Fankoni xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
54) “Pələng ürək” nə deməkdir?

A) Parenximatoz piy distrofiyasına məruz qalmış ürək

B) Hipertoniya xəstəliyi zamanı böyümüş ürək

C) Hipertrofiyaya uğramış ürək

D) Xarici qatında pələng dərisi kimi zolaqları olan ürək

E) Mezenximal piy distrofiyasına məruz qalmış ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
55) Qara ciyərin steatozu xarakter olaraq aşağıda göstərilən hansı xəstəlik zamanı rast gəlinə bilər?

A) Mədə-bağırsaq traktının steatozu

B) Qara ciyərin piy distrofiyası

C) İrsi steatozun axırıncı mərhələsində

D) B12-defisitli anemiya

E) Xroniki alkoqolizm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
56) Toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq aşağıda distrofiyaların hansı növü göstərilmişdir?

A) Membranoz distrofiyalar

B) Parenximatoz və ya hüceyrədaxili distrofiyalar

C) Selikaltı distrofiyalar

D) Piy distrofiyaları (və ya lipidozlar)

E) Zülal distrofiyaları (və ya disproteinozlar)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
57) Aşağıda toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq distrofiyaların bir növü göstərilmişdir?

A) Qarışıq distrofiyalar

B) Piy distrofiyaları (və ya lipidozlar)

C) Böyrək distrofiyaları

D) Bətndaxili distrofiyalar

E) Tənəffüs sistemində baş verən distrofiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
58) Distrofiya hansı prosesə deyilir?

A) Toxumada maddələr mübadiləsinin kəskin şəkildə pozulması nəticəsində baş verən struktur-morfoloji dəyişikliklərə

B) Trofikanın pozulması ilə əlaqədar hər hansı bir üzvün yerli, yaxud da orqanizmin ümumi atrofiyasına

C) Qida maddələrinin çatışmazlığına

D) Digər müxtəlif səbəblərdən toxumanın qan təchizatının pozulmasına

E) Damar patologiyaları ilə əlaqədar toxumalara gələn arterial qanın azalmasına


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
59) Distrofiyaların morfogenetik mexanizmlərinə hansılar aiddirlər?

A) Faneroz, maliqnizasiya, demarkasiya, orqanizasiya

B) Dekompozisiya, transformasiya, plazmorragiya, metaplaziya

C) Metaxromaziya, infiltrasiya, metaplaziya, displaziya

D) Dekompozisiya, transformasiya, dəyişilmiş sintez, infiltrasiya

E) İrsi-genetik mexanizmlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
60) Piylərin (lipidlərin) mikroskopik təyinində hansı boyaqdan istifadə edilir?

A) Sudan-14

B) Konqo qırmızı

C) Lipidopsin reaktivi

D) Hematoksilin və eozin

E) Sudan-3


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
61) “Qaz qara ciyəri” hansı patologiyanın xarakter makroskopik görünüşüdür?

A) Xroniki ümumi venoz hiperemiya

B) Qara ciyərin parenximatoz zülal distrofiyası

C) Qara ciyərin postnekrotik sirrozu

D) Mədə xərçənginin qara ciyərə metastazı

E) Qara ciyərin parenximatoz piy distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə