Patoloji anatomiya


) Göstərilən hansı hallarda ikincili (qazanılmış) immun çatışmazlıq sindromu inkişaf edə bilər?



Yüklə 1,11 Mb.
səhifə5/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   2   3   4   5   6   7   8   9   ...   16

260) Göstərilən hansı hallarda ikincili (qazanılmış) immun çatışmazlıq sindromu inkişaf edə bilər?

A) Qoşe xəstəliyi, nekrotik nefroz

B) Kəskin qastrit, Bruton sindromu

C) Di-Corc sindromu, Nezelof sindromu

D) Şüa müalicələri, leykozlar

E) IgA-nefropatiya, kolloid zob


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
261) Aşağıdakı hansı patologiya immun sistemin yüksək həssaslıq reaksiyalarına aid deyildir?

A) Anafilaktik reaksiya

B) Effektor hüceyrə reaksiyası

C) İmmunkompleks reaksiyası

D) İkincili (aktiv) immun reaksiya

E) Sitotoksik reaksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
262) Hansı patoloji proses birincili hüceyrə immuniteti çatışmazlığı sindromlarına aid edilir?

A) Di-Corc sindromu

B) Timusun aksidental involyusiyası

C) İİV-infeksiya (qazanılmış immun çatışmazlıq sindromu)

D) Bruton sindromu

E) Vest sindromu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
263) Göstərilən hansı xəstəlik birincili humoral immunitet çatışmazlığı sindromlarına aiddir?

A) Timus birincili yaş involyusiyası

B) Di-Corc sindromu

C) Timusun hiperplaziyası sindromu ("timiko-limfatik vəziyyət")

D) Bruton sindromu

E) İİV-infeksiya (QİÇS)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Kompensator–uyğunlaşma prosesləri

264) Regenerasiya nədir?

A) Məhv olmuş toxumaların yerində yenisinin əmələ gəlməsi

B) Məhv olmuş toxuma elementlərinin və onların itirilmiş funksiyalarının yenidən bərpası

C) Hüceyrədaxili orqanellərin artıb çoxalması

D) Hüceyrələrin artıb çoxalması

E) Nekrozlaşmış toxuma sahəsində hüceyrələrin toplanması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
265) Hiperplaziya nədir?

A) Bəzi üzvlərdə xroniki iltihablar zamanı baş verən hiperplastik proseslərə deyilir (məsələn; hiperplastik endokardit, hiperplastik qlomerulonefrit və s.)

B) Sitoplazmatik orqanellərin, hüceyrələrin və ya digər toxuma elementlərinin miqdarının artması

C) Toxuma elementlərinin həcmcə böyüməsi

D) Hipertoniya xəstəliyi zamanı üzv və toxumaların məruz qaldıqları xarakter morfoloji dəyişiklik

E) Sitoplazmatik orqanellərin, hüceyrələrin və ya digər toxuma elementlərinin ölçülərinin böyüməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
266) Miokardın hipertrofiyasının əsasını nə təşkil edir?

A) Miokardda diffuz xırda ocaqlı kardioskleroz

B) Kardiomiositlərin hiperplaziyası

C) Miokard stromasının ödemi və kardiomiositlərin biri-birindən aralanması

D) Kardiomiositlərin ultrastruktur orqanellərinin hiperplaziyası və bununla da əlaqədar kardiomiositlərin həcmcə böyüməsi

E) Kardiomiositlərdə kompensator olaraq piy damlalarının əmələ gəlməsi və kardiomiositlərin həcmcə böyüməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
267) Göstərilən hansı patoloji proses metaplaziyanın baş verməsinə gətirib çıxara bilər?

A) Həmin nahiyədə kəskin işemiya

B) Diffuz peritonitlə əlaqədar orqanizmin ümumi intoksikasiyası

C) Həmin nahiyədə xroniki iltihabi prosesin olması

D) Baş beyin yarımkürələrinə qansızma və iflic

E) Nükleoproteid mübadilə pozğunluğu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
268) Patoloji regenerasiyaya misal olaraq nəyi göstərmək olar?

A) Natamam reparativ regenerasiya

B) Qranulyasiya toxumasının meydana çıxması

C) Regenerator hiperplaziya

D) Çapıq toxumasının əmələ gəlməsi

E) Metaplaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
269) Regenerasiyanın hüceyrə forması hansı üzv və toxuma üçün xarakterdir?

A) Birləşdirici toxuma

B) Miokard

C) Baş beyin

D) Eninəzolaqlı əzələ toxuması

E) Onurğa beyninin hərəki neyronları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
270) Natamam reparativ regenerasiya nə deməkdir?

A) Regenerasiya prosesinin özünün pozulması

B) Fizioloji regenerasiyanın axıra qədər getməməsi

C) Məhv olmuş toxumanın yerində birləşdirici toxumanın əmələ gəlməsi

D) Hiporegenerasiya

E) Natamam faqositozla əlaqədar regenerasiya prosesinin axıra qədər getməməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
271) Regenerasiyanın hüceyrədaxili forması hansı üzv və toxuma üçün daha xarakterdir?

A) Qara ciyər

B) Periton

C) Miokard

D) Xüsusi dərinin birləşdirici toxuması

E) Dərialtı piy toxuması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
272) Aşağıda regenerasiyanın növlərindən hansı biri göstərilmişdir?

A) Hüceyrədaxili (intrasellyulyar) regenerasiya

B) Sellyulyar regenerasiya

C) Epitel regenerasiyası

D) Reparativ regenerasiya

E) Selikli qişaların regenerasiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
273) Atrofiya zamanı üzv və toxumaların boz rəngdə olmasının səbəbi nədir?

A) Toxumalarda “boz piqment”in (patoloji hemoqlobinogen piqmentlərin bir növü) miqdarının çoxalması

B) Qidalanmanın zəifləməsi ilə əlaqədar melanin piqmentinin çoxalması

C) Xroniki hipoksiya ilə əlaqədar sklerozlaşma

D) Qan təchizatının zəifləməsi

E) Lipofussin piqmentinin çoxalması (lipofussinoz)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
274) Tam reparativ regenerasiya nədir?

A) Fizioloji regenerasiyanın axıra qədər getməsi

B) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində eynilə həmin toxuma elementlərinin yaranması

C) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində həmin toxumanın başqa bir növünün yaranması

D) Fizioloji olaraq ömrünü başa vurmuş hüceyrə və toxumaların yenidən tam bərpası

E) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yerində birləşdirici toxumanın yaranması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
275) Miokardın infarktı zamanı bir qrup kardiomiositlər nekrozlaşaraq məhv olurlar. Onların yerində çapıq toxuması əmələ gəlir. Məhv olmuş kardiomiositlərin itmiş funksiyaları isə yaxınlıqdakı salamat qalmış kardiomiositlərin hipertrofiyaları hesabına bərpa olunur. Bu, regenerasiyanın hansı növüdür?

A) Disregenerasiya

B) Patoloji regenerasiya

C) Postnekrotik regenerasiya

D) Natamam reparativ regenerasiya (və ya substitusiya)

E) Tam reparativ regenerasiya (və ya restitusiya)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
276) Miokardın infarktı zamanı bir qrup kardiomiositlər nekrozlaşaraq məhv olurlar. Onların yerində çapıq toxuması əmələ gəlir. Məhv olmuş kardiomiositlərin itmiş funksiyaları isə yaxınlıqdakı salamat qalmış kardiomiositlərin hipertrofiyaları hesabına bərpa olunur. Bu, regenerasiyanın hansı formasıdır?

A) Hüceyrə forması

B) Regenerasiyanın natamam reparativ forması (və ya substitusiya forması)

C) Regenerasiyanın çapıq forması

D) Hipertrofik forma

E) Hüceyrədaxili forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
277) Patoloji regenerasiya nədir?

A) Regenerasiya prosesinin hansısa bir patologiya fonunda getməsi

B) Natamam regenerasiya

C) Patoloji proseslər nəticəsində məhv olmuş toxuma elementlərinin yenidən bərpası

D) Reparativ regenerasiya

E) Regenerasiya prosesinin normal gedişinin pozulması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
278) Aşağıda patoloji regenerasiyanın (disregenerasiya) hansı növü göstərilmişdir?

A) Hiperregenerasiya

B) Birincili disregenerasiya

C) Qazanılmış disregenerasiya

D) Patoloji regenerasiyanın hüceyrə forması

E) Natamam patoloji regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
279) Patoloji regenerasiyaya misal olaraq nəyi göstərmək olar?

A) Sınıq nahiyəsində sümük döyənəyinin meydana çıxması

B) Hipertrofiya

C) İnfarktdan sonra miokardda kardiomiositlərin əvəzinə çapıq toxumasının əmələ gəlməsi

D) Atrofiya

E) Natamam reparativ regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
280) Hipertrofiya nəyə deyilir?

A) Kompensasiya məqsədilə toxumanın struktur elementlərinin (sitoplazmatik orqanellər, hüceyrə, üzv) həcmcə böyüməsi

B) İltihabın proliferasiya mərhələsində hüceyrələrin artıb çoxalması

C) Ödemlə əlaqədar toxumanın həcmcə böyüməsi

D) İltihabi polip nahiyəsində hüceyrələrin artıb çoxalması

E) Funksiyanın çoxalması ilə əlaqədar üzvün həcminin kiçilməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
281) Aşağıdakı proseslərdən hansı hipertrofiyaların bir növü hesab edilir?

A) Kompensator və ya funksional hipertrofiya

B) Yerli və ya lokal hipertrofiya

C) Ümumi və ya generalizə olunmuş hipertrofiya

D) Disfunksional hipertrofiya

E) Kompression hipertrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
282) Qranulyasiya toxuması nə deməkdir?

A) Miliar vərəmin formalarından biridir

B) Xoşxassəli şiş toxumasıdır

C) Patologiya ocağında formalaşmaqda olan təzə birləşdirici toxumadır

D) Bədxassəli limfomaların bir növüdür

E) Proliferativ iltihabların bir növüdür (iltihabi hüceyrə elementlərinin artıb-çoxalması ilə müşaiyət olunan yumru düyün şəkilli iltihab ocağı)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
283) Aşağıda göstərilən hansı proses hipertrofiya adlandırıla bilər?

A) Toxumanın ödem hesabına şişməsi

B) Hüceyrənin, toxumanın və ya üzvün alimentar piylənməsi

C) Hüceyrənin, toxumanın və ya üzvün həcmcə böyüməsi

D) Proliferativ iltihab ocağının həcmcə böyüməsi

E) Şiş hüceyrələrinin sürətlə artıb çoxalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
284) “Öküz ürək” nə deməkdir?

A) Miokardın parenximatoz piy distrofiyası ilə əlaqədar ürəyin böyüməsi

B) Hipertoniya xəstəliyi zamanı ürəyin sol mədəciyinin böyüməsi və ürəyin hipertrofiyası

C) Fibrinoz perikardit zamanı öküz dərisinə bənzər “tüklü ürəyin” inkişaf etməsi

D) Miokardın parenximatoz piy distrofiyası ilə əlaqədar endokardda piy zolaqlarının əmələ gəlməsi və öküz dərisini xatırlatması

E) Miokardın mezenximal piy distrofiyası ilə əlaqədar kardiomiositlər arası sahələrdə çoxlu miqdarda piy toxumasının meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
285) Aşağıda göstərilən hansı patoloji proses hipertrofiyaların bir növüdür?

A) Obturasion hipertrofiya

B) Atrofik hipertrofiya

C) Alimentar hipertrofiya

D) Müxtəlif fiziki və kimyəvi amillərin təsirindən baş verən hipertrofiya

E) Vikar hipertrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
286) Atrofiya nə deməkdir?

A) Üzvün anadangəlmə tam inkişaf etməməsi

B) Canlı orqanizmdə toxumanın həcmcə kiçilməsi və onun funksiyasının zəifləməsi

C) Canlı orqanizmdə üzv və toxumalarda qidalanmanın tamamilə dayanması

D) Canlı orqanizmdə üzv və toxumalarda qidalanmanın zəifləməsi

E) Üzvün tamamilə olmaması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
287) Aşağıdakı hansı patoloji proses kaxeksiyaların (ümumi atrofiya) bir növü hesab edilir?

A) Hamiləlik kaxeksiyası

B) Hipotrofik kaxeksiya

C) Xərçəng kaxeksiyası

D) Psixo-emosional (əsəb, qəm-qüssə) kaxeksiya

E) Funksional (çoxhərəkətlilik) kaxeksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
288) Aşağıda yerli patoloji atrofiyaların hansı növü göstərilmişdir?

A) Disfunksional atrofiya

B) Qocalıq atrofiyası

C) Kaxeksiya

D) Funksional atrofiya

E) Kompensator atrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
289) Atrofiya zamanı üzv və toxumaların boz rəngdə olmasının səbəbi nədir?

A) Toxumalarda hemozoin piqmentinin çökməsi (hemozoinoz)

B) Həmin toxumalarda lipofussin piqmentinin çoxalması (lipofussinoz)

C) Kaxeksiya ilə əlaqədar qanda “boz piqment”in miqdarının çoxalması və toxumalara çökməsi

D) Bu toxumalarda atrofin piqmentinin meydana çıxması (atrofinoz)

E) Üzv və toxumalarda qan təchizatının zəifləməsi ilə əlaqədar fibroblastların aktivliklərinin yüksəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
290) Aşağıda dərin yaraların sağalmasının hansı forması göstərilmişdir?

A) Dərin yaraların tam reparativ regenerasiya ilə sağalması

B) Epitelin örtük defektinin bilavasitə bağlanması ilə sağalma

C) Yaraların ikincili bitişmə ilə sağalması

D) Yaraların qaysaq altında sağalması

E) Dərin yaraların iltihabsız (uninflammation) sağalması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
291) Metaplaziya nədir?

A) Bədxassəli şişin başqa nahiyələrə yayılması

B) Toxumanın məhv olmuş bir növünün yerində həmin toxumanın başqa bir növünün meydana çıxması

C) Məhv olmuş bir toxumanın yerində başqa bir toxumanın meydana çıxması

D) Bədxassəli şişin artıb çoxalaraq böyüməsi

E) Reparativ regenerasiyanın bir növüdür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
292) Qranulyasiya toxumasının qatlarına aşağıdakılardan hansı aiddir?

A) Səthi damar (kapilyar) ilgəkləri qatı

B) Septiki qat

C) Fibrinoid nekroz qatı

D) Demarkasiya qatı

E) Kataral-proliferativ qat


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
293) Aşağıda göstərilən hansı hal toxumalarda birləşdirici toxumanın inkişafına (sklerozlaşma) gətirib çıxarır?

A) Kəskin ürək çatışmazlığı

B) Uzun müddətli yerli reflektor arterial hiperemiya

C) Xroniki hipoksiya

D) Timusun ageneziyası

E) III tip hiperhəssaslıq reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
294) Aşağıda göstərilən hansı proses atrofiyanın baş vermə səbəbi ola bilməz?

A) İşemiya

B) Funksiyanın az olması (hipofunksiya)

C) Toxumaya kənardan kompression təsir

D) Funksional yüklənmə (üzv və ya toxumanın hiperfunksiyası)

E) Qocalıq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
295) Aşağıdakı hansı dəyişiklik hüceyrənin hipertrofiyaya uğramasının morfoloji əlamətidir?

A) Hüceyrənin şişərək “üzüyəbənzər hüceyrə”yə çevrilməsi

B) Nüvənin kiçilməsi və büzüşməsi (kariopiknoz)

C) Hüceyrədə lipofussin qranullarının toplanması (lipofussinoz)

D) Hüceyrənin ölçülərinin – həcminin böyüməsi

E) Hüceyrə membranının dartılaraq gərilməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
296) Dəridə və daxili üzvlərdə epitellərin regenerasiyasının düzgün getməsi və başa çatması üçün hansı toxuma komponentinin olması vacibdir?

A) Salamat qalmış epitel hüceyrələri

B) Qan damarları

C) Bazal membran

D) Sütun hüceyrələr

E) Sinir ucları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
297) Qaraciyərin bir hissəsi kəsilib götürüldükdən bir neçə ay sonra xəstə mexaniki asfiksiyadan ölmüş və daxili müayinə zamanı aşkar olunmuşdur ki, qara ciyər bütünlüklə bərpa olunmuşdur. Bu, regenerasiyanın hansı növüdür?

A) Tam reparativ regenerasiya

B) Tam patoloji regenerasiya

C) Amputasion regenerasiya və ya substitusiya

D) Fizioloji regenerasiya

E) Natamam reparativ regenerasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
298) Hidronefroz atrofiyanın hansı növünün nəticəsi olaraq inkişaf edir?

A) Hidrostatik atrofiya

B) Nefrotik atrofiya

C) Kompression atrofiya

D) Neyrotrofik atrofiya

E) Disfunksional atrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
299) Miokardın ekssentrik hipertrofiyası (hipertrofiyanın dekompensasiya mərhələsi) zamanı kardiomiositlərdə hansı patoloji proses aşkar olunur?

A) Kardiomiositlərin hiperplaziyası

B) Mezenximal piy distrofiyası

C) Hidropik distrofiya

D) Kariolizis

E) Steatoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
300) Sümük sınıqları zamanı skelet əzələlərində baş verən atrofiya növünə görə necə adlanır?

A) Hormonal atrofiya

B) İşemik atrofiya

C) Disfunksional atrofiya

D) Kompression atrofiya

E) Neyrotrofik atrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
301) Normal bədən ölçülərinə malik böyük yaşlı şəxsdə ürəyin çəkisi neçə qramdan çox olmalıdır ki, buna ürəyin hipertrofiyası deyilsin?

A) 500 qram

B) 100 qram

C) 250 qram

D) 650 qram

E) 350 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Şişlər (ümumi hissə). Epitel toxumasının şişləri

302) Aşağıda şişlərin əmələ gəlməsini (kanserogenez) izah edən hansı nəzəriyyə göstərilmişdir?

A) Alimentar-infiltrasion nəzəriyyə

B) Polietioloji nəzəriyyə

C) Monoetioloji nəzəriyyə

D) Filogenetik nəzəriyyə

E) İmmun çatışmazlıq nəzəriyyəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
303) Aşağıda şişlərin böyüməsinin hansı mexanizmi göstərilmişdir?

A) Deskvamativ böyümə

B) Konsentrik böyümə

C) Ekssentrik böyümə

D) Ekspansiv böyümə

E) Eksfoliativ böyümə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
304) Diferensiasiya dərəcələrindən asılı olaraq bəd xassəli şişlərin hansı növü göstərilmişdir?

A) Yüksək diferensiasiyalı şişlər

B) Çox yüksək diferensiasiyalı şişlər

C) Klinik diferensiasiyalı şişlər

D) Kriogen diferensiasiyalı şişlər

E) “Yerində şiş” (“Carsinoma in situ”)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
305) Aşağıdakı hansı patologiya bədxassəli şiş toxumasında ikincili dəyişiklik kimi inkişaf edir?

A) Amiloidoz

B) Maliqnizasiya

C) Qansızma ocaqları

D) Skleroz ocaqları

E) Xərçəng mirvariləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
306) Aşağıda göstərilən hansı patoloji proses şiş atipizminə aiddir?

A) Toxuma atipizmi

B) Latent atipizm

C) Orqanizm atipizmi

D) Terapevtik patomorfoz

E) Orqan atipizmi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
307) Bədxassəli şişlər üçün hansı böyümə mexanizmi xarakterdir?

A) Residivlə böyümə

B) Metastazvermə hesabına böyümə

C) Parenximatoz böyümə

D) İnvaziv böyümə

E) Ekspansiv böyümə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
308) Aşağıda göstərilən hansı növ antigenlər şiş toxumasında antigen atipizmi kimi rast gəlinə bilir?

A) Molekulyar antigenlər

B) Toxuma antigenləri

C) İmmunoloji antigenlər

D) Embrional antigenlər

E) Hüceyrə antigenləri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
309) Şiş nə deməkdir?

A) Sonradan diferensiasiya etməklə hüceyrələrin sürətlə artıb çoxalması

B) Diferensiasiya etməmiş sümük iliyi hüceyrələrinin qana keçməsi

C) Diferensiasiya etməmiş hüceyrələrin nizamsız və nəzarətsiz artıb çoxalması

D) Proliferativ iltihab ocağında hüceyrələrin artıb çoxalması

E) Ekssudasiya prosesində leykositlərin damardan toxumaya keçməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
310) Diferensiasiya dərəcəsinə görə aşağıda şişlərin hansı növü göstərilmişdir?

A) Displaziyalı şişlər

B) Diferensiasiya etməmiş şişlər

C) Krupoz diferensiasiyalı şişlər

D) Diferensiasiya etməmiş xoşxassəli şişlər

E) Metastatik diferensiasiyalı bədxassəli şişlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
311) Normal hüceyrənin (o cümlədən də xoşxassəli şiş hüceyrəsinin) bədxassəli şiş hüceyrəsinə çevrilməsi necə adlanır?

A) Karsinoma

B) Displaziya

C) Metaplaziya

D) Kanserizasiya

E) Maliqnizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
312) Aşağıda göstərilən hansı vəziyyət şişlərin inkişafı üçün risk faktoru ola bilər?

A) Kəskin appendisit

B) Uşaqlığın xərçəngi

C) Onkoviruslar

D) Kardioskleroz

E) Qocalıq


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
313) Şişin orqanizmə ümumi təsiri nə deməkdir?

A) Aortanın yaxınlığındakı şişin böyüyərək aortanı sıxması

B) Şiş toxumasında əmələ gəlmiş toksiki maddələrlə orqanizmin intoksikasiyası

C) Şiş hüceyrələrinin digər bütün üzv və toxumalara yayılması

D) Mədə-bağırsaq traktında inkşaf edən şişlər zamanı qida maddələrinin keçə bilməməsi və xəstənin arıqlaması (xərçəng kaxeksiyası)

E) Şiş xəstəliyi ilə əlaqədar xəstədə psixoloji stress


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
314) Aşağıdakı hansı patologiya xoşxassəli şiş toxumasında ikincili dəyişiklik kimi rast gəlinə bilir?

A) Ətraf toxumaların sıxılması, sarılıq (məsələn, qara ciyərin qapısı nahiyəsindəki xoş xassəli şiş zamanı)

B) “Üzüyəbənzər hüceyrələr”in meydana çıxması, hepato-renal sindrom

C) İltihabi hüceyrə reaksiyası, kalsinoz ocaqları

D) Metaplaziya, maliqnizasiya

E) Metastazvermə, invaziya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
315) Şiş toxumasında hüceyrə atipizmi aşağıda göstərilən hansı şişdə ola bilər?

A) Fibroleyomioma

B) Virus mənşəli papilloma

C) Sərhəd nevusu

D) Adenokarsinoma

E) Uşaqlığın fibromatozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
316) Limfogen metastazlar aşağıdakı şişlərdən hansı üçün xarakter ola bilər?

A) Osteosarkoma

B) Bədxassəli astrositoma

C) Uşaqlığın fibroleyomioması

D) Yemək borusunun xərçəngi

E) Mədənin bədxassəli sinovioması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
317) Aşağıda göstərilən hansı xüsusiyyət bədxassəli şişlərə aiddir?

A) Orqanizmə ümumi təsir

B) Şiş toxumasında iltihabi hüceyrə infiltrasiyasının inkişaf etməsi

C) Şiş toxumasında qansızma ocaqlarının olması

D) Şişin böyüyərək ətraf toxumaları sıxması

E) Şişin diferensiasiya etməsi və seliklənməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
318) Hansı dəyişiklik hüceyrə atipizmi kimi qiymətləndirilə bilər?

A) Toxuma stromasının limfo-leykositar elementlərlə infiltrasiyası

B) Hüceyrələrdə polimorfizm, nüvələrdə hiperxromiya

C) Arterial azqanlılıq, venoz hiperemiya

D) Parenxima ilə stroma arasındakı normal nisbətin pozulması

E) Ağır distrofiya və nekroz ocaqlarının meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə