Patoloji anatomiya


) Ağ ciyər arteriyasının özünün (şaxələrinin yox) iri trombla trombemboliyası zamanı ölümün səbəbi nə ola bilər?



Yüklə 1,11 Mb.
səhifə4/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   2   3   4   5   6   7   8   9   ...   16

194) Ağ ciyər arteriyasının özünün (şaxələrinin yox) iri trombla trombemboliyası zamanı ölümün səbəbi nə ola bilər?

A) Xroniki ümumi venoz hiperemiya

B) Sağ mədəcik çatışmazlığı nəticəsində qəfləti ölüm

C) Ağ ciyərlərdə çoxlu infarkt ocaqları

D) Mexaniki asfiksiya

E) Ağ ciyərlərdə iri ocaqlı pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
195) Hansı adda emboliya növü yoxdur?

A) Dölyanı maye emboliyası

B) Mikrob emboliyası

C) Trombemboliya

D) Limfa emboliyası

E) Yad cisim emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
196) Ağ ciyərin boz indurasiyası zamanı ağ ciyər toxumasında hansı piqment toplanmış olur?

A) Lipofussin

B) Melanin

C) Boz piqment

D) Qızılı piqment

E) Hemosiderin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
197) Ağ ciyər arteriyasının şaxələrinin xırda ölçülü tromblarla emboliyası adətən nə ilə nəticələnir?

A) Kəskin sağ mədəcik çatışmazlığı nəticəsində qəfləti ölüm

B) Ağ ciyərlərdə çoxlu infarkt ocaqları və xəstələrdə asfiksiya

C) Kəskin yerli arterial hiperemiya

D) Pulmo-koronar refleks nəticəsində qəfləti ölüm

E) Xroniki ağ ciyər - ürək çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
198) Aşağıdakı hansı hal toxuma emboliyasına misal ola bilər?

A) Ağ ciyər vərəminin hematogen yolla proqressivləşərək qara ciyərə yayılması

B) Dərin baldır venasından trombun qoparaq ağ ciyər arteriyasının şaxələrindən birinin mənfəzini tutması

C) Borulu sümüklərin yerdəyişməli sınıqları zamanı sarı sümük iliyindən piyin dərin venoz damarlara keçməsi və ağ ciyərdə piy emboliyası törətməsi

D) Düz bağırsaq xərçənginin qara ciyərə metastaz verməsi

E) Ürəkdə miokardın infarktı ilə əlaqədar aşağı ətraflarda ödemin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
199) Doğuş zamanı qadında dölyanı maye emboliyasından ölüm baş vermişdir. Histoloji müayinə zamanı bu növ emboliya üçün daha xarakter hansı dəyişiklik aşkar olunacaqdır?

A) Ağ ciyərin boz bərkiməsi

B) Göbək ciyəsi venasında amniotik (dölyanı) maye

C) Ağ ciyər damarlarında spazm

D) Miometriumun venalarında trombozlar

E) Ağ ciyərdə infarkt ocaqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
200) Aşağıdakı hansı xəstəlik böyrəkdə ikincili amiloidozun inkişafına gətirib çıxarmır?

A) Qarın yatalağı

B) Mielom xəstəliyi

C) Vərəm

D) Bronxoektaziya

E) Ağ ciyərlərin xroniki absesi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
201) Hava emboliyasına şübhə hallarında meyit müayinəsi haradan başlanır?

A) Qarın boşluğundan

B) Döş boşluğundan

C) Aşağı ətraflardan

D) Kəllədən

E) Yuxarı ətraflardan


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
202) Aşağıdakı hansı halda qırmızı infarkt əmələ gəlmir?

A) Üzvdən gedən venoz damarın trombemboliyası

B) Üzvə gələn arterial damarın trombozu

C) Üzvdən gedən venoz damarın trombozu

D) İkili tipə malik qan təchizatı olan üzv və toxumalarda

E) Venoz durğunluq nahiyələrində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
203) Hansı patologiya hemorragiya deyil?

A) Melanoz

B) Ekximoz

C) Epistaksis

D) Melena

E) Purpura


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
204) Dərialtı toxumaların travmatik əzilib-dağılması hansı emboliyanın inkişafına gətirib çıxara bilər?

A) Trombemboliya

B) Hava emboliyası

C) Dərialtı toxuma emboliyası

D) Piy emboliyası

E) Dəri emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
205) Piy emboliyası zamanı hansı üzvlərin kapilyarlarının piylə tutulması daha çox rast gəlinir və daha çox klinik əhəmiyyət kəsb edir?

A) Ağ ciyər və dalaq

B) Baş beyin və ürək

C) Ürək və böyrək

D) Ağ ciyər və baş beyin

E) Sümük iliyi və qara ciyər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
206) Aşağıda göstərilənlərdən hansı trombun nəticələrinə aid deyildir?

A) Orqanizasiya

B) Vaskulyarizasiya

C) Aseptik autoliz

D) Sekvestrasiya

E) Kanalizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

İltihab

207) İltihab nə deməkdir?

A) Patogen amillərin təsiri ilə toxumada müxtəlif xarakterli zədələnmələrin meydana çıxması

B) Mərkəzində nekrotik kütlələr olan hüceyrə reaksiyası

C) Toxumanın hansısa bir nahiyəsində ödemin əmələ gəlməsi

D) Patogen amillərin təsirinə qarşı orqanizmin damar-mezenximal xarakterli cavab reaksiyası

E) Toxumada qan dövranının kəskin pozğunluqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
208) Natamam faqositoz nə deməkdir?

A) Makrofaq mikrobu sitoplazmasına salır, öldürür, lakin əridə bilmir

B) Makrofaqların sayı azdır

C) Makrofaq mikrobu udur, lakin sitoplazmasına saldıqdan sonra öldürə bilmir

D) Makrofaq toxumanın nekrozlaşmış hissəciklərini faqositoza uğrada bilmir

E) Makrofaq mikrobu uda bilmir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
209) Aşağıda göstərilən hansı proses iltihabın mərhələlərindən biridir?

A) İmbibisiya

B) Proliferasiya

C) Algid mərhələ

D) Qranulyasiya

E) İnfiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
210) Aşağıda göstərilən hansı proses iltihabın bir növüdür?

A) Allergik iltihab

B) İmmun iltihab

C) Heç biri

D) Qranulyasion iltihab

E) Alterativ iltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
211) Aşağıdakı proseslərdən hansını iltihabın növü hesab etmək olar?

A) Parenximatoz iltihab

B) İnfeksion iltihab

C) Proliferativ iltihab

D) Mezenximal iltihab

E) Alterativ iltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
212) Aşağıdakı hansı xəstəlik zamanı qranulomatoz iltihab inkişaf edir?

A) Qranulomatoz qrip

B) Difteriyanın qranulomatoz forması

C) Poliomielit

D) Vərəm

E) Dizenteriya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
213) Aşağıdakı proseslərdən hansını iltihab hesab etmək olar?

A) Qranulyasiya

B) Leykositoz

C) Fleqmona

D) Metaplaziya

E) Faqositoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
214) Aşağıdakı hansı patoloji proses ekssudativ iltihabdır?

A) Seroz pulpit

B) Kataral kolit

C) Empiema

D) Sadalananların hamısı

E) Krupoz pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
215) Göstərilən hansı patoloji proses iltihabın inkişaf mərhələlərindən biridir?

A) Qranulomatoz iltihab

B) Ekssudativ iltihab

C) Ekssudasiya

D) Tranzitor mərhələ

E) Funksional mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
216) Göstərilən hansı patoloji proses proliferativ iltihablara aiddir?

A) Fleqmona

B) Qanqrenoz appendisit

C) Qranulyasiya

D) Ara pnevmoniya

E) Difteritik kolit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
217) Seroz ekssudativ iltihab göstərilən hansı toxumada baş verə bilər?

A) Mədədə

B) Baş beynin yumşaq qişasında

C) Göstərilənlərin hamısında

D) Perikardda, plevrada və peritonda (seroz qişalarda)

E) Qara ciyərdə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
218) Aşağıdakı proseslərdən hansı iltihabdır?

A) Abses

B) Nevus

C) Amiloidoz

D) Ağ ciyərin infarktı

E) Hematoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
219) Fibrinoz ekssudativ iltihabın əsas xarakter əlaməti nədir?

A) İltihab nahiyəsində fibroz toxumanın inkişafı

B) İltihab prosesinin fibrozlaşma istiqamətində inkişaf etməsi

C) Ekssudatın tərkibində çoxlu miqdarda tromb kütləsinin olması

D) İltihab ocağında limfo-leykositar infiltrasiyanın olması

E) İltihab ocağında çoxlu fibrin tellərinin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
220) “Tüklü ürək” aşağıdakı patoloji proseslərdən hansının əlamətidir?

A) İrinli perikardit

B) Perikardın əhəng distrofiyası

C) Epikardda iltihabdan sonra qranulyasiya toxumasının inkişafı

D) Ürəyin xarici qatındakı mezotel hüceyrələrin mutasiyaya uğraması və tüklərin inkişaf etməsi

E) Fibrinoz perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
221) Cüzam xəstəliyinin forması hansıdır?

A) Difteritik forma

B) İrinli və ya pioid forma

C) Hematogen forma

D) Tuberkuloid və ya vərəməbənzər forma

E) Sifiloid və ya sifilisəbənzər forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
222) Aşağıdakı patologiyalardan hansına difteritik fibrinoz iltihab demək olar?

A) Difteriya zamanı miokardda diffuz seroz ekssudativ iltihabın inkişafı

B) Difteriya ilə əlaqədar diafraqmanın iflici

C) Krupoz pnevmoniya zamanı alveollarda fibrinoz iltihabın inkişafı

D) Qrip zamanı əsnəkdə və digər yuxarı tənəffüs yollarında ekssudativ kataral iltihabın növlərindən birinin inkişafı

E) Damaq badamcıqlarının üzərində qalın fibrinoz iltihabi ərpin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
223) Aşağıdakı proseslərdən hansı iltihab hesab edilir?

A) Öd kisəsinin empieması

B) Ağ ciyərdə toxuma emboliyası

C) Qara ciyərin sirrozu

D) Ayağın baş barmağının qanqrenası

E) Hemorragik infiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
224) Difteritik iltihab zamanı əmələ gələn fibrinoz ərpin qalınlığı necə olur?

A) Ərp gözlə görünmür

B) Difteritik iltihab zamanı fibrinoz ərp əmələ gəlmir

C) Qalın

D) Orta qalınlıqlı

E) Nazik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
225) Mikroskopik müayinələr zamanı məhz hansı göstəriciyə əsaslanaraq irinli iltihab diaqnozu qoyula bilər?

A) İrin limfositləri

B) Kazeoz nekroz

C) Neytrofillər (polimorf nüvəli leykositlər)

D) Limfo-histiositar infiltrasiya

E) Göy irin çöpləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
226) Kataral iltihabın xarakter göstəricisi nədir?

A) İltihab ocağında nekrozun baş verməsi

B) İltihab ocağında çoxlu miqdarda iltihabi hüceyrə reaksiyası

C) İltihab nahiyəsində çoxlu miqdarda selikli ekssudatın əmələ gəlməsi

D) İltihab ocağında irinin meydana çıxması

E) Ekssudatın tərkibində çoxlu neytrofillərin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
227) Aşağıdakı hansı proses ekssudativ iltihabın bir növüdür?

A) Heç biri

B) Qranuloma

C) Alterativ dəyişikliklər

D) İltihabi polip

E) Qumma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
228) Aşağıdakı hansı üzvdə kataral iltihab baş verə bilməz?

A) Bronxiollar

B) Baş beynin yumşaq qişası

C) Damaq badamcığı

D) Qırtlaq

E) Qalça bağırsaq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
229) Kataral iltihab harada inkişaf edir?

A) Yalnız parenximatoz toxumalarda

B) Yalnız selikli və seroz qişalarda

C) Bütün qişalarda

D) Bütün üzv və toxumalarda

E) Yalnız selikli qişalarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
230) Produktiv iltihab nə ilə xarakterizə olunur?

A) Faqositozla

B) Toxumanın zədələnməsi ilə (alterasiya)

C) Çoxlu miqdarda iltihab ödeminin produksiyası ilə

D) İltihab ocağında iltihabi hüceyrələrin artıb-çoxalması ilə

E) Həmin nahiyədə çoxlu irin kütləsinin produksiyası ilə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
231) Aşağıdakı hansı pnevmoniya proliferativ iltihablara aid edilə bilər?

A) Krupoz və ya lobar pnevmoniya

B) Produktiv seroz pnevmoniya

C) Xroniki irinli pnevmoniya

D) Ara və ya interstitsial pnevmoniya

E) Ocaqlı və ya bronxopnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
232) İrinli iltihabın mikroskopik göstəricisi nədir?

A) Preparatdan üfunətli irin qoxusunun gəlməsi və göy irin çöplərinin görünməsi

B) İltihab ocağında cüzi miqdarda da olsa nekroz kütlələrinin görünməsi

C) Ekssudatın tərkibində polimorf nüvəli leykositlərin – neytrofillərin olması

D) Klinik məlumatlara əsasən antibiotikoterapiyanın aparılmaması

E) İltihabi hüceyrə infiltrasiyasının tərkibində T-killer limfositlərin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
233) Qranuloma nədir?

A) Xoşxassəli mezenximal şişlərin bir növüdür

B) Qranulositlərin xoşxassəli şişidir

C) Toxumanın qranulyar leykositlərlə diffuz şəkildə infiltrasiyasıdır

D) İltihablardan və ya nekrozlardan sonra həmin yerdə qranulyasiya toxumasının, yəni təzə birləşdirici toxumanın inkişafıdır

E) Yumru düyüncük şəklində proliferativ iltihab ocağıdır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
234) Kazeoz nekroz aşağıdakı xəstəliklərdən hansında rast gəlinə bilər?

A) Nekrotik bronxit

B) Böyrəyin vərəmi

C) Nekrotik nefroz

D) Sifilis (üçüncü mərhələdə)

E) Qara ciyərin massiv toksiki distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
235) Vərəm qranulomalarının mərkəzində nə olur?

A) Kazeoz nekroz

B) Divarının bütün qatları iltihablaşmış bronx

C) Fibrinoid nekroz

D) Limfo-leykositar infiltrasiya

E) Yapışqanabənzər nekroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
236) Qumma nədir?

A) Ağ ciyərin vərəmi zamanı inkişaf edən iltihab ocağıdır

B) Sifilisin üçüncü mərhələsindəki qranulomatoz iltihab ocağına deyilir

C) Cüzam xəstəliyinin lepromatoz forması üçün xarakterdir

D) Vərəm qranulomasına deyilir

E) Sifilisin birinci mərhələsindəki bərk şankra deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
237) Virxov hüceyrəsi nədir?

A) Skleroma xəstəliyi zamanı qranulomaların tərkibində görünür

B) Cüzam xəstəliyi zamanı natamam faqositozlu makrofaqdır

C) Xüsusi təhlükəli infeksion xəstəliyin törədicisidir

D) Sifilisin törədicisidir

E) Cüzam xəstəliyinin törədicisidir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
238) Hansı proses irinli ekssudativ iltihabın əsas xüsusiyyətlərindən biri hesab edilir?

A) İltihab ocağında çoxlu miqdarda ekssudat mayesinin toplanması

B) İltihabın patogen mikroorqanizmlər tərəfindən törədilməsi

C) İltihab ocağında birləşdirici toxumanın (skleroz) inkişaf etməsi

D) Ekssudat mayesindən kəskin üfunət iyinin gəlməsi

E) İltihab ocağında histoliz (toxumanın əriməsi, parçalanıb dağılması) prosesinin baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
239) Vərəm qranulomasının tərkibindəki çoxnüvəli giqant Lanqhans hüceyrələri aşağıda göstərilən hansı hüceyrədən əmələ gəlirlər?

A) Plazmositlərdən

B) NK-hüceyrələrdən

C) Giqant vərəm mikobakteriyalarından (Kox çöplərindən)

D) İkinci tip alveolositlərdən

E) Monositlərdən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
240) Virxov hüceyrələri hansı qranulomanın tərkibində olur?

A) Leproma

B) Xockin qranuloması

C) Sifilitik qranuloma

D) Respirator skleroma

E) Vərəm qranulomaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
241) Miokardda diffuz xırda ocaqlı kardioskleroz aşkar edilmişdir. Bu, adətən aşağıdakı hansı patologiyanın yerində inkişaf edə bilər?

A) “Tüklü ürək”

B) Diffuz proliferativ miokardit

C) Qayıdan ziyilli endokardit

D) “Pələng ürək”

E) Miokardın geniş sahəli infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
242) Adətən hansı iltihabdan sonra həmin toxuma strukturları tam bərpa oluna bilmir və onların yerində çapıq toxuması qalır?

A) Diffuz seroz

B) Hemorragik

C) İrinli-nekrotik

D) Qalın fibrinoz

E) Seroz kataral


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
243) Vərəm qranulomasında hansı hüceyrəyə rast gəlinmir?

A) Neytrofillər

B) Epitelioid hüceyrələr

C) Giqant yad cisim hüceyrələri

D) Lanqhans hüceyrələri

E) Makrofaqlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
244) Piogen membran nəyi əhatə edir?

A) Karbunkulu

B) Fleqmonanı

C) Xroniki absesi

D) Hematomanı

E) Xoşxassəli şişi (məsələn, adenoma)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
245) Mikroskopik müayinə zamanı miokardın stromasında limfoid hüceyrələrdən, leykosit, histiosit, fibroblast və plazmatik hüceyrələrdən ibarət diffuz infiltrasiya görünür. Ürəkdə aşkar edilən bu proses nə adlanır?

A) Fibrinoz-irinli pankardit

B) Qranulomatoz miokardit

C) Kardiomiopatiya

D) İrinli ekssudativ miokardit

E) İnterstitsial produktiv miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
246) Alterativ iltihab nə ilə xarakterizə olunur?

A) Aşkar olunan dəyişikliklər iltihaba alternativ proseslərdən ibarətdir

B) İltihab nahiyəsində patogen amil tərəfindən törədilmiş zədələnmələr üstünlük təşkil edir

C) İltihab nahiyəsində orqanizmin hələ heç bir cavab reaksiyası aşkar edilmir

D) Zədələnmiş nahiyədə iltihabi hüceyrə reaksiyasından başqa iltihab üçün xarakter olan heç bir dəyişiklik müəyyən olunmur

E) Belə bir iltihab növü ümumiyyətlə yoxdur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

İmmun sistemin patologiyaları

247) İmmun reaksiyalar hansı mexanizmlərlə həyata keçirilir?

A) Ekspansiv və invaziv mexanizmlərlə

B) İmmun və endokrin mexanizmlərlə kompleks şəkildə

C) Anticisim (humoral) və hüceyrə mexanizmləri

D) Tiksotropiya və diffuziya mexanizmləri

E) Antigen və opsonin mexanizmləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
248) I tip yüksək həssaslıq reaksiyaları (anafilaktik reaksiyalar) hansı immunoqlobulinlər tərəfindən təmin edilir?

A) IgG, IgD

B) IgA

C) IgM


D) IgE

E) Bu reaksiyaların inkişafında immunoqlobulinlər iştirak etmirlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
249) Aşağıda timusun hansı patologiyası göstərilmişdir?

A) Timusun xroniki interstitsial iltihabı

B) Timusun kistoz transformasiyası

C) Timusun yaş involyusiyası

D) Timusun aksidental involyusiyası

E) Timusun kəskin kataral iltihabı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
250) Hansı patologiya birinci qrup autoimmun xəstəliklərə aid deyildir?

A) Ensefalomielit

B) Aspermatogeniya

C) İdiopatik Adisson xəstəliyi

D) İmmun mexanizmli qlomerulonefrit

E) Xasimoto zobu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
251) Göstərilən hansı patoloji proses orqanizmdə I tip yüksək həssaslıq reaksiyası (anafilaktik reaksiya) kimi inkişaf edir?

A) İmmun mexanizmli qlomerulonefrit

B) Transplantatın qopma reaksiyası

C) Artyus fenomeni

D) Bronxial astma

E) Şiş toxumasına qarşı immun reaksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
252) Aşağıda göstərilən hansı patoloji proses birinci qrup (həqiqi) autoimmun xəstəliklərə aiddir?

A) Xroniki qastrit

B) Pielonefrit

C) Autoimmun faringit

D) Kəskin kataral xolesistit

E) Simpatik oftalmiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
253) Aşağıdakı hansı patologiya anadangəlmə immun çatışmazlıq sindromlarına aiddir?

A) Di-Corc sindromu

B) Timusun aksidental involyusiyası

C) Qoşe xəstəliyi

D) Tey-Saks xəstəliyi

E) Kapoşi sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
254) Aşağıdakı hansı patologiya zamanı (finalda) qazanılmış immun çatışmazlıq sindromu inkişaf edir?

A) Hüceyrə və humoral immuniteti çatışmazlığı

B) Timusun ageneziyası xəstəliyi

C) Humoral immuniteti çatışmazlığı sindromları

D) İnsan immunçatışmazlıq virusu infeksiyası sindromları

E) Hüceyrə immuniteti çatışmazlıqı sindromları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
255) Autoimmun xəstəlik (autoimmunizasiya) nəyə deyilir?

A) Orqanizmin immun sisteminin öz zülallarına qarşı reaksiya verməsi

B) Orqanizmə düşmüş autoliz fermentlərinə qarşı immun sistemin reaksiya verməsi

C) Başqa orqanizmin immun sisteminin bu orqanizmin zülallarına qarşı reaksiya verməsi

D) Orqanizmin immun sisteminin orqanizmə daxil olmuş yad zülallara qarşı reaksiya verməsi

E) Hüceyrədaxili autorequlyasiya proseslərinin pozulması nəticəsində ağır distrofik dəyişikliklərin baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
256) Aşağıda göstərilən hansı xəstəlik ikinci qrup autoimmun xəstəliklərə aiddir?

A) İdiopatik virus hepatiti

B) Revmatizm

C) Autoimmun aspermatogeniya

D) İdiopatik Addison xəstəliyi

E) Autoimmun fibrinoid appendisit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
257) T-helper limfositlər başqa adla necə adlanır?

A) CD8


B) “Köməkçi makrofaqlar”

C) Plazmositlər

D) CD4

E) T-supressorlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
258) Spesifik hüceyrə immun reaksiyası hansı hüceyrələr tərəfindən həyata keçirilir?

A) Retikulositlər

B) Makrofaqlar

C) Monositlər

D) Eozinofillər

E) Limfositlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
259) Aşağıdakı göstərilən hansı patoloji proses ikinci qrup autoimmun xəstəliklər qrupuna aid edilmir?

A) Anafilaktik şok

B) Qudpasçer sindromu

C) Revmatizm

D) Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi)

E) Qırmızı qurdeşənəyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə