Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
  1   2   3   4   5   6   7   8   9


PEDAQOGİKA ELMİNİN MƏNBƏLƏRİ. PEDAQOGİKANIN 

METODOLOGİYASI  

VƏ TƏDQİQAT METODLARI 

 

                 Əhatə olunan məsələlər: 

 

1. Pedaqoji elmin mənbələri. 

2. Pedaqogikanın metodologiyası. 

3. Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri. 

4.  Pedaqoji  tədqiqatların  texnologiyası  (və  ya  tədqiqatın  metodoloji 

aparatı). 

 

1. Pedaqoji elmin mənbələri 

  

Pedaqoji  elmin  mənbələri  və  tədqiqat  metodları  bir-biri  ilə  əlaqədardır. 



Pedaqoji  tədqiqat  metodları  pedaqoji  metodologiyaya  dayanaraq  pedaqoji  elmin 

mənbələrinə uyğun  olaraq  seçilir. Odur ki, öncə  pedaqoji  elmin  mənbələri barədə 

fikirlərimizi  bölüşək,  sonra  pedaqoji  texnologiya  və  tədqiqat  metodları 

anlayışlarına elmi şərh verməyə çalışaq.  

Pedaqoji  elmin  mənbələri  müxtəlifdir:  pedaqoji  proses,  pedaqoji  sənədlər, 

pedaqoji mövzuda yazılar, klassiklərin əsərləri və pedaqoji fikirləri, şagirdlərin (və 

digər  tərbiyə  olunanların)  fərdiyyəti,  şifahi  xalq  yaradıcılığı  nümunələri,  dövlət 

sənədləri,  canlı  söz,  müqəddəs  kitabımız  “Qurani-Kərim”  və  s.  Xüsusi  qeyd 

olunmalıdır ki,  tədris  və  tərbiyə  müəssisələrində həyata keçirilən pedaqoji proses 

pedaqoji  elmin  və  pedaqoji  biliklərin  əsas  mənbəyidir.  Sadalanan  mənbələri  iki 

qrupa  ayırmaq  olar:  1)  geniş  mənada  pedaqoji  prosesinin  özü;  2)  şifahi  və  yazılı 

mənbələr.  Birinciyə  praktika,  ikinciyə  təlim-tərbiyə  haqqında  əsaslandırılmış 

fikirlər, mülahizələr, dövlət sənədləri, pedaqoji sənədlər, mütəfəkkirlərin pedaqoji 

ideyaları və s. daxildir. 



Dövlət  sənədləri.  Respublikamızda  təhsil  Azərbaycan  dövlətinin  müvafiq 

qanunları  əsasında  təşkil  olunur  və  inkişaf  etdirilir.  Ən  əvvəl  Azərbaycan 

Respublikası  Konstitusiyası  (Əsas  Qanunu),  sonra  təhsil  sahəsində  dövlət 

qanunvericiliyinin əsasları, təhsillə əlaqədar qəbul olunan qanunlar və digər rəsmi 

sənədlər nəzərdə tutulur. Bu cür sənədlərin tələblərini, təlim və tərbiyə qarşısında 

qoyduğu  vəzifələri  pedaqoji  proseslə  məşğul  olan,  pedaqoji  problemləri  tədqiq 

edən şəxslər öyrənməlidirlər. 

Pedaqoji  sənədlər.  Hər  bir  tədris  və  ya  tərbiyə  müəssisəsinin  özünəməxsus 

sənədləri vardır. Bu sənədlər həmin tədris və ya tərbiyə müəssisəsində aparılan işin 

xüsusiyyətlərini əks etdirir. Məktəbin necə işlədiyini öyrənməkdə həmin sənədlər 

tədqiqatçıya zəngin məlumat verir. 




Pedaqoji  mövzuda  yazılar.  Pedaqoji  biliklər  müvafiq  kitablarda,  jurnal  və 

qəzetlərdə  şərh  edilir.  Bu  cür  mənbələr  keçmişdə  tədris  müəssisələrinin 

vəziyyətindən,  oradakı  təlim  və  tərbiyə  işinin  məzmunundan,  üsulları  və  təşkili 

formalarından, pedaqoji fikrin tarixindən xəbər verir. Təhsilin, təlim və tərbiyənin, 

habelə inkişafın müasir problemlərini, qabaqcıl məktəb və müəllimlərin iş təcrübə-

sini,  mövcud  olan  nöqsanları  və  onların  aradan  qaldırılması  yollarını  təhlil  edən 

kitablar və məqalələr vardır. 

Tərbiyə  olunanların  fəaliyyət  məhsulları.  Pedaqoji  bilik  mənbəyi  olan  uşaq 

fəaliyyəti  məhsulları  müxtəlifdir.  Fənlər  üzrə  uşaqların  icra  etdikləri  işlər, 

sinifdənxaric  və  məktəbdənkənar  tədbirlər  zamanı  onların  yerinə  yetirdikləri 

tapşırıqlar buraya daxildir. Məsələn, dil üzrə uşaqların yazdıqları imla, inşa və ya 

rəy  mətnləri,  ayrı-ayrı  fənlərdən  həll  etdikləri  məsələ  və  misallar,  tərtib  etdikləri 

planlar  və  xəritələr,  quraşdırdıqları  modellər,  düzəltdikləri  əyani  vasitələr, 

becərdikləri  bitkilər,  hazırladıqları  fotomontaj  və  fotostendlər,  çıxardıqları  divar 

qəzetləri  və  bülletenlər,  muzey  üçün  topladıqları  eksponatlar,  tikdikləri  paltarlar, 

hörmələr,  çəkdikləri  şəkillər,  onların  istehsal  etdikləri  müxtəlif  məhsullar  və  s. 

şagirdlərin  bacarıqları  və  qabiliyyətləri  barədə,  təlim  və  tərbiyənin  necəliyi  haq-

qında fikir söyləməyə əsas verir. 

Şifahi xalq yaradıcılığı nümunələri. Xalq təlim və tərbiyə haqqında, elm və 

bilik  haqqında  öz  fikirlərini,  istək  və  arzularını  atalar  sözlərində  və  zərb 

məsəllərdə,  nağıl  və  dastanlarda,  bayatı  və  tapmacalarda  ifadə  etmişdir.  Bunların 

hamısı  tərbiyəçilər  üçün,  xüsusən  valideynlər  üçün  zəngin  pedaqoji  bilik 

mənbəyidir. Hər kəs ondan bəhrələnə bilər. 

Canlı  söz.  Təlim,  tərbiyə  və  təhsil  iştirakçılarının  söylədikləri  fikirlər  də 

pedaqoji  bilik  mənbələrindən  biridir.  Burada  müəllimlərin  və  digər  tərbiyəçilərin, 

şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri 

fikirlər nəzərdə tutulur . 

 

 

2. Pedaqogikanın metodologiyası 

 

Elmin  digər  sahələrində  olduğu  kimi,  pedaqogika  üzrə  tədqiqatlar  da 



metodoloji  əsasa  istinad  edir,  ondan  istiqamət  alır.  Bunsuz  pedaqogikanı 

müvəffəqiyyətlə  inkişaf  etdirmək  olmaz.  Hər  bir  didaktik,  metodik  axtarışlar 

metodoloji  əsasla  idarə  olunur.  Bir  sözlə,  metodologiyaya  əsaslanmadan  həqiqi 

elmi tədqiqat aparmaq mümkün deyil. 

“Metodologiya”  yunan  dilində  “metodlar  haqqında  elm”  deməkdir.  Meto-

dologiya  anlayışının  hamı  tərəfindən  qəbul  olunmuş  tərifi  yoxdur.  Pedaqoji 

ədəbiyyatda  metodologiya  bəzən  tədqiqatın  metodik  priyomlarının  məcmusu, 

bəzən xarici aləm haqqında biliklərin əldə edilmə qaydaları, aləmin dərk olunması 

və yeniləşdirilməsi metodları haqqında nəzəriyyə hesab olunur. Əslində çox geniş 

məzmuna  malik  olan  metodologiya  rəhbər  prinsiplərə  istinad  edən  elmi  tədqi-

qatların  silahı,  elmi  təhlilin  və  sintezin  tələblərinin  yerinə  yetirilməsinin  konkret 

vasitəsi  rolunu  oynayan  nəzəri  biliklər  sistemidir.  Pedaqoji  metodologiya  elmi-




Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə