Patoloji anatomiya


) Aşağıdakı hansı proseslər kalsinozun növlərinə aiddir?



Yüklə 1,11 Mb.
səhifə3/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   2   3   4   5   6   7   8   9   ...   16

130) Aşağıdakı hansı proseslər kalsinozun növlərinə aiddir?

A) Hipokalsiemiya, böyrək daşı xəstəliyi

B) Podaqra, sidik daşı xəstəliyi

C) Metastatik kalsinoz, distrofik kalsinoz

D) Hiperkalsiemiya, daş xəstəliyi

E) Sidik turşusu infarktı, əhəng podaqrası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Hüceyrə ölümü. Nekroz. Ölüm. Meyit əlamətləri

131) Demarkasiya zonası xarakter və məzmunca nədir?

A) Nekrozun klinik-morfoloji formalarından biridir

B) Degenerativ dəyişikliklərə məruz qalmış toxuma ocağıdır

C) Mexaniki xarakterli sərhəd zolağıdır

D) Koaqulyasiyaya uğramış zülallardan ibarət zonadır

E) İltihab zonasıdır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
132) Hansı proses hüceyrə ölümünün bir növü hesab edilir?

A) Kariopiknoz

B) Apoptoz

C) Qanqrena

D) İnfarkt

E) Paranekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
133) Meyit ləkələrinin birinci mərhələsi necə adlanır?

A) Hipostaz

B) İmbibisiya

C) Homeostaz

D) Hemostaz

E) Diffuziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

134) Durğunluq fonunda baş vermiş infarkt necə adlanır?

A) Ağ infarkt

B) Qırmızı infarkt

C) Ödemli infarkt

D) Qırmızı haşiyəli ağ infarkt

E) Sianotik (və ya göy) infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
135) Nekroz nədir?

A) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin fizioloji ölümü

B) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin patologiya ilə əlaqədar ölümü

C) Qəfləti ölüm

D) Vəfat etmiş insan bədənində hüceyrə və toxumaların nekrozlaşması

E) Canlı orqanizmdə toxumanın bir hissəsinin ağır distrofik dəyişiklikləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
136) Apoptoz nədir?

A) Nekrozun klinik-morfoloji formalarından biridir

B) Ptoz prosesinin özündən əvvəlki, yəni başlanğıc mərhələsidir

C) Hüceyrə ölümünün proqramlaşdırılmış xüsusi bir növüdür

D) Ptoz fermentini qara ciyərdən toxumalara daşıyan zülalın adıdır

E) Canlı orqanizmdə hüceyrə və ya toxuma hissəsinin patologiya ilə əlaqədar ölümüdür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
137) Aşağıdakı hansı patologiya ölümü təsdiq edən mütləq əlamətlərə aiddir?

A) Xəstənin ağrı qıcıqlarına qarşı hissiyyatının itməsi

B) Xəstənin termiki və taktil qıcıqlara qarşı hissiyyatının itməsi

C) Qan dövranının kəsilməsi

D) Bədənin hərəkətsiz qalması və nəbzin olmaması

E) Beloqlazov əlamətinin olması (“pişikgözlülük fenomeni”)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
138) Aşağıdakı hansı patologiya nekrozun klinik-morfoloji formalarından biridir?

A) Koaqulyasiya

B) Paranekroz

C) İnfarkt

D) Kariopiknoz

E) Maserasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
139) Hansı patoloji proses etio-patogenezinə görə trofonevrotik nekroz hesab edilir?

A) Yataq yarası

B) Sıyrıq

C) Spesifik xoralı kolit

D) Hipertonik kriz zamanı arteriolların divarında fibrinoid nekroz

E) Böyrəyin infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
140) Baş beynin kollikvasion nekrozu nə ilə nəticələnir?

A) Çapıq toxumasının əmələ gəlməsi ilə

B) Miomalyasiya ilə

C) Hidronefrozla

D) Digər beyin yarımkürəsində reaktiv qansızma ilə

E) Kistanın əmələ gəlməsi ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
141) Aşağıdakı hansı patoloji proseslər nekrozun klinik-morfoloji formalarına aiddirlər?

A) Trofonevrotik nekroz, qanqrena, maserasiya

B) Quru qanqrena, allergik nekroz, koaqulyasion nekroz

C) Koaqulyasion nekroz, toksiki nekroz, angiogen nekroz

D) Qanqrena, infarkt, sekvestr

E) İnfarkt, toksiki nekroz, kollikvasion nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
142) Sekvestr nəyə deyilir?

A) Sümük qırıntısına

B) Autoliz prosesinə məruz qalmayan nekroz kütləsinə

C) Nekroz kütləsinin çapıqlaşmasına

D) Əriməyən tromb kütləsinə

E) Hava ilə təmasda olan toxumaların nekrozuna


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
143) Hansı üzvlərdə baş verən nekroza qanqrena deyilir?

A) Ağ ciyər, bağırsaq, dəri

B) Dalaq, dəri, böyrəküstü vəz

C) Baş beyin, ağ ciyər, mədə

D) Dəri, ürək, böyrək

E) Qara ciyər, baş beyin, yoğun bağırsaq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
144) Mikroskopik müayinə zamanı nekroz ocağının ətrafında kəskin doluqanlılıq və ödem fonunda çoxlu miqdarda limfosit və leykositlərdən ibarət haşiyə şəkilli zona görünür. Bu nədir?

A) Metaplaziya zonası

B) Patoloji regenerasiya

C) Nekrozun tərkib hissələrindən biri

D) Reaktiv hemorragiya

E) Demarkasiya zonası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
145) Meyit əlamətləri hansılardır?

A) Maserasiya, qanqrena, irinləmə

B) Autoliz, qacıma, çürümə

C) Üzv və toxumalarda çoxsaylı nekrozların başlanması

D) Ürək fəaliyyətinin dayanması, nəbzin itməsi

E) Meyit soyuması, apoptoz, deskvamasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
146) Aşağıdakı hansı dəyişikliklər meyit əlamətlərinə aiddir?

A) Anaerob qanqrena, meyit emfizeması

B) Meyitin soyuması, bədənin arxa tərəfində yayılmış göyümtül-bənövşəyi ləkələr

C) Nekrozlaşma, meyitin yaşıllaşması, maserasiya

D) Autoliz, meyit quruması, meyit soyuması

E) Meyit ləkələri, azqanlılıq, mumifikasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
147) Erkən meyit əlaməti hansıdır?

A) Mumifikasiya

B) Toxumaların nekrozlaşması

C) Maserasiya

D) Meyitdə emfizemanın başlanması

E) Autoliz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
148) Hansı dəyişiklik gecikmiş meyit əlamətlərinə aiddir?

A) Meyit quruması

B) Meyitin yaşıllaşması

C) Toxumaların massiv şəkildə nekrozlaşması

D) İmbibisiya

E) Meyit toxumalarında autoliz prosesinin daha da dərinləşməsi və son həddə çatması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
149) Hansı üzvlərin nekrozu qanqrena adlandırıla bilər?

A) Heç biri

B) Qalxan çənbər bağırsaq, qalça bağırsaq, ayağın baş barmağı

C) Sağ qulaq seyvanı, ağ ciyər qapısındakı limfa düyünləri

D) Sağ ayağın ikinci barmağı, nazik bağırsağın müsariqəsi, qasıq limfa düyünləri

E) Bud-çanaq oynağı, fəqərələrin köndələn çıxıntıları, sol əlin çeçələ barmağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
150) Xəstə miokard infarktından ölmüşdür. Ətraf mühitdə havanın temperaturu 40°C-dir. Meyit soyuması bu şəraitdə neçə dərəcə Selsi olacaqdır?

A) Təxminən 20°C

B) 5,4°C

C) Əksinə, meyit qızacaqdır

D) Təxminən 15°C

E) Bu cavabların heç biri düzgün deyil


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
151) Meyit ləkələrinin üçüncü mərhələsi hansıdır?

A) Hemostaz

B) Diffuziya

C) Demarkasiya

D) İnfiltrasiya

E) İmbibisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
152) Hansı cavab doğru hesab edilir?

A) Qanqrena gecikmiş meyit əlamətidir

B) Kazeoz nekroz koaqulyasion nekrozun növlərindən biridir

C) Koaqulyasion nekroz toxumanın fermentativ yumşalması və əriməsi nəticəsində inkişaf edir

D) Sekvestr toxumanın işemik nekrozuna deyilir

E) İnfarkt hava ilə təmasda olmayan toxumaların nekrozlaşmasına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
153) Meyit ləkələrinin ikinci mərhələsi necə adlanır?

A) Profuziya

B) Hipostaz

C) Diffuziya

D) İnfiltrasiya

E) İmbibisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
154) İnfarkt nədir?

A) Ürək əzələsinin (miokardın) ağır patologiyasına deyilir və çox vaxt ölümlə nəticələnir

B) Kəskin ürək çatışmazlığına deyilir

C) Apoptozun klinik-morfoloji formalarından biri olub, toxumanın ölərək yumşalmasına deyilir

D) Nekrozun klinik-morfoloji formalarından biri olub, qan təchizatının kəsilməsi nəticəsində toxumanın ölümünə deyilir

E) Qan dövranı patologiyalarının bir növü olub, ağırlaşmış işemik hala deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
155) İnfarktın forması nədən asılıdır?

A) Üzvün angioarxitektonikasından

B) Mənfəzi tutulmuş damarın kalibrindən

C) Mənfəzi tutulmuş damarın tipindən

D) İnfarkt olmuş nahiyənin üzvün səthində və ya dərinliyində yerləşməsindən

E) Üzvün histoarxitektonikasından


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
156) İnfarktın növü hansıdır?

A) Qırmızı infarkt

B) Qanqrenoz infarkt

C) Xroniki infarkt

D) Angiogen infarkt

E) Aseptik infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
157) Autoliz prosesi nəyin təsirindən baş verir?

A) Toxuma fermentlərinin təsiri ilə

B) Çürümə bakteriyalarının təsiri ilə

C) Saprofit mikroorqanizmlərin təsirindən

D) Patogen mikroorqanizmlərin təsiri ilə

E) Anaerob mikroorqanizmlərin təsiri ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
158) Miokard infarktından ölmüş xəstənin meyiti ölümdən 2 sutka sonra müayinə edilir. Bütün üzv və toxumalarda autoliz prosesi getmişdir. Belə halda miokardda infarkt ocağını autoliz sahələrindən diferensiasiya etmək üçün aşağıdakı hansı əlamətdən istifadə etmək olar?

A) Demarkasiya zonası

B) Paralitik genişlənmiş damarlar

C) Kariopiknoz

D) Kardiomiositlərin nüvələrinin boyanmaması

E) Karioreksis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
159) Demarkasiya zonası harada əmələ gəlir?

A) Şiş toxuması ilə onun kapsulası arasında

B) Nekrozun ayrı-ayrı klinik-morfoloji formaları arasında

C) Nekroz və ya digər patoloji (alterativ) ocaqlarla ətraf sağlam toxuma arasında

D) Ayrı-ayrı anatomik üzv və toxumaların arasındakı sərhəddə

E) Nekroz ocağının yerində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
160) Larşe ləkəsi nədir?

A) Kəskin qanitirmələr (və ya kəskin anemiyalar) zamanı endokardda meydana çıxan qırmızı rəngli xırda qansızma ocaqları

B) Qırmızı qurd eşənəyi zamanı sifətdə əmələ gələn simmetrik qırmızı ləkə

C) Meyit üzü üstə qaldıqda göz almasının ön tərəfində əmələ gələn meyit ləkəsinə deyilir

D) Dəridə perqament ləkələrinin sinonimidir

E) Meyit quruması ilə əlaqədar gözün ağlı qişasında meydana çıxır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
161) Aşağıdakı hansı patologiya ölümü təsdiq edən mütləq əlamətlərə aiddir?

A) Qan dövranının kəsilməsi

B) Xəstənin ağrı, termiki və taktil qıcıqlara qarşı hissiyyatının itməsi

C) Bədənin hərəkətsiz qalması

D) Bədən temperaturunun 20º C-dən aşağı enməsi

E) Nəbzin olmaması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
162) Qanqrenaya məruz qalmış toxumaların qara rəngdə olmasının səbəbi nədir?

A) Çünki qanqrena melanin piqmenti ilə zəngin olan toxumalarda baş verir

B) Nekrozlaşdıqdan sonra bu nahiyədə böyük sürətlə melanin piqmenti sintezi başlanır

C) Qanqrenaya məruz qalmış nahiyədə çoxlu miqdarda hemomelanin (hemozoin) əmələ gəlir

D) Bu toxumalarda eritrositlərin hemolizə uğraması nəticəsində çoxlu miqdarda hemosiderin piqmenti toplanır

E) Hemoqlobinin dəmiri ilə havadakı hidrogen-sulfid arasında reaksiya nəticəsində burada dəmir-sulfid əmələ gəlir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
163) Xarici görünüşünə görə infarktın növü hansıdır?

A) Ağ infarkt

B) Yumru və ya oval şəkilli (qranulomatoz) infarkt

C) Nekrotik infarkt

D) Bərk infarkt

E) Hialin infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Qan dövranı pozğunluqları

164) Xroniki ürək çatışmazlığı zamanı ağ ciyərdə nə baş verir?

A) Durğunluq emfizeması

B) “Ağ ciyər ürəyi”

C) Muskat ağ ciyər

D) Ağ ciyərin boz bərkiməsi

E) Ağ ciyərdə durğunluq sirrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
165) Aşağıdakı hallardan hansı toxuma emboliyası hesab edilir?

A) Damar daxilində qanın laxtalanması və trombun əmələ gəlməsi

B) Dölyanı mayenin qana keçməsi və emboliya törətməsi

C) Sarı sümük iliyindən piy maddələrinin qana keçməsi və emboliya törətməsi

D) Bədxassəli şiş toxumasından şiş hüceyrələrinin qana düşməsi, digər üzv və toxumalarda metastaza səbəb olması

E) Tromb kütləsinin damar divarından qopması və qanla hərəkət etməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
166) İşemiya nəyə deyilir?

A) Orqanizmdə dövran edən qanın ümumi həcminin azalmasıdır

B) Venoz damarda meydana çıxmış maneə ilə əlaqədar toxumadan venoz qanın pis getməsinə deyilir

C) Vahid həcm qanda eritrositlərin sayının azalmasına deyilir

D) Arterial damarda meydana çıxmış maneə ilə əlaqədar toxumaya gələn qanın ləngiməsinə və miqdarının azalmasına deyilir

E) Qan təchizatının kəskin şəkildə pisləşməsi və ya kəsilməsi ilə əlaqədar toxumanın nekrozlaşmasıdır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
167) Aşağıda arterial hiperemiyaların hansı növü göstərilmişdir?

A) İltihabi hiperemiya

B) Kompression hiperemiya

C) İşemik hiperemiya

D) Vikar hiperemiya

E) Qanın yenidən bölüşdürülməsi nəticəsində baş verən hiperemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
168) Aşağıdakı hansı patologiya xroniki ümumi venoz hiperemiyanın səbəbi ola bilər?

A) Miokardın infarktı

B) Qara ciyərin postnekrotik sirrozu

C) Ürəyin xroniki işemik xəstəliyi

D) Qapı venasının trombozu

E) Ağ ciyərin qırmızı infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
169) Aşağıda göstərilən hansı patoloji proses işemiyaların (azqanlılıq) bir növüdür?

A) Hipertonik işemiya

B) İltihabi işemiya

C) Serebral işemiya

D) Kardiogen işemiya

E) Obturasion işemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

170) Toxumalara daxili qanaxma baş vermiş (qansızma), damarətrafı toxumalar qanla sıxışdırılaraq kənara itələnmiş, boşluq əmələ gəlmiş və bu boşluq qanla dolmuşdur. Belə qanaxma necə adlanır?

A) Hemoptoye

B) İnsult

C) Hematoma

D) Hemorragik infiltrasiya

E) Endohemorragiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
171) Kəskin ümumi venoz hiperemiyanın səbəbi nədir?

A) Heç biri

B) Ağ ciyərdə pnevmoskleroz

C) Xroniki ürək çatışmazlığı

D) Qapı venasının trombozu

E) Toxumadan gedən venoz qanın ləngiməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
172) Qrip zamanı üzv və toxumalarda xırda qansızma ocaqları meydana çıxmışdır. Bu, mexanizminə görə qanaxmanın hansı növüdür?

A) Nöqtəvari qanaxma

B) Rektik qanaxma

C) Diapedez qanaxma

D) Diabrozin qanaxma

E) Kapilyarların divarlarının qrip virusları tərəfəndən yeyilib dağılması nəticəsində baş vermiş qanaxma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
173) Aşağıdakılardan hansı trombun növüdür?

A) Sarı tromb (ksantomatoz)

B) İltihabi tromb

C) Aterosklerotik tromb

D) Regenerator tromb

E) Heç biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
174) Ağ ciyərdə piy emboliyasını aşkar etmək üçün hansı boyaqdan istifadə edilir?

A) Perls reaksiyası

B) Lipembolin reaktivi

C) Konqo qırmızı

D) Hematoksilin və eozin

E) Sudan-3


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
175) Ağ ciyərin boz bərkiməsi hansı halda inkişaf edir?

A) Xroniki ümumi venoz hiperemiya

B) Ağ ciyərdə irinli pnevmoniya

C) Kəskin ümumi venoz hiperemiya

D) Ağ ciyərin arterial hiperemiyası

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
176) Muskat qara ciyər hansı halda inkişaf edir?

A) Miokardın infarktı

B) Qara ciyərin piy distrofiyası

C) Xroniki ümumi venoz hiperemiya

D) Qara ciyərin arterial hiperemiyası

E) Ağ ciyərin vərəmi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
177) Hansı patoloji proses emboliyaların növlərinə aiddir?

A) Döl emboliyası

B) Arterial emboliya

C) Dölyanı maye emboliyası

D) Cift emboliyası

E) Venoz emboliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
178) Piy emboliyasına şübhə zamanı hansı üzvün histoloji müayinəsi daha vacib hesab edilir?

A) Zədələnmiş dərialtı toxumadakı venoz damarlar

B) Ürəyin sağ mədəciyi

C) Sarı sümük iliyi

D) Ağ ciyər

E) Sınmış borulu sümüyün yaxınlığındakı dərin venoz damarın divarı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
179) Meyitdə hava emboliyasını təyin etmək üçün hansı üsuldan istifadə edilir?

A) Strukovun aeroembolik sınağı

B) Perls reaksiyası

C) “Ağ ciyər sınağı”

D) Suntsov sınağı

E) Minakov üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
180) Aşağıda göstərilən hansı proseslər qanaxmanın mexanizminə görə növləridir?

A) Patoloji qanaxma, travmatik qanaxma, hemorragik insult

B) Arterial qanaxma, venoz qanaxma, kapilyar qanaxmalar

C) Perrektin qanaxma, daxili qanaxma, xarici qanaxmalar

D) Diapedez qanaxma, diabrozin qanaxma

E) Rektik qanaxma, hematoma, hemorragik infiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
181) Aşağıdakı hansı patologiya kəskin ümumi venoz hiperemiyanın səbəbi ola bilər?

A) Qara ciyərin piy distrofiyası

B) Kardiosklerozlar

C) Miokardın infarktı

D) Revmatizm mənşəli ürək qüsuru

E) Anadangəlmə ürək qüsuru


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
182) Aşağıdakı dəyişikliklərdən hansıları xroniki ümumi venoz hiperemiya nəticəsində inkişaf edə bilir?

A) Dalağın sianotik bərkiməsi, iri ocaqlı kardioskleroz

B) Qara ciyərin massiv nekrozu, böyrəyin sianotik indurasiyası

C) Muskat qara ciyər, ağ ciyərin boz bərkiməsi

D) Ağ ciyərdə boz hepatizasiya, muskat dalaq

E) Baş beynin qırmızı yumşalması, üzv və toxumalarda ödemlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
183) Diabrozin qanaxma hansıdır?

A) Diabrozin preparatı ilə zəhərlənmə hallarında damar keçirijiliyinin yüksəlməsi və qanaxmanın baş verməsi

B) Damar divarının hansısa patoloji proses nəticəsində yeyilib-dağılması nəticəsində baş verən qanaxma

C) Şəkərli diabet zamanı baş verən qanaxmalar

D) Damar keçiriciliyinin infeksiya ilə əlaqədar pozulması və yüksəlməsi nəticəsində baş verən qanaxma

E) Portal hipertenziya zamanı yemək borusunun aşağı 1/3-nin varikoz genəlmiş damarlarından qanaxma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
184) Quruluşundan asılı olaraq aşağıda trombun hansı növü göstərilmişdir?

A) Hialin tromb

B) Sklerozlaşan tromb

C) Postmortal qan laxtaları

D) Autolizə uğramayan tromb

E) Ağ ciyər arteriyasının trombemboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
185) Hansı patologiya qanaxma deyil?

A) Anevrizma

B) Apopleksiya

C) Qançır

D) Hematomezis

E) Ekstravazat


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
186) Aşağıda göstərilən hansı patologiya trombun nəticələrinə aiddir?

A) Aseptik autoliz

B) Trombun qanqrenası

C) Trombun metaplaziyası

D) Trombun maliqnizasiyası

E) Aseptik çürümə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
187) Aşağıda emboliyaların hansı növü göstərilmişdir?

A) Ultrastruktur emboliya

B) Karbohidrat emboliyası

C) Toxuma emboliyası

D) Aseptik emboliya

E) Vakat emboliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
188) Eyni mənbədən çoxlu tromblar qoparaq biri-birinin ardınca trombemboliyalar və infarktlar törədərsə buna nə deyilir?

A) Tromboemboliya xəstəliyi

B) Tromboembolik koaqulopatiya

C) Tromboembolik sindrom

D) Politromboz

E) Politromboemboliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
189) Qanaxma dedikdə damarlardan və ya ürəkdən nəyin kənara çıxması nəzərdə tutulur?

A) Leykositlərin

B) Qan plazmasının

C) Göstərilənlərin ayrı-ayrılıqda heç birinin

D) Eritrositlərin

E) Monositlərin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
190) Xroniki ürək çatışmazlığı zamanı qara ciyərdə nə baş verir?

A) Hepato-kardial distrofiya

B) Kardiogen hepatit

C) Muskat qara ciyər

D) Qara ciyərin boz bərkiməsi

E) Metabolik (maddələr mübadiləsinin pozulması ilə əlaqədar) sirroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
191) Emboliyaların hansı növü şişlərin metastaz verməsinin mexanizmidir?

A) Toxuma emboliyası

B) Uşaqlığında xərçəng olan hamilə qadında ağ ciyərə dölyanı maye emboliyası

C) Trombemboliya

D) Piy emboliyası

E) Yad cisim emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
192) Ağ ciyərin boz indurasiyası zamanı ağ ciyər toxuması nə üçün bərkimiş olur?

A) Qanın az gəlməsi ilə əlaqədar ağ ciyər toxuması quruyur və bərkiyir

B) Ağ ciyərdə çoxlu miqdarda Qon ocaqları meydana çıxır

C) Ağ ciyərin stromasında (perivaskulyar və peribronxial sahələrdə) diffuz şəkildə sümükləşmə – ossifikasiya prosesi başlanır

D) Ağ ciyər toxumasına diffuz şəkildə kalsium duzları çökür və ağ ciyərdə kalsinoz (əhəngləşmə) baş verir

E) Xroniki hipoksiya ilə əlaqədar ağ ciyərdə birləşdirici toxuma inkişaf edir və ağ ciyər sklerozlaşır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
193) Aşağıdakı hallardan hansı emboliyaların növü deyildir?

A) Mikrob emboliyası

B) Toxuma emboliyası

C) Yad cisim emboliyası

D) Dölyanı maye emboliyası

E) Limfa mayesi emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə