Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

əlaqədar faktik material toplamaq məqsədilə bu metoda müraciət edir. Həmin vaxt 

ortaya  atılan  məsələ  ətrafında  fikir  mübadiləsi  baş  verir.  Müsahibənin  mükəmməl 

keçirilməsi  müəllimdən,  eksperimentatordan  yüksək  nəzəri,  pedaqoji-psixoloji 

hazırlıq,  onu  aparma  səriştəsinə  yiyələnmək  bacarığı  tələb  edir.  Müsahibə  zamanı 

xoşa gəlməyən həyəcan yarada biləcək hallardan qaçmaq lazımdır. Müsahibə təbii 

mühitdə  (ailə  şəraitində,  sinifdə  şən  əhval-ruhiyyə  yarandıqda, ekskursiya,  gəzinti, 

əyləncə,  istirahət  zamanı)  aparılmalıdır.  Müsahibə  zamanı  yad  adamın,  şagirdlərin 

iştirakına (və ya digərləri, hansı ki, tədqiqata cəlb olunan tərəfdir), maqnitofondan, 

diktofondan  istifadə  olunmasına  yol  verilməməlidir.  Tədqiqatçı  müsahibəni, 

xüsusilə fərziyyənin yoxlanmasına xidmət edən cavabları yadda saxlamalıdır.  



Anketləşdirmə.  Anketləşdirmə  metodu  mahiyyəti  etibarilə  müsahibə 

metodunun  yazılı  şəklidir.  Bu  metodun  tətbiqində  başlıca  məsələ  anketin 

məzmunlu,  dəqiq  tərtib  edilməsidir.  Anketləşdirmə  müsahibəyə  nisbətən  sərt 

məntiqi  konstruksiyaya  malikdir.  Anket  üçün  suallar  əvvəlcədən  seçilir  və 

mümkün  olan  yazılı  cavablar  da  müəyyənləşdirilir.  Anket  sorğusu  həmişə 

eksperimentatorun  respondentlərlə  üzbəüz  ünsiyyətdə  olmasını  tələb  etmir.  Bu 

metod tədqiqata daha çox şagirdi cəlb etmək imkanı verir. Anketləşdirmə ehtimal-

lara  əsaslanır.  Tədqiqatın  məqsədinə  uyğun  verilən  suallara  şagirdlərin  cavabları 

təhlil  olunur,  kütləvi  materialla  ilkin  tanışlıq  həyata  keçirilir.  Hazırda  pedaqoji 

tədqiqatlarda açıq və gizli, adlı və adsız və s. anket sorğularından istifadə olunur.  

Anket  sorğusu  müstəqil  tədqiqat  metodu  olmaqla  yanaşı,  həm  də  digər 

tədqiqat  metodlarına  xidmət  edir.  Anketdə  mahiyyət  yaxşı  açılmalı,  o,  cavab 

verənin  işini  asanlaşdırmalıdır. Hər bir suala  yazılı şəkildə  birmənalı  dəqiq  cavab 

vermək imkanı təmin edilməlidir. Anket tədqiqatın fərziyyəsi ilə əlaqədar informa-

siyaların  alınmasına  xidmət  etdiyindən  məqsədyönlü  və  dəqiq  olmalıdır.  Anketdə 

şagirdlərin  (respondentlərin)  diqqətini  yayındıran,  mənfi  emosiya  yaradan 

ikincidərəcəli,  o  qədər  də  əhəmiyyətli  olmayan  yüngül  epizodik  məsələlərə  yer 

verilməməlidir.  Sual  elə  qoyulmalıdır  ki,  respondentlər  əsaslandırılmış  şəkildə 

axtarılan informasiyanı tapa bilsinlər. Anket tərtib edərkən respondentlərin həmin 

suallara  dəqiq  elmi  cavab  verə  bilib-bilməyəcəkləri, onların ürəkdən  cavab  verib-

verməyəcəkləri, sualların onların əhval-ruhiyyəsinə necə təsir edəcəyi nəzərə alın-

malıdır.  Anketdə  qapalı  və  açıq  suallar  verilir.  Anketdə  hər  hansı  suala  mümkün 

olan cavabın bütün variantları əhatə olunursa, sual qapalı hesab olunur. Bu zaman 

təklif olunan bir sıra formalaşdırılmış sualdan bir və ya bir neçə cavabın seçilməsi 

nəzərdə  tutulur.  Belə  sualla  rastlaşan  respondent  öz  biliyinə  uyğun  variantı  seçir. 

Qapalı  anketin  suallarında  tədqiqatçı  seçimi  əvvəldən  qoyulmuş  cavab 

variantlarının  sayı  ilə  məhdudlaşdırılır.  Açıq  sualda  cavabların  xarakteri,  sayı, 

növləri və formaları əvvəlcədən nəzərdə tutulmur. Standart olmayan belə intervüdə 

yalnız açıq suallardan istifadə olunur. Açıq suallar o qədər də dərin düşüncə, ciddi 

araşdırma tələb etmir. Ona görə də respondentlər açıq suallara daha böyük həvəslə 

cavab verir. Bu zaman çətin sualdan qaçmaq, cavab verməkdən yayınmaq imkanı 

olur. 


Anketləşdirmə  tədqiqat  obyektini  ölçmə,  qiymətləndirmə  vasitəsi  rolunda  da 

çıxış edir. Hər hansı tədqiqat metodu kimi anketləşməni də universal hesab etmək 




olmaz. Bu metod bəzən həlledici, bəzən köməkçi rol oynayır, bəzən isə heç lazım 

olmur.  


Pedaqoji  eksperiment.  Pedaqoji  eksperiment  pedaqoji  tədqiqat  prosesində 

öyrənilən hadisənin effektliyini müqayisəli şəkildə, sübutedici yolla aşkara çıxaran, 

düzgün,  dəqiq,  mötəbər  nəticəyə  gəlməyə  imkan  verən  xüsusi  növ  empirik 

metoddur.  Pedaqoji  eksperiment  tədqiqatın  məqsədinə  uyğun  olaraq  yeni  şərait 

yaratmaq  yolu  ilə  pedaqoji  hadisəyə  fəal  təsir  göstərir.  Eksperiment  təlim-tərbiyə 

prosesinin gedişində planlaşdırılmış  şəkildə  məqsədyönlü  dəyişikliklər  aparmağa, 

pedaqoji  faktorların  təsiri  ilə  xüsusi  yaradılmış  ictimai-tərbiyəvi  mühitdə 

şəxsiyyətin  tərbiyəsinin  bu  və  ya  digər  cəhətini  öyrənməyə  imkan  verir. 

Eksperimentin gedişində hadisələri daha əlverişli şəkildə öyrənmək üçün süni yolla 

məqsədyönlü  dəyişmək,  yaxud  yenidən  yaratmaq  mümkün  olur.  Beləliklə, hadisə 

prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir. 

Pedaqoji  eksperiment  planlaşdırılarkən  aşağıdakılar  nəzərə  alınmalıdır:  1) 

eksperimentin məqsədi; 2) eksperimentin həcmi;        3) eksperimentdə iştirak edən 

şəxslərin xarakteristikası; 4) eksperiment üçün istifadə olunan materialın təsviri; 5) 

eksperimentin  keçirilmə  metodikası;  6)  eksperimentin  keçirilmə  yeri  və  vaxtı;  7) 

eksperimentin  nəticələrinə  təsir  göstərə  biləcək  əlavə  dəyişənlərin  təsviri;  8) 

eksperimentin  gedişi  üzərində  müşahidənin  təsviri;  9)  eksperimentin  nəticələrinin 

təsviri; 10) eksperimentin yekunlaşdırılması qaydası. 

Tədqiqatçı  eksperimentin  planını  elə  tərtib  etməlidir  ki,  kifayət  qədər 

hazırlıqlı hər hansı şəxs onun əsasında müvəffəqiyyətlə eksperiment apara bilsin. 

Pedaqoji ədəbiyyatda göstərilir ki, obyektiv nəticənin alınması üçün kənar təsirlərə 

yol verilməməli, aşağıdakı şərtlər gözlənilməlidir:  

1)  Eksperimenti  təşkil  edənin  məsləyə  münasibəti,  ümumi-nəzəri,  pedaqoji, 

psixoloji hazırlığı, bu sahədə səriştəsi və bacarığı mükəmməl olmalıdır. 

2)  Eksperimentin  aparılacağı  təhsil  müəssisələrinin  növü  (məktəbəqədər 

müəssisə,  ibtidai  siniflər,  orta  məktəb,  peşə  təhsili  sistemi,  xüsusi  məktəb  və  s.) 

müəyyənləşdirilməlidir.  

3)  Eksperimentin  təhsil  alanlar,  yaxud  təhsil  verənlərlə  aparılacağı  (Adətən, 

təhsil  alanların  öyrənilməsi,  inkişafı  ilə  əlaqədar  sınaqlar  keçirilir.  Tərbiyəçi  və 

müəllimlərin fəaliyyəti, onların yeni təlim texnologiyalarından istifadə etmə baca-

rıqlarının inkişafı üzrə də tədqiqat aparmaq mümkündür.). 

4)  Eksperimentə  cəlb  ediləcək  subyektin  sayı  müəyyən  olunmalıdır. 

Eksperimentə  kiçik  bir  qrup,  yoxsa  sinif,  məktəb,  kurs,  fakültə,  universitet  və  s. 

cəlb  olunacaq?  Yeri  gəlmişkən  qeyd  edək  ki,  2-3  nəfərdən  başlanmış  yüzlərlə 

adamı  eksperimentə  cəlb  etmək  olar.  Eksperimentə  həddən  çox  adamın  cəlb 

edilməsinə  də  yol  verilməməlidir.  Belə  hallarda  onların  bir  qismini  əhatə  etmək 

mümkün olmadığından nəticədə dəqiqlik gözlənilmir. 

5)  Eksperimentin  aparılmasının  coğrafiyası  üzərində  də  düşünmək  lazımdır. 

Eksperimentin  yalnız  şəhərdəki,  yoxsa  rayon  mərkəzindəki,  kənddəki  təhsil 

müəssisələrində,  ölkəmizin  şimalındakı,  cənubundakı,  qərbindəki,  yoxsa  bütün 

bölgələrindəki  təhsil  müəssisələrində  aparılması,  təbiəti  kasıb  və  ya  zəngin  olan 

yerlərdə aparılması üzərində düşünmək lazımdır. 




Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə