Pedaqoji proses əhatə olunan məsələlər



Yüklə 333,79 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix08.12.2017
ölçüsü333,79 Kb.
#14616
1   ...   5   6   7   8   9   10   11   12   13

bütövlükdə texnologiyaların özünü birləşdirir. Belə iyerarxik strukturda, texnoloji 

yanaşmanın şaquli strukturunda, bir-birilə əlaqəli – meta, makro və mikro texnolo-

giyaları ayırmaq lazımdır.  

 

metatexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahəsində sosial siyasəti 

həyata  keçirməyə  imkan  verən  ümumpedaqoji  (ümumdidaktik,  ümumtərbiyə) 

texnologiyadır.  Belə  texnologiyalara  misal  olaraq  inkişafetdirici  təlim 

texnologiyalarını,  regionlarda  təlim  keyfiyyətinin  idarə  olunması  və  konkret 

məktəbdə tərbiyə işinin təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar. 

 

makrotexnologiya  və  ya  təhsil  sahələri  üzrə  texnologiya  hər  hansı  təhsil 

sahəsini,  təlim-tərbiyə  prosesinin  müəyyən  istiqamətini,  ümumpedaqoji  və 

ümummetodiki  səviyyədə  fənnin  tədrisi  ilə  bağlı  fəaliyyət  sahələrini  əhatə  edir. 

Belə  texnologiyalara  misal  olaraq  ayrı-ayrı  fənlərin  tədrisi  texnologiyalarını, 

bərpaedici təlim texnologiyalarını göstərmək olar.  

 

mezotexnologiya  və  ya  lokal-modul  texnologiya  təlim-tərbiyə  prosesinin 

ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik, metodik və ya tərbiyənin müəyyən 

bir  problem  sahəsi  ilə  bağlı  mə-sələləri  həll  etmək  üçün  tətbiq  olunan 

texnologiyadır.  Belə  texnologiyalara  misal  olaraq  təlim-tərbiyə  prosesində  ayrı-

ayrı  fəaliyyət  sahələri,  verilmiş  mövzunun  öyrənilməsi,  dərsin  gedişi,  materialın 

mənimsənilməsi,  təkrar  olunması  və  keyfiyyətə  nəzarətin  təşkili  ilə  bağlı 

texnologiyaları göstərmək olar.  

 

mikrotexnologiya  –  pedaqoji  prosesin  subyektləri  arasındakı  operativ 

məsələlərin,  qarşılıqlı  əlaqələrin,  yazı  vərdişlərinin  həlli  ilə  bağlı  texnologiyadır. 

Belə  texnologiyalara  misal  olaraq  yazı  vərdişlərinin  formalaşdırılması,  subyektin 

(şəxsiyyətin,  tədris  prosesinin  iştirakçılarının)  şəxsi  keyfiyyətlərinin  korreksiyası 

üçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar. 

Texnoloji  yanaşmanın  üfüqi  strukturu  isə  özündə  pedaqoji  nəzəriyyə  və 

pedaqoji təcrübəyə əsaslanmış, müəyyən problemi həll etmək üçün istifadə olunan 

elmi-nəzəri texnologiyaları, qabaqcadan müəyyənləşdirilmiş, gözlənilən nəticənin 

yerinə  yetirilməsi  üçün  istifadə  edilən  modelləri,  metod  və  üsulları,  alqoritmləri 

əhatə  edən  və  özündə  birləşdirən  formal-təsviri  xarakterli  texnologiyaları

pedaqoji prosesin iştirakçılarının fəaliyyət sahələrində aldığı nəticələrin təhlili, təş-

kili  və  planlaşdırılmış  yeni  işlərin  həyata  keçirilməsini  təmin  etmək  üçün  tətbiq 

olunan prosessual-aktiv texnologiyaları birləşdirilir.  

Pedaqoji  proses  müəyyən  prinsiplər  sistemi  üzərində  qurulur,  Pedaqoji 

texnologiya  isə  həmin  prinsiplərin  ardıcıl  həyata  keçirilməsi  ilə  bağlı  xarici  və 

daxili  təsirlərin  məcmusudur.  Burada  müəllim  şəxsiyyəti  özünü  tamamilə  təzahür 

etdirir. Pedaqoji texno-lo-giyaların tədris və tərbiyə işinin metodikasından fərqi də 

bundan ibarətdir.  

Pedaqoji  texnologiyalar  təlim  texnologiyaları  və  tərbiyə  texnologiyaları  kimi 

təqdim oluna bilər. Bu texnologiyaların ən əsas əlamətləri aşağıdakılardır: 

1.  Texnologiya  konkret  pedaqoji  plan  üçün  işlənib  hazırlanır.  Məsələn, 

biliklərin  verilməsi  prosesinin  texnologiyası, şəxsiyyətin  inkişafı  texnologiyası  və 

s.  


2.  Pedaqoji  işlərin,  əməliyyatların,  kommunikasiyaların  texnoloji  ardıcıllığı 

ciddi surətdə məqsədəuyğun olaraq düzülür. 




3.  Texnologiya  müəllimlə  şagirdin  qarşılıqlı  fəaliyyətini  nəzərdə  tutur.  Bu 

fəaliyyət  fərdiləşdirmə  və  diferensiallaşdırma  prinsiplərini,  insani  və  texniki 

imkanları, dioloji ünsiyyəti nəzərə almaqla, optimal şəkildə həyata keçirir. 

4. Pedaqoji texnologiyanın elementləri hər bir müəllim tərəfindən bir tərəfdən 

təkrar  olunmalı,  digər  tərəfdən  planlaşdırılan  nəticələrə  (dövlət  standartlarına) 

bütün şagirdlərin nail olmasını təmin etməlidir.  

Pedaqoji  texnologiya  pedaqoji  ustalıqla  qarşılıqlı  əlaqədardır.  Pedaqoji 

texnologiyaya  kamil  yiyələnmək  elə  ustalığın  özüdür.  Digər  tərəfdən,  pedaqoji 

ustalıq  pedaqoji  texnologiyaya  yiyələnməyin  yüksək  səviyyəsidir.  Pedaqoqlar 

arasında  belə  bir  fikir  möhkəmlənmişdir:  pedaqoji  ustalıq  sırf  fərdidir,  ona  görə 

onu əldən-ələ vermək olmaz. Texnologiya ilə ustalığın qarşılıqlı əlaqəsi açıq-aydın 

göstərir  ki,  eyni  bir  texnologiya  müxtəlif  müəllimlər  tərəfindən  həyata  keçirilə 

bilər. 

Ümumi  və  pedaqoji  texnologiyaları  fərqləndirmək  olar.  Ümumi 



texnologiyalara  aşağıdakılar aiddir: təlim  prosesinin  təşkili  (qurulması)  və həyata 

keçirilməsi  texnologiyaları.  Xüsusi  texnologiyalara:  şagirdlərin  fəaliyyətinin 

pedaqoji  stimullaşdırılması  texnologiyası;  stimullaşdırmanın  nəticələrinə  nəzarət 

və onu qiymətləndirmə texnologiyası; tədris situasiyasının təhlili; dərsin başlanma-

sının təşkili və s. aiddir.  

Beləliklə,  pedaqoji  prosesi  bir  sistem  kimi  işləyib  hazırlayanda  və  həyata 

keçirəndə  onun  bütün  komponentlərinin  üzvi  birliyini  (vəhdətini)  təmin  etməyə 

çalışmaq lazımdır. Çünki bu komponentdən birində baş verən dəyişiklik avtomatik 

olaraq  o  birilərində  dəyişiklik  əmələ  gətirir.  Metodikadan  fərqli  olaraq,  pedaqoji 

texnologiya  şagirdlərin  fəaliyyətinin  məzmunu  və  təşkili  qaydalarını  (üsullarını) 

işləyib hazırlamağı nəzərdə tutur.  

Texnologiya  və  fənlərin  tədrisi  metodikası  arasında  olan  əlaqələrin 

xüsusiyyətlərini  də  yeni  yanaşmalar  baxımından  araşdırmaq  çox  əhəmiyyətlidir. 

Məlumdur ki, hər hansı fənnin tədrisi metodikası iki hissədən – xüsusi və ümumi 

metodikadan 

ibarətdir. 

Fənlərin 

tədrisi 


metodikasına, 

sahələr 


üzrə 

makrotexnologiya  kimi  baxsaq,  ümumi  metodika  ümumdidaktik  məzmuna  malik 

olduğundan, ona  metatexnologiya  kimi  baxmaq  lazımdır.  Ona görə  də  “Metatex-

nologiya  –  sahələr  üzrə  makrotexnologiya  –  mezatexnologiya  (lokal  –  modul 

texnologiya)”  məşhur  “didaktika  –  ümumi  metodika  –  xüsusi  tədris  metodikası” 

triadasının  iyerarxik  strukturunu  müəyyənləşdirməyə  imkan  verir.  Deməli,  fənnin 

metodikası – öyrənənlərə tədris olunan fənnin məzmununun, onun qanun və qanu-

nauyğunluqlarının  öyrədilməsi  və  qazanılmış  bilik  və  bacarıqların  həyatda,  əməli 

fəaliyyətdə  tətbiqi  üçün  müvafiq  vərdişlərin  aşılanması,  keyfiyyətli  təlim-tərbiyə 

prosesinin  təşkili  üçün  pedaqogika,  psixologiya  elmlərinin  əsaslarından  istifadə 

olunaraq  tətbiq  olunan  xüsusi  yanaşmalardır.  Fənnin  tədrisi  metodikası,  eyni 

zamanda  müxtəlif  formalı  dərslərin  və  tədbirlərin  təşkili  və  keçirilməsi  meto-

dikasını,  şəxsiyyətin  idraki  qabiliyyətinin  formalaşmasını,  bilik,  ba-carıq  və 

vərdişlərin qazanılmasını, estetik və mənəvi, yaradıcılıq və şəxsin özünüidarəetmə 

keyfiyyətlərini,  fiziki  inkişafın  təmin  olunmasında  tətbiq  olunan  xüsusi 

metodikaları  da  özündə  birləşdirir.  Belə  müxtəlif  yanaşmalar  və  baxışlar  bəzən 

metodikanı texnologiyanın tərkibinə daxil etməyə, bəzən isə əksinə, hər hansı bir 



Yüklə 333,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə