Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər



Yüklə 236,74 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix07.12.2017
ölçüsü236,74 Kb.
#14594
1   2   3   4   5   6   7   8   9

6)  Eksperimentin  aparıldığı  sosial  mühit  –  iri  şəhərlərdə,  rayon  mərkəzində, 

kənddə,  azsaylı  xalqların  toplum  halında  yaşadıqları  yerlərdə  aparılması  nəzərə 

alınmalıdır.  

7)  Təhsil  müəssisələrinin  maddi  bazası,  tədris  avadanlığı,  yeni  təlim 

texnologiyalarından istifadə imkanları nəzərə alınmalıdır. 

8) Eksperimentə cəlb olunan şagirdlərin (tələbələrin) cinsi, yaşı, sağlamlığının 

vəziyyəti,  intizamı,  oxumağa  münasibəti,  marağı,  meyli,  qabiliyyəti  diqqət 

mərkəzində saxlanılmalıdır. 

9)  Eksperimentdə  istifadə  olunan  didaktik  metodlardan  (müşahidə,  müsahibə, 

anket  sorğusu,  intervü,  yoxlama  işi,  testlər  və  s.)  ayrıca  və  ya  kompleks  şəkildə 

istifadə olunması da nəzərə alınmalıdır.  

10)  Eksperimentə  rəhbərlik  imkanlarının  (vaxtaşırı  bütün  obyektdə  olmaq, 

frontal,  diferensial  və  fərdi  iş  aparmaq,  şifahi  və  yazılı  anketlərlə  sorğu  keçirmək, 

hər  bir  mərhələni  ümumiləşdirərək  aparıcılara  istiqamət  vermək  və  s.)  nəzərə 

alınması son dərəcə vacibdir. 

11)  Eksperimental  tədqiqatların  əksəriyyətində  müqayisə  yolu  ilə 

effektivliyini sübuta yetirməyə imkan verən alternativ tərəfin (çox hallarda kontrol 

siniflər  və  məktəblərin)  olması  təmin  edilməlidir.  Bu  məqsədlə  bilavasitə 

eksperimentin  aparılacağı  siniflərin  (məktəblərin)  və  onlarla  müqayisə  olunacaq 

kontrol siniflərin (məktəblərin) təxminən bərabərsəviyyəli olması zəruridir. 

12) Eksperimentin bir və ya bir neçə təsir göstərən faktorlarla əlaqədar olması 

nəzərə alınmalıdır. Qrupların bərabərləşdirilməsi, əsasən, şagirdləri və müəllimləri 

düzgün  seçməklə  mümkündür.  Onların  hazırlığı,  qabiliyyətlərinin  səviyyəsi 

diqqətlə  öyrənilməlidir.  Vurğulamaq  yerinə  düşər  ki,  bu  göstəricilərin  ölçülməsi 

qaydası hələ kifayət qədər işlənilməmişdir. Ona görə də kontrol və eksperimental 

qrupları tam bərabərləşdirmək çətindir.  

Obyekti  təbii  şəraitdə  öyrənən  metodlardan  fərqli  olaraq  eksperiment, 

hadisənin  mahiyyətini  dumanlandıran,  az  əhəmiyyətli  faktları  təcrid  etməklə  onu 

öyrənir: istənilən nəticəni almaq üçün şəraiti planauyğun şəkildə dəyişir, kombinə 

edir,  müxtəlif  variantlar  düzəldir,  sonra  şəraiti  nəzərə  almaqla  tədqiq  olunan 

hadisəni yenidən yaradır.  

13)  Eksperimental  qruplar  (siniflər,  məktəblər)  üçün  eksperimentatorun 

hazırladığı  sistem  təlim-tərbiyə  prosesinə  yeni  amil  daxil  edir.  Bu  yeniliyin 

metodikası təlimati seminarda eksperimentin aparıcılarına çatdırılmalıdır. 

14)  Eksperimental  və  kontrol  siniflərin  hamısında  şərait  eyni  olmalıdır. 

Eksperimental  və  kontrol  siniflərin  hər  ikisində  tədris  materialı  (eksperimental 

amildən – sınaqdan keçirilən hadisədən başqa) eyni olmalıdır. 

15)  Eksperimental  siniflərin  işinə  başqalarının  müdaxilə  etmələrinə,  kənar 

təsirlərə yol verilməməlidir.  

16)  Eksperimentin  dəqiqliyi  üçün  müəyyənedici  eksperimentə  cəlb  olunmuş 

məktəb  (sinif,  şagird  qrupu)  onun  yekunlaşdırılmasınadək  dəyişdirilməməlidir. 

Eksperimentin  xarakterindən  asılı  olaraq  eksperimentator  tədqiqatı  müəyyən 

müddət (bir neçə gün, bir neçə ay, bir neçə il) ərzində eyni obyektlə aparmalıdır.  

Eksperiment  vaxta  görə  qısamüddətli  və  uzunmüddətli  ola  bilər.  Nəzəri 

cəhətdən  qısamüddətli  eksperiment  laborator  şəraitdə  bir-iki  saat  ərzində 



reallaşdırıldığı  halda,  didaktik  eksperiment  uzunmüddətli  olur.  Pedaqoji 

eksperimentlər  yerinə  yetirdiyi  vəzifələrə  görə  üç  növə  ayrılır:  müəyyənləşdirici 

(diaqnostik), öyrədici, yoxlayıcı.  

Müəyyənləşdirici,  öyrədici  və  yoxlayıcı  (kontrol)  eksperimentin  hər  biri 

ümumi eksperimentin bir mərhələsi olmaqla biri digəri üçün zəmin rolunu oynayır, 

biri digərini tamamlayır. Bunların hər birinə nəzər salaq.  



Müəyyənləşdirici  eksperiment.  Bu  eksperimenti  təşkiledici  eksperiment  də 

adlandırırlar.  Pedaqoji-psixoloji  tədqiqatlarda  müəyyənedici  eksperiment  xüsusi 

mərhələ  kimi  yüksək  qiymətləndirilir.  Müəyyənedici  eksperimentdə  tədqiqatçı 

yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir, faktların əlaqəsini, hadisələr 

arasındakı  asılılıqları  müəyyənləşdirir.  Pedaqoji  tədqiqatın  başlanğıcı,  ilk  pilləsi 

məhz  müəyyənedici  eksperimentdir.  Bu  prosesdə  təlim-tərbiyənin  mövcud  sistemi 

yoxlanır, pedaqoji-psixoloji diaqnostika aparılır.  

Müəyyənedici  eksperimenti  bəzən  məktəb  təcrübəsinin  öyrənilməsi  və 

ümumiləşdirilməsi  ilə  qarışdırırlar.  Adından  məlum  olduğu  kimi,  müəyyənedici 

eksperiment hər hansı fərziyyənin yoxlanmasına, tədqiqat obyektinin vəziyyətinin 

öyrənilməsinə  xidmət  edən  ilkin  mərhələdir.  Bu  mərhələdə  eksperimentator  bir 

müddət bərabər səviyyəli şagirdlər (siniflər, məktəblər və s.), müəllimlər sorağında 

olur. Lazım gəldikdə səviyyənin belə bərabərləşdirilməsində bilavasitə iştirak edir. 

Bu mərhələdə təxminən bərabər səviyyəli siniflərdən (məktəblərdən, rayonlardan) 

kontrol sinif müəyyən edilir. İstər eksperimental, istərsə də kontrol siniflərdə möv-

cud və-ziyyət eyni yolla aşkara çıxarılır və sənədləşdirilir. Bu isə o qədər də asan 

məsələ deyildir.  

Eksperimentə  cəlb  olunacaq  siniflərin  səviyyəsini  müqayisəli  öyrənmək 

məqsədilə  müxtəlif  işlər  görülür.  İstər  eksperimental,  istərsə  də  kontrol  siniflərdə 

şagirdlərin  fiziki  və  psixi  inkişafının  ümumi  səviyyəsi  müəyyənləşdirilməli  və 

bərabər  səviyyəli  siniflər  götürülməlidir.  Eksperimentator  çalışmalıdır  ki,  bütün 

siniflərə verilən mövzu, tapşırıqların sayı və həcmi, onların yerinə yetirilməsi üçün 

sərf  olunan  vaxt,  cədvəl  üzrə  məşğələlərin  sayı  və  s.  eyni  olsun.  Burada  yeganə 

fərq  variativ  ola  bilər.  Eyni  mövzu  üzrə  eyni  səviyyəli  məsələlər,  tapşırıqlar 

seçməklə bunu təmin etmək mümkündür. Eksperiment iki-üç paralel sinifdə təşkil 

olunduqda eyni müəllimin dərs deməsini təmin etmək mümkündür.  



Öyrədici  eksperiment.  Öyrədici  eksperiment  adından  məlum  olduğu  kimi, 

eksperimental  siniflərin  şagirdlərinə  tədqiqatçının  hazırladığı  yeni  sistemi,  yeni 

materialı, qaydanı, fəaliyyət növünü öyrətməyi nəzərdə tutur. Bu zaman şagirdlərin 

şəxsi keyfiyyətlərinin yaxşılaşdırılması, formalaşdırılması üzrə iş gedir. Ona görə 

də formalaşdırıcı eksperiment hesab olunur. Öyrədici eksperiment yaradıcı, yaxud 

kökündən dəyişən də adlandırıla bilər. Bu zaman yeni təlim sistemi eksperimental 

yolla  sınaqdan  keçirilir.  Bu  sistem  eksperimentin  fərziyyəsinə  müvafiq  şəkildə 

qurulur.  Öyrətmək  təlim  təcrübəsi  olduğundan  onu  təcrübi-eksperimental  iş  də 

adlandırmaq  mümkündür.  Bu  təcrübi-eksperimental  iş  daha  təkmil  pedaqoji 

prosesin modeli ola bilər. Bunun sayəsində tərbiyə və təlimin ən yüksək effektinə 

nail  olmaq  mümkündür.  V.V.Krayevski  çox  doğru  qeyd  etmişdir  ki,  sözün  ciddi 

mənasında eksperiment idraki tədbirdir.  




Yüklə 236,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə