Patoloji anatomiya


) Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?



Yüklə 1,11 Mb.
səhifə8/16
tarix30.05.2018
ölçüsü1,11 Mb.
#46795
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

460) Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?

A) Nodoz forma

B) Universal forma

C) Kardio-vaskulyar forma

D) Ürək forması

E) Aşağı ətraf forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
461) Hansı patologiya xarakter olaraq hipertoniya xəstəliyi zamanı inkişaf edir?

A) Arteriolosklerotik nefroskleroz

B) Bağırsaqların qanqrenası

C) Aterosklerotik nefroskleroz

D) Arteriit

E) Nekrotik vaskulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
462) Simptomatik hipertoniya aşağıdakı hansı qrup xəstəliklər zamanı baş vermir?

A) Ağ ciyər xəstəlikləri

B) Damar xəstəlikləri

C) Mərkəzi sinir sisteminin xəstəlikləri

D) Böyrək xəstəlikləri

E) Endokrin xəstəliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
463) “Diffuz xırda ocaqlı kardioskleroz” hipertoniya xəstəlyinin (ürək forması) hansı mərhələsində meydana çıxır?

A) Birinci mərhələdə

B) Heç birində

C) Üçüncü mərhələdə

D) İkinci mərhələnin ikinci yarısında

E) İkinci mərhələnin birinci yarısında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
464) Böyrəkdə hansı dəyişiklik hipertoniya xəstəliyi üçün xarakterdir?

A) Hipertonik qlomerulonefrit

B) Aterosklerotik nefroskleroz

C) Böyrəyin qazanılmış polikistozu

D) Arteriolosklerotik nefroskleroz

E) Nefritik nefroskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
465) Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?

A) Serebral forma

B) Yüngül forma

C) Aorta forması

D) Kiçik xoreya forması

E) Yuxarı ətraf forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
466) Bədxassəli hipertoniya zamanı böyrəkdə hansı proses inkişaf edir?

A) İkincili büzüşmə

B) Arteriolosklerotik nefroskleroz

C) Birincili büzüşmə

D) Farın bədxassəli nefrosklerozu

E) Bədxassəli hidronefroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
467) Hipertonik kriz zamanı arteriolların divarında aşağıda göstərilən hansı dəyişiklik (elektron-mikroskopik müayinə ilə) müşahidə edilə bilər?

A) Fibrinoid nekroz

B) Bazal membranın büküşlü şəkildə görünməsi

C) Plazmatik hopma

D) Hamısı

E) Bazal membranın destruksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
468) Aşağıdakı hansı patologiya hipertonik kriz üçün xarakter hesab edilə bilər?

A) Arteriolların divarında sklerotik dəyişikliklər (arterioloskleroz)

B) Ürəyin sol mədəjiyinin kompensator hipertrofiyası

C) Kəskin böyrək çatışmazlığı və anuriya

D) Arteriolların divarında hialinoz (arteriolohialinoz)

E) Arteriolların divarında fibrinoid nekroz və intimada büküşlülük


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
469) Arterial hipertoniya xəstəliyinin üçüncü mərhələsi necə adlanır?

A) Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönən dəyişikliklər mərhələsi

B) Ürəyin hipertrofiyası mərhələsi

C) Funksional hipertoniya mərhələsi

D) Geridönməyən hipertoniya mərhələsi

E) Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
470) Ürəyin ekssentrik hipertrofiyası arterial hipertoniya xəstəliyinin hansı mərhələsində inkişaf edir?

A) Birinci mərhələdə

B) İkinci mərhələnin birinci yarısında

C) Üçüncü mərhələdə

D) Heç birində

E) İkinci mərhələnin ikinci yarısında


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
471) Arteriolosklerotik nefroskleroz hipertoniya xəstəliyinin (böyrək forması) hansı mərhələsində meydana çıxır?

A) Heç birində

B) İkinci mərhələnin birinci yarısında

C) İkinci mərhələnin ikinci yarısında

D) Birinci mərhələdən etibarən

E) Üçüncü mərhələdən etibarən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
472) Hipertoniya xəstəliyi başqa adla necə adlanır?

A) Hipertonik vəziyyət

B) Kompensator hipertoniya

C) Essensial hipertoniya və ya arterial hipertenziya

D) Epidemik hipertoniya və ya sosial xəstəlik

E) Postkompensator və ya dekompensator hipertoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
473) Aşağıda simptomatik hipertoniyaların hansı qrupu göstərilmişdir?

A) Bədxassəli hipertoniya

B) Onkoloji hipertoniya

C) Asimptomatik hipertoniya

D) Difteritik hipertoniya

E) Renal hipertoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
474) Miokardın hipertrofiyası nəyin hesabına baş verir?

A) Kardiomiositlərin həcmcə böyüməsi (hipertrofiyası)

B) Endokardın qalınlaşması

C) Perikardın qalınlaşması

D) Ürək kameralarının genişlənməsi

E) Kardiomiositlərin sayının çoxalması (hiperplaziyası)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
475) Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (miokardda) ölçüləri 3,0 x 2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında isə 2,5 x 2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ-bozumtul (və ya sarımtıl) rəngli sahə görünür. Düzgün diaqnoz aşağıdakılardan hansıdır?

A) Miokardın residiv infarktı

B) Miokardın kəskin işemik distrofiyası

C) Miokardın təkrari infarktı

D) Kəskin miokard infarktı

E) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
476) Göstərilən patologiyalardan biri ürəyin işemik xəstəliklərinə aid deyil. O, hansıdır?

A) Miokardın kəskin işemik distrofiyası

B) Aterosklerotik kardioskleroz

C) Arteriolosklerotik kardioskleroz

D) Miokarditik diffuz xırdaocaqlı kardioskleroz

E) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
477) Aşağıdakı hansı hal ürəyin işemik xəstəlikləri üçün risk faktorlarına aid edilir?

A) Septiki endokardit

B) Ürəyin tac arteriyasnın trombemboliyası

C) İdmanla çox məşqul olmaq

D) Orqanizmin ümumi intoksikasiyası

E) Çox saylı psixo-emosional streslər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
478) Aşağıda göstərilən hallardan hansı miokard infarktının bilavasitə baş vermə səbəblərindən biridir?

A) Döş aortasında tromboz

B) Şəxsin tez-tez psixo-emosional stresslər keçirməsi və əsəbləşməsi

C) Miokardın infarktı

D) Piylənmə, siqaret çəkmə və şəkərli diabet

E) Ürəyin tac damarlarında tromboz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
479) Aşağıdakı hansı ağırlaşma miokard infarktının erkən dövrlərində adətən ölümün bilavasitə səbəbi ola bilir?

A) Endotoksiki şok

B) Kardiogen şok

C) Mədəciklərin defibrilyasiyası

D) Baş beyin maddəsinin kəskin ödemi

E) Xroniki ürək çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
480) Ürəyin kəskin işemik xəstəliyi hansıdır?

A) Miokardın kəskin işemik distrofiyası

B) İnfarktdan sonrakı kəskin iri ocaqlı kardioskleroz

C) Kəskin işemik perikardit

D) Kəskin ziyilli endokardit

E) Kəskin diffuz ekssudativ miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
481) Miokard infarktı zamanı infarkt (nekroz) ocağı gözlə hansı müddətdən sonra görünə bilir?

A) 4 saat sonra

B) İnfarkt baş verdiyi andan 15-20 dəqiqə sonra

C) 1-2 saat sonra

D) 18-24 saat sonra

E) İnfarkt baş verən andan etibarən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
482) Hansı patologiya ürəyin xroniki işemik xəstəliyidir?

A) Diffuz xırda ocaqlı kardioskleroz

B) Xroniki interstitsial miokardit

C) Ürəyin kəskin anevrizması

D) Kardiomiositlərin xroniki işemik destruksiyası

E) Qazanılmış ürək qüsuru


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
483) Aşağıdakı hallardan hansı miokard infarktının bilavasitə səbəbidir?

A) Kəskin ürək çatışmazlığı

B) Ürəyin tac damarlarında aterosklerotik dəyişikliklər

C) Asistoliya

D) Ürəyin venoz damarlarında iltihab (flebit)

E) Ürəyin tac arteriyasının patologiyaya uğramış hansısa şaxəsinin uzun müddətli spazmı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
484) Tetrazol duzlarından istifadə etməklə nəyi etmək mümkündür?

A) Toxumada erkən dövrlərdən etibarən nekrozun olmasını (məsələn, miokardın infarktı zamanı ürək əzələsində)

B) Maddələr mübudiləsinin pozulması hallarında hüceyrələrin sitoplazmalarında piy damlalarının olmasını

C) Toxumada sklerozun inkişafını

D) Toxumalarda yerli hemosideroz ocaqlarının olmasını (məsələn, köhnə qansızma ocaqlarının təyini)

E) Müayinə olunan obyektlərdə bakteriya koloniyalarını təyin etmək üçün


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
485) Hansı patoloji proses miokard infarktının erkən dövrlərində ölümün bilavasitə səbəbi ola bilir?

A) Ürəyin erkən iflici

B) Kardiogen şok

C) Toksiko-nekrotik şok

D) Aritmiya

E) Ürəyin tac arteriyasının trombozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
486) Diffuz xırda ocaqlı kardioskleroz hansıdır?

A) Ayrı-ayrı perivaskulyar və kardiomiositlərarası sahələrdə birləşdirici toxumanın kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür

B) Endokardda səpələnmiş şəkildə kiçik skleroz ocaqları görünür

C) Perikardda diffuz şəkildə birləşdirici toxumanın inkişafı görünür

D) Ayrı-ayrı yerlərdə kardiomiositlər görünmür, onların yerində birləşdirici toxuma inkişaf etmişdir

E) Miokardın bütün arterial damarlarının divarı sklerozlaşmış, mənfəzləri daralmışlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
487) Mikroskopla baxdıqda miokardda müəyyən sahələrdə kardiomiositlərin yoxdur, onların yerində birləşdirici toxumanın inkişafı görünür. Bu hansı patologiyadır?

A) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz

B) Miokardın kəskin işemik distrofiyası

C) Miokardın infarktı

D) Diffuz proliferativ miokardit

E) Diffuz xırdaocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
488) Miokardın infarktı nədir?

A) Koronar qan təchizatının pisləşməsi ilə əlaqədar kardiosklerozun inkişaf etməsi və ölümün baş verməsi

B) Miokardın qan təchizatının pisləşməsi ilə əlaqədar ürək nahiyəsində və döş sümüyünün arxasında intensiv ağrıların meydana çıxması

C) Müxtəlif patogen amillərin təsirindən, məsələn difteriya toksinlərinin təsiri ilə miokardda kardiomiositlərin nekrozlaşması

D) Tac arteriyalarda aterosklerotik dəyişikliklər nəticəsində miokardda diffuz xırdaocaqlı kardiosklerozun baş verməsi

E) Qan təchizatının kəskin şəkildə pisləşməsi və ya tamamilə kəsilməsi ilə əlaqədar həmin nahiyədəki kardiomiositlərin nekrozlaşması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
489) Miokardın residiv infarktı nədir?

A) Baş beynin infarktından sonrakı 6 həftə müddətində miokardda baş verən infarkt

B) Ağ ciyərin infarktından sonra miokardda baş verən infarkt

C) İlk dəfə keçirilən infarktdan 8 həftə sonra baş verən ikinci infarkt

D) İlk dəfə keçirilən infarktan sonrakı 4 həftə müddətində olan ikinci infarkt

E) Şəxsin həyatında ilk dəfə infarkt keçirməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
490) Miokard infarktı zamanı bilavasitə infarkt ocağının ətrafında nə əmələ gəlir?

A) Kollateral damarlar zonası

B) Birləşdirici toxumadan ibarət kapsula

C) Demarkasiya zonası

D) Heç nə

E) İnfarktdan sonrakı iriocaqlı kardioskleroz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
491) Miokardın təkrari infarktı nədir?

A) İlk dəfə keçirilən infarktdan 8 həftə (2 ay) keçdikdən sonra baş verən ikinci infarkt

B) İlk dəfə keçirilən miokard infarktından 4 həftə sonra baş verən ikinci infarkt

C) Baş beynin işemik insultundan sonra miokardda da infarktın olması

D) Ağ ciyər infarktından sonra miokardda da baş verən infarkt

E) İlk dəfə keçirilən infarktdan 4 həftə keçməmiş baş verən ikinci infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
492) Miokardın transmural infarktı nədir?

A) İnfarkt eyni zamanda ocaqlar şəklində miokardın ayrı-ayrı müxtəlif nahiyələrində baş verir

B) İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur

C) İnfarkt ocağı endokarda bitişik yerləşir

D) İnfarkt ocağı miokardın ortasında yerləşir

E) İnfarkt ocağı endokarddan epikarda qədər miokardın bütün qalınlığını tutur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
493) Miokardın infarktından sonra ürəyin itirilmiş funksiyası (regenerasiyası) hansı proses hesabına həyata keçirilir?

A) Salamat qalmış kardiomiositlərin mitoz bölünməsi hesabına

B) İnfarkt ocağından kənarda salamat qalmış kardiomiositlərin hiperplaziyası hesabına

C) Nekrozlaşmış kardiomiositlərin yerində yeni kardiomiositlərin meydana çıxması hesabına

D) Nekrozlaşmış kardiomiositlərin yerində birləşdirici toxumanın meydana çıxması hesabına

E) İnfarkt ocağından kənarda salamat qalmış kardiomiositlərin hipertrofiyası hesabına


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
494) Miokardın subendokardial infarktı nədir?

A) İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur

B) İnfarkt endokardda yerləşir

C) İnfarkt endokarddan başladıqdan sonra epikarda doğru yayılır

D) İnfarkt ocağı miokardın ortasında yerləşir

E) İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
495) Ürəyin cırılması və tamponadası adətən miokardın hansı infarktı zamanı baş verir?

A) Transmural infarkt

B) Rektik (cırılma) infarkt

C) Subendokardial infarkt

D) Subepikardial infarkt

E) Tamponada infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
496) Aşağıdakı hansı patologiya xroniki ürək çatışmazlığının morfoloji ekvivalentidir?

A) Miokardın kəskin işemik distrofiyası

B) Kardioskleroz

C) Miokardın infarktı

D) Difteriya mənşəli toksiki miokardit

E) Diffuz endokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
497) “Baş beynin qırmızı yumşalması” hansı patologiya ilə əlaqədar meydana çıxır?

A) İşemik insult

B) Ümumi hemosideroz

C) Beyin damarlarında proliferativ vaskulit

D) Hemorragik insult

E) Revmatizmin serebral forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
498) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?

A) Aterosklerotik dəyişikliklərlə əlaqədar beyin damarlarının mənfəzlərinin daralması

B) Orqanizmin ümumi intoksikasiyası

C) Hialinozla əlaqədar elastikliyini itirmiş beyin arteriollarının cırılması

D) Baş beynin venoz damarlarında tromboflebit

E) Beyin əsası damarlarının birində anevrizmanın olması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
499) Baş beynin işemik insultu zamanı ölümün bilavasitə səbəbi nə ola bilər?

A) Qanın IV beyin mədəciyinə axıb keçməsi

B) Baş beynin yan mədəciklərinə qanın axıb keçməsi

C) Miokardın fibrilyasiyası

D) Baş beynin ödemi və dislokasiyası

E) Bədənin digər yarısının iflici (hemiparez)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
500) “Baş beynin ağ yumşalması” hansı patologiya ilə əlaqədar meydana çıxır?

A) Baş beynin işemik insultu

B) Baş beynin hemorragik insultu

C) Miokardın ağ infarktı

D) İrinli meningit

E) Meninqoensefalit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
501) İşemik insult nə deməkdir?

A) Baş beyin maddəsinin hansısa hissəsinin qan təchizatının kəsilməsi ilə əlaqədar həmin nahiyənin nekrozlaşması

B) Baş beynin yumşaq qişasında qansızma

C) Baş beyin maddəsinin hansısa hissəsində damar anevrizmasının cırılması və bu nahiyəyə qan sızması ilə əlaqədar həmin nahiyənin nekrozlaşması

D) Beyin maddəsinin işemiyası ilə əlaqədar beyin qabığının atrofiyalaşması

E) Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində işemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
502) Baş beyin maddəsində infarktdan sonra həmin nahiyədə nə əmələ gəlir?

A) Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista

B) İnfarktdan sonrakı (postinfarkt) iri ocaqlı serebroskleroz

C) Çapıq toxuması

D) Baş beyin maddəsinin qırmızı yumşalması və divarları pas rəngində olan kista

E) Qranulyasiya toxuması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
503) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?

A) Meninqoensefalit

B) İrsi meyllilik

C) Beyin damarlarının trombemboliyası

D) Hialinozla əlaqədar beyin arteriollarının mənfəzlərinin daralması

E) Aterosklerozla əlaqədar beyin arteriyalarının mənfəzlərinin daralması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
504) Aşağıda göstərilən hansı ifadə baş beynə qansızmanın sinonimidir?

A) Baş beynin işemik insultu

B) Beyin əsası damarlarında arterio-venoz anostomozlarda malformasiya

C) Beyin əsası damarlarının anevrizması

D) Beyin damarlarının malformasiyası

E) Baş beynin apopleksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
505) Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah payında ölçüləri təxminən 3,0 x 3,0 sm, divarı zəif pas rəngində olan kista aşkar olunmuşdur. Bu, nə deməkdir?

A) Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu olmuşdur

B) Qlioblastoma

C) Baş beyin maddəsinin polikistozu (anadangəlmə)

D) Xoşxassəli adenomatoz törəmə

E) Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult olmuşdur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
506) Hansı patoloji proses kəskin serebro-vaskulyar xəstəliklərin (insult) baş verməsinin səbəblərinə aiddir?

A) Kəskin posthemorragik anemiya

B) Beyin damarlarının, xüsusilə də arteriolların və kiçik kalibrli arteriyaların uzun müddətli spazmı

C) Beyin damarlarında vaskulitlər

D) Qocalıq və bununla əlaqədar beyin qabığının atrofiyası

E) Toksiki ensefalopatiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
507) Baş beyində infarkt ocağının ətrafında çoxlu miqdarda nə aşkar edilir?

A) “Qranulyar (dənəvər) şarlar”

B) Xırda fibrinoid nekroz ocaqları

C) Leykosit və limfositlər

D) Qranulyasiya toxuması

E) Ksantom hüceyrələr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
508) Göstərilən hansı patologiya baş beynin hemorragik insultunun ağırlaşması deyildir?

A) Baş beynin dislokasiyası

B) Qanın IV beyin mədəciyinə axıb keçməsi

C) Baş beynin ödemi

D) Baş beynin yan mədəciklərinə qanın axıb keçməsi

E) Orqanizmin ümumi intoksikasiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
509) Baş beynin işemik infarktı ən çox hansı zonada baş verir?

A) Arxa mərkəzi qırış nahiyəsində

B) Ön beyin arteriyası hövzəsində

C) Beyin yarımkürələrinin alın payında

D) Orta beyin arteriyası hövzəsində

E) Arxa beyin arteriyası hövzəsində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
510) Aşağıdakı hansı patoloji proses baş beyin damarlarının trombemboliyasının mənbəyi (səbəbi) ola bilməz?

A) Revmatizmlə əlaqədar mitral qapaqlarda kəskin ziyilli endokardit

B) Septiki endokarditlə əlaqədar aortal qapaqlarda polipoz-xoralı endokardit

C) Miokardın intramural və ya subendokardial infarktı

D) Orta beyin arteriyasında aterosklerotik dəyişikliklər (ağırlaşmış yaralanmalar mərhələsi)

E) Baldır venalarının trombozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
511) Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah payında ölçüləri təxminən 2,5 x 2,0 sm, divarı ağ rəngdə olan kista aşkar olunmuşdur. Bu, nə deməkdir?

A) Xoşxassəli kistoz meningioma

B) Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult olmuşdur

C) Baş beynin bədxassəli epitelial şişi

D) Anadangəlmə inkişaf anomaliyası

E) Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu olmuşdur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
512) Serebro-vaskulyar xəstəlik nədir?

A) Beyin damarlarının diffuz şəkildə iltihabı

B) Revmatizmin serebral forması (Sidenheym xəstəliyi)

C) Ürəyin-damar patologiyası

D) Beyin damarlarından limfosit və leykositlərin beyin maddəsinə keçməsi

E) Aterosklerozun və ya hipertoniya xəstəliyinin beyin forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
513) Baş beyin maddəsinə qansızmadan sonra həmin ocaqda nə əmələ gəlir?

A) Heç bir iz qoymadan toxuma tamamilə bərpa olunur

B) Baş beyin maddəsinin ağ yumşalması və divarları ağ rəngdə olan kista

C) Çapıq toxuması

D) Baş beyin maddəsinin qırmızı yumşalması və divarları pas rəngində olan kista

E) Serebral Qon ocağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
514) Aşağıda baş beynin hemorragik insultlarının hansı növü göstərilmişdir?

A) Qarışıq infarkt

B) Baş beynin kəskin işemik distrofiyası

C) Lakunar dəyişikliklər

D) Baş beynin işemik insultu

E) Subaraxnoidal qansızma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
515) Aşağıdakı bütün endokardiitlər revmatizm zamanı, yalnız biri isə septiki endokardit xəstəliyi zamanı rast gəlinir. O, hansıdır?

A) Kəskin ziyilli endokardit

B) Polipoz-xoralı endokardiit

C) Fibroplastik endokardiit

D) Qayıdan-ziyilli endokardiit

E) Valvulit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
516) İltihabın xarakterindən asılı olaraq miokarditlərin hansı növü ayırd edilir?

A) Parenximatoz miokardit

B) Ocaqlı miokardit

C) Seroz ekssudativ miokardit

D) Diffuz miokardit

E) Toksiki miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
517) Miokardın struktur elementlərinin zədələnməsindən asılı olaraq aşağıda miokarditlərin hansı növü göstərilmişdir?

A) Subendokardial miokardit

B) Proliferativ miokardit

C) Endogen miokardit

D) Qranulomatoz miokardit

E) İnterstitsial miokardit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə