Patoloji anatomiya


) Hansı ürək miokardın parenximatoz piy distrofiyası nəticəsində ikişaf edir?



Yüklə 1,11 Mb.
səhifə2/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   2   3   4   5   6   7   8   9   ...   16

62) Hansı ürək miokardın parenximatoz piy distrofiyası nəticəsində ikişaf edir?

A) “Öküz ürəyi”

B) “Muskat ürək”

C) “Tüklü ürək”

D) “Ağ ciyər ürəyi”

E) “Pələng ürək”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
63) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) Tey-Saks xəstəliyi

B) İrsi piylənmə

C) Alimentar piylənmə

D) Anadangəlmə həddən artıq yetişmiş döl

E) İrsi Fankoni xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
64) Leykoplagiya hansı növ distrofiyalara misaldır?

A) Mineral distrofiyalar

B) Leykositar distrofiyalar

C) Parenximatoz zülal distrofiyaları

D) Mezenximal zülal distrofiyaları

E) Qarışıq distrofiyalar (proteinogen leykopiqment mübadiləsi pozğunluqları)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
65) Aşağıda göstərilən hansı patologiya parenximatoz zülal distrofiyalarına aiddir?

A) Metabolik kalsinoz

B) Hidropik distrofiya

C) Fibrinoid şişmə

D) Hemoxromatoz

E) Podaqra xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
66) Balon distrofiya nə deməkdir?

A) Hüceyrələrin sitoplazmalarında su vakuollarının meydana çıxması və hidropik distrofiya

B) Hüceyrələrin sitoplazmalarında piy qovuqcuqlarının əmələ gəlməsi

C) Piy depolarında piyin miqdarının yüksəlməsi

D) Plazmorragiya və toxumalarda ödemin əmələ gəlməsi

E) Tibbi bankalar qoyulan nahiyədə şişkinliyin və dərialtı toxumada distrofik dəyişikliklərin baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

67) Distrofiya aşağıda göstərilən hansı patologiyalar qrupuna aid edilir?

A) Alterasiya

B) Kompensator-mühafizə prosesləri

C) Nekroz

D) Qan dövranı pozğunluqları

E) İltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
68) “Üzüyəbənzər hüceyrə” nəyə deyilir?

A) Üzük formasında olan epitel hüceyrəsinə

B) Sitoplazmasında çoxlu qlikogen dənələri olan hüceyrələrə

C) Patologiya nəticəsində sitoplazmasında böyük piy damlası meydana çıxmış hüceyrəyə

D) Talassemiya xəstəliyi zamanı oraqvari şəkil almış eritrositlərə

E) Qara ciyər hüceyrələrinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
69) Lipidlərin parenximatoz hüceyrələrin sitoplazmalarında toplanması patologiyası necə adlanır?

A) Hialinoz

B) Piylənmə

C) Apoptoz

D) Steatoz

E) Kaxeksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
70) Aşağıdakı hansı patologiya parenximatoz zülal distrofiyası hesab edilir?

A) Pfaundler-Qurler xəstəliyi

B) Danəli zülal distrofiyası

C) Leykoplagiya

D) Selik distrofiyası

E) Qoşe xəstəliyi (I tip)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
71) “Pələng ürək” hansı patoloji prosesin təzahürüdür?

A) Miokardda parenximatoz zülal distrofiyası

B) Miokardın boz atrofiyası

C) Miokardın hipertrofiyası

D) Miokardda mezenximal zülal distrofiyası

E) Miokardda parenximatoz piy distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
72) Buynuz distrofiyaya misal olaraq hansı patologiyanı göstərmək olar?

A) Hiperpiqmentasiya

B) Hiperkeratoz və ya ixtioz

C) Dəridə buynuz maddənin meydana çıxması

D) Tüklərin tökülməsi

E) Dəridə buynuz maddənin miqdarının azalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
73) Aşağıdakı hansı maddə piqment deyil?

A) Ferritin

B) Lipofussin

C) Melanoblast

D) Melanin

E) Lipoxrom


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
74) Miokardın parenximatoz piy distrofiyası zamanı ürək “pələng ürək” adlanır. Nə üçün?

A) Ürəyin üzəri pələng dərisi kimi zolaqlı olur

B) Mikroskopla baxdıqda kardiomiositlər pələng sifətini xatırladır

C) Ürəyin üzəri pələng dərisi kimi tüklü olur

D) Ürək hipertrofiyaya uğrayır və həcmcə böyüyür

E) Gözlə baxdıqda sol mədəciyin endokardı altında ağ-sarı zolaqlar görünür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
75) Diffuz steatoz zamanı qara ciyər necə adlanır?

A) “Öküz qara ciyəri”

B) “Üzüyəbənzər qara ciyər”

C) “Qaz qara ciyəri”

D) “Pələng qara ciyəri”

E) “Piyli qara ciyər”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
76) Miokardda parenximatoz piy distrofiyası ilə əlaqədar ürəyin yığılma qabiliyyəti necə dəyişilir?

A) Ürəkdə konsentrik hipertrofiya baş verir

B) Ürəyin yığılma qabiliyyəti həddən artıq artır

C) Ürəyin yığılma qabiliyyəti azalır

D) Ürəyin yığılma qabiliyyəti az dərəcədə artır

E) Heç bir dəyişiklik baş vermir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
77) Parenximatoz disproteinozlar hansılardır?

A) Mukoid şişmə, fibrinoid şişmə, hialinoz, amiloidoz

B) Hialin damlalı distrofiya, hidropik distrofiya, buynuz distrofiya

C) Proteinogen piqmentlərin mübadilə pozğunluqları

D) Danəli zülal distrofiyası, hialin damlalı distrofiya, fibrinoid nekroz.

E) İlkin affekt, limfangit, limfadenit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
78) Aşağıda göstərilən hansı patologiya parenximatoz disproteinozlara aiddir?

A) Yerli hemosideroz

B) Aterokalsinoz

C) Hialinoz

D) Selikli distrofiya

E) Buynuz distrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
79) Aşağıdakı hansı maddə ekzogen piqmentdir?

A) Kömür piqmenti

B) Ferritin

C) Qızılı piqment

D) Hemosiderin

E) Qocalıq piqmenti


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
80) Aşağıdakı hansı xəstəlik irsi qlikogenozlara aiddir?

A) Nimann-Pik xəstəliyi

B) Erlixin irsi qlikogeniti

C) İrsi proteinoz

D) Pompe xəstəliyi

E) Tey-Saks xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
81) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) Fankoninin irsi liposklerozu

B) Tey-Saks xəstəliyi

C) İrsi lipokalsinoz

D) Vilson xəstəliyi

E) Talassemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
82) Aşağıda göstərilən hansı patologiya parenximatoz piy distrofiyalarına aiddir?

A) “Qaz qara ciyəri”

B) Piylənmə xəstəliyi

C) Ürəyin konsentrik hipertrofiyası

D) “Öküz ürək”

E) “Piyli dalaq”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
83) Faneroz hansı patoloji prosesin sinonimidir?

A) Fotofobiya

B) Ferritin mübadiləsi pozğunluğu

C) Fankoni anemiyası

D) Buynuz distrofiya

E) Dekompozisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Mezenximal (stromal-damar) distrofiyalar

84) Mezenximal distrofiya nəyə deyilir?

A) Üzvlərin parenximasında və stromasında maddələr mübadiləsinin pozulması

B) Böyrəyin mezangial hüceyrələrində maddələr mübadiləsinin pozulması (metabolik dəyişikliklər)

C) Üzv və toxumaların parenximatoz elementlərində maddələr mübadiləsinin pozulması ilə əlaqədar baş verən morfoloji dəyişikliklər

D) Üzvlərdə mikrosirkulyator qan dövranının kəskin pozulması

E) Üzv və toxumaların stromasında və damarlarının divarında inkişaf edən distrofik proseslər (degenerativ dəyişikliklər)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
85) Aşağıdakı hansı patologiya mezenximal disproteinozlara aiddir?

A) “Erməni xəstəliyi”

B) Leykoplagiya

C) Qarqoilizm

D) Balon distrofiya

E) Vilson xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
86) Damar divarında və birləşdirici toxumada bu patoloji dəyişikliklərin hansı geriyədönəndir?

A) Fibrinoid şişmə

B) Fibrinoid nekroz

C) Hialinoz

D) Mukoid şişmə

E) Amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
87) “Erməni xəstəliyi” hansı patologiyaya deyilir?

A) İrsi askaridoz

B) Qukasyan xəstəliyi

C) Balon degenerasiya

D) Qarqoilizm

E) Nefropatik irsi amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
88) Mukoid şişmə nə deməkdir?

A) Plazmorragiya nəticəsində kollagen liflərinin şişməsi və birləşdirici toxumanın əsas maddəsində qlikozaminqlikanların toplanması

B) Fibroblast və digər mezenximal mənşəli hüceyrələrinin həcmcə böyüməsi

C) Mezenximanın hüceyrələrində qlikogenlərin toplanması

D) Kollagen liflərini təşkil edən tropokollagenlər arasındakı rabitələrin qırılması və kollagen liflərinin destruksiyası

E) Birləşdirici toxumaya fibrin tellərinin hopması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
89) Aşağıdakı hansı patologiya neytral piy mübadiləsi pozğunluğudur?

A) Parenximatoz hüceyrələrdə piy damlalarının meydana çıxması

B) Piy depolarında piylərin miqdarının azalması

C) Piy depolarında neytral piylərin miqdarının artması

D) Hiperxolesterinemiya

E) Mezenximal mənşəli hüceyrələrdə xolesterinin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
90) Metaxromaziya nəyə deyilir?

A) Bədxassəli şiş hüceyrələrinin əsas şiş ocağından kənar üzv və toxumalara yayılması

B) Bəzi patoloji proseslər zamanı xromotrop maddələrin toplanması ilə əlaqədar toxumanın adi qaydada deyil, başqa rənglərdə rənglənməsi

C) Metafiziklərdə meydana çıxan disproteinozlara deyilir

D) Patoloji regenerasiyanın bir növüdür

E) Məhv olmuş toxuma elementlərinin yerində həmin toxumanın başqa bir növünün meydana çıxması (məsələn, avitaminozlarla əlaqədar)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
91) Hialinoz prosesi adətən göstərilən toxumaların hansında meydana çıxır?

A) Hialin toxumasında

B) Damarların mənfəzində (vazohialinoz və ya angiohialinoz)

C) Onurğa beyninin ön buynuzlarının neyronlarında (neyrohialinoz)

D) Qığırdaq toxumasında (xondrohialinoz)

E) Damarların divarında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
92) Damar hialininin aşağıda hansı növü (patogenezindən və histokimyəvi xüsusiyyətlərindən asılı olaraq) göstərilmişdir?

A) Lipohialin

B) Anadangəlmə hialin

C) Onkohialin (məsələn, kapilyar hemangiomalar zamanı)

D) İnfeksion hialin (səpkili yatalaq zamanı)

E) Latent hialin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
93) Amiloid maddəsinin əsas tərkib hissəsi necə adlanır?

A) Mutasiyaya uğramış fibroblastlar (amiloidönü)

B) Tioflavin - T və ya S - tioflavin

C) Fibrilyar F-komponent

D) Periodik P-komponent

E) Laminar S-komponent


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
94) Amiloid maddəsinin mikroskopik təyinində hansı boyaqdan istifadə edilir?

A) Konqo qırmızı

B) Sudan – 3

C) Perls reaksiyası

D) Pikrofuksin

E) Qırmızı qan duzu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
95) Göstərilən hansı patologiya amiloidozun klinik-morfoloji formalarından biridir?

A) Klinik-morfoloji amiloidoz

B) Amiloidönü dəyişikliklər

C) AL-amiloidoz

D) Dalağın amiloidozu

E) Qazanılmış amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
96) Aşağıdakı hansı patologiya amiloidozun biokimyəvi növü hesab edilir?

A) AA – amiloidoz

B) Qocalıq amiloidozu

C) AC – amiloidoz

D) APUD – amiloidoz

E) Dövri xəstəlik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
97) Damar hialininin aşağıda hansı növü (patogenezindən və histokimyəvi xüsusiyyətlərindən asılı olaraq) göstərilmişdir?

A) İmmun hialin

B) Mukoid hialin

C) Sadə hialin

D) Simptomatik hialin

E) İltihabi hialin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
98) Aşağıdakılardan hansı amiloidozun biokimyəvi növüdür?

A) Nefrotik amiloidoz

B) AL-amiloidoz

C) Lokal şişəbənzər amiloidoz

D) Amiloid karkasının əmələ gəlməsi

E) Erməni xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
99) Amiloid maddəsinin mikroskopik təyini üçün hansı spesifik reaktivdən istifadə edilir?

A) Konqo boyası

B) Lyuqol məhlulu

C) Mallori üsulu ilə

D) Sarı qan duzu

E) Pikrofuksin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
100) Piylənmənin əsas əlaməti hansıdır?

A) Miokardın parenximatoz piy distrofiyası

B) Piy depolarında piylərin həddən artıq toplanması

C) Ksantom hüceyrələrin əmələ gəlməsi

D) Üzv və toxumalarda “üzüyəbənzər hüceyrə”lərin meydana çıxması

E) “Qaz qara ciyəri”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
101) Hansı bənddə amiloidozun klinik-morfoloji formaları göstərilmişdir?

A) AA-amiloidoz, kardiopatik amiloidoz

B) Perivaskulyar amiloidoz, perinevral amiloidoz

C) Heç biri düz deyil

D) Böyrək amiloidozu, böyrəküstü vəzin amiloidozu

E) İkincili amiloidoz, irsi amiloidoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
102) Mürəkkəb hialin adətən hansı xəstəlik zamanı damarların divarında meydana çıxır?

A) Şəkərli diabet

B) Səpkili yatalaq

C) Qarın yatalağı

D) Revmatik xəstəliklər

E) Hipertoniya xəstəliyi və ateroskleroz zamanı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
103) Aşağıda amiloidozun inkişaf (əmələ gəlmə) mərhələlərindən biri göstərilmişdir. O, hansıdır?

A) Fibrinoid şişmə

B) Oliqouriya mərhələsi

C) Funksional mərhələ

D) Qalıq əlamətləri mərhələsi

E) Amiloidönü mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
104) Fibrinoid nekroz harada baş verə bilər?

A) Fibrinoid toxumalarda

B) Damarların divarında və birləşdirici toxumada

C) Bağırsaqların divarında

D) Fibrin liflərində

E) Visseral plevrada


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
105) Mezenximal zülal distrofiyası hansıdır?

A) Mezenximal leykoplagiya

B) Hialinoz

C) Stromal-damar kalsinozu

D) Vilson xəstəliyi (Vilson-Konovalov xəstəliyi)

E) İxtioz xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Qarışıq distrofiyalar

106) Perls reaksiyası ilə aşağıdakı hansı məlumatı əldə etmək olar?

A) Güllənin giriş dəliyində atəşin məsafəsini

B) Toxumada qansızmanın olub-olmamasını

C) Ölümün təxmini müddətini

D) Həyati nekroz prosesini çürümə prosesindən diferensiasiya etmək üçün

E) Dəridə stranqulyasiya şırımının olub-olmamasını


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
107) Qarışıq distrofiya nə deməkdir?

A) Eyni bir toxumada eyni zamanda həm parenximatoz, həm də mezenximal distrofiyanın olması

B) Karbohidrat mübadilə pozğunluğunun əlaməti

C) Üzvlərin stromalarında mübadilə proseslərinin pozulması

D) Mürəkkəb zülalların və mineralların mübadilə pozğunluqlarının morfoloji əlamətləri

E) Eyni bir insanda müxtəlif növ toxumalarda maddələr mübadiləsinin pozulması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
108) Aşağıdakı hansı piqment normada rast gəlinmir?

A) Hemosiderin

B) Ferritin

C) Hematin

D) Lipofussin

E) Lipoxrom


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
109) Metastatik kalsinozun səbəbi aşağıda göstərilən patoloji proseslərdən hansı ola bilər?

A) Ağ ciyərdə ilkin vərəm ocağının olması

B) Sümüklərdən inkişaf edən bəd xassəli şişlərin (osteosarkoma) toxumalara metastazları

C) Hipokalsiemiya

D) Mədə xərçənginin qara ciyərə hematogen metastazları

E) Hiperkalsiemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
110) Hansı patoloji proses qarışıq distrofiyalara aiddir?

A) Hiperkeratoz

B) Lipofussinoz

C) İrsi amiloidoz

D) Andersen xəstəliyi

E) Qoşe xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
111) Qarışıq distrofiya hansı hallarda meydana çıxır?

A) Mürəkkəb zülalların və yaxud da mineral maddələrin mübadilə pozğunluqları zamanı

B) Polietioloji patogen amillərin təsirindən

C) Mürəkkəb mexanizmli immun proseslərin təsiri nəticəsində

D) Qarışıq tərkibli mikrobların təsirindən (mikstinfeksiya)

E) İrsi amillərlə ekzogen patogen amillərin birgə təsirindən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
112) Hansı patoloji proses ağ ciyərlərdə yerli hemosideroza səbəb ola bilər?

A) Hemolitik zəhərlənmələr

B) Parenximatoz sarılıq

C) Qara ciyər venasının trombozu

D) Xroniki ümumi venoz hiperemiya

E) Eritrositlərin intravaskulyar hemolizi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
113) Qon ocağının meydana çıxması kalsinozların hansı növünə misal ola bilər?

A) Metastatik kalsinoz

B) Metabolik kalsinoz

C) Aterokalsinoz

D) Hiperkalsinoz

E) Distrofik kalsinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
114) Aşağıdakı xəstəliklərin hansıları nukleoproteid mübadilə pozğunluğu nəticəsində inkişaf edir?

A) Şeqrenin quru sindromu, hipermelanoz

B) Podaqra, miokardın infarktı

C) Bexterev xəstəliyi, öd daşı xəstəliyi

D) Vilson xəstəliyi, revmatoidli artrit

E) Podaqra, sidik turşusu infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
115) Aşağıda göstərilən hansı patologiya qarışıq distrofiyalara aiddir?

A) Hemoqlobinopatiyalar

B) Fibrinoid şişmə

C) Poliamiloidoz

D) Talassemiya xəstəliyinin qarışıq forması

E) Hemosideroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
116) Mədənin eroziya və xoralarında hansı piqmentə rast gəlinir?

A) Qastrin

B) Öd piqmenti

C) Erozin

D) Hemosiderin

E) Duz turşusu hematini


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
117) Hemosiderozun (qansızma ocağının) dəqiq təyin edilməsi məqsədilə hansı üsuldan istifadə edilir?

A) PAS-reaksiya

B) Minakov üsulu

C) Qmelin reaksiyası ilə

D) Abrikosov üsulu

E) Perls reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
118) Aşağıdakı hansı piqment hemoqlobinogen piqmentlərə aiddir?

A) Duz turşusu hematini

B) Hemofussin

C) Lipofussin

D) Adrenoxrom

E) Seroid


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
119) Aşağıda göstərilən hansı maddə patoloji hemoqlobinogen piqmentdir?

A) Formalin hematini

B) Hemolitik sarılıqlar zamanı dəridə aşkar edilən bilirubin

C) Xlorid turşusu

D) Mexaniki sarılıqlar zamanı qanda aşkar edilən birləşmiş bilirubin

E) Yanıq xəstəliyi zamanı dəridə aşkar edilən patoqlobin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
120) Kalsinoz nədir?

A) Müxtəlif patologiyalarla əlaqədar kalsium duzlarının toxumalara çökməsi

B) Orqanizmdə kalsiumun miqdarının artması

C) Sümüklərdə kalsiumun miqdarının azalması

D) Sümüklərdə kalsiumun miqdarının artması

E) Çoxsaylı sümük sınıqları zamanı qanda kalsiumun miqdarının çoxalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
121) Patoloji hemoqlobinogen piqmentlər hansılardır?

A) Hemomelanin, adrenoxrom, lipoxrom

B) Hematoidin, xlorid turşusu hematini, malyariya piqmenti

C) Ferritin, hemosiderin, bilirubin

D) Hematoidin, hematin, porfirin

E) Hemofussin, lipofussin, lipoxrom


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
122) Hematin nədir?

A) Hemoqlobinin dalaqda fizioloji parçalanması zamanı yaranan aralıq məhsul

B) İrsi hemoqlobinopatiya

C) Şoklar zamanı ferritindən əmələ gələn polimer maddə (endogen piqment)

D) Slac-fenomen zamanı mikrosirkulyator damarlarda qanın toplanması

E) Bəzi patoloji hallarda hemoqlobinin parçalanması nəticəsində əmələ gələn piqment


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
123) Yerli hemosiderozun səbəbi hansıdır?

A) Eritrositlərin damardankənar (ekstravaskulyar) hemolizi

B) Xroniki ümumi venoz hiperemiya

C) Yerli distrofiyalar

D) Hemoxromatoz

E) Eritrositlərin damardaxili (intravaskulyar) hemolizi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
124) Proteinogen piqmentlər hansılardır?

A) Lipoproteoz, hemoproteoz, poliprotein

B) Proteinoz, prokaza, hemosiderin

C) Melanin, adrenoxrom, enteroxromaffin hüceyrə qranullarının piqmenti

D) Hemoprotein, hemomelanin, porfirin

E) Hemomelanin, hematoidin, hematin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
125) Lipidogen piqmentlər hansılardır?

A) Lipofussin, hemofussin, seroid

B) Lipofussin, lipoxrom, adrenoxrom

C) Xolesterin, porfirin, melanin

D) Vitamin-E çatışmazlığı piqmenti, hematoidin, hemosiderin

E) Lipoxrom, hematoidin, porfirin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
126) Aşağıdakı hansı patologiya nukleoproteid mübadilə pozğunluğu nəticəsində inkişaf edir?

A) Qazanılmış polinukleoz

B) Daun xəstəliyi

C) Kariopiknoz

D) Xromosom aberrasiyaları

E) Sidik daşı xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
127) DNT-nin təyin edilməsi üçün hansı spesifik üsuldan istifadə edilir?

A) Nukleaza fermentinin antidotu ilə

B) Braşe üsulu

C) Felgen üsulu

D) İmpreqnasiya etməklə

E) Osmi turşusu ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
128) RNT-nin təyin edilməsi üçün hansı spesifik üsuldan istifadə edilir?

A) Braşe üsulu

B) Qmelin reaksiyası

C) Felgen üsulu

D) Nüklein xlorid ilə

E) Perls reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
129) Aşağıda göstərilən hansı patologiya mineral distrofiyalara aiddir?

A) Mineral hemoqlobinoz

B) Vilson xəstəliyi (və ya Vilson-Konovalov xəstəliyi)

C) Hipermineraloz (və ya Sokolovski xəstəlyi)

D) Hipermineraloz

E) Mak-Ardl xəstəliyi (və ya hiperferritinoz)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə