Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

pedaqoji tədqiqatların əsas qaydaları, quruluşu, funksiyaları və metodları haqqında 

təlimdir. 

R.Dekarta  görə,  metodologiya  idrak  prosesinin  fəlsəfi  əsaslandırılmasıdır. 

Hegel  göstərirdi  ki,  idrakın  bu  və  ya  digər  sahəsi  üçün  xarakterik  olan  fəlsəfi 

metodu  konkret  elmlərin  metodları  ilə  eyniləşdirmək  olmaz,  metod  idrak 

prosesinin  məzmunundan  asılıdır.  Fəlsəfə  ensiklopediyasında  metodologiyanın 

tərifi  belə  verilir:  “Metodologiya  idrakın  və  varlığın  dəyişdirilməsi  metodları, 

dünyagörüşü,  prinsiplərin  idrak  prosesinə,  ümumiyyətlə  mənəvi  yaradıcılığa  və 

praktikaya  tətbiqi  haqqında  fəlsəfi  təlimdir”.  Mövcud  fəlsəfi  ədəbiyyatda 

metodologiyaya  “Təbiət  və  cəmiyyət  hadisələrinə  yanaşma  qaydası  haqqında 

təlim”,  “Məqsədə  çatmaq,  müəyyən  məsələni  həll  etmək  üçün  istifadə  olunan 

metodlar  haqqında  təlim”,  nəzəriyyə,  “Tədqiqat  metodları  haqqında  təlim”, 

metodika, “Elmin bu və ya başqa bir sahəsində tətbiq olunan tədqiqat metodlarının 

məcmusu”, 

metod  kimi  tərif  verilir.  V.H.Nəsirov,  Ə.B.Məmmədov 

metodologiyaya  belə  bir  tərifin  verilməsini  məqbul  saymışlar:  “Metodologiya 

gerçəkliyin  dərk  olunması  və  dəyişdirilməsi  metodları  haqqında  dialektik 

materializmin prinsiplərinin idrak prosesinə, mənəvi fəaliyyətə və praktikaya tətbiq 

olunması haqqında təlimdir.”  

Maraqlı təriflərdən biri də N.E.Kovolyov, B.F.Sorokinə məxsusdur: “Elmlərin 

metodologiyası  elmi  tədqiqatların  metodlarını  və  bu  elmin  predmetinin 

öyrənilməsinə yanaşma prinsiplərini öyrənən sahədir . 

Hər  bir  elmin  öz  tədqiqat  predmeti  və  təbii  ki,  onun  üçün  spesifik  tədqiqat 

metodları  var.  Onların  xarakteri  tədqiqatın  qarşısında  duran  vəzifələrlə  müəyyən 

edilir. Bununla belə, elmi idrakın ümumi metodologiyası da mövcuddur. Ümumelmi 

metodologiya hər bir elmin daxilində tədqiqat məsələlərinin işlənməsinin prinsipial 

əsasını  təşkil  edir.  Ona  görə  də  pedaqogikanın  metodologiyasını  ümumi 

metodologiyadan fərqləndirmək lazım gəlir . 

Pedaqogikanın  metodologiyası  pedaqoji  nəzəriyyənin  əsasları  və  quruluşu, 

pedaqoji  gerçəkliyi  əks  etdirən  biliklərin  əldə  edilməsinə  yanaşma  prinsipləri  və 

yolları,  habelə  belə  bilikləri  əldə  etmək  fəaliyyəti,  proqramların,  məntiqi 

metodların, tədqiqat işlərinin keyfiyyətinin qiymətləndirilməsi haqqında sistemdir. 

Demək,  pedaqogika  elminin  metodoloji  əsaslarını  idrak  nəzəriyyəsi,  cəmiyyətin 

inkişaf qanunauyğunluqları, insan və onun tərbiyəsi, şəxsiyyətin ahəngdar inkişafı 

və  formalaşması,  milli  və  ümumbəşəri  dəyərlər,  onların  vəhdəti  barədə  fəlsəfi, 

psixoloji və pedaqoji nəzəriyyələr, onlara sistemli yanaşma təşkil edir . 

Pedaqoji  tədqiqatların  metodologiyası  pedaqoji  nəzəriyyənin  əsas  qaydaları, 

pedaqoji hadisələrə yanaşmanın prinsipləri və onların tədqiqat metodları, həmçinin 

biliklərin tərbiyə, təlim, təhsil təcrübəsinə tətbiqi haqqında biliklər sistemidir.  

“Pedaqoji  tədqiqatların  metodologiyası”  dedikdə,  hər  hansı  pedaqoji 

problemin tədqiqatının əsasına qoyulmuş ümumi prinsipial başlanğıc vəziyyət başa 

düşülür.  Pedaqogikada  metodologiyaya  pedaqoji  gerçəkliyin,  yəni  pedaqoji  fakt, 

hadisə və proseslərin dərk edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların 

məcmusu  kimi  baxılır...  Mürəkkəb  sistem  olan  metodologiyanın  səviyyələri 

arasında  müəyyən  asılılıq  mövcuddur.  Bu  zaman  fəlsəfi  səviyyə  metodoloji  əsas 



kimi çıxış edir, varlığın dərk olunması və dəyişdirilməsi prosesində dünyagörüşü 

rolunu oynayır.  

 Metodologiyanın nəzəri tərəfi elmi axtarışın başlanğıc mühakiməsi kimi əsas 

pedaqoji  qanunauyğunluqların  müəyyənləşdirilməsi  ilə  əlaqədardır.  O,  pedaqoji 

tədqiqatın  hansı  fəlsəfi,  elmşünaslıq,  bioloji  və  psixoloji  ideyalarda  qurulduğunu 

müəyyənləşdirən  dünyagörüşü  funksiyasını  daxil  edir,  alınmış  nəticəni  izah  edir, 

nəticə  çıxarır.  Metodologiyanın  normativ  tərəfi  pedaqoji  obyektlərə  yanaşmanın 

ümumi  prinsiplərinin  öyrənilməsi,  elmi-pedaqoji  tədqiqatların  ümumi  və  xüsusi 

metod  və  priyomlarının  sistemidir.  Metodologiyaya  görə,  idrak  metodlarının 

əsasında  təbiət  və  cəmiyyətin  obyektiv  qanunları  durur.  İdrak  metodu  yalnız 

gerçəkliyin  obyektiv  qanunlarını  əks  etdirdikdə  elmi  metod  olur.  Məhz  elmi 

tədqiqat metodlarından istifadə etməklə biz biliyimizi artırırıq. Biz  ətraf aləmdəki 

bir  çox  şeylərin  strukturu  və  hərəkət  tərzi  haqqında  məlumata  bələd  olmadan 

idrakda  və  təcrübədə  yeni  nəticələrin  əldə  edilməsi  üçün  ona  yanaşma  metoduna 

yiyələnə bilmərik. Biz  müəyyən  biliklərə yiyələndikdən sonra həmin  biliklərin nə 

vaxt nisbətən tamamlanmış sistemə düşəcəyini gözləmədən yeni biliklər və nəticə-

lər  əldə  etmək  üçün  onu  tez  tətbiq  etməyə  cəhd  göstəririk.  Unutmaq  olmaz  ki, 

yalnız nəticə deyil, ona aparan yol da real olmalıdır . 

Metodologiyanın  predmeti  və  vəzifələrini  tədqiqat  metodlarının  təhlili  ilə 

məhdudlaşdırmaq  yanlışlıq  olardı.  Buna  daha  geniş  miqyasda  yanaşan 

M.A.Danilov yazır ki, pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin çıxış 

vəziyyəti, əsası və quruluşu haqqında, biliklərin əldə edilməsi qaydaları haqqında, 

inkişaf  etməkdə  olan  cəmiyyətdə  fasiləsiz  dəyişən  pedaqoji  həqiqəti  düzgün  əks 

etdirən  məlumatlara  yiyələnmə  qaydası  və  yanaşma  prinsipləri  haqqında  biliklər 

sistemidir.  V.İ.Zaqvyazinski  yazır:  “Pedaqogikanın  metodologiyası  pedaqoji 

biliklər  və  onu  əldə  etmə  prosesi  haqqında,  başqa  sözlə,  pedaqoji  idrak  haqqında 

təlimdir. Ona aşağıdakılar daxildir: 

1)  pedaqoji  biliklər,  həmçinin  pedaqoji  problematikanın  strukturu  və 

funksiyaları haqqında təlim; 

2)  metodoloji  məna  kəsb  edən  əsas,  hakim,  fundamental,  fəlsəfi,  ümumelmi 

və pedaqoji qayda (nəzəriyyə, konsepsiya, fərziyyə);  

3) pedaqoji idrakın metodları (sözün dar mənasında metodologiya) haqqında 

təlim. 

Beləliklə, pedaqoji metodologiya elmi-pedaqoji tədqiqatların başlanğıc (açar) 



vəziyyəti, strukturu, funksiyaları və metodları haqqında təlimdir” . 

V.İ.Zaqvyazinski  metodoloji  biliklərin  tərkibinə  aşağıdakıları  daxil  edir:  a) 

ümummetodoloji  və  ümumelmi  qanunlar,  qanunauyğunluqlar,  onlardan  doğan 

pedaqoji  qaydalar,  pedaqoji  fəaliyyətə  verilən  tələblər  və  pedaqoji  fəaliyyət 

(məsələn,  dərketmədə  əksolunma  və  yaradıcılığın  vəhdəti,  idrakın  subyektinin 

fəallığı,  tərbiyənin  ümumi  məqsədi  haqqında  qayda);  b)  daha  ümumi  və 

əhəmiyyətli pedaqoji qanunlar və qanunauyğunluqlar, pedaqoji fəaliyyətə onlardan 

irəli gələn tələblər; c) pedaqoji tədqiqatların prinsipləri və metodları. 

Metodoloji problematika beş qrupa ayrılır ki, onların içərisində də ümumi və 

xüsusi  metodologiyalar  daha  mühüm  əhəmiyyət  kəsb  edir.  Elmi  idrakın  ümumi 

metodologiyası  çoxdan  mövcuddur.  O,  dialektikanın  qanunlarına  uyğun  olaraq 



Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə