Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.

səhifə1/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13


PEDAQOJİ PROSES 

Əhatə olunan məsələlər: 

 

1. Pedaqoji proses haqqında ümumi anlayış. 

2.“Pedaqoji gerçəklik”, “pedaqoji proses” və “təlim-tərbiyə” 

anlayışlarının qarşılıqlı səciyyəsi. 

3.“Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi ilə 

interpretasiyası. 

4. Pedaqoji prosesdə ziddiyyətlər. 

        5.Pedaqoji prosesin qanunauyğunluqları. 

        6.Pedaqoji prosesin prinsipləri haqqında. 

        7.Pedaqoji prosesin mərhələləri. 

8. Pedaqoji prosesin texnoloji əsasları. 

9. Pedaqoji ünsiyyətin texnologiyası. 

10. Pedaqoji innovasiyalar. 

11. Pedaqoji sistemin optimallaşdırılması



 

1. Pedaqoji proses haqqında ümumi anlayış 

  

 “Pedaqoji  gerçəklik”,  “pedaqoji  proses”  və  “təlim-tərbiyə”  anlayışlarının 

qarşılıqlı səciyyəsi 

 

“Pedaqoji  proses”  anlayışı  pedaqoji  ədəbiyyatda  əsasən  belə  təqdim  olunur: 

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlərlə şagirdlərin qarşılıqlı təsirinə 

pedaqoji  proses  deyilir.  Bu  qarşılıqlı  təsir  qabaqcadan  nəzərdə  tutulmuş  şəkildə 

şagirdlərin vəziyyətinin, xassə və keyfiyyətlərinin dəyişməsinə gətirib çıxarır. Başqa 

sözlə desək, pedaqoji prosesdə mənimsənilən sosial təcrübə şəxsiyyətin keyfiyyətinə 

çevrilir. 

 Professor  B.A.Əhmədov  göstərir  ki,  “harada  ki,  təcrübənin  verilməsi  vardır, 

orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə pedaqoji gerçəklikdən dar 

anlayışdır.  Yəni,  o,  ümumiyyətlə  təcrübənin  verilməsi  deyil,  yalnız  müəyyən  tip 

müəssisələrdə  özünü  göstərən  pedaqoji  gerçəkliyi  əhatə  edir.”  Onun  fikrincə, 

“pedaqoji  proses”  təcrübənin  verilməsi  və  qəbul  edilməsi  prosesidir,  düz  və  əks 

əlaqələr  vəhdət  halında  fəaliyyət  göstərir.  Əgər  idarə  edən  (təsir  göstərən) 

komponenti  “U”,  idarə  olunan  (təsiri  qəbul  edən)  komponenti  “S”,  onların 

arasındakı vasitələr sistemini, o cümlədən şəraiti “V” ilə işarə etsək, onda pedaqoji 

gerçəkliklə pedaqoji prosesin fərqini belə göstərə bilərik. 

Pedaqoji gerçəklik: U  V S 

Pedaqoji proses: U⇄ V⇄ S. 




“Pedaqoji  gerçəklik”  və  “pedaqoji  proses”  anlayışlarının  məzmununa, 

B.A.Əhmədovun″ fikrincə, konkret şəkildə aşağıdakılar daxildir, hansı ki, biz onun 

fikirləri ilə şərik deyilik: 

Pedaqoji gerçəklik: 

1.

 



“Pedaqoji proses” anlayışı bütövlükdə bura daxildir; 

2.

 



İstehsal prosesində peşənin öyrənilməsi, usta-şagird “münasibətləri”; 

3.

 



Ailə tərbiyəsi; 

4.

 



Əmək-islah düşərgələrində həyata keçirilən tərbiyə işləri

5.

 



Dövlət orqanları və ictimai təşkilatların tərbiyəvi fəaliyyəti; 

6.

 



Səhiyyə, mədəni-maarif orqanlarında aparılan tərbiyə işləri; 

7.

 



İdman təşkilatlarının tərbiyəvi fəaliyyəti; 

8.

 



Kütləvi informasiya vasitələrinin, ədəbiyyat və incəsənətin 

təsiri və s. 



Pedaqoji prosesə: 

1.

 



Başlıca  olaraq,  ölkənin  təhsil  sisteminə  aid  olan  təlim-tərbiyə 

müəssisələrində həyata keçirilən pedaqoji fəaliyyət daxildir; 

2.

 

 Hərbi  məktəblər,  doktorantura  sistemi,  mütəxəssislərin  ixtisasının 



artırılması üzrə fəaliyyət daxildir.  

Prof.  B.A.Əhmədov  yazır  ki,  pedaqoji  proses  pedaqoji  gerçəkliyin  digər 

qollarından düz və əks əlaqələrin vəhdətinə, eləcə də öz məqsədinə görə fərqlənir: 

burada başlıca məqsəd insanı həyata, yəni əmək fəaliyyətinə və ictimai fəaliyyətə 

hazırlamaqdan ibarətdir.  

“Pedaqoji gerçəklik” anlayışına daxil olan digər sahələrin əsas məqsədi insanı 

bilavasitə  həyata  hazırlamaq  deyildir.  Məsələn,  istehsal  kollektivlərində  birinci 

məqsəd maddi nemətlər istehsal etməkdir. İnsanı həyata hazırlamaq məsələləri tabe 

mövqe tutur. Bu cür prosesləri, pedaqoji prosesdən fərqləndirmək üçün “pedaqoji 

ünsürlərə malik proses” adlandıra bilərik .  

Deyilənlərdən belə qənaət hasil olur ki, sosial mənada “tərbiyə” məfhumu ilə 

“pedaqoji  gerçəklik”  sinonim  anlayışlardır.  Təbii  olaraq  sual  yaranır:  elmi 

ədəbiyyata  daxil  olan  “sosial  mənada  tərbiyə”  anlayışını  sinonim  sözlə  əvəz 

etməyə ehtiyac varmı? 

Əvvəlki illərin pedaqoji ədəbiyyatında bu anlayışın əvəzində daha çox “təlim-

tərbiyə” prosesi işlədilmişdir. Tədqiqatlar göstərir ki, bu anlayış dardır, tam deyildir, 

prosesin bütün mürəkkəbliyini, hər şeydən əvvəl, onun tamlığını və ümumiliyini əks 

etdirmir.  Tamlıq  və  ümumilik  əsasında  təlim,  təhsil,  tərbiyə  və  inkişafın  birliyini 

təmin  etmək  pedaqoji  prosesin  əsas  mahiyyətini  təşkil  edir.  Son  dövrün  pedaqoji 

ədəbiyyatında bu anlayışlar tam pedaqoji proses kimi təqdim olunur. Bu da təbiidir, 

çünki təlim, təhsil, tərbiyə və inkişaf bir-birindən ayrılıqda həyata keçirilən proseslər 

deyil.  Onlar  eyni  məqsədə  xidmət  edən  vahid  pedaqoji  prosesin  bir-biri  ilə  üzvi 

əlaqədə olan ayrılmaz cəhətlərdir .  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  təlimin,  tərbiyənin,  təhsil  və  inkişafın  vəhdəti, 

yəni pedaqoji prosesin vahidliyi həmin anlayışların spesifikasını, hərəsinə xas olan 

xüsusiyyətləri inkar etmir. Əksinə, təlimin, tərbiyənin, təhsil və inkişafın ayrılıqda 

mahiyyətini, əsas funksiyalarını dərindən başa düşmək də vacibdir. Ona görə yox ki, 

bunları  bir-birindən  ayıraq  və  qarşı-qarşıya  qoyaq:  ona  görə  ki,  həmin  proseslərin 




: attachments -> article -> 379
article -> Xarakter Plan
379 -> Əhatə olunan məsələlər
379 -> Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər
379 -> Pedaqogikada yaş DÖvrləRİ VƏ onlarin pedaqoji-psixoloji XÜsusiYYƏTLƏRİ Əhatə olunan məsələlər
379 -> Didaktika təHSİl və TƏLİm haqqinda nəZƏRİYYƏDİR Əhatə olunan məsələlər
379 -> Pedaqogika elmiNİn məNBƏLƏRİ. Pedaqogikanin metodologiyasi və TƏDQİqat metodlari əhatə olunan məsələlər
379 -> MüƏLLİMİn pedaqoji FƏALİYYƏTİNİn xüsusiYYƏTLƏRİ
379 -> ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ Əhatə olunan məsələlər
379 -> Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər
379 -> MüƏLLİMİn pedaqoji FƏALİYYƏTİNİn xüsusiYYƏTLƏRİ


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə