Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

Paşayev  Ə.X.,  Rüstəmov  F.A.  “Pedaqogika”  dərs  vəsaitində  müşahidəyə 

nisbətən geniş yer vermişlər. Onlar müşahidənin müşahidə olunan hadisə ilə bağlı 

düzgün  nəticə  çıxarmağa  imkan  verməsindən  söz  açır  və  onun  aşağıdakı 

mərhələlərindən ibarət olduğunu qeyd edirlər.  

“–  müşahidələrin  məqsəd  və  vəzifələrinin  müəyyən  edilməsi  (müşahidə  nə 

üçün aparılır);  

–  tədqiqat  obyektinə  daha  az  təsir  edən  və  zəruri  informasiyalar  toplamağa 

imkan verən müşahidə qaydasının seçilməsi (necə müşahidə etmək); 

– müşahidə edilən obyektiv qeydiyyat qaydalarının seçilməsi (qeydiyyatı necə 

aparmaq); 

– alınan məlumatın təhlil və ümumiləşdirilməsi (hansı nəticə alınıb)” . 

H.Ə.  Əlizadə  “Sosial  pedaqogikanın  aktual  məsələləri”  adlı  kitabında  sosial 

pedaqogikada  müşahidənin  xüsusi  yerindən  söz  açır,  bu  prosesdə  hadisənin  baş 

verdiyi  şəraitin  dəyişməsini  qeyd  edir.  O,  sosioloq  R.Quliyevin  “Sosiologiya” 

əsərindəki aşağıdakı fikirlə razılaşır: “Qarşıya qoyduğu konkret məqsədlə əlaqədar 

olan faktları toplayır, onları təhlil edir, müəyyən nəticələr çıxarır, imkan daxilində 

qanunauyğunluqlar müəyyənləşdirilir.”  

Adi müşahidələrdən fərqli olaraq elmi müşahidə çox çətin olmaqla obyektiv 

nəticə  almaq  üçün  müxtəlif  şəraitdə  uzunmüddətli,  müntəzəm  iş  aparmağı  tələb 

edir. V.İ.Zaqvyazinski elmi müşahidənin adi müşahidədən fərqini belə şərh edir: 



1.  Məqsədyönlülük.  O,  yalnız  seçilmiş  obyekt  üzərində  müşahidənin 

istiqamətliliyinin üstünlüyü ilə deyil, həm də onların təsvirinin  müəyyən pedaqoji 

konsepsiyası  aləminə  keçirilməsi,  onun  anlaşılan  terminoloji  sistemi  ilə  bağlıdır. 

Müşahidəçi  əşyanın  tarixi,  inkişafı  və  strukturu  haqqında  müəyyən  təsəvvürə 

malikdir. Bu müşahidənin yalnız qavranılanın sadəcə qeydə alınması deyil, əksinə 

zəruri  olan  seçmə  vasitəsi,  müşahidə  aparanın  başa  düşdüyü  şəkildə  ilkin  şərhi 

qaydası kimi aparılmasına imkan verir. 

2.  Təhlil  xarakterikliyi.  Müşahidəçi  ümumi  mənzərədən  artıq  müşahidənin 

gedişində  təhlil  olunacaq,  qiymətləndiriləcək  və  izah  ediləcək  ayrı-ayrı  cəhətləri, 

elementləri, əlaqələri ayırır. 

3.  Komplekslilik.  Bu  əlamət  pedaqoji  bütövlüyü,  tamlığı  xarakterindən  irəli 

gəlir  və  baxış  dairəsindən  onun  heç  bir  mühüm  cəhətini  və  ya  əlaqələrini 

buraxmamağı tələb edir. 

4.  Sistematiklik.  Bu  əlamət  müşahidə  olunanın  bir  dəfə  “şəklini  çəkməklə” 

məhdudlaşmamağı,  az-çox  davamlı  müşahidə  əsasında  statistik  davamlı  əlaqələri 

və  münasibətləri,  müəyyən  dövr  ərzində  müşahidə  olunanlarda  baş  verən 

dəyişiklikləri, inkişafı aşkara çıxarmağı tələb edir.” 

L.İ.Novikova,  A.T.Kurakin  müşahidə  zamanı  aşağıdakıları  nəzərə  almağı 

məsləhət görür: 

a) müşahidə olunan pedaqoji prosesin baş verdiyi şərait, ümumi yol; 

b) müəllimin fəaliyyəti, onun metod və priyomları, şagirdlərə təsir qaydaları, 

müəllimin şagirdlərə münasibəti; 

c) şagirdlərin fəaliyyəti, əməli, hərəkəti, ətraf şəraitə, işə, bir-birinə münasibəti, 

müəllimin işlətdiyi metod və priyomlara reaksiya. 



Professor  Y.Ş.Kərimovun  fikrincə,  bunlardan  əlavə  aşağıdakıların  da  nəzərə 

alınması vacib və faydalıdır: 

a) şagirdlərin yaşı (sinif), materialın məzmunu, xarakteri; 

b) müəllimin nəzəri hazırlığı, şagirdlərin müəllimə münasibəti;  

c) şagirdlərin müstəqil fəaliyyətə meyli . 

Pedaqoji  tədqiqatlarda  müşahidə  metodunun  müxtəlif  növlərindən  istifadə 

olunur.  Bəzi  halda  tədqiqatçı  müşahidə  aparan  qrupun  üzvü  olur,  bəzilərində  isə 

kənardan müşahidə aparır. Müşahidə açıq və gizli, geniş və məhdud, sistematik və 

epizodik ola bilir. Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu 

zaman  müşahidəçi  müvafiq  qanunauyğunluğu  çıxarmaq  üçün  daha  çox  məktəbi, 

sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir növ seçmə xarakter daşıyır. 

Məsələn,  şagirdlərin  idrak  fəaliyyətinin  müşahidəsi.  Sistematik  müşahidə 

uzunmüddətli müşahidədir. O, xeyli müddət davam edir. Epizodik müşahidə dövrü 

xarakter  daşıyır  və  ona  nisbətən  az  vaxt  sərf  olunur.  Bəzi  hallarda  müşahidə 

metodu baş  vermiş  müəyyən  bir  hadisənin, öyrəniləcək  təlim-tərbiyə  məsələsinin 

səbəbini  aşkar  etmək  üçün  (şagirdin  dərsə  hazır  gəlməməsinin,  ev  tapşırığını  həll 

etməməsinin,  sinifdə  nizam-intizamın  pozulması  və  s.  səbəbini  öyrənmək  üçün) 

əlverişli olmur. Ona görə də müsahibə metodundan istifadə olunur.  



Müsahibə.  Bu  metodun  köməyi  ilə  hər  hansı  pedaqoji  fakt  və  hadisəyə 

müəllimlərin,  şagirdlərin  və  valideynlərin  münasibəti  müəyyən  olunur,  müəyyən 

təlim-tərbiyə  hadisəsi  başqaları  ilə  söhbət  etmək  vasitəsilə  öyrənilir.  Pedaqoji 

müsahibəni  planlaşdırmaq  tələb  olunur.  Müsahibənin  kimlərlə  və  nə  məqsədlə 

aparılacağı, hansı sualların və nə üçün məhz həmin sualların veriləcəyi əvvəlcədən 

ətraflı  ölçülüb  biçilir.  Bu  metod  əsasən  informasiya  əldə  etmək  və  ya  müşahidə 

zamanı  aydın  olmayan  məsələləri  aydınlaşdırmaq  məqsədilə  aparılır.  Tədqiqat 

metodu kimi müsahibə daha canlı və təbii səciyyə daşıyır. Müsahibənin dörd növü 

vardır: 

1.

 



Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olunmuş müsahibə);  

2.

 



Müəyyən problem üzrə aparılan müsahibə; 

3.

 



Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə; 

4.

 



İntervü  (əvvəlcədən  planlaşdırılmış  suallar  əsasında  aparılır  və  alınan 

cavablar yazılmaqla aparılır) [9]. 

Müsahibənin müəyyən növü olan intervü özünəməxsus xüsusiyyətə malikdir. 

Əgər müsahibə qarşılıqlı informasiya xarakteri daşıyırsa, intervüdə biri digərindən 

soruşur,  müsahibin  fikrinə  təsir  etməmək  məqsədilə  ona  şəxsi  fikirlərini  demir. 

İntervü  fərdlə  və  qrupla  keçirilə  bilər.  Qrup  şəklində  intervü  şagirdlər,  həmin 

sinifdə  dərs  deyən  müəllimlər,  uşaqların  valideynləri  ilə  keçirilə  bilər.  Pedaqoji 

tədqiqatlarda  intervünün  iki  növündən  istifadə  olunur:  bu  və  ya  digər  hadisəyə 

insanların  münasibətinin  aydınlaşmasına  yönəlmiş  fikir  bildirən;  fikir  və  hadisəni 

dəqiqləşdirən  sənədli  intervü.  N.V.Kuzmina  intervünü  standart,  yarımstandart  və 

qeyri-standart olmaqla üç növə ayırır . 

Başqa  tədqiqat  metodları  ilə  müqayisədə  müsahibə  daha  çox  qeyri-müəyyən 

quruluşa,  təşkilat  formasına,  nəticəyə  malikdir.  Ona  görə  də  tədqiqatçı  müsahibə 

aparmaq  bacarığına  yiyələnməlidir.  Müsahibə  o  vaxt  əsil  tədqiqat  metodu 

funksiyasının  daşıyıcısı  olur  ki,  müəllim-eksperimentator  hər  hansı  problemlə 



Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə