Pedaqogikanın mövzusu, məqsədi və vəzifələri. Pedaqogika



Yüklə 10,33 Kb.
tarix31.03.2022
ölçüsü10,33 Kb.
#84902
İstifadə


Pedaqogikanın mövzusu, məqsədi və vəzifələri.

Pedaqogika – tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elmdir. “Pedaqogika” sözü iki yunan sözündən (“payda” və “qoqos”) əmələ gəlmişdir, hərfi mənası “uşaq ötürən” deməkdir. O, tərbiyə haqqında elmdir. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir. Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir - biridən ayrılıqda yox, bir – biri ilə əlaqəli şəkildə eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.

Tərbiyə insan şəxsiyyətinin məqsədyönlü formalaşması və inkişafı prosesi və nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə insana bütün mütəşəkkil və məqsədyönlü təsirləri, o cümlədən sosial həyatın təsirlərini, tərbiyə, təhsil və təlimi özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin (eləcə də təlim və təhsilin) mütəşəkkil və məqsədyönlü təsiri ilə formalaşması və inkişafı prosesi kimi başa düşülür. Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir.



Yenidən tərbiyə insanın şüur, xarakter və davranışında kök mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla təlim və özünütəhsil yolu ilə, habelə onların vəhdəti ilə əldə edilə bilər. Təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil aması prosesidir. O, müəllim və şagirdin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Şəxsiyyətin inkişafı müxtəlif amillərin (təbii və sosial, xarici və daxili amillərin) təsiri ilə insanın şəxsiyyət kimi formalaşması prosesidir. Pedaqogikanın nəzərden keçirilən anlayışları bir – biri ilə qarşılıqlı vəhdətdə olub, bir – birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin ahəngdar inkişafına kömək göstərir. Digər elmlərdə olduğu kimi pedaqogika da elmi – tədqiqatların nəticəsində inkişaf edib, yeni – yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim – tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır. Pedaqoji sistemin təkmilləşdirilməsi iki yolla həyata keçirilir: 1) intensiv yol; 2) ekstensiv yol. İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə salmaqla bağlıdır. Ekstensiv yol pedaqoji prosesə əlavə qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə daha möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək olar. Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər: müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texnologiyaları tətbiq etmək, yaxud təhsil – tərbiyə sistemini yeniləşdirmək. Respublikamızda hazırda təhsil sahəsində islahatlar aparılır, təhsilin maddi bazasına təhsil və tərbiyə işinin məzmununda, metodikasında, müəllim – şagird münasibətlərində, idarəetmədə böyük dəyişikliklər baş verir. Pedaqoji sistemdə yeniliklərin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: 1) məktəbin demokratiləşdirilməsi; 2) pedaqoji prosesin humanistləşdirilməsi; 3) əməkdaşlıq pedaqogikasının tətbiqi; 4) təlim – tərbiyə prosesinin fərdiləşdirilməsi; 5) təhsil və tərbiyə işinin məzmununun genişlənməsi; 6) təlim – tərbiyə prosesinin optimallaşdırılması; 7) yeni pedaqoji texnologiyaların tətbiqi; 8) məktəbin idarə edilməsi sisteminin təkmilləşdirilməsi; 9) ixtisaslaşdırılma sisteminin yenidən qurulması; 10) təhsilin dünya standartlarına uyğun qurulması və s.


Yüklə 10,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə