Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

şeylərin və hadisələrin xassələrinə, təbiətin, cəmiyyətin, insan təfəkkürünün ümumi 

qanunlarına,  təfəkkür  prosesinə  və  varlığın  dəyişilməsinə,  bütün  obyektiv  aləmə 

xas  olanları  açır.  Bu,  hər  hansı  hadisəyə,  qarşılıqlı  asılılığa  sıx  qarşılıqlı  əlaqədə 

baxmaq  imkanı  verir.  Təbiət,  cəmiyyət  və  insan  təfəkküründə  baş  verən  bütün 

proseslərə xas olan səbəb-nəticə əlaqələri daxili və xarici, mühüm və qeyri-mühüm 

əlaqələrdir.  Pedaqoji prosesin dialektikasının  bu  problemləri –  onun hərəkətə  gə-

tirmə qüvvəsi, nəzəriyyə və praktikanın, konkret və mücərrədin, tək və ümuminin, 

obyektiv  və  subyektivin,  tədris-tərbiyə  prosesinin  harmoniyasının  əldə  edilməsi 

problemləridir. Onlar  metodologiyanın  inkişafının  bütün  mərhələlərinə  daxil  olur, 

hər  hansı  metodoloji  biliklərin  əsası  kimi  çıxış  edir.  Tədqiqatın  pedaqogika 

tarixinə, onun  nəzəriyyəsinə, didaktikaya,  yaxud  tərbiyəyə  aid  olmasından, nəzəri 

və  ya  empirik,  fundamental  və  ya  tətbiqi  xarakter  daşımasından,  ümumi  və  ya 

konkret  mövzuya  həsr  edilməsindən  asılı  olaraq  metodoloji  əsasda  özünəməxsus 

çalarlar nəzərə alına bilər. 

Elmlərin metodologiyası onun elə bir sahəsidir ki, elmi-tədqiqat metodlarını və 

həmin elmi təmsil edən fənnin öyrənilməsinə yanaşma prinsiplərini öyrənir. Hər bir 

elm özünə xas olan tədqiqat metodlarından istifadə edir, onların xarakteri tədqiqatın 

məzmunundan  və  məqsədindən  asılı  olur.  Pedaqogikanın  metodologiyası  elmlərin 

ümumi  metodologiyasından  nəşət  edən,  pedaqoji  nəzəriyyənin  çıxış  vəziyyətinin, 

biliklər  sisteminin  inkişafı  ənənələrinin  öyrənilməsi,  pedaqoji  hadisələrə  və  onların 

tədqiqat  metodları,  həmçinin  əldə  olunmuş  biliklərin  tərbiyə,  təlim  və  təhsil 

təcrübəsinə tətbiqi yolları haqqında elmdir . 

V.İ.Zaqvyazinskinin  fikrincə,  xüsusi  pedaqoji  problemlər  pedaqogikanın  və 

pedaqoji 

tədqiqatların 

özünəməxsus  problemləridir.  Onlara  tədqiqatın 

problematikası  haqqında  məsələlər,  metodoloji  status  qazanmış  nəzəri  qaydalar 

qrupu,  elmi  axtarışların  nəticələrinin  nəzəri  biliklər  sisteminə  gətirilməsi, 

problemlərin  tədqiqindən  əldə  edilən  nəticələrin  təcrübəyə  tətbiqi,  didaktik  və 

metodik  qruplaşdırılmaların  prinsipial  əsası  daxildir.  Müasir  pedaqoji  konsep-

siyanın  əsas  əlamətlərini  xarakterizə  edən  nəzəri  müddəalar  metodoloji  əsaslar 

kimi  çıxış  edir.  Didaktikada  bu  müddəalar  təlimin  məqsədi,  mahiyyəti,  quruluşu, 

hərəkətverici  qüvvələri,  perspektiv  inkişafı  və  sairəni  şərh  edir.  Metodoloji 

müddəaların  çoxu  didaktik  prinsiplərdə  əks  olunmuşdur.  Filosoflar  göstərirlər  ki, 

elmin strukturunun elementi olan metod nəzəriyyəyə, qanuna və qanunauyğunluğa 

nisbətən daha çox hərəkətdədir, dəyişkəndir. 

Geniş istifadə olunan xüsusi pedaqoji, ənənəvi elmi-tədqiqat metodları məlum 

materialın  alınması,  onun  qruplaşdırılması  və  sistemləşdirilməsi,  bu  və  ya  digər 

münasibətlərin  müəyyənləşdirilməsi  mərhələsində  çox  faydalıdır.  Onlar  pedaqoji 

obyekt  və  hadisələrin  keyfiyyət  əlamətlərini,  struktur  elementlərini  tapmağa  və 

formalaşdırmağa imkan verir, empirik faktların öz-özünə toplanmasını təmin edir. 

Onların qiyməti bundadır. Bununla yanaşı, daha çox yəqin olur ki, yalnız ənənəvi 

metodlardan  istifadə  pedaqogikanın  empirik  bazisinin  keyfiyyətcə  kökündən 

dəyişərək  yenidən  yaranmasına,  ciddi  pedaqoji  qanunların  və  nəzəriyyələrin 

formalaşmasına,  pedaqogikasının  öz  proqnostik  vəzifəsini  həyata  keçirməsinə 

ümid bəsləməyə imkan vermir. Təsadüfi deyildir ki, XX əsrin 80-cı illərinin elmi-




pedaqoji  nəşrlərində  belə  işlərin  nəzəri  səviyyəsini  əhəmiyyətli  dərəcədə 

yüksəltməyə imkan verən metodların axtarılmasına diqqət verilmişdir.  

Y.K.Babanski  yazırdı:  “Nəzəri  təhlil  metodları  hər  bir  tədqiqatın  nəzəri 

yeniliklərinin təlimin və tərbiyənin qanunauyğunluqlarına bu və ya digər dərəcədə 

daxil  olmasına  imkan  verir.  Nə  qədər  ki,  pedaqogikanın  qanunauyğunluqlarının 

onun  inkişafının  müasir  mərhələsində  əsaslandırılması  vəzifələri  real  və  zəruri 

olur,  məhz  buna  görə  də  hər  hansı  elmi  tədqiqatda  nəzəri  metodların  rolunun 

artmasına, hərtərəfli cəhd göstərmək lazımdır” .  

Pedaqoji  tədqiqatların  metodoloji  əsası  didaktikanın,  tərbiyə  nəzəriyyəsinin 

yaradıcı  rolunun  artmasına  –  elmi  biliklərin  sürətlə  inkişafına,  texnologiya  və 

metodların  yeniləşməsinə,  yeni  yanaşmanın  tətbiqinə,  pedaqoji  prosesdə 

inteqrasiya və differensiyanın nəzərə alınmasına geniş imkanlar yaradır. Beləliklə, 

düzgün müəyyənləşdirilmiş metodoloji əsasın köməyi ilə pedaqoji prosesdəki gizli, 

qapalı,  dərin,  çətin,  rəngarəng,  mürəkkəb  komplekslər  həll  olunur.  Nəticədə 

insanın  bir  şəxsiyyət  kimi  formalaşması  təmin  olunur.  Bu  gün  hərtərəfli,  dərin 

pedaqoji tədqiqatların elmi nəticələri təhsilimizin uğurla inkişafına və dünya təhsil 

sisteminə müvəffəqiyyətlə inteqrasiya olunmasına xidmət edə bilər.  

Metodologiyanın  ən  fundamental  problemi  pedaqogikanın  predmetinin  və 

pedaqoji 

hadisələrin 

dərk 

olunması  məntiqinin  müəyyənləşdirilməsidir. 



Pedaqogikanın  metodologiyası  ilə  tədqiqatın  əsas  problematikasını  dəqiq  müəy-

yənləşdirmək, metodoloji biliklərin  obyekti və predmetinin  məzmununu hərtərəfli 

əks etdirmək lazımdır. Elmi idrakın vacib sahəsi sayılan metodologiyanın obyekti 

olan elmi-tədqiqat prosesi isə biliyə yiyələnmə və onun praktik tətbiqi qaydasıdır. 

Metodologiyaya 

istinad 


etmək 

şəxsiyyətin  inkişafının,  yeni  insanın 

formalaşmasının  qanunauyğunluqlarına  müvafiq  olaraq  onun  idrakını  inkişaf 

etdirməyə, tərbiyəsini lazımi səviyyədə qurmağa imkan verir.  

Pedaqoji  tədqiqatın  metodologiyası  tədqiqatın  məqsədinə  və  məzmununa 

uyğun formalaşdırılmalıdır. 

 

 

3. Pedaqoji tədqiqat metodları  



və onların səciyyəvi xüsusiyyətləri 

 

Azərbaycanın  görkəmli  pedaqoqlarından  olan  professor  Y.Ş.Kərimov 



pedaqoji  tədqiqat  metodlarının  adətən  iki  qrupa  ayrıldığını  göstərir.  Sözügedən 

qruplar belədir: məzmunla bağlı metodlar; formal metodlar. Birinci qrupa pedaqoji 

hadisə və proseslərin faktlarının öyrənilməsinə xidmət edən metodlar – müşahidə, 

təcrübi  pedaqoji  iş,  eksperiment,  müsahibə,  anket  sorğusu,  məktəb  və  şagirdlərin 

fəaliyyətinə dair sənədlərin öyrənilməsi daxildir. Məzmunla bağlı hesab edilən bu 

metodların köməyi ilə öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, sonra 

onlar  təhlil-tərkib  edilir, ümumiləşdirmələr  aparılır,  elmi  cəhətdən  əsaslandırılmış 

nəticələr  çıxarılır,  təhsil  müəssisələrinə  təkliflər  verilir.  Pedaqoji  tədqiqat  me-

todlarının  formal  adlanan  ikinci  qrupuna  konkret  pedaqoji  hadisələri  yüksək 

səviyyədə  mücərrədləşdirən  metodlar  daxildir.  Bu  metodlardan  istifadə  edərkən 




Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə