Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

və  proqnozunu  nəzərə  almayanda  daha  çox  səhv  buraxır.  Belə  proses  şagirdlərin 

vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir.  

 

                              

7. Pedaqoji prosesin texnoloji əsasları 

 

ASE-də  belə  göstərilir:  “Texnologiya  yunan  sözü  olub  (yunanca  techno  – 

sənət,  ustalıq,  bacarıq,  logos  isə  elm-nəzəriyyə  mənalarını  verir),  istehsal 

prosesində  hazır  məhsul  almaq  üçün  işlədilən  xammal,  material  və 

yarımfabrikatların  emalı,  hazırlanması,  aqreqat  halının  xassələrinin,  formasının 

dəyişdirilməsi metodlarının məcmusu başa düşülür”

1



Aparılan  təcrübələrin  nəticəsi  kimi  belə  bir  fikir  formalaşmışdır  ki, 



ümumtəhsil sisteminin inkişaf istiqamətlərinin baş strategiyası şagird şəxsiyyətinin 

diqqət  mərkəzində  dayanmasından,  təhsil  prosesində  pedaqoqun,  psixoloqun 

şagirdə  münasibətini  dəyiş-məsindən,  şagirdi  mərkəzdə  duran  subyekt  kimi 

görməsindən  iba-rətdir.  Heç  də təsadüfi deyildir ki,  inkişaf etmiş  ölkələrdə təhsil 

“şagird  –  dərslik  –  müəllim”  sistemində  qurulmuşdur.  Bu  baxımdan  aparılan 

tədqiqat  işləri,  öyrənilən  qabaqcıl  təcrübələr  ilk  növbədə  təlim-tərbiyə  prosesinin 

təşkilati-struktur  vahidi  olan  dərsin  keyfiyyətinin  yüksəldilməsinə,  dərsə  verilən 

yeni  tələblərin  həyata  keçirilməsinə  yönəlməlidir.  Dərsin  yeniləşməsi  yeni 

texnologiyaların prosesə tətbiqindən əsaslı surətdə asılıdır .  

Tədris  prosesində  texniki  vasitələrdən  istifadə  zəminində  əvvəlcə  təlimin 

texnologiyası anlayışı yaranmış, bu yanaşma tərbiyə sahəsinə nüfuz etmiş, getdikcə 

pedaqogikaya  pedaqoji  texnologiya  kimi  daxil  olmuşdur.  Ümumiyyətlə,  pedaqoji 

texnologiya  mahiyyət  etibarı  ilə  təlim-tərbiyə  prosesinin  layihələndirilməsinin 

sistemli  metodu  kimi  səciyyələndirilir.  V.T.Lixaçova  görə,  pedaqoji  texnologiya 

təlim-tərbiyə  vasitələrinin  pedaqoji-psixoloji  quruluşunun  forma,  metod,  üsul  və 

yollarının  məcmusu  olub  pedaqoji  prosesin  təşkilati  metodik  alətidir. 

V.P.Bespalko  pedaqoji  texnologiyanı  tədris  prosesinin  reallaşdırılmasının  texniki 

məzmunu  hesab  edir.  İ.P.Volxov  pedaqoji  texnologiya  təlimdə  əldə  olunmuş 

yüksək  nəticələri  planlaşdırma  prosesinin  təsviri  kimi  baxır.  V.M.Monaxov  isə 

pedaqoji  texnologiyaya  təlim  prosesinin  layihələndirilməsi,  təşkili  və  həyata 

keçirilməsində  birgə  pedaqoji  fəaliyyətin  bütün  detalları  ilə  hazırlanmış  modeli 

kimi  yanaşır.  Burada  müəllim  və  şagirdlər  üçün  komfort  şəraitin  yaradılmasının 

zəruri olduğunu qeyd edir.  

Pedaqoji təcrübədə və tədris metodik ədəbiyyatda bəzən, pedaqoji texnologiya 

sistem  anlayışının  sinonimi  kimi  işlədilir  və  bu  anlayışlar  bəzən  eyniləşdirilir. 

Sistem anlayışı texnologiya anlayışına nisbətən daha geniş məna daşıyır. Pedaqoji 

sistem öz daxilində çoxlu sayda texnologiyaları birləşdirir. İstənilən texnologiyaya 

sistem kimi baxılsa da, istənilən pedaqoji sistemə ayrıca texnologiya kimi baxmaq 

olmaz. Sistem anlayışı çox vaxt baxılan prosesin statistik, struktur xarakteristikası 

kimi  istifadə  olunursa,  texnologiya  həmin  prosesdə  subyekt  və  obyektin 

fəaliyyətində  zaman  və  məkan  daxilində  gedən  dəyişikliklərin,  onların 

                                                 

1

 Bax: ASE, Bakı, ASE-nin Baş redaksiyası, 1986, səh 221. 




funksiyalarının  müəyyən  edilməsi  və  qabaqcadan  planlaşdırılmış  məqsədlərin 

yerinə yetirilməsinin təmin olunması üçün istifadə olunur.  

Pedaqogikaya  texnologiya  ideyasının  gətirilməsinin  əleyhdarları  belə  hesab 

edirlər  ki,  pedaqoji  proses  yaradıcı  prosesdir, odur  ki,  onu  texnoloji  proses  hesab 

etmək  olmaz,  məharət,  ustalıq  intuisiyaya  əsaslandığı  halda  texnologiya  elmə 

əsaslanır. Hər şey ustalıqla başlayır, texnologiya ilə başa çatır.  

Tədqiqatçılar  pedaqoji  texnologiyaların  kütləvi  tətbiqinin  XX  əsrin  60-cı 

illərindən başlandığını qeyd edirlər. Bu proses əvvəlcə Amerika, sonra isə Avropa 

məktəblərində həyata keçirilən islahatlarla bağlı olmuşdur. 

Hazırda  pedaqoji  texnologiyalara  insanşünaslıq  texnologiyalarının  bir  növü 

kimi  baxırlar.  Pedaqoji  texnologiyalar  psixodidaktika,  sosial  psixologiya, 

kibernetika, idarəetmə və menecment (menecment sosial proseslərin, o cümlədən, 

təhsil  prosesini  idarəetmə  üzrə  prinsip,  metod,  forma  və  vasitələrin  məcmusudur) 

nəzəriyyələrinə əsaslanır. İlk vaxtlar bir çox pedaqoqlar təlim texnologiyası ilə öy-

rədici  və  pedaqoji texnologiya  arasında  fərq görmürdülər. “Pedaqoji  texnologiya” 

termini  təlimə  uyğun  olan  bir  sistem  kimi  işlədilirdi.  Texnologiya  isə  texniki 

vasitələrin  köməyi  ilə  aparılan  təlim  kimi  başa  düşülürdü.  Hazırda  pedaqoji 

texnologiya dedikdə, müəllimin pedaqoji vəzifələri həll etməyə yönəldilmiş ardıcıl, 

qarşılıqlı əlaqəli fəaliyyəti başa düşülür. Başqa sözlə desək, pedaqoji texnologiya 

qabaqcadan  planlaşdırılmış  pedaqoji  prosesi  planauyğun  və  ardıcıl  olaraq 

praktikada həyata keçirməkdir. 

Pedaqoji  prosesdə  texnologiya  –  nəzərdə  tutulmuş  məqsədlərin  yerinə 

yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və 

zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin 

birgə  fəaliyyət  sistemidir.  Eyni  zamanda,  texnologiya  təlim-tərbiyə  prosesinin 

paradiqmalarını  müəyyənləşdirən  elə  alqoritmlər  sistemidir  ki,  onun  tətbiqi  kamil 

insanda  tələb  olunan  keyfiyyətləri  formalaşdırmağa  xidmət  edir,  təlim  prosesinin 

layihələşdirilməsi,  mərhələli  diaqnostikasını,  idarəçilik  baxımından  nəticələri 

korrektə  etməyə  imkan  verir.  Belə  yanaşmada  pedaqoji  və  təlim  texnologiyaları 

anlayışı  müəyyən  mənada  bir-birini  tamamlasa  da,  tədris  prosesi  pedaqoji 

aspektlərdən  başqa  müxtəlif  sosial,  sosial-siyasi,  idarəetmə,  psixo-pedaqoji,  tibbi-

pedaqoji,  iqtisadi,  mədəni  və  digər  aspektləri  də  özündə  birləşdirdiyindən,  “təlim 

texnologiyası”  (təhsil  sferasında  texnologiya)  anlayışının  tutumu,  “pedaqoji 

texnologiya”  (pedaqogika  sahəsində  texnologiya)  anlayışının  tutumuna  nisbətən 

fərqlidir.  Eyni  zamanda  pedaqoji  proses  ənənəvi  olaraq  kamil  insanın  for-

malaşması  üçün  həm  təlim,  tərbiyə,  həm  də  inkişaf  sahələrini  əhatə  etdiyindən 

pedaqoji  texnologiya  təhsilin  bütün  sahələrinə  (məktəbəqədər,  orta,  ali  məktəb, 

androqogika, ailə, xüsusi, korreksiyaedici, sənaye, sosial və s.) nüfuz edir. Təhsildə 

texnoloji  yanaşma  tədris  prosesini  demokratik  prinsiplər  əsasında  idarə  etməyə 

imkan  verməklə  bərabər  təlim  məqsədlərinin  yüksək  səviyyədə  yerinə  yetiril-mə-

sinə zəmanət verən fəaliyyət sistemidir .  

Texnoloji  yanaşmanın  strukturunu  şaquli  və  üfüqi  olmaqla  iki  yerə  bölmək 

olar.  Məlumdur  ki,  istənilən  prosesdə  texnoloji  yanaşma  pedaqoji  fəaliyyətin 

müəyyən  sahəsini  əhatə  edir.  Bu  fəaliyyət,  bir  tərəfdən  özündə  istifadə  olunan 

texnologiyanın  müəyyən  tərkib  hissələrini,  parametrlərini,  digər  tərəfdən, 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə