Patoloji anatomiya


) Xockinin kiçik və böyük hüceyrələri hansı xəstəlik üçün xarakterdir?



Yüklə 1,11 Mb.
səhifə7/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   2   3   4   5   6   7   8   9   10   ...   16

392) Xockinin kiçik və böyük hüceyrələri hansı xəstəlik üçün xarakterdir?

A) Anadangəlmə Xoçkin anemiyası

B) İdiopatik Xoçkin sarkoidozu

C) Limfoqranulomatoz

D) Xroniki mieloid leykoz

E) Mielom xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
393) “Pioid sümük iliyi” aşağıdakı leykozlardan hansında əmələ gəlir?

A) Xroniki leykozların irinli ağırlaşmaları zamanı

B) Xroniki limfoleykoz

C) İlkin makroqlobulinemiya

D) Kəskin mieloblast leykoz

E) Kəskin irinli leykoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
394) Leykozlar zamanı ölümün səbəbi əsasən nə ola bilər?

A) Medulyar (sümük iliyi) şok

B) Septiki və xoralı-nekrotik ağırlaşmalar

C) Asfiksiya

D) Qara ciyərin kəskin piy distrofiyası və bununla da əlaqədar kəskin qara ciyər çatışmazlığı

E) Kəskin ürək çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
395) Aşağıda limfomaların hansı növü göstərilmişdir?

A) Yarımkəskin idiopatik limfoma

B) Xroniki limfoleykoz

C) Kəskin limfoblast leykoz

D) Plazmositoma

E) Retikulosarkoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
396) Qanyaradıcı (hemopoetik) və ya limfoid toxumanın regionar (yerli) şiş xəstəliyi necə adlanır?

A) Limfangioma

B) Limfoma

C) Regionoma

D) Limfadenoma

E) Hemopoetik leykoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
397) Leykoz infiltratları nədir?

A) Reaktiv olaraq inkişaf edən proliferativ iltihab ocaqları

B) Limfo-leykositar infiltrasiya

C) Leykoz zamanı üzv və toxumalarda hemorragik infiltrasiya (qansızmalar) ocaqları

D) Regenerator proliferasiya ocaqları

E) Leykoz hüceyrələrinin metastatik artıb çoxalma ocaqları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
398) Aşağıda göstərilən hansı patologiya xroniki leykozların növlərinə aiddir?

A) Mielom xəstəliyi

B) Kəskin diferensiasiya etməmiş leykoz

C) Xroniki leyomioma

D) Kəskin eritremiya

E) Limfoqranulomatoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
399) Aşağıda göstərilən hansı xəstəlik kəskin leykozlara aiddir?

A) Kəskin mielom leykoz

B) Kəskin eozinofil qranuloma

C) Kəskin Sezari xəstəliyi

D) Kəskin hemopoetik leykoz

E) Kəskin mieloblast leykoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
400) Filadelfiya xromosomu hansı xəstəlik üçün xarakterdir?

A) Xroniki mieloid leykoz (mieloleykoz)

B) Kəskin mieloblast leykoz

C) Xroniki Filadelfiya xəstəliyi (paraproteinemik leykozların Filadelfiyada geniş yayılmış endemik növü)

D) Xroniki limfoleykoz

E) Sezari xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
401) Aşağıda göstərilən patologiyalardan hansı kəskin leykozlara aid deyildir?

A) Kəskin meqakarioblast leykoz

B) Kəskin plazmoblast leykoz

C) Xloroz

D) Kəskin eritromieloblast leykoz (kəskin eritremiya)

E) Kəskin mielom xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
402) Hansı patologiya leykozlar üçün xarakter ağırlaşma hesab edilmir?

A) Sepsis

B) Burundan qanaxma

C) Sümük iliyində leykoz infiltratları

D) Pnevmoniya

E) Baş beynə qansızma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
403) Göstərilən bütün dəyişikliklər leykozların əsas əlamətlərindən hesab edilir, birindən başqa. O, hansıdır?

A) Hepatomeqaliya

B) Splenomeqaliya

C) Böyrəklərdə leykemik infiltratlar

D) Sümük iliyinin leykoz infiltrasiyası

E) Baş beynin infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
404) Hansı patologiya xroniki leykozlara aid edilmir?

A) Plazmositoma

B) Göbələyəbənzər mikoz

C) Xroniki monositar leykoz

D) Histiositozlar

E) Həqiqi polisitemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
405) Anemiya nəyə deyilir?

A) Qanda atipik leykoz hüceyrələrinin olması (azqanlılıq)

B) Orqanizmdə dövran edən qanın ümumi həcminin azalması

C) Qanın damar mənfəzindən kənara çıxmasına

D) Vahid həcm qanda hemoqlobinin (eritrositlərin) ümumi miqdarının azalmasına

E) Hansısa konkret bir nahiyəyə gedən qanın miqdarının azalmasına


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
406) İnkişaf mexanizmlərindən (etio-patogenezindən) asılı olaraq aşağıda anemiyaların hansı qrupu göstərilmişdir?

A) Displastik anemiyalar

B) Arterial anemiyalar

C) Dishemopoetik anemiyalar

D) Xroniki anemiyalar

E) Diapedez anemiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
407) Erlixin hipoplastik anemiyası hansı qrup anemiyalara aiddir?

A) İrsi eritrositopatiyalar qrupu

B) Qazanılmış hipoplastik anemiyalar

C) Hemolitik anemiyalar

D) Eritrositofermentopatiyalar

E) Dishemopoetik anemiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
408) Posthemorragik anemiya hansıdır?

A) Qanitirmə nəticəsində inkişaf edən anemiya

B) Qanyaranma prosesinin, yəni hemopoezin pozulması nəticəsində inkişaf edən anemiya

C) Heç biri

D) Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion) inkişaf edən anemiya

E) Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən anemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
409) Dishemopoetik anemiya nədir?

A) Eritrositlərin böyük sürətlə və massiv şəkildə hemolizləri nəticəsində baş verən anemiya

B) Heç biri

C) Orqanizmə çoxlu miqdarda qanın köçürülməsi nəticəsində (hemotransfuzion) inkişaf edən anemiya

D) Qanyaranma prosesinin pozulması nəticəsində inkişaf edən anemiya

E) Qanyaranma prosesinin sürətlənməsi nəticəsində inkişaf edən anemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
410) Hipoplastik və aplastik anemiyalar hansı qrup anemiyalara aiddir?

A) Hemolitik anemiyalar

B) Dishemopoetik anemiyalar

C) Defisit anemiyalar

D) Posthemorragik anemiyalar

E) İntravaskulyar anemiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
411) Minakov ləkələri nə zaman və harada əmələ gəlir?

A) Meyitin quruması ilə əlaqədar gözün ağlı qişasında

B) Qızılca xəstəliyi zamanı üst kiçik azı dişi bərabərliyində ağızın selikli qişasında

C) Kəskin qanitirmələr zamanı ürəyin sol mədəciyində endokardın altında

D) Bədənin ümumi soyuması zamanı mədənin selikli qişasında

E) Septiki endokarditlər zamanı gözün iç tərəfində konyunktivada


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
412) Talassemiya xəstəliyi anemiyaların hansı qrupuna aiddir?

A) Posthemorragik anemiyalar

B) Dishemopoetik anemiyalar

C) Kəskin anemiyalar

D) Eritrositopatiyalar

E) Hemolitik anemiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
413) Aşağıda dishemopoetik anemiyaların bir növü göstərilmişdir. O, hansıdır?

A) Hemoqlobinoz-S

B) Talassemiya

C) Oraqvari hüceyrəli anemiya

D) Erlixin hipoplastik anemiyası

E) Sferositoz (və ya irsi mikrosferositoz)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
414) Bağırsaq rezeksiyası hansı qrup anemiyaların meydana çıxmasına səbəb ola bilir?

A) Hemolitik anemiya

B) Xroniki anemiyalar

C) Eritrositopatiyalar

D) Posthemorragik anemiya

E) Dishemopoetik anemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
415) Hünter qlossiti hansı xəstəlik zamanı meydana çıxır?

A) Xockin xəstəliyi

B) B12-defisitli anemiya

C) İdiopatik Hünter karsinoması

D) Talassemiya xəstəliyi

E) Ağız boşluğunun viruslu infeksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
416) B12-defisitli anemiyanın patogenezi hansıdır?

A) İki valentli ekzogen dəmirin çatışmazlığı

B) Sepsis və intravaskulyar massiv hemoliz

C) Mədənin parietal vəzlərinə qarşı orqanizmdə autoantitellərin yaranması

D) Köndələn çənbər bağırsağın bir hissəsinin rezeksiyası

E) Fosfor-üzvi birləşmələrlə xroniki zəhərlənmə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
417) Fankoninin aplastik anemiyası hansı qrup anemiyalara aiddir?

A) Posthemorragik anemiyalar

B) Hemolitik anemiyalar

C) Arterial anemiyalar

D) Dishemopoetik anemiyalar

E) İrsi xarakterli qarışıq anemiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
418) Aşağıdakı hansı patologiya hemolitik anemiyalara aiddir?

A) Aplastik Fankoni anemiyası

B) Talassemiya

C) Fol turşusu defisitli anemiya

D) Hünter qlossiti

E) Bədxassəli anemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
419) Aşağıdakı hansı patologiya intravaskulyar hemolitik anemiyaların inkişafına səbəb ola bilər?

A) Talassemiya xəstəliyi

B) Kaslın daxili faktorunun (qastromukoprotein) çatışmazlığı

C) Xroniki daxili qanitirmə

D) İrsi sferositoz xəstəliyi

E) Leykoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
420) Aşağıda göstərilən hansı patologiya ekstravaskulyar hemolitik anemiyalara aiddir?

A) Erlixin hipoplastik anemiyası

B) Talassemiya xəstəliyi

C) Hemolitik zəhərlərin təsirindən baş verən anemiya

D) B12-defisitli anemiya

E) Fankoninin aplastik anemiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
421) Aşağıdakı anemiyaların hansında Hünter qlossiti baş vermir?

A) Bədxassəli anemiya

B) Pernisioz anemiya

C) Aplastik anemiya

D) Addison-Birmer anemiyası

E) B12-defisitli anemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
422) Kəskin qanitirmələr (posthemorragik anemiyalar) zamanı ürəyin sol mədəciyində subendokardial qansızmalardan ibarət ləkələr əmələ gəlir. Bu ləkələr necə adlanır?

A) Lukin-Libman ləkəsi

B) Larşe ləkəsi

C) Ceynuey ləkələri

D) Filatov-Koplik ləkəsi

E) Minakov ləkələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
423) Göstərilən hansı patologiya intravaskulyar hemolitik anemiyaların baş vermə səbəbi ola bilməz?

A) Leykoz

B) B12-vitamininin çatışmazlığı

C) Yanıq xəstəliyi

D) Malyariya

E) Sepsis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Ürək-damar sistemi xəstəlikləri

424) Aterosklerozun inkişafında hansı lipoproteidlər əsas rol oynayır?

A) Ara sıxlıqlı lipoproteidlər

B) Aşağı sıxlıqlı lipoproteidlər

C) Yüksək sıxlıqlı lipoproteidlər

D) Xilomikronlar

E) Çox yüksək sıxlıqlı lipoproteidlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
425) Aterosklerozun etio-patogenezini daha əsaslı və elmi şəkildə izah edən müasir nəzəriyyə hansıdır?

A) Aterosklerotik nəzəriyyə

B) “Cəmiyyətin sivilizasiyası nəzəriyyəsi”

C) Lipoproteid nəzəriyyəsi

D) Herontoloji nəzəriyyə

E) Trombogen nəzəriyyə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
426) Aşağıdakı hansı patologiya aterosklerozun ürək formasının analoqudur?

A) Destruktiv miokardit

B) Ürəyin işemik xəstəliyi

C) Arteriolosklerotik kardioskleroz

D) “Tüklü ürək”

E) Miokarditik xırdaocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
427) Aşağıda göstərilən hansı patologiya arteriosklerozların növlərinə aid deyildir?

A) Toksiki arterioskleroz

B) Ateroskleroz və ya metabolik arterioskleroz

C) İltihabi arterioskleroz

D) Vegener qranulomatozu

E) Arterioloskleroz və ya hialinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
428) Aterosklerotik nefroskleroz zamanı böyrəyin səthi necə olur?

A) Xırda ölçülərlə kələ-kötür

B) Xırdadənəvər

C) Hamar

D) Hamısı

E) İri ölçülərlə kələ-kötür


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
429) Ateroskleroz zamanı ilkin və əsas dəyişikliklər arteriyaların hansı qatında baş verir?

A) İntimada (daxili qatda)

B) Hamısında eyni dərəcədə

C) Orta və xarici qatlarda

D) Adventitsiyada (xarici qatda)

E) Mediada (orta qatda)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
430) Aterosklerozun aşağıdakı hansı mikroskopik inkişaf mərhələsi vardır?

A) Lipidönü mərhələ

B) Tranzitor mərhələ

C) Piy ləkələri mərhələsi

D) Damar dəyişiklikləri mərhələsi

E) Eroziya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
431) Aterosklerozun klinik-morfoloji formaları içərisində hansı belə bir forma yoxdur?

A) Aorta forması

B) Universal forma

C) Latent forma (və ya gizli ateroskleroz)

D) Ətraf forması

E) Müsariqə forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
432) Aterosklerozun inkişafında makroskopik olaraq (adi gözlə) hansı belə bir mərhələ yoxdur?

A) Beyinvari şişkinləşmə mərhələsi

B) Yaraların əmələ gəlməsi mərhələsi

C) Fibroz düyünlər mərhələsi

D) Aterokalsinoz mərhələsi

E) Piy ləkələri mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
433) Aterosklerozun hansı mərhələsi əhəng distrofiyası deməkdir?

A) Ateromatoz

B) Lipidogen kalsinoz

C) Aterosklerotik Qon ocağı

D) Liposkleroz

E) Aterokalsinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
434) Hansı dəyişiklik aterosklerozun beyin forması üçün xarakterdir?

A) Aterosklerotik meningit

B) Angiogen hidrosefaliya

C) İşemik insult

D) İşemik hiperemiya

E) Serebro-vaskulyar ensefalit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
435) Aterosklerozun beyin forması kəskinləşdikdə aşağıdakı hansı patologiya baş verə bilir?

A) Aterosklerotik ağıl zəifliyi

B) Aterosklerotik yaddaş pozğunluğu

C) Kəskin meninqoensefalit

D) İşemik insult

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
436) Aterosklerozun mikroskopik inkişaf mərhələləri içərisində hansı belə bir mərhələ yoxdur?

A) Lipidönü mərhələ

B) Yaralanma mərhələsi

C) Sağalma mərhələsi

D) Lipoidoz mərhələsi

E) Ateromatoz mərhələ


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
437) Aterosklerozun böyrək forması kəskinləşdikdə aşağıdakı hansı patologiya baş verə bilir?

A) Kəskin qlomerulonefrit

B) Kəskin aterosklerotik nefroskleroz

C) Böyrək toxumasında infarkt ocaqları

D) Böyrəkdə hemorragik insult

E) Kəskin diffuz xırdaocaqlı nefroskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
438) Aterosklerozun aorta forması aşağıdakı hansı patologiya ilə ağırlaşa bilər?

A) Aortanın anevrizması

B) Mezaortit

C) Aortanın mənfəzinin aterosklerotik düyünlərlə kəskin şəkildə daralması və bədənin aşağı hissəsinin işemiyası

D) Aortanın amiloidozu

E) Aortanın divarında ocaqlar şəklində lipidlərlə infiltrasiya və skleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
439) Aterosklerozun “piy ləkələri” (və ya piy zolaqları) mərhələsində həmin nahiyə mənfəzə doğru necə dəyişir?

A) Mənfəzlə nisbətdə heç bir dəyişiklik baş vermir

B) İntimanın səthində dərin çökəklik yaranır

C) Mənfəzə doğru bir qədər qabarıqlıq meydana çıxır

D) Divardan mənfəzə doğru kəskin qabarıqlıq yaranır

E) İntimanın səthində zəif çökəklik yaranır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
440) Aşağıda göstərilən hansı patologiya aterosklerozun ürək forması üçün xarakterdir?

A) Aterosklerotik endokardit

B) Ürəyin gecikmiş (“qocalıq”) iflici

C) Diffuz xırda ocaqlı kardioskleroz

D) Arteriolosklerotik kardioskleroz

E) Arteriolosklerotik perikardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
441) Aterosklerozun aşağıdakı hansı mikroskopik inkişaf mərhələsi vardır?

A) Funksional mərhələ

B) İşemik mərhələ

C) Yerli dəyişikliklər mərhələsi

D) Ləkə mərhələsi

E) Liposkleroz mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
442) Ateroskleroz öz inkişafında makroskopik olaraq (adi gözlə) aşağıdakı hansı mərhələni keçirir?

A) Fibroz düyünlər mərhələsi

B) Dərin ateroskleroz mərhələsi

C) Lipidönü mərhələ

D) Səthi ateroskleroz mərhələsi

E) Qalıq əlamətləri mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
443) Meyitin müayinəsi zamanı (vizual) damar mənfəzinin aterosklerotik düyünlə daralma dərəcəsi təxmini olaraq faiz göstəricisi ilə qiymətləndirilir. Bu faiz göstəriciləri içərisində hansı belə bir rəqəm ola bilməz?

A) 100%


B) 75%

C) Sadalananların hamısı düzgündür

D) 50%

E) 25%
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.


444) Aterosklerozun lipidoz mərhələsində lipidləri udmuş makrofaqlar necə adlandırılır?

A) Ksantom hüceyrələr

B) Lipoxrom hüceyrələr

C) Lanqhans və ya yad cisim hüceyrələri

D) Aterolipidoz hüceyrələr

E) Virxov hüceyrələri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
445) Aterosklerozun hansı mikroskopik mərhələsində damar divarında vizual olaraq sarı ləkələr görünür?

A) Parenximatoz piy distrofiyası

B) Ateromatoz mərhələ

C) Lipidoz mərhələsi

D) Xolesterin mərhələsi

E) Liposkleroz mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
446) Aşağıdakı hansı patoloji proses aterosklerozun böyrək formasında meydana çıxır?

A) Arteriolosklerotik qlomeruloskleroz

B) Aterosklerotik hematuriya

C) Aterosklerotik pielonefrit

D) Arteriolosklerotik nefroskleroz

E) Aterosklerotik nefroskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
447) Bu dəyişikliklərdən hansı biri hipertonik kriz üçün xarakter deyil?

A) Fibrinoid nekroz

B) Arteriolların divarında xırda ocaqlı diapedez qansızmalar

C) Arteriolların intima qatında “büküşlü görünüş”

D) İntimanın bazal membranının destruksiyası

E) Arteriolların divarında hialinoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
448) Orta yaşlı, normal bədən quruluşuna və çəkiyə malik şəxsdə ürəyin çəkisi neçədən yuxarı olduqda, buna ürəyin hipertrofiyası deyilir?

A) 100 qram

B) 650 qram

C) 500 qram

D) 350 qram

E) 200 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
449) Hipertoniya xəstəliyi zamanı əsas dəyişikliklər ürək-damar sisteminin hansı hissəsində baş verir?

A) Venalarda

B) Ürəkdə

C) Arteriollarda

D) Arteriyalarda

E) Kapilyarlarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
450) Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?

A) Arteriolların divarında fibrinoid nekroz

B) Üçlü sinirin iflici

C) Arteriolosklerotik yaddaş zəifliyi

D) Miokardın infarktı

E) Uremik koma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
451) Klinik gedişinə görə hipertoniya xəstəliyinin aşağıdakı hansı növü vardır?

A) Kəskin hipertoniya

B) Bədxassəli hipertoniya

C) Xroniki hipertoniya

D) Gərginlik hipertoniyası

E) Sakitlik hipertoniyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
452) Arterial hipertoniya xəstəliyinin birinci mərhələsi necə adlanır?

A) Üzv və toxumalarda sklerotik (və ya geridönməyən) dəyişikliklər mərhələsi

B) Preklinik (və ya funksional, tranzitor) hipertoniya

C) Simptomatik (və ya başlanğıc) hipertoniya mərhələsi

D) Yayılmış damar dəyişiklikləri mərhələsi

E) Hipertonik kriz mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
453) Aşağıdakı hansı patologiya hipertoniya xəstəliyinin beyin formasının analoqudur?

A) Baş beyin maddəsinin ödemi

B) Hidrosefaliya

C) Meninqoensefalit

D) İrinli meningit

E) Serebro-vaskulyar xəstəlik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
454) Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?

A) Tranzitor mərhələ

B) Funksional mərhələ

C) Yayılmış damar dəyişiklikləri mərhələsi

D) Ürəyin hipertrofiyası mərhələsi

E) Damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
455) Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?

A) Arteriolların intima qatının büküşlü şəkil alması

B) Vaskulit

C) Aortada medionekroz

D) Miokardın infarktı

E) Diffuz xırda ocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
456) Ürəyin hipertrofiyası arterial hipertoniya xəstəliyinin hansı mərhələsindən etibarən başlanır?

A) İkinci mərhələnin axırlarından

B) Birinci mərhələdən

C) İkinci mərhələnin əvvəllərindən

D) Üçüncü mərhələnin əvvəllərindən

E) İkinci mərhələnin ortalarından


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
457) Aşağıda göstərilən hansı patoloji proses xarakter olaraq hipertoniya xəstəliyi zamanı inkişaf edir?

A) Mikroangiopatiya

B) Aterosklerotik nefroskleroz

C) Aortanın anevrizması

D) Aterosklerotik kardioskleroz

E) Arteriolosklerotik kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
458) Hipertoniya xəstəliyinin ikinci mərhələsində arteriyalarda hansı dəyişiklik baş verir?

A) Flebit və flebotrombozlar

B) Yayılmış vaskulitlər

C) Ateroskleroz və elastofibroz

D) Plazmorragiya və hialinoz

E) Vegener qranulomatozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
459) Hipertoniya xəstəliyi nədir?

A) Böyrək patologiyası ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi

B) Arterial qan təzyiqinin daim yüksək səviyyədə qalması

C) Psixo-emosional gərginlik zamanı arterial qan təzyiqinin yüksəlməsi

D) Bəzi damar patologiyaları ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi

E) Arterial qan təzyiqinin daim yüksək səviyyədə qalması və buna da müvafiq xəstədə klinik və morfoloji dəyişikliklər kompleksinin olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə