Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

tədqiqatçı hadisənin məzmununu nəzərə almadan ancaq formasına, gümanına görə 

bir sıra hadisələr haqqında mühakimə, əqli nəticə irəli sürür. Bu metodlara riyazi 

metodlar,  xüsusilə  hadisə  və  prosesləri  kəmiyyətcə  və  kibernetik  modelləşdirmə, 

məntiqi  metodlar,  nəzəri  təhlil  və  tərkib  metodları  daxildir.  Onların  köməyi  ilə 

pedaqogikanın  predmetinin  müəyyənləşdirilməsi,  cəmiyyətin  inkişafında 

tərbiyənin  rolu,  məktəbin  inkişafının  proqnozlaşdırılması  və  s.  məsələlər  tədqiq 

edilir. 

Tədqiqat  üsulları  çoxdur.  Onları  mənbələrinə  görə  şərti  olaraq  beş  qrupa 

bölmək  olar:  1.  Nəzəri  tədqiqat  üsulları;  2.  Praktik  tədqiqat  üsulları;  3. 

Eksperimental  tədqiqat  üsulları.  4.  Tarixi  müqayisəli  tədqiqat  üsulları;  5.  Riyazi 

üsullar.  

Y.Ş.Kərimov göstərir ki, nəzəri tədqiqatda beş  əsas vasitədən istifadə edilir: 

təhlil,  tərkib,  onların  vəhdəti,  induksiya  və  deduksiya.  Pedaqoji  tədqiqatda  bəzən 

müəyyən  pedaqoji  hadisəni  dərindən  dərk  etmək  üçün  onu  təhlil  etmək,  fikrən 

hissələrə və əlamətlərə ayırmaq lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif 

tədqiqatlarda oxşar cəhətləri üzə çıxararaq ümumiləşdirmələr aparanda tərkib xeyli 

faydalı  olur.  Nəzəri  pedaqoji  ümumiləşdirmələr  ən  çox  tərkibin  məhsulu  olur. 

Nəzəri  tədqiqatda  daha  geniş  istifadə  olunan  təhlil  və  tərkibin  birliyidir.  Bir  çox 

hallarda  tədqiqatçı  pedaqoji  hadisələrin  təhlili  ilə  və  ya  tərkib  olunması  ilə  məh-

dudlaşmır,  hissələrə  və  ya  əlamətlərə  ayrılan  pedaqoji  hadisələr  sonra  ümumi-

ləşdirilir,  elmi  anlayış  yaradılır.  Nəzəri  tədqiqatda  induksiya  və  deduksiya  kimi 

vasitələrdən  də  istifadə  edilir.  Məlum  olduğu  kimi,  induksiya  elmi  faktların 

toplanması,  həmin  faktlar  üçün  ümumi  əlamətlərin  üzə  çıxarılması  və  bu  əsasda 

ümumiləşdirmə  aparılması  prosesidir.  Deduksiya,  əksinə,  ümumi  pedaqoji  fikir 

əsasında müəyyən qrup pedaqoji faktların nəzərdən keçirilməsi, həmin fikrə uyğun 

gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi prosesidir. 

Praktik tədqiqat üsulları bəzi mənbələrdə pedaqoji təcrübənin öyrənilməsi və 

ümumiləşdirilməsi  adlanır.  Pedaqoji  nəzəriyyə  üçün  pedaqoji  təcrübənin 

əhəmiyyəti  böyükdür,  bunların  arasında  canlı  dialektika  vardır.  Pedaqoji 

nəzəriyyəni  qidalandıran  bir  sıra  praktik  üsullar  vardır:  pedaqoji  müşahidə

pedaqoji  müsahibə  və  ya  intervü;  anketləşdirmə;  fəaliyyət  məhsullarının 

öyrənilməsi; pedaqoji sənədlərin öyrənilməsi . 

P.A.Podkorıtova  metodları  üç  qrupa  ayırır:  ümumi  dialektik  metodlar;  elmi 

idrakın bütün elmlərdə istifadə olunan ümumi metodları (müşahidə, təhlil, tərkib, 

eksperiment və s.); xüsusi (sahələr üzrə) elmi-tədqiqat metodları. 

Ümumiyyətlə,  tədqiqat  metodlarını  nəzəri,  empirik-nəzəri,  empirik  olmaqla 

qruplara ayırmaq mümkündür. Son dövrlərdə, müasir elmşünaslıqda daha bir qrup 

metodlardan – metanəzəri elmi-tədqiqat metodlarından da bəhs olunur. Qeyd edək 

ki,  pedaqoji  hadisələrin  öyrənilməsinə  idrak  metodlarından  heç  də  bir-birindən 

təcrid olunmuş şəkildə istifadə olunmur. 



Nəzəri tədqiqat metodlarına ideallaşdırma, formalaşdırma və ekstrapolyasiya, 

abstraktdan konkretə yüksəlmə, aksiomatik metodlar daxildir. 



Empirik-nəzəri  metodlara 

təhlil 


və 

tərkib, 


induksiya, 

deduksiya, 

mücərrədləşdirmə və konkretləşdirmə, model və modelləş-dirmə daxildir. 



Empirik  metodlara  isə  tədqiqatla  bağlı  ədəbiyyatın  təhlili,  təhlillə  bağlı 

məktəb  sənədlərinin  öyrənilməsi,  məktəbəqədər  yaşlı  uşaqların,  şagirdlərin, 

müəllimlərin  fəaliyyətinin  öyrənilməsi,  müşahidə,  müsahibə,  pedaqoji  təcrübənin 

öyrənilməsi,  ekspert xidməti,  monitorinq, təcrübi iş, pedaqoji eksperiment  aiddir. 

Nəzəri, empirik-nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bə-

zən  onların  metodikasından  ayrıca  söz  açmaq,  onları  fərqləndirmək  çətinləşir. 

Onların hər birində başqa metodlardan, xüsusilə müsahibə və müşahidədən istifadə 

olunur.  

Elmi  ədəbiyyatda  pedaqoji  axtarışlar  prosesində  daha  çox  aşağıdakı 

metodlardan istifadə olunduğu qeyd edilir: 

1) pedaqoji hadisələrin nəzəri təhlili; 

2) müşahidə; 

3) müsahibə

4) təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi; 

5) eksperiment

6) tədqiqatın nəticələrinin riyazi və statistik işlənilməsi; 

7) dar pedaqoji problemlərin tədqiqində istifadə olunan xüsusi metodlar. 

Sadaladığımız 

bu 

tədqiqat 



metodlarından 

bəzilərinin 

səciyyəvi 

xüsusiyyətlərinə nəzər salaq

1



Müşahidə pedaqoji tədqiqat metodu kimi. Pedaqoji – psixoloji tədqiqatların 



təşkilində  ən  çox  istifadə  olunan  və  geniş  yayılmış  metod  müşahidə  metodudur. 

Müşahidə bizi əhatə edən varlığın uzun müddət ərzində məqsədə yönəlmiş, planlı 

şəkildə  qavranılmasıdır.  Müşahidə  bizi  əhatə  edən  varlığı  dərketmə  mənbəyi 

olmaqla  fikrimizə  təkan  verir.  Adi  seyretmədən  fərqli  olaraq  müşahidə  məqsədli, 

planlaşdırılmış  bir  proses  olduğundan  dərketmə  prosesinin  təminatçısı  rolunu 

oynayır. Müşahidə zamanı şagird  əşya və hadisə üzərində  fikri fəaliyyət göstərir, 

hadisənin müəyyən cəhətini fərqləndirir, onları bir-biri ilə əlaqələndirir. Müşahidə 

ətraf  aləm  haqqında  əldə  olunmuş  nəticə  və  ümumiləşdirmələrin  həqiqiliyini 

praktikada yoxlamağa imkan verir.  

Ədəbiyyatda  müşahidənin  müxtəlif  təriflərinə  rast  gəlmək  mümkündür. 

Ensiklopediya  lüğətində  yazılmışdır:  “Müşahidə  hiss  orqanlarının  köməyi  ilə 

varlığın  məqsədyönlü,  planauyğun  şəkildə  və  hər  şeydən  əvvəl,  az-çox 

uzunmuddətli  qavranılmasının,  xarici  aləmin  dərk  olunmasının  ən  vacib 

qaydalarından  biridir.”  Fəlsəfi  ensiklopedik  lüğətdə  müşahidə  “Fəaliyyətin 

vəzifələri  ilə  şərtlənən  niyyətli  və  məqsədyönlü  qavrayış”  adlanır.  Fəlsəfi 

baxımdan bu metod idrakın başlanğıcında durur . 

Y.R.Talıbov, Ə.Ə.Ağayev, İ.N.İsayev, A.İ.Eminovun “Pedaqogika” kitabında 

problemə  elmi  cəhətdən  düzgün  yanaşılmışdır:  “Bu  metod  təlim  və  tərbiyə 

hadisələrini  planlı  şəkildə  qavramaqdır.  Müşahidəni  uzun  və  qısa  müddətə 

aparmaq olar. Müşahidə əvvəlcədən planlaşdırılır, nəyi, necə və nə üçün müşahidə 

etmək  müəyyənləşdirilir.  Müşahidə  zamanı  tədqiqatçı  fakt  və  hadisələri  sonradan 

ümumiləşdirir.  

                                                 

1

 Ətraflı məlumat üçün bax: Kərimov Y.Ş. Pedaqoji tədqiqat metodları. Bakı: Azərnəşr, 2009, 280 səh. 




Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə